Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə14/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   10   11   12   13   14   15   16   17   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



35

                                                            



II  BÖLMƏ 

 

DÜNYA  QT SAD YYATININ TAR X  ELM K M  

 

II FƏSШL  

 

 Tarix və iqtisad elmi: sintezin gerçək mahiyyəti 

 

§2.1. Təkamül və müasirlik 

 

Tarixi-iqtisadiyyat  elmi  tarix  və  iqtisad  elminin  sintezindən 



formalaşmış  müstəqil  elm  sahəsidir.  Tarixi  –  iqtisadiyyat  yönümlü  ilk 

tədqiqat  işlərinə  XVI  əsrin  əvvəllərində  təsadüf  edilir.  Bu  baxımdan 

1514-cü ildə Qilyam Byüd tərəfindən yazılmış “Assa

38

 haqqında traktat” 



əsərini  göstərmək  olar.  XVI-XVIII  əsrlər  Avropasında  dünya 

iqtisadiyyatının genezisi ilə xüsusi olaraq aktuallaşan bır sıra məsələlərin 

(maliyyə,  ticarət,  aqrar  sfera,  sənaye  və  s.)  tədqiqi  zəruriliyi  meydana 

çıxdı ki, bu da yekun etibarilə tarixi iqtisadiyyatın elm kimi formalaşması 

prosesini əhəmiyyətli dərəcədə stimullaşdırmışdır. 

qtisadi  hadisə  və  proseslərin  tarixi-xronoloji  müstəvidə  tədqiqinə 

həsr  edilmiş  iqtisadi-statistik  məzmunlu  araşdırmalar  aparılmağa 

başlandı: U.Pettinin “Vergilər və rüsumlar haqqında traktat” (1662-ci il), 

A.Smitin  “Xalqların  sərvətinin  təbiəti  və  səbəbləri  haqqında  tədqiqat” 

(1776),  eləcə  də  XVIII  əsr  çoxsaylı  fransız  tədqiqatçılarının  əsərlərini 

misal gətirmək olar. 

Ümumiyyətlə,  XVIII  əsrdə  iqtisadiyyatın  və  təsərrüfat  həyatının 

tarixi yönümündə çox sayda araşdırmalar aparılmışdır. 

Məhz  bunu  əsas  tutaraq  XVIII  əsri  tarixi  iqtisadiyyat  elminin 

yaranması əsri kimi də səciyyələndirirlər. XIX əsrin ortalarından etibarən 

tarixi-iqtisadiyyat  müstəqil  elm  sahəsinə  çevrilir.  Elmin  “müstəqillik” 

əldə etməsini bır sıra səbəblərlə izah etmək olar: 

1.

  qtisadi hadisə və proseslərin tədqiqində tarixi-genetik metodun 



tətbiqi;  Başqa  sözlə,  tarixilik  (историзм)  prinsipinin  birmənalı 

olaraq  təsbiti  (V.Hegel,  K.Marks,  F.Engels)  və  onun  real 

gerçəkliyin bütün sferalarının, o cümlədən təbiətin, cəmiyyətin 

və  təfəkkürün  inkişaf  proseslərinin  araşdırılmasında  mühüm 

                                                 

38

 Assa - Qədim Roma pulu; 




Dünya iqtisadiyyatının tarixi 

 

 



36

                                                            

əhəmiyyət  kəsb  edən  metod  kimi  tətbiqi  tarixi-iqtisadiyyatın 

elmi statusunun formalaşmasında mühüm rol oynamışdır. 

2.

  Klassik siyasi iqtisadın böhranı; 



3.

  XIX əsrin ikinci yarısında Qərbin sürətli iqtisadi inkşaf yoluna 

qədəm qoyması; 

Tarixi-iqtisadiyyat  elminin  inkişafında  (XIX  əsrin  ikinci  yarısı  – 

XX əsrin əvvəlləri) A.Toynbi, C.Eşli, K.Byüxer, M.Veber, V.Zombart və 

s. mütəfəkkirlər müstəsna rol oynamışlar. 

XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisad elminin tarixi-iqtisadi 

yönümünün  formalaşmasına  institutsionalizmin  qərarlaşması  da  müsbət 

təsir  göstərmişdir.  nstitutsionistlər  iqtisadi  sistemə  geniş  kulturoloji 

spektrdən  yanaşır  və  onu  cəmiyyətin  tarixi  həyatının  müəyyən  pilləsi 

hesab  edirdilər.  Əsas  diqqət  mərkəzi  institutların  –  iqtisadi  fəaliyyətin 

təşkilinin  real  formaları,  iqtisadi  subyektlərin  davranış  normaları  və 

motivləri – üzərinə düşürdü.  

XX  əsrin  20-30-cu  illərində  “Annallar”  məktəbinin  yaranması  ilə 

təhlilin yeni metodları meydana çıxdı. M.Blok, L.Fevr və F.Brodelin əsas 

ideyasına  görə  iqtisadiyyatın  tarixi-müxtəlif  nöqteyi-nəzərlərdən 

yanaşılan  insanların,  hadisə,  konyunktura  və  böhranların,  ictimai 

strukturların qlobal tarixidir. “Annallar” tərəfindən irəli sürülən yanaşma 

tərzi xüsusi bir istiqamətin –“mentallığın tarixi”nin – yaranmasına gətirib 

çıxardı.  Tarixi  mənbələr  ilkinliyin  əslində  alman  tarixi  məktəbinə 

(V.Roşer,  V.Qilderbrand,  K.Knis)  məxsus  olduğunu  göstərir.  Belə  ki, 

məhz  həmin  məktəb  tarixin  siyasi  iqtisada  tətbiqinin  zəruriliyini 

əsaslandırmağa  çalışmışdır.  Bunu  da  xalqların  iqtisadi  inkişaf  qanunları 

haqqında  təlim  kimi  qəbul  edirdilər.  Hər  bir  konkret  dövlətin  tarixi 

inkişaf təcrübəsinin ümumiləşdirilməsi qanun adlandırılırdı.  qtisadiyya-

tın tarixnin əsas təyinatı “nümayiş” etmə rolunda təcəssüm edirdi. 

1960-cı  illərdə  A.Konrad  və  C.Meyer  müasir  nəzəri  iqtisadi 

“əksfaktiki”  (“alınmayan  gələcək”)  modelləri  ABŞ-ın  cənubunda 

mövcud  olan  quldarlıq  iqtisadiyyatının  təhlilinə  tətbiq  etməklə 

kliometrikanın banisinə çevrildilər. 

Bu  məktəbin  iki  nümayəndəsi  –  R.Fogel  və  D.Nort  1993-cü  ildə 

iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldülər. 

Tarixi-iqtisadiyyat 

elminin 


inkişafında 

iqtisadçı-tarixçilərin 

yaratdıqları beynəlxalq təşkilat mühüm rol oynamışdı. 

1960-cı  ildən  sonra  həmin  təşkilat  tərəfindən  müntəzəm  olaraq 

keçirilən  iqtisadi  tarix  üzrə  beynəlxalq  konfrans  elmin  müasir 

problemlərini aşağıdakı kimi müəyyənləşdirmişdir: 




Dünya iqtisadiyyatının tarixi 

 

 



37

                                                            

-  qtisadi artımın xüsusiyyətləri; 

- Sənayeləşmə; 

- Urbanizasiya; 

- Demoqrafiya; 

- Aqrar tarix; 

- Kapitlizmin genezisi; 

- Iqtisadiyyatın tarixinin metodologiyası və metodları. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Ən qədim dövr 

(ibtidai icma); 

- Qədim dövr 

(b.e.V əsrinə 

qədər) 


- Orta əsrlər; 

- Yeni dövr; 

Tarixi-iqtisadiyyat elmi 

ƏLAMƏTLƏR 

Funksion

al təyina-

tına görə 

Tarixi epoxaya 

görə 

- Qədim dövr; 



- Barbarlıq; 

- Sivilizasiya 

Şərti-zaman 

əlamətinə görə 



1.  qtisadi tarix: 

- Tarixi hadisələrin 

iqtisadi səbəbləri və 

nəticələri; 

- Dövlətlərin iqtisadi 

siyasəti; 

- Sosial qrupların 

(siniflərin) iqtisadi 

psixologiyası 

2.  qtisadiyyatın 

tarixi: 

- Ölkələrin, 

regionların, dünyanın 

tarixi; 


-  stehsal üsulunun 

tarixi; 


-  qtisadi sahələrin 

tarixi; 


- Təsərrüfat mexa-

3.  qtisadi fikir 

tarixi: 

- Siyasi iqtisadın 

tarixi; 

- Sahəvi və funksional 

iqtisadi elmlərin tarixi; 

- Ayrı-ayrı iqtisadi 

nəzəriyyələrin tarixi; 

-  qtisadi 

metodologiyanın tarixi 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə