Afaq: Eybi yox, biz Sizi indi sağaldarıq.
Zərqələm müəllimə: (Təəcüblə) Necə?
Afaq: Oturun bax burda. (Balaca termosda çay süzüb. ona verir. Bu çaya
kəklikotu, sarıçiçək qatmışam. Onu içsəniz, canınızda nə soyuqdəymə
var, çıxacaq
Eldar: Eh, bəlkə müəllimənin xəstəliyi soyuqdəymə deyil, ürək ağrısıdır?Nənəm
bu dərmanı qaraçöhrə ağacından hazırlayıb. Deyir kim içsə, o dəqiqə
sağalar.!
Rafiq: Yox, yox müəllimə, mən üzünüzün rəngindən görürəm ki, qanınız azdır.
Ona görədə bax bu dərmanı içməlisiniz. Əvəlik otunun kökündən
düzəldilib.
Sona: Anam mənə də bir dərman verib. Deyir, kimin ciyəri ağrıyırsa, onu
sağaldar.
Amma... adını deməyə utanıram.
Afaq: Adı nədir? Pişikotu?
Eldar: Bəlkə ―Pişiknanəsi‖ dir?
Rafiq: Yox yəqin ki ― atılbatıl ‖ dır.
Sona: Yox adı ― Öküzboğan ‖ dır...
( Hami bərkdən gülür)
Afaq: Bir dərman ki,öküzü boğur, onu adama neşə vermək olar?
Zərqələm müəllimə: Gülməyin uşaqlar, adı qəribə olsada özü ciyər üçün çox
xeyirlidir.
Eldar: Bəs nə üçün adı ― öküzboğan ‖ dır ?
Zərqələm müəllimə: Ona görə ki yarpaqları bərkdir, özü də tikanlıdır.Öküzboğan
çəmənlərdə, dağlarda bitir.İyun ayında sarı çiçəklər açır, beş yarpağı
olur.Avqust ayında isə meyvəsini yığıb dərman hazırlayırlar.
Afaq: Müəllimə indi siz hansı dərmanı içəcəksiniz?
Zərqələm müəllimə: Heç birini. Amma sizin bu yaxşılığınızı ömrüm boyu
unutmayacağam! Mənim əzizlərim...Mənim istəkli balalarım! Sizi görən
kimi sağaldım.Elə gümrah, şən oldum ki, hamınızla əl-ələ tutub oynamaq
istəyirəm.
(Musiqi)
(Oyun havası çalınır. Müəllimə və uşaqlar rəqs edirlər)
Müəllimə verilən ictimai qiymət:
Görkəmli xadim Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi
tövsiyyələrdən birində yazırdı: ― ...vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı
tərbiyəsi ilə bağlıdır... Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını gözəl pak şeylər
əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən
ibarətdir.
Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bildirir: " Mən yer
üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli
qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının
rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir.
Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini
hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq ".
Ədəbi-bədii gecə:
Kitabxanada mövzu ilə bağlı keçirilən ədəbi-bədii gecələrin də xüsusi rolu
var. Sizə “ Uzat, təbaşirli əlindən öpüm ‖ adlı ədəbi-bədii gecənin ssenarisini
təqdim edirik.
Tədbirə müəllimlər məktəblilər, ziyalılar, və bir sıra qonaqlar dəvət edilir.
( Səhnədə Heydər Əliyevin müəllim haqqında soylədiyi fikirlərdən biri yazılmış
plakat asılıb, və müxtəlif güllərlə dekorasiyalarla bəzədilir. Həmçinin tədbir
zamanı müəllim əməyini əks, əməkdar müəllimlərimizin fəaliyyətindən bəhs edən
slaydlar nümayiş etdirmək olar. )
Gecə Aygün Səmədzadənin ― Məktəb İlləri ‖ mahnısı ilə başlayır.
I aparıcı: Saflığa bələnib hər müdrik sözü.
Bizə ömür boyu dayaq olubdur.
İşıqlı zəkası, ağıllı sözü
Ömür yolumuza mayaq olubdur.
II aparıcı: Anamı, Vətəni sevin - deyibdir,
Odur boynumuza böyük haqq qoyub,
Bizə ana yurdu o sevdiribdir.
Biz ona borcluyuq bir ömür boyu
I aparıcı: Salam əziz uşaqlar, hörmətli qonaqlar , müəllimlər.
görəki, biz onların vasitəsi ilə dünyanı dərk edirik.
II aparıcı: Hər zaman övladları bildiyi şagirdlərinin sevincinə sevinib,
kədərinə kədərələnən müəllim ömrü bizlərə əsl örnəkdir. O,
elmin fəzilətini şagirdlərinə daddıran bir insandır. Adi
insandan fərqi isə şagirdlərinə qəlbində daşıdığı sevgisidir. Bu
sevgini isə nə qədər paylasada tükənməz. Uca müəllim adına
ləkə gətirən əməllərdən kənar olar . Müəllim - həmçinin
şagirdlərinin dili ilə desək :
( Səhnədə uşaqlar görünür )
I oxucu: Müəllim - ana kimi şəfqətli, ata kimi güvənli, üstün əxlaqlı,
dərin düşüncəli, həssas qəlbli, həlim davranışlı bir
insandır.
II oxucu: Müəllim – elmin sirr ünvanını düzgün bilən
III oxucu: Müəllim – həqiqətin içərisinə varan, orada ucalan, orda
yüksələn.
IV oxucu: Müəllim – bilgisi düz, sözü düz, mərifəti düz olandır
V oxucu: Müəllim – elmin qapısını düz tanıyıb, oradan elmin şəhərinə -
xəzinələr sarayına varandır.
Müəllim – sinəsi xəzinə, baxış pəncərəsi qəlbin gözü, seyr
etdiyi məkan yüksəkliklər, dayağı fərasət olandır.
VI oxucu: Müəllim – Yerdən aləmlərə varandır.
Müəllim – mərifətə götürən nur, qanad, inam taxtında
əyləşdirən böyüklükdür.
VII oxucu: Müəllim – sevgini yaşayan – sevgini öyrədən sevdalıdır.
II aparıcı: Müəllim – adi söz olmayıb, müqəddəs peşədir. Əsl müəllim bir
günəşdir. Ürəyinin istisini beyninin odunuheç kəsdən
əsirgəməyən bir günəş. Müəllim sənəti bütün sənətlərdən daha
üstündür. O, bizə hərf öyrədir, danışmaq öyrədir, söz öyrədir
Gözlərdə ifadə olunan hissləri duyan, sədanı ― eşidən ‖
müəllim ömrünə alqış. Bu ömür sinif otaqlarında dərs dedikcə
heçə dönmür daima təzələnir. Canlı ulduz olub daima
müxtəlif bölgələrimizdə parlayaraq, yerindən asılı olmayaraq
hər bir şagirdə eyni yanaşırlar.
Aparıcı üzünü uşaqlara tutur: Uşaqlar dovlət xadimindən tutmuş hər bir sənət
sahibi – müəllimlərinə borcludur. Çünki hər
birimizə qələm tutub hərf yazmağı müəllimimiz
öyrətmişdir. Ona görədə onları incitməməliyik.
Dərslərimizi yaxşı oxumalıyıq ki, gələcəkdə
onların zəhmətlər hədər getməsin. Çünki onlar
bizə təkcə müəllim deyil ana kimi qayğı göstərir
balaları kimi də sevirlər. Müəllimlərinizin sözünə
qulaq asırsınızmı?
Afərin uşaqlar.
Ədəbi bədii gecədə mövzu ilə bağlı əsərlərin uşaqlarla səhnələşdirməsinin
xususi əhəmiyyəti vardır. Əli Əmirlinin müəllim – şagird – valideyn
münasibətlərindən bəhs edən “ MSS – Mən Səni Sevirəm” 2 hissəli məktəbli
dramı son illərdə (2009) bu mövzusunda yazılmış ən gözəl əsərlərdəndir.
Yuxarısinif şagirdləri tərəfindən səhnələşdirilmiş əsərdən bir parçanı sizə
təqdim edə bilərik.
Səhnə açılır. Hər yerdə, yazı taxtasında ― M.S.S. ‖ yazılar vurulub. rəqs
mahnısı sədaları altında uşaqlar səhnədə bir-biri ilə söhbət edir. Sabah müəllimə
içəri girir:
- Əyləşin. Bu gün sizi yoracam . 3 dərs dalbadal dərsimiz olacaq.
- Gənc bir müəllimə məni sabahdan bir müddət əvəz edəcək. Mənim
bir az müalicəyə ehtiyacım var.
Uşaqlar: Allah şəfa versin.
Sabah müəllimənin gözü yazılara sataşır ― Bu nədir ‖ belə
Müəllim əyləşir, dərs başlayır.
Sabah: Müəllimlər sizdən çox gileylənir. Deyəsən məsələ çox ciddidir.
Lalə: Onlar bizi istəmirlər ona görə.
Sabah: Mənim həmkarlarım haqqında belə fikirlər söyləməyin. Özü burada
olmayan adam haqqında danışmaq qeybətdir. İndiki halda rüşvət
verənlərin günahı daha böyükdür. Bu gün cəmiyyıtimizdə sosial
müdafiəsi ən zəif olan təbəqə müəllimədir. Biz müəllim ailəsi varlı
ola bilməz, amma bu kasıbçılıq deyil, Kasıb gözü doymayandır.
( Uşaqlar bir nəfər kimi əl çalırlar. Sabah çaşqınlıqla ona baxır )
Sabah: Sakit olun.dərs keçənlərə mane olursuz.
Tofiq: Biz sizi ssseee…
Lalə: Sevirik
Orxan: Divarlarda nə qədər boş yer var EMESES yazacağıq.
Sabah: Yaxşı sevirsiniz sevin.amma divarların nə taxsırı var?
Səməd: Onun zamana ehtiyacı var.
Reyhan: Biz hamımız onu sevirik, məhəbbətimizi bildirmək üçün M.S.S.
yazırıq.Çoxları elə bilir ki, M.S.S.” mən səni sevirəm deməkdir…”
Qərib: Bəs nədir?
Reyhan: M.S.S. – Mən Sabahı sevirəm deməkdir. Mənim arzularım çoxdur bu
yazıda ən böyük arzum Sabah müəllimənin səhhəti ilə bağlıdır. Əgər
bu dünyada haqq ədalət deyilən bir şey varsa qoy Sabah müəllimə
sağalsın.
Orxan: ( Gəlib Reyhanın əlindən tutur. ) Mən bu dünyada çox adamı sevirəm.
Arzum onlar üçün yaxşı oğul, insan, ər, əsl kişi, vətənim üçün əsl
vətəndaş olmaqdır, ancaq bu yazımda sevdiyim iki insanın adını
çəkəcəyəm, birinin adını ürəyimdə deyəcəyəm, çünki o mənim
yanımdadır. O birisinin adı isə ― Mən Sabahı sevirəm! ‖ Ən böyük
arzum onu sağalmış, sağlam görməkdir.
Səməd: Mən iki qadını sevirəm: biri anamdır, biri müəlliməm Sabah. Onu
yenidən sinfimizdə görmək istəyirəm.
Lalə: Arzularımı yazsam bir kitaba sığmaz.Ona görə qələmi qoyuram.Kimdi
mənim arzularımı vecinə alan. Bu dünyada haqq-ədalət olsaydı pis
adamları
Qətibə müəllimə: ( pıçıltıyla ) Məni deyir?
Lalə: Sabah müəlliməni ölüm yatağına salmazdı.
Nazı: Məndə yaxşı nə varsa Sabah müəllimədəndir. O mənə necəinsan
olmağı öyrədib. Allah ona şəfa versin.
Tofiq: Bismilləhirrəhmanirrəhim! Mənim bu dünyada bir arzum, bir istəyim
var. Allahıma yaxın olum, əsl müsəlman ömrü yaşayım inşallah!
Mənim indiki duam isə qadınlar içində mələk, müəllimələr içində ali
mərtəbədə duran Sabah anamızadır. O müəllim adını uca tutmağı
bacardı. ( dua edir. ) İlahi eşit sənə ibadətdə olan aciz bəndənin səsini,
qəbul et dualarımı.
Şəfa ver Sabah müəlliməyə…
(Uşaqlar ayrılıqda yazı taxtasına yaxınlaşır və iri həriflərlə yazır M.S.S.)
Hami ( xorla ) Mən Sabahı sevirəm… Mən Sabahı sevirəm
Musiqi çalınır
I aparıcı: Ölkəmiz müstəqillik əldə etdikdən sonar təhsil sahəsinə müəllimə
münasibət də köklü surətdə dəyişdi. Onlara dövlət tərəfindən göstərilən
diqqət və qayğı artırıldı. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə
bir neçə ildir ki, ― İlin ən yaxşı müəllimi ‖ və ― İlin ən yaxşı məktəbi ‖
müsabiqələri keçirilir. Bu da maddi cəhətdən müəllimlərin vəziyyətinin
yaxşılaşdırılmasına, məktəblərin maddi-tədris bazasının möhkəmlən –
dirilməsinə kömək edir.
II aparıcı: Bu gün biz də öz qəlbimizin hərarətini tər çiçəklər kimi bütün
müəllimlərə veririk, onlara ömürlük fərəh arzulayırıq. Sevimli
müəllimlər! Peşə bayramınız mübarək. Hər birimizin sizə
ehtiyacımız var, bizlər sizin əlinizin bərəkəti ilə kamala doluruq. Biz
böyüyürük, siz yaşlanırsız. Amma nə qədər böyüsək də yaddaşımızda
əlimizdən tutub bizə yazmağı öyrədən müəllim kimi əbədi qalımısınız.
Sizin şagirdləriniz sizin sərvətinizdir. Həmişə şagirdlərinizin xoş
sorağını alasınız.
SON
İstifadə edilmiş ədəbiyyat:
1.
Əmirli Ə. Hasarın o üzü. - Bakı, 2010, 500 səh.
2.
Füyzat. – 2007. - №4.
3.
Füyzat. – 2009. - №6.
4.
Füyzat. – 2011. - №4
Dostları ilə paylaş: |