Бизнесин тяшкили вя идаря едилмяси
52
- vəzifələrin pozulması partnyorlara, malgöndərənlərə, istehlakçılara
və əməkdaşlara əvəzi ödənilməz maddi və mənəvi zərər vura bilən qəbul
olunmuş öhdəliklərin mükəmməl şəkildə yerinə yetirilməsi;
- müştərilərə, partnyorlara və nəhayət dövlətə münasibətdə biznesin
ə
dalətli şəkildə həyata keçirilməsi.
Biznesin xarici təcrübəsi yüksək mədəniyyətli və nümunəvi firmaların
idarə edilməsinin bir sıra prinsiplərini müəyyən etmişdir:
1) firma rəhbərliyi əsas müştərilərə dövri olaraq baş çəkməlidir. Belə
aksiyaların məqsədi istehlakçıların tələblərilə bilavasitə tanış olmaqdan, on-
ların qarşılıqlı əməkdaşlıqdan məmnun qalıb-qalmadıqlarını aydınlaşdır-
maqdan ibarətdir;
2) işgüzar kağızlar lakoniklikləri (müxtəsərlikləri) ilə fərqlənməlidir-
lər. Mühüm işgüzar qeydlərin həcmi bir səhifəni keçməməlidir, firmadaxili
hesabdarlıqları minimuma endirmək lazımdır;
3) firmanın və ya onun bölməsinin idarəçisi öz tabelikdə olanlarının
hər biri ilə şəxsən təmasda olmalıdır;
4) firma işçilərinin qeyri-formal (qeyri-rəsmi) ünsiyyətləri stimul-
laşdırılır;
5) firma işçilərinin münasibətlərində ayrıseçkilik halları (motivləşdiril-
məmiş işdən kənarlaşdırma, ahıl yaşda insanların hüquqlarının pozulması,
mükafat verməmə və s.) minimuma endirilir.
Ə
n cazibədar xarici kompaniya və firmaların fəaliyyət mədəniyyəti sə-
viyyələrinin müəyyənləşdirilməsi kriteriyaları maraq kəsb edir: innovasiya
fəaliyyəti və aktivlik, menecmentin keyfiyyəti, firmanın uzunmüddətli in-
vestisiyalaşdırma obyekti kimi əhəmiyyətliliyi, ictimai və ekoloji məsuliyyət,
firmanın heyətin yaradıcılığını, məhsul və xidmətlərin keyfiyyətini inkişaf
etdirmək və dəstəkləmək qabiliyyəti, firmanın maliyyə əhəmiyyətliliyi və s.
4.3. şgüzar etika
Etika – insan davranışı prinsiplərinin məcmusudur. Bu tərifi biznes
sahəsinə qədər genişləndirərək demək olar ki, işgüzar etika özündə biznes
sferasında məşğul olan insanların davranış prinsiplərini əks etdirir.
ş
güzar etika partnyorların işgüzar münasibətlərini, habelə onların dav-
ranışlarını işgüzar dünyada ümumi olaraq qəbul olunmuş davranış prinsiplə-
rinə uyğun gəlib-gəlməmə nöqteyi-nəzərindən nəzərdən keçirməyə və qiy-
mətləndirməyə imkan verir. Belə prinsiplərə istinad etmə cəmiyyətin inkişa-
fına fəal şəkildə təsir göstərmək, öz vətəndaş borcunu layiqincə yerinə
yetirmək üzrə peşəkar imkana malik olan biznesmenlərə kömək edir.
Bununla əlaqədar olaraq, işgüzar etikada struktur formalaşdıran kom-
ponentlər kimi çıxış edən əxlaqi dəyərləri fərqləndirmək məqsədəuyğundur.
Бизнесин тяшкили вя идаря едилмяси
53
Bunlar içərisində ən mühüm olanları aşağıdakılardır:
düzlük və
saflıq (vic-
danlılıq).
Biznesdə düzlük tələbi onun təbiətindən irəli gəlir. Yalan normal iq-
tisadi prosesin əsası kimi çıxış edə bilməz. Əksinə, o, partnyorların maraq-
ları üçün təhlükə yaradır. Yalan danışan insanlar işgüzar dünyada hər zaman
mühakimə olunmuşlar. Son nəticədə yalan və saxtakarlığa yol verənlər
udduqlarından çox uduzurlar.
Düzlük və vicdanlılıq biznesin və ümumiyyətlə cəmiyyətin uzunmüd-
dətli inkişafının nəticəsidir, bu proses zamanı optimal etik və əxlaqi nor-
malar işlənib hazırlanmışdır. Məlumdur ki, sənaye cəhətdən inkişaf etmiş
ölkələrdə biznes dağıntısız, sui-istifadəsiz, elementar vicdansızlıq və bunun
ə
sasında ortaya çıxan qalmaqallarsız keçinmir. Bununla belə, biznesdə əsas
məqam düzlük, vicdanlılıq, partnyora “kələk gəlməməyə” çalışmaq, daha
irəli hərəkət etmək və münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı faydalı
razılıqlar bağlamaqdır.
ş
güzar etika azadlıq kimi ümumi insani dəyərə əsaslanır. Bu o de-
məkdir ki, biznesmen və ya menecer təkcə öz kommersiya fəaliyyətlərinin
yox, öz rəqibinin də fəaliyyətlərinin azadlığını qiymətləndirməlidir və bu da
onun işinə müdaxilə edilməməsində, onun hətta ən cüzi maraqlarının belə
ə
zilməməsində ifadə olunur.
ş
güzar qarşılıqlı münasibətlərin başqa bir təməl prinsipi səbirlilikdir.
Bu prinsip partnyorların, müştərilərin və ya tabelikdə olanların zəiflik və
çatışmazlıqlarını “bir həmlədə” dəf etməyin qeyri-mümkün olmasının qav-
ranılmasından çıxır. Səbirlilik qarşılıqlı etibar, anlayış və səmimilik yaradır,
münaqişəli situasiyaları onlar hələ yaranmadan söndürməyə imkan verir.
ş
güzar qarşılıqlı münasibətlər hər zaman müxtəlif nöqsanlar və mü-
naqişələrlə müşayiət olunur, buna görə də onlar nəzakət və zəriflik tələb
edirlər. Belə ünsiyyətdə nəzakət təkcə məqsədlər və davranış normalarının
uyğunluğunu başa düşməyi yox, bu normaları konkret insana tətbiq etməyi
bacarmağı ifadə edir. Nəzakət, hər şeydən əvvəl, humanizmə və xeyirxahlı-
ğ
a oriyentasiyanı, diqqətlilik və xəbərdarlığı nəzərdə tutur. Nəzakətli olmaq
istənilən situasiyada öz partnyorunu, müştərini və tabelikdə olanı, onun bio-
sosial xarakteristikaları olan cins, yaş, milliyyət, temperament, vərdiş və s.
cəhətlərinin nəzərə alınması ilə dəyərli insan şəxsiyyəti kimi dərk etməyi
ifadə edir.
Zəriflik dedikdə, ünsiyyətdə mülayimlik və diqqətlilik, öz kolleqala-
rının mənliyini hifz etmək bacarığı başa düşülür. Nəzakət xüsusi, ünsiyyət
zamanı səhihlik və səmimiliyin yalnız yüksək səviyyədə peşəkar biznes-
menlərə və menecerlərə xas olan təzahür formasıdır. O, ən az əxlaqi-psi-
xoloji xərclərlə işgüzar məsələləri həll etməyə imkan verir. Nəzakətin dəyəri
xarici biznesmenlərlə ünsiyyət zamanı xüsusilə yüksəkdir.