40
Yoxsulluğu xarakterizə edən ən ümumi göstərici kasıblıq əmsalı (səviyyəsi)
yaxud bütün əhalidə aşağı gəlirli əhalinin xüsusi çəkisidir.
Sosial müdafiə tədbirlərinin dəyərini qiymətləndirərkən praktiki əhəmiyyəti olan
digər mühüm kasıblıq göstəricisi yoxsul ailənin gəlirinin çatışmazlığıdır. Bu göstərici
kasıblıq həddinə qədər yoxsul ev təsərrüfatının gəlirini yüksəltmək üçün zəruri olan
pul vəsaitlərinin həcmi kimi hesablanır. Başqa sözlə desək, gəlirin defisitliyi
aztəminatlının yaşayış minimumunun kəmiyyətinə qədər çatmayan ümumi gəliri kimi
qiymətləndirilir. Gəlirlərin defisitliyi bütün yoxsul ev təsərrüfatı, bir ev təsərrüfatı
yaxud əhalinin hər nəfəri üzrə hesablanır.
Müasir şəraitdə kasıblığın səbəblərinə - muzdlu işçilərin ayrı-ayrı kateqori-
yalarında əmək haqqının aşağı səviyyəsi; ev təsərrüfatında işləməyənlərin sayının
çoxluğu; işsizlik, pensiya, yardım və təqaüdlərin aşağı səviyyəsi aiddir. Bunlara
ə
saslanaraq kasıblıq statistikası bu amillərin yoxsulluğun dinamikasına, yayılmasına
və dərinliyinə təsirini öyrənir. Yoxsulluğun sosial-iqtisadi tərkibində aşağıdakı
göstəricilər qrupu fərqləndirilir: demoqrafik (ev təsərrüfatının orta həcmi; üzvlərinin
cins-yaş xarakteristikası ilə tərkibi; ev təsərrüfatı üzvlərinin doğumu, ölümü və
xəstəliyi); iqtisadi (gəlirlərin mənbələri və onlardan istifadə olunması, ev təsər-
rüfatının əmlakı, ev təsərrüfatı üzvlərinin məşğulluğu), sosial (yoxsulluğun səviyyəsi,
sosial subsidiyalar, ev təsərrüfatının büdcəsinin defisitliyi, qida məhsullarının
istehlakının səviyyəsi və kaloriliyi, yaşayış şəraiti; sosial sahələrin xidmətlərinin
istehlakı) göstəricilər.
Qeyd etmək lazımdır ki, yalnız gəlirlərin səviyyəsinin müəyyən edilməsi
baxımından kasıbçılığın qiymətləndirilməsi çox aspektlilik və keyfiyyət xarakteri
daşıyan yoxsulluğun həqiqi miqyasını dəqiqliklə qiymətləndirməyə imkan vermir.
Başqa sözlə desək, yoxsulluğu yalnız insanın adi maddi tələbatlarının təmin edilməsi
səviyyəsi ilə xarakterizə etmək düzgün deyil. Kasıblıq o deməkdir ki, insan yalnız
həyat səviyyəsi baxımından layiqli yaşayış şəraitindən və imkanlarından deyil, həm
də yaradıcılıq fəaliyyəti, azadlıq və ləyaqətlilik kimi aspektlərindən də məhrum olur.
Ona görə də son dövrlərdə beynəlxalq təşkilatlar yoxsulluğun səviyyəsini
41
qiymətləndirərkən qarşıdakı ömür uzunluğu, təhsil səviyyəsi, sağlamlıq, gigiyena
kimi göstəricilərə də xüsusi fikir verir [7].
Bu aspektləri nəzərə almaq məqsədilə əhalinin həyat səviyyəsi ilə (sosial prob-
lemlərlə) məşğul olan beynəlxalq təşkilatlar bir sıra ümumiləşdirici göstəricilərin
(insanın inkişaf indeksi, insanın kasıblıq indeksi) hesablanmasını təklif edirlər.
Beləliklə, araşdırma göstərir ki, bazar münasibətləri şəraitində əhalinin həyat
səviyyəsində baş verən mühüm meylləri dərin və hərtərəfli statistik qiymətləndirmək
məqsədilə təcrübədə həm ümumiləşdirici, həm də analitik-statistik göstəricilərdən
geniş istifadə edilir. Odur ki, əhalinin həyat səviyyəsinin, xüsusilə gəlirlərin
yüksəldilməsinə yönəldilən səmərəli tədbirlərin əsas xarakteristikalarını qabaqcadan
müəyyənləşdirmək üçün statistik göstəricilərdən kompleks istifadə edilməsi
məqsədəuyğundur.
II FƏS L
AZƏRBAYCAN RESPUBL KASINDA ƏHAL N N HƏYAT SƏV YYƏS N N
STATISTIK Q YMƏTLƏND R LMƏS
§2.1 Əhalinin həyat səviyyəsinin müasir vəziyyətinin statistik təhlili
Respublikamızda bazar münasibətlərinin daha da inkişafı və dərinləşməsi
ə
həmiyyətli şəkildə səmərəli dövlət tənzimlənməsini, makroiqtisadi sabitliyi,
inflyasiyanın nəzarətə götürülməsini, struktur dəyişiklikləri, işgüzar fəallığın
gücləndirilməsini zəruri edir. Bu tədbirlərin tədricən həyata keçirilməsi iqtisadiyyatda
bazar fəaliyyəti mexanizminin formalaşmasının obyektiv proseslərini əmələ gətirir ki,
bu da səmərəliliyin yüksəldilməsini və sosial yönümlülüyün gücləndirilməsini təmin
edən struktur dəyişikliklərə gətirib çıxarır. Bu, sosial - iqtisadi proseslər qarşılıqlı
ə
laqədədir və bir-birini şərtləndirir. Odur ki, bazar iqtisadiyyatı şəraitində həyat
42
səviyyəsinin sosial normativləri bazasında qurulan əhalinin sosial müdafiəsi, onun
pul gəlirlərinin həcmi, dinamikası və diferensiasiyası, habelə insanın həyat
fəaliyyətinin digər şəraiti məsələlərinin statistik öyrənilməsi olduqca zəruridir [2, 7].
Məlumdur ki, iqtisadiyyatda mal və xidmətlərin qiymətlərinin ümumi səviy-
yəsinin qalxması (yəni inflyasiya prosesinin baş verməsi) ev təsərrüfatı büdcəsinə,
onların sərəncamında qalan pul gəlirlərinə, bir sözlə həyat səviyyəsinə əhəmiyyətli
təsir göstərir. Məlumdur ki, mal və xidmətlərin istehlak qiymətlərinin artım tempi
ə
halinin həyat səviyyəsi göstəricilərinin artım tempini qabaqlayarsa onda əldə edilmiş
nəticənin heç bir müsbət təsiri olmayacaqdır. Ona görə də dövlətin sosial-iqtisadi və
pul-kredit siyasətində inflyasiyanın arzuolunan səviyyədə saxlanılması əsas vəzifə
kimi səciyyələndirilir. Rəsmi statistikanın məlumatları ölkədə istehlak mallarının və
xidmətlərin qiymətinin sosial-iqtisadi inkişafı stimullaşdıran səviyyəsinin
formalaşdırıldığını göstərir. Belə ki, ölkədə istehlak mallarının və xidmətlərin qiymət
indeksi 2005-ci ildə 109.6% olmuşdursa 2013-cü ildə bu göstərici 102.4% təşkil
etmişdir.
Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsində əhalinin
gəlirlərinin həcmində və dinamikasında mühüm artım meylləri müşahidə olunur
(cədvəl 2.1).
Cədvəl 2.1
2005-2013-cü illərdə Azərbaycan Respublikasında əhalinin pul gəlirlərinin
və inflyasiya səviyyəsini xarakterizə edən göstəricilərin dinamikası [15]
Göstəricilər
2005
2007
2008
2009
2010
2011
2013
Ə
halinin pul gəlirləri (mln.manat)
8064
14558
20735
22396 25607
30525
37555
Hər nəfərə düşən pul gəlirləri
(manat)
974.9
1720.6 2378.3 2537.2 2866.1
3371.7
4039.6
Orta aylıq əmək haqqı (manat)
123.6
215.8
274.4
298.0
331.5
364.2
425.1
Malların və xidmətlərin istehlak
qiymətlərinin
toplu
indeksi
(özündən əvvəlki ilə müqayisədə,
%)
109.6
116.7
120.8
101.5
105.7
107.9
102.4
Ə
halinin real pul gəlirləri (mln.
manat)
7357
12475
17165
22065 24226
28290
36675
Adambaşına düşən real pul
gəlirləri (manat)
889.5
1125.8 1968.8 2499.7 2711.5
3124.8
3944.9
Dostları ilə paylaş: |