Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə60/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   56   57   58   59   60   61   62   63   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



165

                                                            

geyindirmək  və  s.)  lazım  gəlmirdi.  Antik  təsərrüfat  modelindən  fərqli 

olaraq  (qullar  ayrı-ayrı  quldarların  şəxsi  mülkiyyətində  idilər  və  həmin 

quldarların  xüsusi  mənafelərinə  xidmət  göstərirdilər)  bu  nəhəng  əmək 

ordusu  mərkəzləşdirilmiş  şəkildə  yalnız  dövlət  işlərinə  cəlb  olunurdu: 

suvarma  sistemlərinin,  yolların,  nəhəng  binaların  və  s.  tikintisində 

çalışırdılar.  Qədim  Misirdə  dövri  olaraq  əhalinin  siyahıya  alınması 

keçirilirdi  ki,  bunda  da  məqsəd  əmək  mükəlləfiyyətinin  bölüşdürülməsi 

idi. Hər bir kəndli ilin müəyyən dövrünü Firon və məbədlərə məxsus əkin 

sahələrində,  suvarma  sistemlərinin,  piramida  və  məbədlərin  tikintisində 

işləməli  idi.  Dövlət  mükəlləfiyyəti  bütün  əhaliyə  şamil  edilirdi.  şlərin 

yerinə  yetirilməsinə  xüsusi  məmurlar  –  “insan  sayanlar”,  yaxud  “insan 

sayğacları” nəzarət edirdilər. 

Ümumiyyətlə,  nəinki  qədim  Misir,  eləcə  də  əksər  Qədim  Şərq 

dövlətləri  üçün  iqtisadiyyatın  yüksək  səviyyəli  mərkəzləşdirilməsi 

xarakterik  hal  idi; 

stehsal  edilmiş  məhsulun  əsas  kütləsi 

mərkəzləşdirilmiş şəkildə bölüşdürüldü. 

Məmurlar  məhsulun  həcminin  və  heyvanların  baş  sayının  uçotunu 

aparırdılar;  irriqasiya  sistemləri  və  obyektlərin  tikintisində  çalışan  icma 

üzvləri müxtəlif alətləri və qida rasionunu dövlət xəzinəsindən alırdılar. 

Bu  ölkələrdə  irriqasiya  sistemlərinin  idarə  olunması  ifrat 

mərkəzləşdirilmiş və despotik xarakter daşıyırdı. 

“Asiya  istehsal  üsulu”nun  qeyd  edilən  əksər  xüsusiyyətləri  çox 

uzun tarixi proses ərzində mövcud olmuşdur. Qədim Şərqdə cəmiyyətin 

çox ciddi iyerarxik quruluşu formalaşmışdır. Qədim Misirdə hakimiyyət 

və  mülkiyyət  üzvi  vahidlik  halında  mövcud  olmuşdur.  Sosial  mövqe, 

sərvətə  sahib  olmanın  yeganə  yolu  hökmdara  (Firona)  yaxınlıqdan 

keçirdi. 

Əkinçinin  vəziyyəti  də  təsərrüfatın  dövlət  xarakteri  ilə 

müəyyənləşirdi:  əkinçi  öz  evində  yaşayır  və  təsərrüfatını  idarə  edirdi. 

Lakin əkin üçün toxumu, yer şumlamaq üçün işçi heyvanları müvəqqəti 

olaraq  dövlətdən  alırdı.  stehsal  edilmiş  məhsul  bütünlükdə  dövlətin 

sərəncamına  keçir  və  bu  məhsuldan  əkinçiyə  yalnız  ailəsinin  tələbatı 

həcmində pay ayrılırdı.Əsas hissə isə dövlət anbarlarına təhvil verilirdi. 

Qədim Misirdə sənətkarlıq da mərkəzi xarakter daşıyırdı. Misirlilər 

tuncdan  əsasən  bəzək  şeyləri  düzəldirdilər.  Əmək  alətlərinin 

hazırlanmasında  isə  istifadə  olunmurdu.  Qədim  Misir  tarixinin  sonunda 

dəmir  meydana  çıxdı  ki,  onu  da  ilkin  vaxtlarda  qiymətli  metal  hesab 

etdilər.  Ayrı-ayrı  sənətkarlardan  başqa  detallar  üzrə  əmək  bölgüsünə 

əsaslanan iri dövlət müəssisələri də fəaliyyət göstərirdi. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



166

                                                            

Təsərrüfatın  inkişafı  Cənubi  Misirdə  heyvanlarla,  Şimalda  isə 

taxılla  ticarətin  artımına  güclü  impuls  vermişdir.  Kiçik  Asiyadan 

qurğuşun və digər metalları, Kiprdən isə mis alırdılar. Varlanmış tacirlər 

sələmçiliklə  məşğul  olmağa  başlamışlar.  qtisadiyyatın  tam  şəkildə 

dövlət mülkiyyətinə alınması, ictimai həyatın total reqlamentləşdirilməsi, 

bürokratiyanın  qərarlaşması,  əslində  Qədim  Şərq  cəmiyyətlərinin 

hamısına  xas  olan  bir  cəhətlə  -  hər  şeydə  sabitliyə  nail  olma  (iqtisadi, 

sosial-mədəni  və  siyasi  həyatda)  istəyi  ilə  bağlı  olmuşdur.  cmasız  hər 

hansı  bir  ailənin  mövcudluğu  mümkün  olmadığı  kimi,  dövlətsiz  də 

icmanın yaşaya bilməməsi situasiyası formalaşmışdır. 

Sabitliyə canatmanın ifratçı təzahürü yekun etibarı ilə staqnasiyaya 

gətirib  çıxardı.  Yəni,  iqtisadiyyat  inkişafdan  dayandı,  eyni  forma  və 

münasibətlərin təkrar istehsalı müşahidə edilməyə başlandı. 

 

 



§ 5.6.3. Qədim Çinin iqtisadiyyatı 

 

 Qədim Çin b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit 

mədəniyyəti bazasında formalaşmışdır. 

Xyanxe hövzəsi qədim Çin sivilizasiyasının formalaşdığı əsas ərazi 

idi.  Uzun  dövr  ərzində  sözügedən  ərazi  nisbi  təcridlik  şəraitində  inkişaf 

etmişdir. Yalnız b.e.ə. 1-ci minilliyin ortalarından ərazinin genişlənməsi 

prosesi  əvvəlcə  Yanzı  hövzəsi,  sonralar  isə  cənuba  doğru  start 

götürmüşdür. 

Çin  sivilizasiyasının  əsas  xüsusiyyəti  daha  çox  təbii  şəraitin 

spesifikliyi  ilə  səciyyələnir.  Belə  ki,  Qədim  Misir  və  Şumer 

sivilizasiyalarından fərqli olaraq Çin sivilizasiyası daha az əlverişli olan 

şəraitdə formalaşmışdır ki, bu da dövlətin yaranmasının daha gec (Qədim 

Şərqlə  müqayisədə)  baş  tutmasına  səbəb  olmuşdur.  Eyni  zamanda, 

yuxarıda  qeyd  etdiyimiz  kimi,  Çinin  təcrid  olunması  amili  də  az 

əhəmiyyətli olmamışdır. 

Təxminlərə görə, Çin b.e.ə. II minilliyin ikinci yarısına qədər digər 

sivilizasiyalardan  təcrid  olunmuş  halda  inkişaf  etmişdir.  Qədim  Çin 

sivilizasiyasının  ilkin  ocaqlarının  qeyri-suvanma  tipli  olması,  onu 

“hidravlik”  cəmiyyətlərdən  –  Qədim  Misir,  Qədim  Mesopotamiya, 

Qədim  Hindistan  -  əhəmiyyətli  dərəcədə  fərqləndirirdi.  Qədim  Çində 

suvarma  sistemləri  yalnız  b.e.ə.  1-ci  minilliyin  ortalarından  etibarən 

yaranmağa  başlamışdır.  Ümumiyyətlə,  Çinin  tarixində  Konfutsinin 

traktatları əhəmiyyətli rol oynamışdır. 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə