Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 213,58 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix02.03.2018
ölçüsü213,58 Kb.
#29085
1   2   3   4   5   6   7

 

Barabanvari  soba  iki  divarlı  (7)  silindrd

üzərində  fırlanır.  Baraban  ikisür

köməkliyi  ilə  döndərilir. 

tökülməsi üçün sifon (8) hazırlanmı

düşmədən tamamilə qoruyur

 

 

 



 

Şə

kil 1.3.  nduksiya kanal sobası

Barabanvari  soba  iki  divarlı  (7)  silindrdən  (2)  ibarətdir.  Soba  diyirc

fırlanır.  Baraban  ikisürətli  asinxron  mühərriklə  (4)  z

rilir.  ntiqal  əyləcə  malikdir.  Divarın  hörgüsünd

si üçün sifon (8) hazırlanmışdır. Sifon, demək olar ki, sobanın vannasını posa 

qoruyur  [ 9 ].  

 

nduksiya kanal sobası 

tdir.  Soba  diyircəklər  (1) 

(4)  zəncir  ötürməsinin  (3) 

malikdir.  Divarın  hörgüsündə  metalın 

k olar ki, sobanın vannasını posa 




 

 

1.3.



  Çuqunəritmə texnoloji proseslərində ətraf mühitin çirklənməsi 

 

Metallurgiya  sənayesi  atqılarının  atmosferdəki  miqdarı  kifayət  qədər  çoxdur 



(cədvəl  1.2).  Bu  çirkləndiricilərin  təbiəti  və  qatılığı  həmin  müəssisələrin  yerləşdiyi 

ə

razidə  xeyli  miqdarda  böhran  vəziyyəti  yaradır.  Kimyəvi  elementlərin  74-ü  təmiz 



halda  və  ya  birləşmələr  şəklində  ətraf  mühit  üçün  təhlükə  yaradır.  Qurğuşun,  civə, 

nikel, sürmə, arsen, selen və s. məhvedici təsir göstərir ki, bu da təbiət sistemlərinin 

deqradasiyasına səbəb olur[ 10 ]. 

Kükürd  bütün  bitki  və  heyvanların  normal  həyat  fəaliyyəti  üçün  lazımdır.  O, 

maddələrin  biogen  dövriyyəsində  iştirak  edərək  özünəməxsus  biokimyəvi  tsikl 

yaradır. Çirklənməmiş rayonlarda havanın tərkibində 6∙10

-3

 mq/m


3

 kükürd anhidridi 

olur.  Bu  çirkləndiricinin  biogen  dövriyyədə  iştirakı  nisbətən  aşağı  olub,  cəmi  dörd 

gün  təşkil  edir.  Buna  səbəb  onun  yer  səthində  adsorbsiya  olunması  və  atmosferdə 

qarşılıqlı təsirə məruz qalmasıdır. 

Kükürd  anhidrinin  atmosfer  havasında  daim  iştirak  etməsinə  baxmayaraq, 

onun  miqdarının  artması  təbiət  sistemlərinə  mənfi  təsir  göstərir.  Beləki,  atmosfer 

havasında  kükürd  anhidridinin  qatılığının  artması  torpağa,  suya  və  bütün  canlılara 

zəhərləyici təsir edir. 

Rəngsiz,  kəskin  iyli  bu  qaz  insan  və  heyvanın  tənəffüs  orqanlarına  təsir  edir, 

bitkilər  üçün  təhlükə  yaradır.  Onun  miqdarı  0,4  mq/m

3

-dən  yüksək  olduqda 



iynəyarpaqlı  ağaclar,  0,02  mq/m

3

-dən  yüksək  olduqda  isə  bitkilər  məhv  olurlar. 



Kükürd  anhidridi  ekosistemə  xroniki  təsir  göstərərək,  turş  atmosfer  yağıntılarının 

düşməsinə səbəb olur. 

Cədvəl 1.2 

Sənayenin müxtəlif sahələrindən atmosferə atqıların miqdarı, % 

Sənaye sahəsi 

Atqıların miqdarı 

stilikenergetika 

27,0 

    Metallurgiya: əlvan və qara 



 

10,5 və 24,0 




 

 

Neft kimyası 



15,0 

Avtomobil kimyası 

13,0 

Tikinti materialları sənayesi 



9,0 

Kimya sənayesi 

1,5 

 

Atmosferin  digər  qazvari  çirkləndiricilərilə  müqayisədə  florlu  hidrogen  və 



florun  qazvari  birləşmələri  (SiF

4

,  H



2

SiF


6

)  yüksək  zəhərliliyi  və  ekosistemə  spesifik 

təsirilə  fərqlənir.  Florun  zəhərliliyi  onun  qazvari  birləşmələrinin  bilavasitə  yer 

qabığının bitki örtüyünə təsirilə əlaqədardır. 

Zəhərli  qazlara  aid  edilən  kükürd  və  xlordan  fərqli  olaraq,  flor  bitkilər  üçün 

zəruri  olan  element  deyil.  Ona  görə  də,  bitkiləri  qəfəslərində  onun  detoksikasiyası 

(zəhərlənməsi)  baş  vermir  və  yığılan  zəhər  rolunda  iştirak  edir.  Flor  eyni  zamanda 

insanların və heyvanların normal həyat fəaliyyəti üçün lazımlı elementdir. Lakin ona 

tələbat məhduddur. 

Florun orqanizmdə miqdarının artması flüorozanın inkişafına səbəb olur. Flor 

tərkibli çirkləndiricilərə aerozol hissəcikləri də aiddir. Onlar bitkiləri çirkləndirərək, 

eyni zamanda trofik zəncirində flor axınını artırır ki, bu da təbiət biosenrozlarında və 

aqrosistemdə arzuolunmaz effektlər yaradır. 

Xlor  və  xlorlu  hidrogen  atmosfer  havasında  kifayət  qədər  geniş  yayılmış 

çirkləndiricilərdir. Xlor da kükürd kimi biosferdə geniş yayılmışdır. O, bitkilərin qida 

maddələrinə  aid  edilir.  Ona  olan  tələbat  mikroelementlərə  olan  tələbat  kimidir.  Bu, 

xloridlərin havadakı təbii miqdarına və çöküntülərin hesabına ödənilir. 

Öz  fiziki-kimyəvi  xassələrinə  əsasən  Cl

2

  və  HCl  buxarları  yerin  səthinə  tez 



çökür.  Bununla  əlaqədar  olaraq  onların  bitkilərə  təsiri  yalnız  atqı  mənbələrinin 

yaxınlığında olur. Qazvari çirkləndiricilərin bitkilərə təsiri əsasən ekosistemə təsirlə 

müəyyənləşir. 



 

 

Bitkiləri  müxtəlif  qazların  təsirlərinə  qarşı  davamlığa  görə  ayrı-ayrı  qruplara 



bölürlər:  çox  həssas,  həssas  və  dözümlü.  Eyni  zamanda  təsir  effekti  işıqlanma, 

temperatur,  rütubət,  torpağın  xassələri,  bitkilərin  inkişaf  mərhələsi,  yarpaqların  yaşı 

və  s.  amillərlə  təyin  olunur.  Qazların  bitkilərə  məhvedici  təsiri  onların  məhdudlaş-

dırılmış fizioloji aktivlik dövründə (gecə, qış) azala, yüksək rütubət və zərərli mad-

dələr hesabına isə yüksələ bilər. 

Tozun  xroniki  düşməsi  torpağın  strukturunda  dəyişmələrə  səbəb  olur  və 

nəticədə  məhsuldarlıq  azalır.  Ümumiyyətlə,  metallurgiyada  zərərsiz  toz  yoxdur. 

Atmosferə atılan tozların tərkibində kadmium, nikel, sink, mis, flor, arsen, qurğuşun, 

alüminium və s. kimi qatışıqlar olur ki, bu da olduqca təhlükəli vəziyyət yaradır. 

Bu  elementlərin  torpaqda  yaşayan  orqanizmlərə  təsiri  onların  sayının 

azalmasına,  torpağın  strukturunun  dəyişməsinə,  məhsuldarlığın  enməsinə  və 

eroziyasına  səbəb  olur.  Çirkləndiricilərin  atmosferdə  yayılması  prosesi  olduqca 

mürəkkəbdir  və  müxtəlif  amillərdən  asılıdır.  Bu  amillərə  çirkləndiricilərin  təbiəti, 

atqıların  kəmiyyət  və  keyfiyyət  xarakteristikaları,  temperatur,  axın  sürəti,  havanın 

temperaturu, yerin relyefi  və s. daxildir[ 11 ]. 

Çirkləndiricilərin (SO

2

, HCl, Cl



2

, HF) ilkin effekti başlıca olaraq bitki örtüyü 

ilə əlaqədardır və əvvlcə onların məhsuldarlığının azalması, sonra isə tamam məhvilə 

müşayiət edilir.  ynəyarpaqlı ağaclar isə xüsusi həssaslıqları ilə seçilir. Havada SO

2

-

nin miqdarı 0,015-0,035 mq/m



3

 həddində olduqda iynəyarpaqlıların 20%-i məhv olur. 

Qazvari  çirkləndiricilərin  kəskin  təsirindən  həm  bitki  örtüyü,  həm  də  xeyli  ərazidə 

bütün biosenoz məhv olur. 

Çuqunəritmə  müəssisələrinin  ətrafında  bu  xüsusilə  müşahidə  edilir.  Əgər 

sutkada 6000 t SO

2

 atmosferə atılarsa, onda mənbədən 30 km-dək məsafəyədək bütün 



bitki örtüyü  məhv olar. Kükürd qazının havadakı orta illik miqdarı 0,02; 0,08; 0,16 

mq/m


3

 olduqda meşə örtüyünün itkisi uyğun olaraq 2,2; 21,7; 35,0% təşkil edir. SO

2

-

nin  qatılığının  orta  sutkalıq  buraxıla  bilən  həddi  (BQH)  yaşayış  zonası  üçün  0,05 




Yüklə 213,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə