Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
205 
- islahatlaşdırma prosesinin əsas iştirakçılarının ümumi razı-
laşdılırmış  məqsədlərə  nail  olunması  baxımından  səmərəli  qar-
ş
ılıqlı fəaliyyətinin təmin olunması; 
-  islahatlaşdırma  prosesi  üçün  müəyyənləşdirilən  operativ 
vəzifələrin uzunmüddətli məqsədə müvafiqliyi təmin olunmalıdır; 
- səmərəliliyi təmin olunması üçün islahatlaşdırmanın səmə-
rəliliyi  meyarları,  sosial  siyasətin  maliyyələşdirilməsi  sisteminin 
islahatlaşdırılmasının  səmərəliyinin  qiymətləndirilməsi  proqra-
mının hazırlanması və realizasiyası; 
-  islahatlaşdırma  prosesinin  şəffaflığının  təmin  olunması,  o 
cümlədən,  sosial  siyasətin  realizasiyasına  aid  olan  büdcələrin  və 
büdcə prosedurlarının şəffaflığı; 
Adaptivlik prinsipi. Bu prinsip sosial-iqtisadi inkişafın müa-
sir  mərhələsində  sosial  siyasət  modelinin  xarakteristikalarının  
tədrici,  evolyusional  dəyişməsinin  nəzərdə  tutur.  Sosial  siyasətin 
ünvanlı  modelinə  keçid  prosesi  sosial  proseslərin  idarə  olunma-
sının antiböhran, sosial stabilliyin təmin olunması, sosial sferanın 
dayanıqlı inkişafı kimi mərhələlərini əhatə etməlidir. 
Bu  baxımdan,  sosial  siyasətin  adaptivliyi  mühüm  prinsip-
lərdən  hesab olunur. 
FƏS L 7.  REG ONAL  QT SAD  S YASƏT  
VƏ REG ONAL  NK ŞAF MODEL  
 
Siyasi  statusundan  asılı  olmayaraq  hər  bir  ərazi  vahidinin 
inkişaf modelinin formalaşdırılması bir neçə cəhətdən vacibdir: 
a) Dünya təcrübəsi göstərir ki, ərazi vahidinin, xüsusilə so-
sial-iqtisadi inkişafının rəvanlığı və dayanıqlığı yerli imkan və xü-
susiyyətlərə əsaslandıqda uzun ömürlü olur və cari kənar təsirləri 
asanlıqla kompensasiya edə bilir. 
b)  Sosial-iqtisadi  inkişaf  məqsədyönlü  seçilmiş  prioritetli 
lokal hədəflərə çatmağa istiqamətləndirildikdə, potensialın sürətli 
və  səmərəli  reallaşdırılması  mümkün  olur  və  regiondan  kənar 
şə
raitin xüsusiyyətlərindən daha yaxşı bəhrələnir. 
c) Həmişə qapalı olmayan iqtisadi məkan şəraitində yerləş-
məsinə  görə  ərazi  vahidinin  sosial-iqtisadi  inkişafı,  daxili  pro-
Расим Щясянов 
 
206 
 
seslərin  məntiqi  ilə  uzun  müddət  ərzində  rasional  idarəolunma 
imkanlarına malik olmur. 
ç) Sosial-iqtisadi inkişaf region müstəvisində iqtisadi idarə-
etmənin  bütün  rıçaqlarına  malik  olmur  (məsələn,  iqtisadi  ida-
rəetmənin valyuta vasitələri). Başqa sözlə, ərazi vahidinin iqtisadi 
sisteminin  bütövlüyünü  təmin  etmək  əməli  cəhətdən  mümkün 
deyildir və s. 
Yuxarıda  sadalananlardan  aydın  olur  ki,  siyasi  və  iqtisadi 
müstəqilliyə malik olmayan hər bir ərazi vahidinin özünəməxsus 
sosial-iqtisadi  inkişaf  modelinin  formalaşdırılması  ciddi  elmi-
nəzəri və əməli iqtisadi problemdir. 
Bu problemin həllinə dünya təcrübəsində müxtəlif yanaşma-
lar mövcuddur. Yanaşmaların müxtəlifliyi ölkənin ümumi iqtisadi 
inkişaf ənənələri, təsərrüfatçılıq mexanizmi, iqtisadi strategiya və 
konkret  iqtisadi  siyasətin  xarakteri,  ərazilərin  təbii-iqtisadi  po-
tensial  müxtəlifliyi,  ölkələrarası  regional  və  dünyəvi  inteqrasiya 
proseslərinin xüsusiyyətləri və s. ilə izah olunur. 
Planlı  sosialist  idarəetmə  üsulu  şəraitində  ölkədaxili  regio-
nal  iqtisadi  inkişafda  ən  mühüm  faktor,  ölkənin  inteqral  iqtisadi 
maraqlarının  təmin  olunması  qəbul  edilir.  qtisadi  məntiq  baxı-
mından bu heç də tamamilə mənfi hal hesab oluna bilməz. Çünki 
inteqral effekt əksər hallarda lokal effektlərin cəmindən çox olur. 
Lakin  bu  halda  ərazilərin  öz  potensiallarına  müvafiq  səviyyədə 
inkişafı, daha doğrusu, aldıqları iqtisadi səmərənin resurslarla tə-
minolunma səviyyəsinə adekvatlığı mümkün olmur. 
Keçmiş SSR -nin regional inkişaf siyasətində son dövrlərdə 
ə
razilərin  «inkişaf  səviyyəsinin  bərabərləşdirilməsi»  meyarının 
qabardılması dediklərimizə sübut ola bilər. 
Liberal  prinsiplərə  əsaslanan  bazar  iqtisadiyyatı  şəraitində 
regional  inkişafa  bu  tipli  meyarlarla  yanaşma  məqbul  hesab  oluna 
bilməz. Çünki iqtisadi inkişafın iqtisadi resurslara, o cümlədən, geniş 
mənada  təbii  ehtiyatlara  adekvatlığı  «mülkiyyətçinin  pay  almada 
üstünlüyü» və ya «diferensial renta» prinsipləri ilə uzlaşmalıdır. 
Başqa  sözlə,  ən  klassik  iqtisadi  kanonlardan  olan  «dəyərin 
ə
mək  nəzəriyyəsi»  hər  bir  fərdi  istehsal  fəaliyyəti  anı  üçün  nə 
qədər  vacib  baxış  nöqtəsidirsə,  ərazidə  istehsal  fəaliyyəti  üçün 


Игтисади сийасят: методолоэийа вя практика 
 
207 
iqtisadi  ehtiyatlara  «mülkiyyətçilik  hüququ»  o  qədər  mühümdür. 
Eyni  zamanda,  «regional  mülkiyyətçilik»  istənilən  halda  istifadə 
və  faydalanmaq  baxımından  anklav  xüsusiyyətinə  malik  ola 
bilməz.  Yəni,  hər  bir  regionun  imkanları  müəyyən  mənada  daha 
geniş  maraqların  ödənilməsinə  xidmət  etməlidir  və  bu  xidmət 
yerli mənada mənfəətliliklə ölçülməməlidir. 
Dünya  təsərrüfat  sisteminin  aparıcı  inkişaf  meyilləri,  bey-
nəlxalq  əmək  bölgüsünün  xarakterinin  elmi-texniki  tərəqqi  ilə 
şə
rtlənən  permanent  evolyusiyası  regional  inkişaf  siyasəti  və 
sosial  -  iqtisadi  inkişaf  modelinin  seçimini  mürəkkəbləşdirir  və 
diferensiallaşdırır. 
Müasir dünya təcrübəsində regional iqtisadi siyasət dövlətlə 
regionlar  və  regionların  öz  aralarında  münasibətlərini  əks  etdir-
məklə,  bütövlükdə  və  regional  baxımdan  ölkənin  iqtisadi  inkişa-
fının idarə olunması fəaliyyəti kimi qəbul edilir. 
Başqa  sözlə,  sosial-iqtisadi  regional  siyasət  müvafiq  milli 
siyasətin  tərkib  hissəsidir.  Ona  görə  də,  bəzən  regional  siyasət 
aşkar,  yarımaşkar  və  qeyri-aşkar  ola  bilir.  Aydındır  ki,  istənilən 
halda  dövlətin  regional  siyasətinin  özəyini  «ölkə  mənafeyinin 
üstünlüyü» prinsipi təşkil edir. Şərti olaraq regional sosial-iqtisadi 
siyasət aşağıdakı struktur elementlərindən ibarətdir: 
-
  qtisadi  siyasət;  sosial  siyasət;  demoqrafik  siyasət;  məs-
kunlaşma siyasəti; ekoloji siyasət, elmi-texniki siyasət. 
Bir sıra mütəxəssislər regional siyasəti fərqli meyarlar üzrə 
strukturlaşdırır: 
a)  məqsədli  –  məsələn,  regionların  inkişaf  səviyyəsinin 
bərabərləşdirilməsi; yerli ehtiyatlardan maksimum istifadə və s. 
b)  reallaşdırma  mexanizmi  –  məsələn,  normativ-mexaniki, 
yəni  müəyyən  qaydada  bölgü; 

  problem  ətrafında,  yəni,  xüsusi 
proqramlı; - məqsədyönlü, yəni konkret region üzrə. 
c)  vəsaitlər  və  alətlər  –  məsələn,  maliyyə  üzrə  kömək,  gü-
zəşt  cərimələr  və  s.;  inzibati  tədbirlər  –  məsələn,  icazə  və  qada-
ğ
alar; infrastruktura tədbirləri – məsələn, yol tikintisi və s. 
ç)  ünvanlılıq  –  regional  hakimiyyət,  firma  və  təşkilatlar, 
ayrı-ayrı vətəndaşlara istiqamətlər və s. 
Расим Щясянов 
 
208 
 
Dünya  təcrübəsi  göstərir  ki,  regional  siyasətin  metodoloji 
paradiqması öz inkişafında bir neçə mərhələ keçmişdir. 
I mərhələ, əsasən, 1920-1940-cı illəri əhatə edir və bu mər-
hələdə  regional  siyasətin  əsas  qayəsini  böhranlı  bölgələrə  təcili 
yardım göstərilməsi təşkil etmişdir. 
II  mərhələ  iqtisadi  artımın  regionlar  arasında  yenidən  böl-
güsü  vasitəsilə  regional  inkişafın  tarazlığının  təmin  olunmasına, 
inkişaf  qütblərin  yaranmasına  istiqamətlənmişdir.  Bu  mərhələ, 
ə
sasən, 1950-70-ci illərə təsadüf edir. 
III mərhələdə isə əsas ideya hər bir regionun daxili potensia-
lının  maksimum  istifadəsinə,  kiçik  və  orta  sahibkarlığın  himayə 
olunmasına  istiqamətlənərək,  neoklassik  və  texnoloji  nəzəriyyə-
lərə  əsaslanmaqla  regionların  restruktrizasiyasını  həyata  keçiril-
məsindən ibarət olmuşdur. 
Regional siyasətin indiki mərhələdəki əsas metodoloji prin-
sipi  –  regionların  maraqlarına  cavab  verən,  özünü  inkişaf  poten-
sialını  reallaşdırmaqla  regionların  inkişafına  məsuliyyəti  yerli 
hakimiyyətə verilməsi təşkil edir. Başqa sözlə, yeni regional inki-
ş
af paradiqmasını regional inkişafın «ictimai nəzəriyyələri» təşkil 
edir.  Regional  inkişafın  «ictimai  nəzəriyyələri»  ümummilli  və 
regional  maraqların  (bu  maraqlar  bəzən  siyasi  formada  ifadə 
olunsa da, əslində həmişə iqtisadi xarakter daşıyır) qarşılıqlı mü-
barizəsini əsas hesab edir. Bu nəzəriyyə siyasi hakimiyyət və ehti-
yatların  regionlarla  mərkəz  arasında  bölgüsü,  sosial  fərqlər  və 
münaqişələr probleminə xüsusi diqqət verir. 
Qeyd  etmək  vacibdir  ki,  hazırkı  dövrdə  regional  siyasətə 
belə yaxınlaşma dünya təcrübəsində daha çox tətbiq olunur. Lakin 
müasir  təcrübədə  zəif  regionlara  investisiya  axınını  stimullaş-
dırmaqla regionlararası fərqləri dövlətin iştirakı ilə tənzimləməyi 
nəzərdə  tutan  Post  Keyns  nəzəriyyəsi,  tənzimlənməyən  bazarın 
regionlararası  fərqləri  silə  biləcəyini  qəbul  edən  neoklassik  nə-
zəriyyə və s. kimi nəzəri baxışlarda istifadə olunur. Bir çox ölkə-
lərdə regional siyasətdə diqqətin daha çox «problemli regionlara» 
yönəldilməsi  baş  verir.  Yəni,  regional  siyasət  postkeynisçi  və 
tənzimlənməyən bazarın regional fərqləri dərinləşdirməsini qəbul 
edən qeyri-tarazlı inkişaf nəzəriyyəsi üzərində qurulur. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə