Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə7/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   2   3   4   5   6   7   8   9   10   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



18

                                                            

düzəldilə biləndir. Başqa sözlə, daha yaxşı nəticə əldə etmək 

üçün  uyğun  gələn  mexanizm  var,  amma  bu  nəticə  əldə 

olunmayıbdır. 

Sonuncu  dərəcə  o  deməkdir  ki,  texnologiya  və  institutların 

seçimində,  bu  və  ya  digər  səbəbdən,  daha  effektiv  alternativlərin 

olmasına baxmayaraq, daha az effektiv olana üstünlük verilir. 

Beləliklə,  birinci  dərəcə  -  sadəcə  olaraq  əlaqənin  mövcudluğunu 

təsbit edir (qeyri-effektivlik haqqında heç bir nəticəyə gəlmir). 

kinci  dərəcə  -  belə  bir  qeyd-şərtlə  çıxış  edir  ki,  zamanlararası 

effekt səhvləri artırır. 

Üçüncü  dərəcə  -  nəinki  bunu  (səhvləri  artırmanı)  təsdiq  edir,  eyni 

zamanda ondan qaçma imkanlarının olduğunu göstərir. 

Konsepsiyanın  xüsusi  əhəmiyyəti  ondan  ibarətdir  ki,  “qeyri-

effektiv” texnologiya və institutların seçilməsi ilə olan tarixi hadisələrin 

heç  də  hamısını  neoklassik  model  və  terminlərlə  -  bazarın  fiaskosu, 

Pareto-optimumu və s. ifadə etmək olmaz. 

Problemin  qəlizliyi  ondadır  ki,  əvvəlki  inkişaf  yolundan  asılılığın 

yanlış interpretasiyası yanlış siyasətə gətirib çıxarır. 



 

§ 1.2. Tarixi tərəqqi və tarixi qanunlar 

 

Elmi  fikrin  təkamülü  prosesində  tarixi  inkişafın  gerçəkləşməsini 

təmin  edən  xüsusi  qanunların  mövcudluğu  haqqında  ilkin  biliklər  yeni 

dövrdə  formalaşmağa    başlamışdır.  Bu  dövrə  qədər  elmi  dövriyyədə 

hakim  mövqelərə  yiyələnmiş  dini  konsepsiyaya  xas  olan  teleoloji 

interpretasiya  nomoloji  yanaşma  ilə    -  yəni  tarixi  hadisələrin  universal 

qanunlar  əsasında  şərhini  nəzərdə  tutan  konsepsiya  ilə  əvəzlənir.  Sovet 

tədqiqatçıları  da  ciddi  şəkildə  “tarixin  qanunlarını”  axtarmaqla  məşğul 

olmuşlar. M.A. Barq  yazırdı ki: “...Tarixi tədqiqatlarda aparılan sintezin 

zirvəsi  ictimai  –  tarixi  qanunauyğunluqları  formalaşdırmaqdan  ibarətdir 

və “.... Hansısa lokal - tarixi epoxanın öyrəniməsində ümumdünya - tarixi 

kateqoriyadan uzaqlaşmaq üzə çıxarılan ictimai əlaqələrin siyasi-iqtisadi 

mahiyyətini  müəyyənləşdirməkdə  tam  acizlik  doğurur”

16

.  Başqa  sözlə, 



tarixin əsas məqsədi tarixi prosesin qanunauyğunluqlarını aşkarlamaqdır. 

Bununla belə, tarixin elmi statusunu əsaslandıra biləcək tarixi qanunların 

aşkarlanması prosesi ifrat bəsitlik və primitivliklə müşayiət olunurdu. 

                                                 

16

 Барг М.А. Понятие всемирно-исторического как познавательный принцип исто-



рической науки. М; 1973. -С.6., 15-16. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



19

                                                            

Bu  prizmadan  V.Vundt  tərəfindən  irəli  sürülən  inkişafın  sosial 

qanunları səciyyəvi hal kimi nəzərdən keçirilə bilər. “... Sosial aspektdə 

eyni  fəaliyyət  göstərənlər  qanununa  uyğun  olaraq  hər  bir  konkret 

vəziyyət  həmişə  eyni  vaxtda  mövcud  olan  toplananlara  şamil  edilməklə 

birgə  fəaliyyət  göstərmək  məqsədilə  birləşirlər”.

17

  Bunun  tarixə,  tarixi 



inkişafa aidiyyəti aydın deyil. Yaxud, Vundtun digər qanununa – “sosial 

təzadlar qanununa” münasibətdə də eyni hal müşahidə edilir. 

Tamamilə  mümkündür  ki,  qeyd  olunan  dağınıq  təsbitlərin  əsasında 

hansısa psixoloji müşahidənin qənaətləri dayanır. Lakin bu təsbitlərin tarixi 

tətbiqi,  yaxud tarixi interpretasiya üçün əhəmiyyətinin nədən ibarət olduğu 

anlaşılmır. 

Tarixi  qanunların  aşkarlanması  prosesində  yanılmalar  və  səhv 

yanaşmalar kifayət qədər çox olmuşdur. Məsələn, K.Breyziqin

18

 “dünya 


tarixinin qanunları” (cəmi – 20 qanun) bu qəbildən olanlar sırasındadır. 

K.Breyziqə  görə,  tarixi  inkişaf  ardıcıl  olaraq  ailədən  nəsilə,  sonra 

dövlətə, xalqa və s. yönümündə baş verir. 

Tarixi inkişaf qanunlarının aşkarlanmasını tarix elminin vəzifəsi hesab 

edənlərin  və  bu  aspektə  xüsusi  diqqət  yetirənlərin  sırasında  kifayət  qədər 

məşhur tədqiqatçılar vardır (K.Marks, C.Mill, Q.Zimmel, M.Veber və s. və 

i.a.). Lakin  XX əsrdən başlayaraq qeyd edilən istiqamətin prioritetliyini önə 

çəkənlərin sayı əhəmiyyətli dərəcədə azalmağa başladı. 

Görkəmli  tədqiqatçıların  böyük  əksəriyyəti  “tarixin  qanunlarının” 

olmasını  şübhə  altına  alır  və  onun  mümkünsüzlüyünü  göstərirdilər. 

(Q.Rikkert, N.Kareev, R.Vipper, E.Tarle və s.). 

Postpozitivizmin  banisi  K.Popper  tarix  elmləri  və  ümumiləşdirici 

(nəzəri)  elmlər  arasındaki  fərqə  istinadla  tarixi  qanunların  mövcud 

olmadığını  ortalığa  qoymuşdur.  O  qeyd  edirdi  ki,  nəzəri  ümumiləşdirici 

elmlər universal hipotezlərin yoxlanılması, tətbiqi ümumiləşdirici elmlər 

–  konkret  hadisələrin  öngörməsi  ilə  maraqlanır.  Tarix  elmləri  konkret, 

spesifik  hadisələr  və  onların  interpretasiyası  ilə  məşğuldur.  “...  Bizim 

fikrimizcə, həqiqətən də heç bir tarixi qanun ola bilməz... Tarixin vəzifəsi 

ondan  ibarətdir  ki,  ayrı-ayrı  hadisələri  təhlil  etsin  və  onların  səbəblərini 

göstərsin.  Qanunlarla  maraqlananlar  isə  nəzəri  ümumiləşdirici  elmlərə 

müraciət etməlidirlər.”

19

 



                                                 

17

 Вундт В. Социальные законы// Философия истории. Антология, М; 1995.- С.146 



18

 Брейзиг К. Законы мировой истории// Философия истории. Антология. М, 

1995.- С. 153 

19

 Поппер К. Открытое общество и его враги. Т.II, М.1993.с.305 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə