Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə30/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   26   27   28   29   30   31   32   33   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



79

                                                            

3)

 

Bu və ya digər xalqın, yaxud regionun mədəni inkişafının 



son anı – “qürubu”dur (O.Şpenqler). 

4)

 



nsanın 

maddi 


fəaliyyətinin, 

əmək 


vasitələrinin, 

texnologiyaların,  iqtisadi  münasibətlərin,  təşkilatların 

yüksək səviyyəsidir (N.Berdyayev, S.Bulqakov). 

Müasir sosial fəlsəfə sivilizasiyanı insanlar və xalqların irimiqyaslı 

sosio  –  mədəni  ümumiliyi  kimi  səciyyələndirir.  Sivilizasiya  nəzəriyyəsi 

tarixi inkişafın mexanizmlərinin, onun gedişi prosesi və xüsusiyyətlərinin 

aşkarlanması  yönümündə bir çox üstünlüklərə malikdir. Bu nəzəriyyədə 

ictimai tərəqqinin fasiləsizliyinə,təkamüllüyünə xüsusi diqqət yetirilir. 

 Sivilizasiyalı  yanaşma  tarixi  gerçəkliyi  olduğu  kimi  görməyə 

imkan  verir.  Başqa  sözlə,  hansısa  kriteriyə  cavab  verməyən  variantlar 

prosesdən sərf-nəzər olunmur. Məsələn, bu yanaşmadan istifadə etməklə 

müasir  Şərq  və  Qərb  sivilizasiyaları  arasında  mövcud  olan  sosio  – 

mədəni fərqlilikləri aşkarlayırlar : 

1)

  Şəxsiyyət və cəmiyyətin əlaqəsinin xarakteri; Şərq sivilizasiyası 



cəmiyyətə, Qərb isə - şəxsiyyətə, onun individualizminə, ayrıca 

götürülmüş fərdi maraqların cəmiyyətinin mənafelərindən üstün 

tutulmasına yönəlmişdir. 

2)

  nsanın sosial – psixoloji quruluşu; Qərbdə insan mövcudluqla 



əksər  hallarda  razılaşmır,  onu  daha  da  yaxşılaşdırmağa  çalışır. 

Şərqdə  isə  keçmiş  və  indi  balans  halındadır,  ata  –  babalardan 

qalma adət-ənənələrə əməl etmək zəruri hesab olunur. 

3)

  Sosio-mədəni  həyatın  inkişaf  xarakteri:  Qərb  həyat  tərzi  bir 



qayda olaraq, sıçrayışla  dəyişir. Şərqdə isə dəyişmə təkamüllə, 

ruhi  dəyərlərə  istinadla  baş  verir  və  sabitliyi,  dayanıqlığı  ilə 

səciyyələnir. 

 Ümumiyyətlə,  marksizmdən  fərqli  olaraq  (şəxsiyyətin  rolu  tam 

inkar edilir) sivilizasiya nəzəriyyəsi tarixi prosesə yanaşmada şəxsiyyətə 

xüsusi önəm verir : Tarixdə elə dövrlər olur ki, hansısa tarixi problemin 

həllində  bir  nəfərin  qəbul  etdiyi  qərar  bütün  yerdə  qalan  amillərin 

hamısından daha böyük əhəmiyyət kəsb edir. 

ctimai  –  iqtisadi  formasiya  və  sivilizasiya  nəzəriyyələrinin 

qarşılıqlı müqayisəsini aşağıdakı şəkildən əyani şəkildə görmək olar. 



 

Sivilizasiyalı  yanaşmanın  tarixi  dövrlənmə  metodu  kimi  üstün 

cəhətlərinə aşağıdakıları aid etmək olar : 

1.

  Tarixin  “bəşəriləşdirilməsi”.  nsan  –  tarixin  əvvəli  və 



sonudur; 


Dünya iqtisadiyyatının tarixi 

 

 



80

                                                            

2.

  Universalizm  –  onun  prinsipləri  istənilən  ölkə,  yaxud 



ölkələr qrupu üçün keçərlidir.  

3.

  Tarixi  çoxvariantlı  və  çoxxətli  proses  kimi  nəzərdən 



keçirir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şə



kil 4.3. Ümumbəşəri inkişafa formasiyalı və sivilizasiyalı baxışların 

müqayisəsi 

 

 



4.

 

Tarixi  prosesin  dərkedilməsində  mənəvi  –  intellektual 



amillərə (din, mədəniyyət, mentalitet) xüsusi önən verilir; 

Bununla  belə,  göstərmək  lazımdır  ki,  sivilizasiya  nəzəriyyəsi  də 

nöqsan və çatışmazlıqlardan xali deyildir. 

1.

  Universalizm – həm də nöqsanlara aiddir. Belə ki, bu prinsiplər 



əsasən  “qlobal  səviyyədə”  tətbiq  olunur.  Konkret  problemlərin 

həlli isə fərqli metodika əsasında aparılır; 

2.

  Sivilizasiyaların  tipologiya  kriterilərinin  amorfluğu;  Bu 



məqsədlə  həm  iqtisadi,  siyasi,  həm  də  dini  və  mədəni 

Bəşəriyyətin inkişaf tarixinə yanaşma 

Formasiyalı baxış 

Sivilizasiyalı baxış 

-

  Əsas olan maddi-nemətlər 



istehsalıdır; 

-

  Cəmiyyətin tarixi istehsal 



üsulunun inkişaf tarixidir; 

-

  nkişaf tarixi eynitipli əlamətlərə 



görə konkret sosial-iqtisadi 

formasiyalara bölünür; 

-

  Tarixi proses qanunauyğun 



olaraq bir formasiyanın digərini 

əvəz etməsi prosesidir. 

-

  Hər bir formasiyanın öz xüsusi 



sivilizasiyası var; 

-

  Hər bir xalqın inkişafı “ümumi” 



olan əsasında gedir və ona çoxlu 

sayda amillər təsir göstərir. 

1)

  Əsas olan sivilizasiyaların 



yaranması, inkişafı və məhvində 

ümumi qanunauyğunluqların 

yoxluğudur; 

2)

   stehsal üsuluna görə xalqların 



inkişaf tarixinin tipologiyası rədd 

edilir; 


3)

  Ayrı-ayrı xalqların inkişafında 

özünəməxsusluq ön plana çıxarılır; 

4)

  Çoxlu sayda sivilizasiyaların 



olduğu təsbit edilir. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



81

                                                            

kriterilərdən  (ayrı-ayrı  sivilizasiyalara  yanaşmada)  ayrı  – 

ayrılıqda yararlanılır; 

3.

  Bu  yanaşma  çərçivəsində  metodoloji  müstəvidə  anlama 



metodikasının zəifliyi göz önündədir; 

4. Sivilizasiyalar arası əlaqə nəzərə alınmır; 

5.

  Təkrarlanma fenomeninə heç bir şərh verilmir; 



6.

  Mentalitetin nəzərdən keçirilməsində böyük çətinliklər yaranır. 

Bəşəriyyətin  ruhi-mənəvi  və  intellektual  strukturları  mühüm 

əhəmiyyət  kəsb  edir,  lakin  onların  göstəriciləri  (indikatorlar) 

ifrat dərəcədə yayğındır. 

           Beləliklə,  tarixi  dövrlənmənin  fəlsəfi  yozumu  istənilən  halda 

əvvəllər  qeyd  etdiyimiz  xronoloji  çərcivədən  kənara  çıxmır  (qədim 

dünya;  orta  əsrlər;  yeni  və  ən  yeni  dövr).  Bu  dövrlərin  hər  biri  üçün 

adekvat  olan  təsərrüfat  tipi,  mədəniyyəti  və  s.  mövcud  olmuşdur. 

Maraqlıdır  ki,  müasir  tarixçilərin  bir  çoxu  sözügedən  dövrlənmə  ilə 

razılaşmırlar. 

           Məsələn, fransız tarixşünası J.Le Qoff  yazır ki : “... Bu gün mən 

xronoloji  çərcivənin  genişləndirilməsində  israr  edirəm...”uzun”  orta 

əsrlər... əslində XVIII əsrə qədər “uzanmış”, fransız inqilabı və XIX əsr 

sənaye çevrilişi, XX əsrin böyük dəyişiklikləri nəticəsində “tükənməyə” 

doğru  yönəlmişdir...  Biz  ortaəsrlərin  sonuncu  maddi  və  intellektual 

qalıqları içərisində yaşayırıq.”

85

 



          Bu  gün  Qərb  ölkələrinin  universitetlərində  tədris  olunan 

dərsliklərdə  müasir  fəlsəfi  fikrin  tarixi  dövrlərin  “irilənməsinə”  yönəlik 

dövretmə nəzəriyyəsi yer almaqdadır: 

1.

  Ənənəvi cəmiyyət (kapitalizməqədərki); 



2.

  Kapitalizm (ilkin, keçid forması da daxil olmaqla XVII – 

XVIII  əsrlər  Avropası)  industrial  cəmiyyəti  (XIX  əsrin 

ortaları) əhatə edir; 

3.

  Postindustrial cəmiyyət (XX əsrin 60-cı illərindən sonrakı 



dövr). 

 Beləliklə,  fəlsəfi  yanaşmaya  görə,  bəşəriyyət  sanki  sivilizasiyanın 

üç  “dalğasını”  keçir.  Ənənəvi  cəmiyyətdə  kənd  təsərrüfatı,  industrial 

cəmiyyətdə  sənaye  və  postindustrial  cəmiyyətdə  xidmət  sferası  əsas  rol 

oynayır. 

 “ ndustrial cəmiyyət” termini O.Kont və Q.Spenser, “Postindustrial 

cəmiyyət” termini isə D.Bell tərəfindən  elmi leksikona daxil edilmişdir. 

                                                 

85

 Ле Гофф Ж. Цивилизация средневекового Запада. М., 1992.- С.5 – 6  




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə