Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
  1   2   3   4   5   6   7   8   9   ...   43


AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
MAG STRATURA MƏRKƏZ  
 
 
Ə
lyazması hüququnda 
 
BRAHIMOV QƏNBƏR ƏHƏD oğlu 
 
“AZƏRBAYCAN RESPUBL KASININ GÖMRÜK-TAR F S YASƏT N N 
HÜQUQ  TƏM NATININ TƏKM LLƏŞD R LMƏS   ST QAMƏTLƏR ” 
mövzusunda 
 
 
MAG STR  D SSERTAS YASI 
 
xtisasın şifri və adı: 060404 - “ qtisadiyyat”  
xtisaslaşma:                            “ qtisadiyyatın hüquqi tənzimlənməsi” 
 
             Elmi rəhbər: 
                                       Magistr proqramının rəhbəri 
 
fəlsəfə üzrə fəlsəfə doktoru,                                      iqtisad üzrə fəlsəfə doktoru,     
  dosent B.N. MƏMMƏDOV
  
                                     dosent S.Z.  SAYEV 
 
 
          Kafedra müdiri:  
     iqtisad elmləri doktoru,  
professor  F.P. RƏHMANOV 
 
BAKI-2015 


2
 
MÜNDƏR CAT 
G R Ş............................................................................................................................3 
FƏS L I. M LL   QT SAD YYATIN DÜNYA TƏSƏRRÜFATI  LƏ QARŞILIQLI 
Ə
LAQƏS N N FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI......10 
1.1  Beynəlxalq iqtisadi inteqrasiya prosesləri və onu şərtləndirən 
amillər..........................................................................................................10 
1.2  nteqrasiya birliklərinin növləri və müasir beynəlxalq iqtisadiyyatda 
inteqrasiya proseslərinin reallaşması istiqamətləri.......................................19 
1.3 Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi və tariflərin  
      müəyyən edilməsinin əsas prinsipləri............................................................33 
II FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA GÖMRÜK-TAR F  
              TƏNZ MLƏNMƏS N N MÜAS R VƏZ YYƏT N N TƏHL L ...............60 
2.1.Gömrük tarifləri və onun gömrük nəzarətində xarakterik  
                   tənzimləmə xüsusiyyəti............................................................................60 
2.2 Gömrük rüsumları səviyyəsinin müəyyənləşdirilməsinin  
       iqtisadi-hüquqi mexanizmi.................................................................... 71 
2.3. Respublikamızda gömrük və  idxal-ixrac əməliyyatlarının  
       müasir vəziyyətinin kompleks təhlili.....................................................84
 
III FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA XAR C   QT SAD   
                  FƏAL YYƏT N HÜQUQ  TƏNZ MLƏNMƏS N N           
                  TƏKM LLƏŞD R LMƏS   ST QAMƏTLƏR .......................................91 
3.1 Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətin  
      tənzimlənməsinin təşkili  və formalaşmasının əsas istiqamətləri............91
 
3.2 Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin normativ-hüquqi 
      təminatının təkmilləşdirilməsi istiqamətləri.........................................100 
3.3 Azərbaycanda Respublikasında gömrük tarif siyasətinin 
      təkmilləşdirilməsi istiqamətləri.............................................................107 
NƏT CƏ VƏ TƏKL FLƏR...............................................................................124 
ST FADƏ ED LM Ş ƏDƏB YYATLAR..........................................................128 


3
 
G R Ş 
Mövzunun  aktuallığı.  Son  dövrlərdə  xüsusilə  elmi-texniki  tərəqqi  nəticəsində 
məhsuldar qüvvələrin sürətli inkişafı obyektiv olaraq XX əsrin ikinci yarısında dünya 
iqtisadiyyatında yeni meyllərin yaranmasına səbəb olmuşdur. Bu meyllərin meydana 
gəlməsinə ikinci dünya müharibəsindən sonra müstəmləkə sistemlərinin dağıldığı və 
dünyanın  bir-birinə  zidd  olan  iki  əks  sistemə  parçalandığı  dövrdə  formalaşmış 
müvafiq siyasi atmosfer də imkan yaratmışdır. Belə bir şəraitdə aydın oldu ki, iqtisadi 
cəhətdən  digər  dövlətlərdən  təcrid  olunmuş  ölkələr  –  siyasi  müttəfiqlər  geriliyə  və 
sosial perspektivsizliyə  düçar  olurlar.    Ona  görə  də,  tədricən  beynəlxalq inteqrasiya 
obyektiv zərurətə çevrildi. Beynəlxalq iqtisadi inteqrasiya 80-ci illərin sonunda – 90-
cı illərin əvvəllərində öz inkişafında yeni təkan almışdır. Həmin dövrlərdə beynəlxalq 
inteqrasiya  proseslərinə  əvvəllər  dünya  təsərrüfatı  sistemindən  nisbətən  təcrid 
olunmuş  çoxlu  sayda  ölkələr,  o  cümlədən  inkişaf  etməkdə  olan  ölkələr  qoşulmağa 
başladılar.  
Postsovet  arealında  mürəkkəb  və  ziddiyyətli  bir  proses  əvvəl  vahid  xalq 
təsərrüfatı  kompleksinin  hissələrini  təşkil  edən  respublikaların  bir-biri  ilə  qarşılıqlı 
təsərrüfat  fəaliyyətinin  uyğun  olaraq  müasir  suveren  ölkələrarası  qarşılıqlı 
münasibətlərinə  transformasiya  prosesi  başlandı.  Bu  qarşılıqlı  münasibətlər  bir 
tərəfdən onların subyektlərinin 10 illərlə yaradılmış istehsal-texnoloji və kooperasiya 
ə
laqələri, elmi-texniki bazarın vahidliyi və s. əsasında formalaşmış, hətta alternativsiz 
qarşılıqlı  tamamlama  ilə  səciyyələnən  dərin  qarşılıqlı  asılılıqla  xarakterizə  olunur. 
Digər  tərəfdən  keçmiş  SSR   respublikaları  dünya  təsərrüfatı  sisteminə  müstəqil 
qoşulma  cəhdələri  ilə  nəinki  siyasi,  hətta  iqtisadi    özünəməxsusluqla  xarakterizə 
olunur. 
Azərbaycanın  xarici  iqtisadi  siyasət  strategiyasının  prioritet  istiqamətlərindən 
biri  onun  müasir  dünya  təsərrüfatı  proseslərinə  qoşulmasıdır. 
nteqrasiya 
proseslərinin  eninə  və  dərininə  inkişafı  əvvəl  totalitar  iqtisadiyyat  əsasında  inkişaf 
edən  onlarla  ölkələrin  bazar  iqtisadiyyatı  yoluna  keçməsi  ilə  də  şərtlənir.  Bu,  keçid 
iqtisadiyyatlı  ölkələrdə  bir  çox  yeni  struktur  dəyişikliklərinin  baş  verməsi  ilə 
nəticələndi:  şəxsi  mülkiyyətin  kütləvi  özəlləşdirilməsi,  xarici  ticarətin  və  maliyyə 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə