Azərbaycan Respublikası adından 28 dekabr 2016-cı IL



Yüklə 71,77 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü71,77 Kb.
#10046


 

 

 

 

 

QƏTNAMƏ 

Azərbaycan Respublikası adından 

 

28 dekabr 2016-cı il                     

 2(106)2204/2016                         

    Şirvan şəhəri 



 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Mülki  Kollegiyası  Mirzəyev  Nüsrət  Fətulla 

oğlunun  sədrliyi  ilə,  hakimlər  Heydərov  Tofiq  Xudayar  oğlundan  və  Cəbrayılov  Vüsal 

Adil oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh 

oğlunun,  iddiaçı  Nurməmmədova  Məlahət  Rafaiddin  qızının  iştirakları  ilə  açıq  məhkəmə 

iclasında  iddiaçı  Nurməmmədova  Məlahət  Rafaddin  qızının  cavabdeh  Səfərov  Medhun 

Ədalət  oğluna  qarşı  borc  tələbinə  dair  2(022)-1295/2016  saylı  mülki  iş  üzrə  Biləsuvar 

rayon  məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli  qətnaməsindən  cavabdeh  Səfərov 

Medhun Ədalət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq         

 

MÜƏYYƏN  ETDİ 



 

Biləsuvar rayon  məhkəməsinin 09 avqust  2016-cı  il  tarixli, 2(022)-1295/2016 saylı 

qətnaməsi  ilə  (sədrlik  edən  hakim  Azər  Səmədov)  iddiaçı  Nurməmmədova  Məlahət 

Rəfaddin qızının cavabdeh Səfərov Medhun Ədalət oğluna qarşı borc tələbinə dair iddiası 

qismən  təmin edilərək cavabdeh Səfərov  Medhun Ədalət oğlundan borca  görə 6.000 (altı 

min)  manat  və  dövlət  rüsumuna  görə  ödənilmiş  30  (otuz)  manat  alınıb  iddiaçı 

Nurməmmədova Məlahət Rafaddin qızına verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə 

təmin edilməmişdir.  

Cavabdeh  Səfərov  Medhun  Ədalət  oğlu  tərəfindən  Biləsuvar  rayon  məhkəməsinin 

09  avqust  2016-cı  il  tarixli,  2(022)-1295/2016  saylı  qətnaməsindən  apellyasiya  şikayəti 

verilərək  Biləsuvar  rayon  məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli,  2(022)-1295/2016 

saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.  

 

İŞİN   HALLARI:  



 

İddiaçı  Nurməmmədova  Məlahət  Rəfaddin  qızının  iddiası  onunla 

əsaslandırılmışdır 

ki, onun qızı Səfərov Medhun Ədalət oğlunun qaynatasının gəlini olduğuna görə Medhun 

Səfərovu  təxminən  5  ildir  tanıyır.  Cavabdeh  Medhun  Səfərov  10.12.2015-ci  il  tarixdə 

ondan  qızıl  alveri  etmək  məqsədi  ilə  6.000  (altı  min)  manat  məbləğində  borc  pul 

istəmişdir.  Həmin pula  Səfərov Medhun  Ədalət oğlu  qızıl alqı-satqısı  ilə  məşğul  olmaqla 

gəlir əldə edəcəyini, əldə olunan gəlirdən ona da verəcəyini bildirmişdir. Cavabdeh 2016-

cı  ilin  aprel  ayında  ondan  borc  olaraq  aldığı  6.000  (altı  min)  manat  pulu  ona  geri 

qaytarılmalı idi. O, cavabdeh Medhun Səfərovun həmin şərti ilə razılaşaraq 10.12.2015-ci 

ildə  qızının  qaynatası  Azad  Misirovun  evində  və  onun  yanında  Medhun  Səfərova  3.000 

(üç  min)  manat  pul  vermiş,  11.12.2015-ci  il  tarixdə    isə  qızının  əri  Misirov  Fariz  Azad 

oğlunun  tanışı  taksi  sürücüsü  işləyən  Əzizov  Vaqif  Kamil  oğlunun  vasitəsi  ilə  Medhun 

Səfərova 3.000  (üç  min)  manat  məbləğində pul  göndərmişdir.  O, Medhun Səfərova  cəmi 




 

2

6.000  (altı  min)  manat  məbləğində  borc  pul  vermişdir.  Lakin  Medhun  Səfərov  razılaşma 



şərtlərinə  uyğun  olaraq  qızıl  alış-verişindən  əldə  edilən  gəlirdən  ona  heç  bir  fayda 

verməmiş,  hətta  dəfələrlə  xəbərdarlıq  etməsinə  baxmayaraq  ondan  aldğı  6000  manat 

borclu olduğu pulu ona  qaytarmamışdır. O, tələbi ilə bağlı hüquqi yardım almaq məqsədi 

ilə  müxtəlif  hüquq  müdafiəçilərinə  müraciət  etmiş,  hüquqi  yardım  alarkən  xidmət  haqqı 

olaraq ümumilikdə 200 (iki yüz) manat məbləğində pul ödəmişdir. Ona görə də  iddianın 

təmin  edilməsi,  cavabdeh  Səfərov  Medhun  Ədalət  oğlundan  borca  görə  6.000  (altı  min) 

manat, hüquq məsləhətçilərinə ödədiyi pula görə 200 (iki yüz) manat və məhkəmədə iddia 

qaldırmaq üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun alınıb 

ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.   

 

APELLYASİYA    ŞİKAYƏTİNİN    DƏLİLLƏRİ:  



 

Cavabdeh  Səfərov  Medhun  Ədalət  oğlunun  apellyasiya  şikayəti  onunla 

əsaslandırılmışdır ki, birinci  instansiya  məhkəməsi qətnamə çıxararkən  işin  faktiki  halları 

üzrə  heç  bir  araşdırma  aparmamış,  iddiaçının  təqdim  etdiyi  şahidlərin  ifadələrinə  sübut 

növü  kimi  obyektiv  qiymət  verilməmiş,  maddi  və  prosessual  hüquq  normalarının 

tələblərini pozmuş, iş üzrə əsassız qətnamə qəbul etmişdir.  

İddiaçı  Nurməmmədova  Məlahət  Rəfaddin  qızı  iddia  ərizəsinin  dəlillərinə  uyğun 

izahat  verərək  apellyasiya  şikayətinin  təmin  edilməməsi,  Biləsuvar  rayon  məhkəməsinin 

09  avqust  2016-cı  il  tarixli,  2(022)-1295/2016  saylı  qətnaməsinin  dəyişdirilmədən 

saxlanılmasını xahiş etdi.   

Cavabdeh  Səfərov  Medhun  Ədalət  oğluna  məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə 

məlumat  verilməsinə  baxmayaraq  məhkəmə  iclasında  iştirak  etməmişdir  (təmsil 

olunmamışlar).  Məhkəmə  kollegiyası  Azərbaycan  Respublikası  Mülki  Prosessual 

Məcəlləsinin  376.2-ci  maddəsinə  əsasən  işə  cavabdehin  iştirakı  olmadan  baxılmasını 

mümkün hesab etdi.  

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini 

işin  materialları  üzrə  yoxlayıb,  iş  üzrə  toplanmış  sübutları  tədqiq  edib  qiymətləndirərək 

hesab edir ki, apellyasiya şikayəti qismən  təmin edilməli,  Biləsuvar rayon  məhkəməsinin 

09  avqust  2016-cı  il  tarixli,  2(022)-1295/2016  saylı  qətnaməsi    iddianın  təmin  olunan 

hissəsində  ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.  

 

HÜQUQİ    MƏSƏLƏLƏR 



 

Azərbaycan  Respublikası  MPM-nin  14.2-ci  maddəsinə  əsasən  məhkəmə  yalnız 

tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.  

Həmin  Məcəllənin  77.1-ci  maddəsinə  əsasən  hər  bir  tərəf  öz  tələblərinin  və 

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.  

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən 

apellyasiya  instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə 

təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.  

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi 

şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual  hüquq 

normalarına riayət etməsini yoxlayır. 



 

3

Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnamə 



qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməməsi barədə 

dəlillərinə qiymət verərkən aşağıdakıları qeyd edir:  

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  220.4-cü  maddəsinə 

əsasən  qətnamənin  əsaslandırıcı  hissəsində  işin  məhkəmə  tərəfindən  müəyyən  edilən 

halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər 

sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək 

üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və 

normativ  hüquqi    aktlar  göstərilməlidir.  Cavabdeh  tərəfindən  iddia  tələbi  etiraf  edildikdə 

qətnamənin  əsaslandırıcı  hissəsində  yalnız  iddianın  etiraf  edilməsi  və  onun  məhkəmə 

tərəfindən qəbul edilməsi göstərilə bilər. 



Məhkəmə  qətnaməsi  haqqında  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 

Plenumunun  24  noyabr  2005-ci  il  tarixli  qərarının  6.2-ci  bəndində  göstərilir:  -

Qətnamənin  əsaslandırıcı  hissəsinə  xüsusi  diqqət  verilməlidir.  Qətnamənin  həmin 

hissəsində  işin  məhkəmə  tərəfindən  müəyyən  olunmuş  halları,  məhkəmənin  nəticələrini 

əsaslandırdığı  sübutlar,  bu  və  ya  digər  sübutları  rədd  və  ya  qəbul  etmək  üçün  istinad 

etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  88-ci  maddəsinə  əsasən 

məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin 

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.  

Birinci  instansiya  məhkəməsinin  apellyasiya  qaydasında  mübahisələndirilən 

qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi 

nəticəni əsaslandırmamış, iş üzrə təqdim olunmuş sübutlara obyektiv qiymət verməmişdir. 

Ona  görə  də  məhkəmə  kollegiyası  hesab  edir  ki,  apellyasiya  şikayətinin  qeyd  olunan 

dəlilləri məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən 

prosessual  hüquq  normalarının  pozulması  və  ya  düzgün  tətbiq  edilməməsi  qətnamənin 

ləğv  edilməsinə  yalnız  o  halda  əsas  olur  ki,  bu,  düzgün  olmayan  qətnamənin  qəbul 

edilməsinə səbəb olsun. 

İşin  müəyyən  edilmiş  faktiki  halları  ilə  bağlı  məhkəmə  kollegiyası  aşağıdakıları 

qeyd edir: 

İddiaçı  Nurməmmədova  Məlahət  Rəfaddin  qızı  iddia  ərizəsində  cavabdeh  Səfərov 

Medhun  Ədalət  oğluna  6000  manat  pulu  cavabdehə  qızıl-zinət  əşyalarının  alveri 

məqsədilə  verdiyini  və  razılaşmaya  əsasən  cavabdehin  ondan  aldığı  puldan  istifadə 

etməklə  əldə  etdiyi  qazancdan  ona  verəcəyini  bildirmişdir.  Laki  iş  materiallarına  əlavə 

edilmiş Biləsuvar RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı Ağayev Xaləddin Sərdarxan 

oğlunun  449  saylı  yoxlama  materiallarına  əsasən  qəbul  etdiyi  «Cinayət  işinin 

başlanılmasının  rədd  edilməsi  barədə»  20  may  2016-cı  il  tarixli  qərarından  görünür  ki, 

iddiaçı  Nurməmmədova  Məlahət  Rafaddin  qızı  izahatında  2015-ci  ilin  dekabr  ayının 

əvvələrində  Biləsuvar  rayonunun  Xırmandalı  kəndinə  qızının  evinə  qonaq  gəldiyini, 

qızının evində Vüsalə ilə söhbəti zamanı Vüsalə onun lombarddan pul götürəcəyini bilmiş, 

Medhun  və  Vüsalə  qızılçıya  borclu  olduqlarını  bildirmiş,  ondan  xahiş  etmişlər  ki,  onlara 

pul  versin,  işlərini  qaydaya  salsındar,  yarım  tikili  evlərini  satıb  pulunu  qaytaracaqlar. 

Həmin  razılaşmadan  sonra  dekabr  ayının  təxminən  11-də  3000  (üç)  manat  pulu  qızıgildə 

Medhuna  vermiş,  digər  3000  (üç)  manat  pulu  isə  iki  gün  sonra  Vaqif  adlı  taksi 

sürücüsündən göndərmişdir.    



 

4

Göründüyü  kimi  iddiaçı  Nurməmmədova  Məlahət  Rafaddin  qızı  Biləsuvar  rayon 



PŞ-də  verdiyi  izahatdan  fərqli  olaraq  məhkəmədə  6000  manat  pulu  cavabdeh    Medhun 

Səfərova qızıl-zinət əşylarının alveri məqsədilə verdiyini göstərmişdir.  

Birinci  instansiya  məhkəməsində  şahid  qismində  dindirilmiş  Əzizov  Vaqif  Kamil 

oğlu ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla özünə məxsus minik 

avtomobili  ilə  sərnişinlərin  və  ayrı-ayrı  şəxslərin  sifarişi  əsasında  daşımaları  həyata 

keçirir.  Nurməmmədova  Məlahət  Rəfaddin  qızını  və  onun  ailə  üzvlərini  Fariz  Misirov 

vasitəsi ilə tanıyır. Belə ki, Fariz Misirov və onun ailə üzvləri Bakı şəhərinə gedərkən taksi 

kimi  onun  fəaliyyətindən  istifadə  edirlər.  11.12.2016-cı  il  tarixdə  də  Fariz  Misirov  onun 

telefonuna  zəng  edərək,  qaynanası  Məlahət  Nurməmmədovanın  onunla  telefon  əlaqəsi 

saxlayıb,  Biləsuvar  rayon  sakini  Medhun  Səfərova  verilməsi  üçün  pul  göndərəcəyini 

demişdir.  Həqiqətən  də  Fariz  Misirovun  zəngindən  bir  neçə  dəqiqə  sonra  Məlahət 

Nurməmmədova  onunla  əlaqə  saxlayıb  Medhun  Səfərova  verilməsi  üçün  3.000  (üç  min) 

manat  məğbləğində  pul  göndərmişdir.  O,  3.000  (üç  min)  manat  məbləğində  pulu  həmin 

gün Ələt-Astara  yolunun  Xırmandalı kəndi ərazisindən keçən  hissəsində  Fariz Misirovun 

yanında  Medhun  Səfərova  vermiş,  Medhin  Səfərov  da  pulu  sayaraq  qəbul  etmişdir. 

Sonralar  da  Farizlə  olan  söhbətlərdən  bilmişdir  ki,  indiyədək  Medhun  həmin  borcundan 

bir manat da qaytarmamışdır. 

Birinci  instansiya  məhkəməsində  şahid  qismində  dindirilmiş  Misirov  Fariz  Azad 

oğlu  ifadəsində  iddiaçı  Nurməmmədova  Məlahət  Rafaddin  qızının  onun  qaynanası, 

cavabdeh  Səfərov  Medhun  Ədalət  oğlunun  bacısı  Vüsalənin  əri  olduğunu,  Medhun 

Səfərovun  qızıl  alış-verişi  ilə  məşğul  olduğunu,  müxtəlif  şəxslərə  çoxlu  borcu  olduğunu 

göstərmişdir.  Şahid  ifadəsində  daha  sonra  Medhun  Səfərovun  2015-ci  ilin  dekabr  ayında 

Məlahət  Nurməmmədovadan  6.000  (altı  min)  manat  borc  pul  istədiyini,  onun  yaşadığı 

evdə  Məlahət  Nurməmmədovanın  10.12.2015-ci  ildə  Medhun  Səfərova  3.000  (üç  min) 

manat  borc  pul  verdiyini,  bundan  sonra  11.12.2015-ci  ildə  Məlahət  Nurməmmədovanın  

ona  zəng  edərək  3000  manat  borcu  Medhun  Səfərova  necə  göndərə  biləcəyini 

soruşduğunu,  tanışı  taksi  sürücüsü  Vaqif  Əzizovun  telefon  nömrəsini  Məlahət 

Nurməmmədovaya  verdiyini,  Məlahət  Nurməmmədova  həmin  tarixdə  3000  manat 

məbləğində  pulu  sürücüsü  Vaqif  Əzizovun  vasitəsilə  Medhun  Səfərova  göndərdiyini, 

Ələt-Astara  yolunun  Biləsuvar rayonunun  Xırmandalı kəndi ərazisindən  keçən  hissəsində 

Medhun Səfərovun pulu onun yanında sayıb qəbul etdiyini göstərmişdir.  

Şahid  qismində  dindirilmiş  Misirov  Azad  Ağar  oğlu  və  Əhmədova  Tünzalə  Azad 

qızı digər şahid Misirov Fariz Azad oğlunun  məhkəmə iclasında ifadəsilə eyni məzmunlu 

ifadə vermişlər.  

Apellyasiya  şikayətində  və  apellyasiya  şikayəti  üzrə  məhkmə  iclasında  cavabdeh 

Medhun  Səfərov  iddiaçıdan  borc  almadığını,  ümumiyyətlə  heç  bir  borcunun  olmadığını, 

eyni  zamanda  məhkəmədə  ifadə  verən  şahidlərin  isə  iddiaçı  Məlahət  Nurməmmədovanın 

və Fariz Misirovun yaxın qohumları olduğunu  qeyd etmişdir.   

İş  üzrə  digər  şahid  Əzizov  Vaqif  Kamil  oğlu  08  dekabr  2016-cı  il  tarixdə 

məhkəməyə  teleqram  vuraraq  birinci  instansiya  məhkəməsinin  qətnaməsində  onun 

adından  cavabdeh  Səfərov  Medhun  Ədalət  oğlunun  əleyhunə  yazılmış  ifadənin  əsassız 

olduğunu bildirmişdir.  

Məhkəmə  kollegiyası  qeyd  edir  ki,  irəli  sürülən  tələblə  bağlı  birinci  instansiya 

məhkəməsi  tərəfindən  ətraflı  araşdırma  aparılmamış,  iddiaçının  cavabdehə  qarşı  pul 

tələbinə  qiymət  verilərkən  Biləsuvar  rayon  PŞ-də  verdiyi  izahatla  ziddiyətli  olması, 

həmçinin  məhkəmədə  ifadə  verən  şahidlərin  iddiaçı  ilə  qohumluq  münasibətlərində 




 

5

olmaları  və  həmin  ifadələrin  alınma  mənbəyinə  görə  nə  dərəcədə  mötəbər  olması  halına 



qiymət vermədən iddiaçının tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.  

 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən 

qətnamə  çıxarıldıqda  hakim  sübutları  qiymətləndirir,  iş  üçün  əhəmiyyətli  olan  nə  kimi 

halların  müəyyən  edildiyini,  nə  kimi  halların  müəyyən  edilmədiyini,  tərəflərin  hansı 

hüquqi  münasibətdə olmalarını,  həmin  iş  üzrə hansı qanunun tətbiq edilməli olduğunu  və 

iddianın təmin olunub-olunmadığını müəyyən edir. 

İddiaçı  Nurməmmədova  Məlahət  Rafaddin  qızı  cavabdeh  Səfərov  Medhun  Ədalət 

oğluna  qızıl-zinət  əşyalarının  alveri  məqsədi  ilə  6000  manat  borc  pul  verdiyini,  lakin  bir 

müddət sonra cavabdehin onu aldatdığını başa düşdüyünə görə həmin pulun qaytarılmasını 

tələb etmişdir.   

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  739.1-ci  maddəsinə  əsasən  borc 

müqaviləsinə  görə  iştirakçılardan  biri  (borc  verən)  pula  və  ya  digər  əvəz  edilən  əşyalara 

mülkiyyət  hüququnu  digər  iştirakçıya  (borc  alana)  keçirməyi  öhdəsinə  götürür,  digər 

iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda 

olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 

Həmin  Məcəllənin  740-cı  maddəsinə  əsasən  borc  müqaviləsi  şifahi  bağlanır. 

Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 

Məhkəmə  kollegiyası  belə  hesab  edir  ki,  mülki  qanunvericiliyin  yuxarıda  qeyd 

olunan  tələbi  nəzərə  alınmaqla  iddiaçı  Nurməmmədova  Məlahət  Rafaddin  qızı  cavabdeh 

Səfərov  Medhun  Ədalət  qızına  6000  manat  borc  olaraq  pul  verməsinə  dair  məhkəməyə 

mötəbər  sübutlar  təqdim  etməli  idi.  İddiaçı  ilə  qohumluq  münasibətində  olan  şəxslərin 

şahid  qismində  dindirilməklə  iddiaçının  cavabdehlə  borc  münasibətinin  təsdiqinə  dair 

ifadələrinə  əsasən  birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  qanuni  və  əsaslı  hesab 

oluna bilməz.  

          Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  88-ci  maddəsinə  əsasən 

məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara 

təbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə 

üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.  

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  77.1-ci  maddəsinə  əsasən 

hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.  

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  77-ci  maddəsi  sübutetmə 

vəzifəsinin  bölüşdürülməsinin  ümumi  qaydasını,  sübutetmə  prosesində  məhkəmənin 

mövqeyini  müəyyənləşdirir  və  mülki  prosesin  çəkişmə  xarakteri  daşımasını  təsbit  edir. 

İddiaçı  iddiasının  əsasını  təşkil  edən  halları  sübut  etməlidir.  Həmin  hallara  mübahisəli 

hüquq  münasibətinin  mövcudluğu  ilə  əlaqədar  olan  faktlar  və  cavabdeh  tərəfindən 

iddiaçının  hüququnun  pozulmasını  və  mübahisələndirilməsini  təsdiqləyən  faktlar  aiddir. 

Cavabdeh  isə  iddiaya  qarşı  etirazını  əsaslandıran  faktları  sübut  etməlidir.  Hazırkı  mülki 

işdə  iddiaçı  Nurməmmədova  Məlahət  Rafaddin  qızı  cavabdeh  Səfərov  Medhun  Ədalət 

oğluna  qarşı  6000  (altı  min)  manat  pul  tələbinə  dair  iddia    qaldırdığından  istinad  etdiyi 

halları təsdiq edən məhkəməyə mötəbər sübutlar təqdim etməli idi.   

 «Mahmudov  Rusiyaya  qarşı»  iş  üzrə  26  iyul  2007-ci  il  tarixli  qərarında  İnsan 

Hüquqları  Üzrə  Avropa  Məhkəməsi  qeyd  etmişdir  ki,  Konvensiya  araşdırmalarında 

sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation 

(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 

Sübut  kifayət  qədər  güclü,  aydın  və  bir-birinə  uyğun  qənaətlərin  həm  mövcudluğundan, 

həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.  




 

6

Avropa  Məhkəməsinin  Qavazov  Bolqarıstana  qarşı  06  mart  2008-ci  il  tarixli 



Qərarında  qeyd  edilmişdir  ki,  sübutlar  qiymətləndirilərkən,  bir  qayda  olaraq  əsaslı 

şübhədən kənar standartlar tətbiq edilir.  

 Məhkəmə  kollegiyası  qeyd  olunanlara  əsasən  apellyasiya  şikayətinin  birinci 

instansiya  məhkəməsi  işə  baxarkən  işi  hərtərəfli  araşdırmaması,  maddi  və  prosessual 

hüquq normalarının tələblərini pozması barədə dəlillərini əsaslı hesab edir.  

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.1-ci  maddəsinə  

əsasən  məhkəmənin  gəldiyi  nəticə  üçün  mühüm  əhəmiyyəti  olan  bütün  faktiki  halların 

aydınlaşdırılmaması  (385.1.2), birinci  instansiya  məhkəməsi tərəfindən  müəyyən edilmiş, 

iş  üçün  əhəmiyyəti  olan  halların  sübut  edilməməsi  (385.1.3),  birinci  instansiya 

məhkəməsinin  qətnamədə  göstərilmiş  nəticələrinin  işin  hallarına  uyğun  gəlməməsi 

(385.1.4)  məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.  

Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, 

cavabdeh  Səfərov  Medhun  Ədalət  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti    qismən 

təmin  olunmalı,  Biləsuvar  rayon  məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli, 

2(022)1295/2016 saylı qətnaməsi qismən ləğv edilməlidir. 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən 

iddia  rədd  edildikdə  işə  baxılması  ilə  əlaqədar  məhkəmənin  çəkdiyi  xərclər  dövlət 

mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 

Göstərilənlərə  əsasən  və  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 

14.2,  124.2,  217.2,  218.1,  372,  384.0.2,  385.1,  387.1,  392,  393  və  405-ci  maddələrinin 

tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,  

 

QƏT  ETDİ: 



 

Biləsuvar  rayon  məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli,  2(022)1295/2016  saylı 

qətnaməsindən  cavabdeh  Səfərov  Medhun  Ədalət  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

şikayəti qismən təmin edilsin.  

Biləsuvar  rayon  məhkəməsinin  09  avqust  2016-cı  il  tarixli  2(022)1295/2016  saylı 

qətnaməsi cavabdeh Səfərov Medhun Ədalət oğlundan borca  görə 6.000 (altı  min)  manat 

və  dövlət  rüsumuna  görə  30  (otuz)  manat  alınaraq  iddiaçı  Nurməmmədova  Məlahət 

Rafaddin  qızına  verilməsi  hissəsində  ləğv  edilsin.  Həmin  hissədə  iddia  tələbi  təmin 

edilməsin.  

Qətnamə qalan hissədə dəyişdirilməsin.  

Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  

Mülki  Kollegiyasına  kassasiya  şikayəti  verilə  bilər. 

Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən 

sonra qanuni qüvvəyə minir.  

 

 



             Sədrlik edən:                          Nüsrət Mirzəyev 

 

                  Hakimlər:                          Tofiq Heydərov 



                                                            

                                                             Vüsal Cəbrayılov 

 



 

7

Sədrlik edən: İmza. 



Hakimlər: İmzalar. 

Əsli ilə düzdür. Hakim:                             Nüsrət Mirzəyev 



  

 


Yüklə 71,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə