Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında



Yüklə 209,1 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix01.11.2017
ölçüsü209,1 Kb.
#7758
1   2   3   4   5   6

məlumat-axtarış  sisteminə 

və  Azərbaycan  Respublikası  Əhalisinin  Dövlət  Reyestrinə 

inteqrasiyasını təmin etmək

[14]

 

9.21-1.  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  vahid  miqrasiya  məlumat 



sistemi  vasitəsilə  Azərbaycan  Respublikasında  yaşayan  və  müvəqqəti  olan  əcnəbilərin  və 

vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;

 

         9.21-2.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  və  daimi  yaşayan  əcnəbilərə  və 



vətəndaşlığı  olmayan  şəxslərə  verilmiş  icazələr  və  həmin  şəxslərin  yaşayış  yeri  üzrə  qeydiyyata 

alınması,  habelə  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında  məlumatları  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  «Giriş-çıxış  və  qeydiyyat»  idarələrarası  avtomatlaşdırılmış  məlumat-

axtarış sisteminə təqdim etmək;

 

9.22. miqrasiya sahəsinə aid statistik hesabatları aparmaq;



 

9.23.  miqrasiya  sahəsində  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrin  həyata  keçirilməsində  öz  səlahiyyətləri  daxilində  iştirak  etmək,  Azərbaycan 

Respublikasının beynəlxalq öhdəliklərinin icrasını təmin etmək;

 

9.24.  readmissiya  haqqında  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinin 



bağlanmasında iştirak etmək;

 

9.25.  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla,  Dövlət  Miqrasiya  Xidmətinin  sistemində  elmi-



texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

 

9.26.  Dövlət  Miqrasiya  Xidmətinə  ayrılan  büdcə  vəsaitləri,  kreditlər,  qrantlar  və  digər 



maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

 

9.27.  Dövlət  Miqrasiya  Xidmətinin  sistemində  maddi  və  maliyyə  vəsaitlərinin  uçotunu 



təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin 

artırılması ilə əlaqədar müvafiq tədbirlər görmək;

 

9.28.  qanunvericiliyə  uyğun  olaraq  dövlət  sirrinin  və  məxfilik  rejiminin  qorunması  üçün 



zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

 

9.29.  öz  səlahiyyətləri  daxilində  miqrasiya  sahəsinə  aid  arxiv  sənədlərinin  müəyyən 



olunmuş qaydada saxlanılması və mühafizəsini təmin etmək;

 

9.30.  Dövlət  Miqrasiya  Xidmətinin  sistemində  yeni  informasiya  və  kommunikasiya 



texnologiyalarının tətbiq edilməsi işini təşkil etmək, informasiya təhlükəsizliyinin təmin olunması 

üçün tədbirlər görmək;

 [15]

 

9.31. miqrasiyanın idarə edilməsi sahəsində kadr hazırlığını təmin etmək məqsədilə Dövlət 



Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların fəaliyyətini və əməkdaşların peşə hazırlığını 

mütəmadi  yoxlamaq  və  zəruri  tədbirlər  görmək,  Dövlət  Miqrasiya  Xidməti  işçilərinin  peşəkarlıq 

səviyyəsinin yüksəldilməsini təmin etmək, onları müvafiq kurs və treninqlərə cəlb və ezam etmək, 

həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsiliüçün tədbirlər görmək;



[16]

 

9.31-1.  öz  fəaliyyəti  haqqında  əhalinin  məlumatlandırılmasını,  internet  saytının 



yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai 

informasiyanın  həmin  saytda  yerləşdirilməsini  və  bu  informasiyanın  daimi  yeniləşdirilməsini 

təmin etmək;

[17]

 

9.31-2.  xidməti-tətbiqi  idman  növlərinin  inkişafı  proqramlarını,  bədən  tərbiyəsi  və  idman 



tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq etmək;

[18]

 

9.32.  Dövlət  Miqrasiya  Xidməti  strukturunun  və  fəaliyyətinin  təkmilləşdirilməsi 



istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

 



9.32-1. müəyyən edilmiş qaydada miqrasiya orqanlarının xüsusi vasitələrlə təmin olunması 

üçün tədbirlər görmək;



 [19]

 

9.33.  Dövlət  Miqrasiya  Xidməti  sistemi  işçilərinin  əmək  funksiyalarını  icra  etmələrinə 



nəzarəti həyata keçirmək;

 

9.33-1.  Dövlət  Miqrasiya  Xidməti  sistemi  işçilərinin,  habelə  onların  ailə  üzvlərinin 



sosial müdafiəsi üzrə tədbirlər görmək, onlara tibb xidmətinin göstərilməsini təmin etmək, 

o  cümlədən  işçilərin  sağlamlığının  mühafizəsi  istiqamətində  kompleks  profilaktika, 

müalicə və digər tədbirləri həyata keçirmək;

 

9.33-2.  Dövlət  Miqrasiya  Xidməti  sistemi  işçilərinin  məcburi  sığortasını,  qanunla 



nəzərdə  tutulmuş  vəzifəli  şəxslərin  və  onların  yaxın  qohumlarının  dövlət  müdafiəsini 

təmin etmək;

 [20]

 

9.34.  Azərbaycan  Respublikası  vətəndaşlarının,  habelə  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin  təklif,  ərizə  və  şikayətlərinə  baxılmasını  və  onların  qəbulunu  təmin  etmək,  daxil  olmuş 

müraciətlərə  vaxtında,  o  cümlədən  internet  saytı  vasitəsilə  cavab  vermək  və  qanunvericiliklə 

müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

 

9.35.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər 



vəzifələri yerinə yetirmək.

 

 

 

IV. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN HÜQUQLARI

 

 

 

10.  Dövlət  Miqrasiya  Xidməti  öz  vəzifələrini  həyata  keçirmək  üçün  aşağıdakı  hüquqlara 



malikdir:

 

10.1.  miqrasiya  sahəsində  dövlət  proqramlarının  və  qanunvericilik  aktlarının  layihələrini 



hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

 

10.2.  miqrasiya  sahəsində  dövlət  siyasətinin  və  idarəetmənin  həyata  keçirilməsi  ilə  bağlı 



Dövlət  Miqrasiya  Xidməti mərkəzi aparatının,  tabeliyində  olan  regional  və  digər  qurumların 

fəaliyyətinə dair icrası məcburi olan qərarlar, əmrlər, sərəncamlar vermək, qaydalar, təlimatlar və 

əsasnamələr qəbul etmək;

 

10.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti 



olma,  müvəqqəti  və  ya  daimi  yaşama,  habelə  Azərbaycan  Respublikasının  vətəndaşlığı  və  siyasi 

sığınacaq  verilməsi  məsələlərinə  dair  vəsatətləri  ilə  əlaqədar  təqdim  edilən  sənədləri  və  faktları 

araşdırmaq, zəruri hallarda müvafiq dövlət orqanlarından əlavə məlumatlar tələb etmək;

 

10.3-1.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslərə 



Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün razılıq vermək;

[21]


 

10.4.  əməkçi  miqrantlara  ölkə  ərazisində  əmək  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  fərdi 

icazələrin  və  Azərbaycan  Respublikası  vətəndaşlarının  xaricdə  işə  düzəldilmələrində  vasitəçilik 

fəaliyyətinə lisenziyaların verilməsi üçün rəy vermək;

 

10.5.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  olma  və 



yaşama  qaydaları  ilə  bağlı  məlumatların  verilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  dövlət 

sərhədindən buraxılış məntəqələrində miqrasiya servislərini yaratmaq;

 

10.6. xarici ölkələrə köçən Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparmaq 



məqsədilə aidiyyəti dövlət orqanlarından müvafiq məlumatlar tələb etmək;

 

10.7.  miqrasiya  sahəsində  tədqiqatlar,  təhlillər,  ümumiləşdirmələr  aparmaq,  analitik  və 



metodiki materiallar hazırlamaq, təkliflər vermək;

 



Yüklə 209,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə