yaxşılaşmasına, fikirlərinin daha aydın ifadə etmək bacarığının inkişafına kömək
edər.
Müəllim mövzusu geniş və hərtərəfli mövzudur. Bunlardan başqa
kitabxananın nağıl otağında məktəbyaşlı uşaqlar üçün daha anlaşıqlı olan nağıl
saatı və səhnəciklər də təşkil edə bilərik. ― Kamal bağçası ‖ adlı hekayəni uşaqlarla
nağıl şəklində qura bilərik.Bu uşaqlarda daha da maraq doğurardı.
Kitabxanaçı: Günlərin bir günü Səyyahın yolu bir bağçaya düşür. Bu bağça elə
bir bağçaymış ki, güllər bir-birindən gözəl, rəngarəng və ətirli imiş. O bağçanın
qapısında gözəl, incə bir xanım dayanıbmış. Səyyah xanımı görüncə ona yaxınlaşıb
adını soruşur. Xanım adının sevgi olduğunu deyir. Səyyah xanımın burada kiminlə
yaşadığını soruşur. Sevgi həyat yoldaşı Elmlə birgə yaşadığını deyir. İndi onun
bağçada işlədiyini ona söyləyir. Səyyah maraqlanır elm bağçasını gəzmək istəyir.
Sevgi icazə verir amma ― ehtiram dediyiniz çarıqları geyin zəhmət olmasa ‖ çünki
bağçamızı gəzmək üçün bu vacibdir. Buradaki hər bir gülün xüsusiyyətlərinə çox
hörmətlə yanaşmalıyıq, bizlərdə onlara yiyələnməyə çalışmalıyıq. Ehtiramlı
Bağçamızda bu çox vacibdir. Elə bu vaxt Elm də gəlib çıxır və birlikdə bağçanı
gəzməyə başlayırlar. Səyyah bağçanı gəzdikcə çox təəcüblənir və buranın çox
fərqli bir yer olduğunu görür. Xoşbəxtlik, səbr, xeyirxahlıq, ədalət, şəfqət, iradə, və
s. bu qədər zəngin növdə, fərqli güllər. Hər biri özünəməxsus qayğı sevgi ilə
becərilib. Səyyah həyəcanla soruşur: Heç olubmu ki, bu güllərin adlarını qarışıq
salasınız. Elm cavab verir: Olur, amma bu an sevgi köməyimə gəlir. Axı o burdakı
bütün çiçəkləri sevgi ilə əkmişdi. Sevgi ilə suvarılan hər yerdə isə gözəlliklər bitir.
Səyyah yenə maraqlandı: Güllərin böyüyüb, boya-başa çatdığı bu torpağın bəs
xüsusiyyəti nədir?
Elm: Bu torpağı bizə Vəfa adlı dostumuz gətirir, və onu mərhəmət ya
da Şəfqət
gülünün altına səprik beləcə torpağımız, mərhəmət, sevgi ilə güclənir gül
bağçamız gözəl çiçəklərlə, zənginləşir
Səyyah yenə maraqla soruşur: Heç olur ki, gülü gülə calaq edəsiniz?
Elm yenə izah edir: Olur əlbətdə. Bax Xəyal gülünü həqiqət gülünə
calaq edirik Ümid meydana gəlir. Ümid isə sabah
yaşamaq üçün çox gərəklidir. Hikmət gülünü ağıla
calaq edəndə İradə yaranır. İradəsiz adam isə
həyatda yer tapa bilməz. Ən gözəl Ədalət gülünə
Qüdrət gülünü calaq etməsək ədalət aciz qalar,
küsər, saralıb solar. Qüdrətlə Ədalət bir yerdə
olmayanda isə torpaqda zülm baş alıb gedər.
Müharibələr yer üzünü bürüyər. Uşaqlar
ədalətsizliyin qurbanı olar. Səyyah yenə soruşur :
Calaqları sizmi edirsiniz?
Elm: Mən çubuqları hazırlayıram, amma onları calaq edən Sevgidir. Sevgi
olmasa heç bir əkdiklərimizin bəhrəsi xeyiri olmaz.
Səyyah: Bəs üstünlük verdiyiniz güllər varmı?
Elm: Əslində mən bütün gülləri sevirəm. Sevgi isə - Mülayimlik üçün – O
mənim beş hissimdir Səmimiyyət – mənim əxlaqım, Təvazö isə – mənim
ədəbim, Ümid mənim qanımdır ‖ dir deyir. Bunlar olmasa elimli bir
insan da formalaşmaz. Həyatda isə elmdə əxlaq da sevgi də mərhəmət də
bizim yol yoldaşımız olmalıdır.
Səyyah Elmin dediklərinin təsiri altında bağçadan uzaqlaşır. Xeyli yol
getdikdən sonra bir qocaya rast olur və gördüklərini ona danışır. Qoca
səyyahın dediklərini dinlədikdən sonra deyir. Oğul bunun nə bağçası
olduğunu bilirsənmi? Səyyah deyir Yox. Müdrik qoca astaca başını
yelləyərək cavab verir: Bu kamal bağçasıdır. Elm bilik olan yerdə
həmişə belə çiçəklər bitər. Elmi biliyi isə kamalımız ağlımız sayəsində
qazanırıq. Kamal bağçasına baş vurmaq üçün müəllim bizə kömək olur.
Şeir müsabiqəsinin keçirilməsinin də kitabxanada xüsusi əhəmiyyəti
vardır. Belə tədbirlərdə uşaqlar özlərinin şeir demək bacarığını nümayiş
etdirir. Bu cür tədbirlər adətən yuxarı yaş qrupu uşaqları arasında keçirilir.
Müsabiqədə 5 oktyabr Beynəlxalq Müəllim günü ilə bağlı aşağdakı
şeirləri verə bilərik. Sonda yaxşı şeir deyən kitabxana müdriyyəti
tərəfindən kiçik mükafatlandırılır:
Müəllim
İbrahim Yusifoğlu:
Saflığa bələnib hər müdrik sözü.
Bizə ömür boyu dayaq durubdur.
İşıqlı zəkası, ağıllı sözü
Ömür yolumuza mayaq olubdur.
Anamı,Vətəni sevin - deyibdir,
Odur boynumuza böyük haqq qoyub.
Bizə ana yurdu o sevdiribdir.
Biz ona borcluyuq bir ömür boyu.
Anam, müəllimim bir də ustadım.
Üç insan əzizdir mənə dünyada,
Anam,müəlliməm bir də ustadım.
Hər an baş əyirəm sizdəki ada,