Azərbaycan respubliKA



Yüklə 214,7 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.10.2017
ölçüsü214,7 Kb.
#4584
1   2   3   4   5   6   7

 

 

müəllim  günü  ölkəmizdə  müstəqillik  qazandıqdan  sonra  isə  oktyabrın  ilk 



bazar günü daha geniş qeyd edilir. Bu gün müəllimlər öz peşə bayramlarını 

keçirirlər. Bu gün hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu 

illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi 

və  qayğı  ilə  qələm  tutmağı,  yazı  yazmağı,  kitab  oxumağı  öyrədən  müəllim 

tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşə 

olduğundan  insanlar  həmişə  müəllimə  hörmətlə  yanaşmışlar.  Müxtəlif 

dövrlədə  minlərlə  müəllim  əməyi  milləti  cəhalətdən  qurtarmış, 

müharibələrin  qarşısı  alınmış,  insanlar  elm  və  texnikanın  gücü  ilə  texnika 

əsrinə  gəlib  çatmışdır.  Müəllimlər  şagirdlərin  dərin  və  hərtərəfli  bilik 

almaları,  yaşadıqları  dövrün  problemlərindən  baş  çıxarmaları  üçün  bütün 

bilik  və  bacarıqlarını  sərf    edirlər.  Valideynlə  bərabər,  uşağın  hər  cür 

şıltaqlığına,  əziyyətinə  dözmək,  kədəri  ilə  kədərlənib,  sevinci  ilə  sevinmək 

müəllimlərin  üzərinə  düşür.  Bu  əməyin  nəticəsində  cəmiyyət  formalaşır, 

savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. 

Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.     

  

Ümummilli  liderimiz  Heydər  Əliyev  də  həmişə    müəllim  haqqında 



xoş sözlər söyləmişdir. O, öz müəllimlərini həmişə minnətdarlıqla xatırlayar, 

onların xidmətləri haqqında ürəkdolusu danışardı. Onun ölkəmizə rəhbərli 

etdiyi  bütün  dövrlərdə  həmişə  müəllimələrimiz  diqqət  mərkəzində  olmuş,  

onların  maddi  vəziyyətinin,  rifah  halının  yaxşılaşdırılması  qayğısına 

qalınmışdır.  

Aqillər deyib ki, uşaq beyni ağ vərəqə bənzəyir: Oraya nə yazılsa əbədi      

qalar. Demək sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli övladlar    

böyütmək üçün o ağ vərəqə dəyərli amillər, xeyirxahlıq, vətənpərpərvərlik,  

saflıq-paklq, səmimiyyət bildirən hissləri hopdurmalı, düşüncələrinə ağı- 

qaradan seçməyi yazdırmalıyıq. Bu gün təmiz beyinlərə elə ― toxum ‖  

səpməliyik ki, sabah özümüz utanmayaq. Bütün bunları öyrənmək üçün bir  

məkan – məktəb, öyrətmək üçün isə bir insan var – müəllim. Bu günün  

müəllimləri də daima şagirdlərinə vətənpərvərlik, xeyirxahlıq,  hörmət və bu  

kimi insani xüsusiyyətləri aşılamalı 

XIX əsrin birinci yarısına qədər Azərbaycanda yalnız mollaxanalar və  

mədrəsələr var idi. Bu məktəblərin də xüsusi bir dərs rejimi var idi. Əsas  

etibarı ilə bu tipli məktəblər Azərbaycan uşaqlarını öz ana dilindən  

uzaqlaşdırırdı, burada nə Azərbaycan,  nə də başqa dillərdə heç bir fənn  

tədris olunmurdu. Lakin Bakıda  XIX əsrdə ilk məktəblər açılması, müəllim  

ordusunun artması ilə ana dilimizin inkişafına da təkan verdi. Ölkədə  

cəhalətə demək olar ki son qoyuldu. Müəllim gününün qeyd edilməsinə dair  

isə ilk dəfə olaraq qərar 1966-cı ildə YUNESKO-nun qərarı ilə verilib. O  




 

 

gündən indiyədək dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllim  



günü kimi qeyd edilir. Azərbaycanda isə müstəqillik əldə ediləndən sonra bu  

gün qeyd xüsusi edilməyə başlandı. 

                                           

                                              



Keçiriləcək tədbirlər:

 

 

    

Təqvimdə  yer  alan  ―  Bilik  günü  ‖  əsasən  şagirdlərin,  5  Oktyabr  Müəllim 



günü isə onlara bilik verən müəllimlərimizin bayramı hesab edilir. Əslində elə bili 

günüdə  müəllimlərimizin  sevincidi.  Çünki  hər  hansı  mövqeyə  ucalmaq  üçün 

müəllim əlinin altından keçmək lazımdır. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü 

ilə  əlaqədar  müxtəlif  tədbirlər  keçirmək  kitabxanaların  qarşısında  duran  əsas 

vəzifələrdəndir. 

2008-ci ildə Bilik günü münasibətilə kitabxanamız tərəfindən təşkil edilən ― 

Bilik  günü  ―  çərçivəsində  ―  I  Uşaq  kitabı  –  Bilik  festivalı  ‖  5  gün  davam  edən 

tədbirin açılış günündə ― Təbiəti sevək və qoruyaq ‖, ― Məktəb proqramına kömək 

‖, ― Tarix – keçmişdən gələcəyə ‖, ―Azərbaycan – yurdum mənim ‖, ― Sənin maraq 

dünyan  ‖  ,  ―  Bilikli  adamlar  uzağı  görər,  cahilin  zəhməti  hədərdir,  hədər  ‖,  ― 

Təbiəti sevək, qoruyaq ‖, ― Elm və texnika, inkişaf tarixi ‖, ― Azərbaycanin elm və 

mədəniyyət xadimləri ‖ və s. başlıqlar altında sərgilər təşkil olunmuşdur. Həmçinin 

maraqlı viktorinalar, uşaqların müxtəlif nağıl qəhrəmanları geyimlərində çıxışları, 

da  çox  maraqlı  idi.    Ən  yaxşı  nağıl  qəhrəmanı  haqqında  məlumat  verən  uşaqlar 

kitabxana  tərəfindən  mükafatlandırılmışdır.  5  gün  davam  edən  festivalın  kino 

günü, komputer günü və Heydər Əliyev adına müasir təhsil kompleksinin uşaqları 

ilə görüşü keçirilmişdir və sonda festivalın bağlanışı olmuşdur. 

Bu  tədbirlər  uşaqlara  şərəfli  müəllim  peşəsini  sevdirmək,  müəllimlərinə 

həmişə  hörmətlə  yanaşmağı,  onları  bu  sahəyə  həvəsləndirməyi  qarşısına  məqsəd 

qoymalıdır. Bunun üçün kitabxanada uşaqlarla icmallar, söhbətlər aparmaq onlara 

bu peşəni daha da sevdirər. Bu söhbətlərdə kitabxanaçı əməyi xüsusi rol oynayır. 

Belə  ki  o,  nitqini  düzgün  istiqamətləndirməli,  müəllimə  xas  insani  keyfiyyətləri 

qabartmaqla  uşaqların  gözündə  əsl  müəllim  obrazı  canlandırmalıdır.  Onları 

gələcəkdə  də  bu  peşəni  seçib  davam  etdirməyə  həvəsləndirməlidir.  Söhbəti  belə 

vermək olar

   


Kitabxanaçı: Təhsil prosesinin əsas siması müəllimdir. Müəllim peşəsinə          

                        yiyələnmiş hər bir şəxs uşaqları sevməli, şagirdləri ilə səmimi  

                        münasibət qurmağı bacarmalı, onlara bu peşənin sirlərini açmalıdır.                 

                        Müəlllim bir peşə olduğu kimi   

                        onu icra etmək üçün bir sıra qabiliyyətlər olmalıdır. Bu   

                        qabiliyyətlər sırasında akademikdidaktik, ünsiyyət, konstruktiv,  




Yüklə 214,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə