Игтисади сийасят: методолоэийа вя практика
9
siyasıtin fırqli nıticılır vermısi yuxarıdakı fikirlıri
tısdiqlıyir.
Dırs vısaitinin ısas mıqsıdi iqtisadi siyasıtin qeyd
olunan xüsusiyyıtlırini iqtisadi profil üzrı tıhsil alan vı öz
biliklırini real iqtisadi proseslırin tınzimlınmısi vı
qiymıtlındirilmısinı tıtbiq etmık istıyınlır üçün, iqtisadi
nızıriyyı, dünya tıcrübısi vı Azırbaycan reallıqları
baxımından ıırh etmık vı qiymıtlındirmıkdir.
FƏS L 1. QT SAD S YASƏT N MAH YYƏT ,
PREDMET , NƏZƏR ƏSASLAR VƏ FORMALARI
1.1. “ qtisadi siyasət” kateqoriyasının nəzəri
metodoloji mahiyyəti. Ənənəvi siyasi iqtisadda
dövlətin iqtisadi funksiyalarının şərhi
qtisadi siyasət - mahiyyət etibarilə, əmək bölgüsünə əsas-
lanaraq iqtisadiyyata məqsədyönlü təsir edən – dövlət institut-
ları, qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi normativ qay-
dalar və digər fəaliyyət alətlərini özündə cəmləşdirən tədbirlər
toplusudur.
Dövlət institutları müəyyən vəzifələrin həyata keçirilməsini
təmin etmək məqsədi ilə qanunvericilik və ya normativ aktlarla
yaradılmış təşkilatlardır. nstitutlar və müvafiq hüquqi qaydaların
ə
sas missiyası iqtisadi fəaliyyət subyektlərinin davranışlarını
məhdudlaşdırmaq və iqtisadiyyatın stabilliyini təmin etməkdən
ibarətdir. Başqa sözlə institutlar və qaydalar ixtisaslaşma və rə-
qabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı
fəaliyyəti və bu fəaliyyətin məqsədyönlü tənzimlənməsi üçün şə-
rait yaradılmasını təmin edirlər. Onların iqtisadiyyata təsiri iq-
tisadi nizamın yaradılması tədbirləri və həmçinin təsərrüfat
proseslərinə təsir vasitəsilə həyata keçirilir.
Mahiyyət etibarilə, liberal dəyərlərə əsaslanan və daimi rə-
qabət mübarizəsini ehtiva edən bazar iqtisadiyyatı “özü inkişaf
edən sistem” kimi mürəkkəbləşməyə meyillidir. qtisadiyyatın in-
kişafı və təkmilləşməsi sürətləndikcə iqtisadi proseslərdə iştirak
Расим Щясянов
10
edən və qarşılıqlı münasibətlərdə olan təsərrüfat subyektlərinin
sayı da artır. Müxtəlif iqtisadi və qeyri-iqtisadi faktorların təsiri
altda fəaliyyət göstərən təsərrüfat subyektlərinin davranışı isə xa-
raktercə müxtəlif olur. Real təcrübədə, bazar mexanizminin
səmərəliliyinin yüksəlməsi adətən, inkişafın ümumi yekunu kimi
dəyərləndirilir. Lakin bununla belə, bazarda təsərrüfat subyekt-
lərinin davranışının proqnozlaşdırılması və ya hansısa mənada
idarə olunması, istiqamətləndirilməsi zərurəti daima artır.
Bazar iqtisadiyyatının inkişafının bütün tarixi mərhələlərin-
də- əmtəə mübadiləsinin sadə formalarının meydana gəlməsindən
başlamış milli dövlətlər cərcivəsində bazar təsərrüfatlarının və
müasir, mürəkkəb beynəlxalq kooperasiya formalarının yaranma-
sınadək yuxarıda şərh olunanlar zərurət olmuş və indi də qal-
maqdadır.
Bunun ən yaxşı nümunəsi kimi XVII əsrin sonu XIX əsrin
ə
vvəllərində baş verən və bəşəriyyətin həyatında yeni sosial –
iqtisadi inkişaf mərhələsinin əsasını qoyan sənaye inqilabları
dövrünü göstərmək olar.
qtisadi artımın yeni keyfiyyət səviyyəsinə qalxması “küt-
ləvi istehsal üsullarının” mənimsənilməsi və “maşınlı istehsalın”
tətbiqi ilə birbaşa bağlı olub, istehsal xərclərinin azalmasını və bu
səbəbdən də bazar dövriyyəsinin genişlənməsini təmin etdi. Lakin
bu nəticələri təsadüfi və ya yalnız bəşəriyyətin “toplanmış” bilik-
lərinin maddiləşmiş ifadəsi kimi qiymətləndirmək doğru olmaz.
Çünki, çox saylı nümunələr sübut edir ki, əslində elmi-texniki
tərəqqi, iqtisadi şəraitin dəyişməsinə olan reaksiyadır. Mübadilə
həçminin və tiçarətin dövriyyəsinin artması rəqabəti gücləndirir.
Ona görə də “işgüzar təbəqə” yeni texniki və texnoloji həllər
axtarmağa çalışırlar.
Beləliklə, XVIII-XIX əsrlərdə baş verən iqtisadi proseslər
fonunda, təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına
yaranan zərurət, dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyekt-
ləri arasında yeni münasibətlərin formalaşmasına ehtiyac yarat-
dı. Təsərrüfat sisteminin inkişafı dövlətin təminedici və təhsis
edici rolunun güclənməsini tələb edirdi. Bu, dövlət tərəfindən
Игтисади сийасят: методолоэийа вя практика
11
müvafiq infrastrukturanın və hüquqi bazanın yaradılmasını, xarici
və daxili təhlükəsizliyin, milli valyutanın dayanıqlığının təmin
olunmasını nəzərdə tuturdu. Belə infrastruktura bazar mexa-
nizminin özünün səmərəliliyinin artırılması üçün çox vacib idi.
lk dövrlərin təcrübəsi göstərdi ki, bazar − sənaye inqilabı, bazar-
- dövlət münasibətlərinin apriori tapılan formalarının səmərəsi
olduqca yüksəkdir. Bu isə öz növbəsində, iqtisadi dinamizmin
hədsiz yüksəlməsinə gətirdi. Lakin, həmin dövrdə təsərrüfat sis-
teminin ümumi iqtisadi tarazlığının təmin edilməsi mexanizmi-
nin olmaması şəraitində hədsiz yüksək dinamizm ciddi təhlükə
mənbəyinə çevrilə bilərdi.
1929-1933- cu illərdə baş vermiş qlobal iqtisadi böhran
bu təhlükəni aşkar göstərdi. Qlobal iqtisadi böhran əslində
iqtisadi nəzəriyyə və təcrübədə inqilabi dəyişikliklərə yol acdı.
Artıq hamıya aydın oldu ki, dövlətin iqtisadi proseslərdə rolu
dəyişməlidir. qtisadiyyatın dövlətin tənzimləyici dəstəyinə eh-
tiyacı inkaredilməz zərurətə çevrildi. Beləliklə “iqtisadi siyasət”
kateqoriyası təsərrüfatçılıq və idarəetmənin mühüm vasitəsinə,
alətinə çevrildi.
Təsərrüfatçılıq şəraitinin dəyişməsi dövlətin infrastruktur
xarakterli tədbirlərinin kəskin çoxalmasına rəvac verdi. Lakin
bazar mexanizminin yeni keyfiyyətdə əsas tələbi - kənar təhsis
edici vasitələrin tapılması idi, çünki baş verənlərin həlledici
səbəbi bu mexanizmin özünütənzimləmə imkanlarının məhdud-
luğu hesab olunurdu. Ən mühüm təhsisedici tədbirlərə ilk növbə-
də daima inkişaf edən bazar iqtisadiyyatının makroiqtisadi taraz-
lığının qorunması tədbirləri aid edildi. Tarazılıq anlayışı özü isə
yalnız iqtisadi deyil, həm də sosial mahiyyət daşımağa başladı.
Beləliklə, geniş sosial sığorta sisteminin yaranması zərurəti mey-
dana gəldi.
Müasir anlamda “ qtisadi siyasət“ kateqoriyasının yaran-
ması tarixi cox qədim olmasa da onun mahiyyət etibarilə ayrı-ayrı
elementlərinin iqtisadi idarəetmədə tətbiqi təcrübəsi isə yuxarıda qeyd
olunduğu kimi qədimdir.
Расим Щясянов
12
qtisadi siyasətin hazırlanmasının ilk elementləri XIX əs-
rin sonlarına aid edilir. lk dəfə Almaniya kansleri O.Bismarkın
təklifi ilə iqtisadi idarəetmədə yeni sahə -sosial sığortalama ya-
ranmışdı. 1883-çü ildə sənayedə calışanların xəstəliklərdən sığor-
talanması haqqında, 1884-çü ildə bədbəxt hadisələrdən və nəha-
yət 1889-cu ildə əlillikdən sığortalanma haqqında qanunlar qə-
bul edildi və fəhlələrin pensiya təminatı məsələsi həll edildi.
Bütövlükdə ilk iqtisadi siyasət tədbirlərinin əsas xarakterik cəhəti
onların “nöqtəvi təsir” strategiyası olması hesab edilə bilər. Yəni
ilk dövrlərdə, iqtisadi siyasət ayrı-ayrı seçilmiş istiqamətlər –
gömrük, aqrar, sənaye və sosial tənzimləmə üzrə tədbirləri əhatə
edirdi. Yalnız XX əsrin əvvəllərində belə “dispersion“ yanaş-
manın əvəzində kompleks təsir xarakterli siyasət formalaşdırıl-
mağa başlanıldı.
Elmi ədəbiyyatda iqtisadi siyasət anlayışını müxtəlif forma-
larda çərh edirlər. Bu sırada fikrimizcə ən yaxşı şərh tanınmış
alman iqtisadçısı X.Girşə məxsusdur. Onun təbirincə, dövlətin
iqtisadi siyasəti iqtisadi proseslərin gedişini nizamlamaq, onlara
təsir etmək və ya onların axarını müəyyənləşdirməyə xidmət
edən tədbirlər toplusudur.
qtisadiyyatın dövlət tənzimləməsi tədbirləri sistemini
bir necə çəhətdən xarakterizə etmək olar. lk növbədə siyasəti
elmi və ya təçrübi baxımdan dəyərləndirmək vacibdir. Təçrübi
baxımdan siyasət - dövlət tənzimlənməsinin konkret tədbirlər
kompleksini əhatə edir. Nəzəri baxımdan isə siyasət, milli iqti-
sadiyyatın ən səmərəli inkişaf yolunun müəyyənləçdirilməsini
şə
rtləndirən tədbirlər və əməli fəaliyyətin aparıçı motivlərinin
sistemli və elmi tədqiqini nəzərdə tutur. Bu baxımdan iqtisadi
siyasətdə elmi yanaşmalara, inkişaf modeli və proqnozların yara-
dılmasıda aid edilir.
Elmi çəhətdən iqtisadi siyasətin ən mühüm vəzifələrindən
biri rasional iqtisadi təfəkkürün formalaşdırılmasıdır. Belə təfək-
kürün əsas aksiomatik əlaməti, azad rəqabət şəraitində dövlətin
vəzifəsinin, təsərrüfat subyektlərinin özlərinin rasional həlli
axtarmalı olduqları “cərcivə” yaratmaq olmasının dərk edilməsi-
Dostları ilə paylaş: |