Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf
etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq
dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılsın.
2. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu, xərclər smetası və
işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili üçün
müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;
3.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyətə
başlayanadək "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də
göstərilən vəzifələrin icrası müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2007-ci il
№ 560
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında
ƏSASNAMƏ
[1]
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət
Miqrasiya
Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və
tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri
həyata keçirən
, hüquq-mühafizə orqanı statusu olan
mərkəzi icra hakimiyyəti orqanıdır.
[2]
2. Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər
tutur.
3. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət,
qanunçuluq və humanizm prinsipləri əsasında qurur.
5. Dövlət Miqrasiya Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan
dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət
gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, müvafiq ştamplara və blanklara
malikdir.
6.
Dövlət
Miqrasiya
Xidmətinin
fəaliyyətinin
maliyyələşdirilməsi
Azərbaycan
Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına
həyata keçirilir.
[3]
7. Dövlət Miqrasiya Xidməti Bakı şəhərində yerləşir.
II. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
8. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
8.1. miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu
siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini
əlaqələndirir;
8.2. öz səlahiyyətləri daxilində miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsini
həyata keçirir;
8.3. miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirir;
8.3-1. hüquq-mühafizə fəaliyyətini həyata keçirir;
[4]
8.3-2. miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət
orqanının səlahiyyətlərini həyata keçirir;
8.4. immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir,
emiqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində
iştirak edir;
8.5. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının
alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
8.6. Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə
baxılmasında iştirak edir;
8.7. qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin
icrasını
təmin edir;
8.8. miqrasiya sahəsində vahid uçot sisteminin tətbiqini təmin edir və monitorinq həyata
keçirir;