Azərbaycan respubliKA



Yüklə 214,7 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix14.10.2017
ölçüsü214,7 Kb.
#4584
  1   2   3   4   5   6   7


 

 

                                            AZƏRBAYCAN RESPUBLİKA 



                                     MƏDƏNİYYƏT VƏ TURİZM  NAZİRLİYİ 

                       F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

                                                     ELMİ-METODİKA ŞÖBƏSİ 

                                                                                                                                              

 

 

 



 

 

 



 

                                                    



Ən şərəfli peşə 

 

                                     



                             

                           5 oktyabr Müəllim günü münasibəti ilə 

                                           ( metodik vəsait ) 

 

 



                                                             Bakı - 2013 

             

 

              



 

 

 




 

 

             Redaktor:   Şəhla  Qəmbərova  - F.Köçərli adına Respublika Uşaq



 

                                  Kitabxanasının direktoru 

            Tərtib edəni: Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq 

                                   Kitabxanası  elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

             Korrektor:   Məmmədli Ruhiyyə - F.Köçərli adına Respublika Uşaq      

                                  Kitabxanası elmi-metodika şöbəsinin müdiri.


 

 

                                           



                                              

Tərtibçidən 

                   

Hər  il  ənənəvi  şəkildə  qeyd  edilən  müəllim  günü  1965-ci  il  SSRİ  Ali 

Sovetinin  29  sentyabr  tarixli  qərarından  sonra  keçirilib.  Müstəqillik  qazandıqdan 

sonra  isə  bu  peşə  bayramı  hər  il  oktyabır  ayının  ilk  bazar  günü  qeyd  edilir. 

Təqvimdə rəsmi bayram günü kimi qeyd edilməsədə, müəllim ordusu üçün bu gün 

elə  əsl  bayramdır.  Bu  bayram  bu  gündə  var,  sabahda  olacaq.  Çünki  Azərbaycan 

cəmiyyətində  müəllim  peşəsi  həmişə  hörmətli  peşələrdən  biri  olmuşdur.  Gənc 

nəslin  müstəqil  həyata  hazırlanması,  onun  dünyagörüşünün  formalaşması,  yəni 

gələcək  mütəxəsisin  ilk  hazırlığı  orta  məktəb  illərindən  başladığı  üçün  hər  bir 

valideyin  məktəb  yaşına  çatmış  övladını  müəllimə  etibar  edir.  Əsl  müəllim  isə 

həmişə  əsl  insan,  yaxşı  şagird  yetişdirməyə  çalışır.  Adı  həmişə  uca  tutulan 

müəllimlərimizin  peşə  bayramı  münasibəti  ilə  F.  Köçərli  adına  Respublika  uşaq 

kitabxanasında  bir  çox  tədbirlər  keçirə  bilərik.  Bunun  üçün  kitabxananın  elmi-

metodika şöbəsi tərəfindən hazırladığımız vəsaiti sizə təqdim edirik. Bu vəsait ulu 

öndər  Heydər  Əliyevin  müəllim  haqqında  söylədiyi  fikirlərlə  başlayaraq  giriş 

hissəsi  və  keçiriləcək  tədbirlərdən  ibarətdir.  ―  Keçiriləcək  tədbirlər  ‖  bölməsində 

mövzu ilə bağlı kitabxanada keçirilə biləcək tədibrlər (icmallar, söhbətlər, tamaşa-

baxış  müzakirəsi.  şeir,  inşa  müsabiqəsi  və  ədəbi  bədii  gecə)  haqqında  məlumat 

verilmişdir.  Burada  həmçinin  əsl  müəllimin  pedoqoji  qabiliyyətləri,  insani 

keyfiyyətləri  verilmişdir.  Hamıya  ömürlərindən  pay  verən  müəllimlərimizə  hər 

zaman  can  sağlığı,  üzlərində  təbbəssüm  arzu  edirik.  Bayramınız  mübarək  əziz 

müəllimlərimiz. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



                                        

                                         " Hər birimizdə müəllimin hərarətli    qəlbinin bir           

                                           zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu          

                                           sevməyi, hamının rifahı namınə vicdanla işləməyi      

                                           müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".       

                                           Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!! 

                                                                                                  

                                                                                                     Heydər Əliyev. 

 

Müəllim – zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi 



üstün  olan,  qəlbiylə  insanlara  yaxınlaşan,  böyük  örnək,  insanlara  elm 

öyrətməklə  həyatını  şam  kimi  əridən,  qəlblərdə  əbədi  həyat  quran 

şəxsiyyətdir.  O,  hikkədən  kənar,  qürurdan  uzaq,  bar  verən  ağac  kimi 

başıaşağı,    gülməsi  təbbəssüm,  millətin  xalqın  yükünü  çiynində  daşıyan 

fədaidir.  İdeallığa  doğru  gedən,  ancaq  yerişini  dəyişməyən,  heç  bir  qarşılıq 

gözləmədən  könül  saraylarını  inşa  edən,  ciddiyyəti  qəlbinə  hakim  edən, 

ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi  sevən, nifrətə nifrət edən 

bir anadır. O, xətaları görən ancaq, sahibinə söyləməyən, əməlləri ilə onlara 

örnək  olmağa  çalışan  bir  insandır.  Onun  örnəyi  elə  onun  həyatıdır.  Əsl 

müəllim bildikləri ilə kifayətlənməyərək hər gün elmin bağçasında yeni-yeni 

biliklər  öyrənər.  Bildiklərini  şagirdləri  ilə  paylaşmağı  özünə  sevinc  hesab 

edər.  İnsani  münasibətlərdə  insanlara  insan  olduğu  üçün  dəyər  verər. 

Müəllim insan memarı, ümid qəhrəmanı, məhəbbət dolu bir qəlb, ismətliylə 

bir  örnəkdir.  Elə  bir  örnək  ki  uşaq  təfəkkürümüzdə  saf,  təmiz,  əxlaqlı 

mehriban  bir  qəhrəmana  çevrilərək  bütün  həyatımız  boyu  əməllərimizdə 

yanımızda  olan  bir  örnək.  Anadan  sonra  yer  üzünün  fədaisi  müəllimdir. 

İnsan məxluq, elm isə Allahın mülküdür. Müəllim isə elm mülkünün Allahın 

bəndəsinə  ötürücüsüdür.  Ən  böyük  ötürücü  isə  Hz.Muhəmməd  (səllalahü 

aleyhi və alihi salam) dır. ― Alimlər mənim varislərimdir ‖, ― Alimin ölümü 

yerdə  aləmin  ölümüdür  ‖  deyən  peyğəmbərimiz,  elm  sahiblərinin  alim 

olmasında  da  müəllimin  roluna  müstəsna  əhəmiyyət  vermişdir.  Müəllim 

könül insanı, qəlb dostu, həqiqət carçısı bəşəriyyətin iftixarı dünya və axirət 

günəşidir.  O,  dinləyicisinin  mənəvi  dünyasına  baş  vuraraq  onun  nəfsinin 

təmizliyini,  əxlaqının  gözəlliyini  təmin  edər.  Beləliklə  müəllim  əməyi 

sayəsində  dil  qəlbin  tərcümanına,  göz  də  qəlbin  aynasına  çevrilər.  İnsan 

onun vasitəsi ilə kainatda bütövləşər, özünə yer  tapar. Məktəb –  müqəddəs 

bir məbəddir. Müəllim isə burada  maarif, fəzilət, sevgi qapılarını insanların 

üzünə açandır. Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd 

olunur.  Hələ  Keçmiş  Sovet  İmperiyasında  1965-ci  il  qərarı  ilə  qeyd  edilən 



Yüklə 214,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə