Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında



Yüklə 209,1 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix01.11.2017
ölçüsü209,1 Kb.
#7758
1   2   3   4   5   6

10.8. aidiyyəti dövlət orqanları ilə birlikdə immiqrant statusunu almaq, habelə Azərbaycan 

Respublikası  vətəndaşlığına  qəbul  olunmaq  istəyən  şəxslər  üçün  Azərbaycan  Respublikası 

Konstitusiyasının,  Azərbaycan  dilinin,  tarixinin,  mədəniyyətinin  öyrənilməsi  üzrə  tədris 

kurslarının təşkilində iştirak etmək;

 

10.9.  miqrantların  yerli  şəraitə  uyğunlaşdırılması  işinə  qeyri-hökumət  təşkilatlarını  cəlb 



etmək;

 

10.10.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 



hüdudlarından  kənara  çıxarılması  barədə  qərarların  icrasına  dair  aidiyyəti  dövlət  orqanlarından 

məlumat almaq;

 

10.11.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  immiqrant  və  qaçqın  statuslarından 



məhrum  edilməsi  və  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması  barədə 

məhkəməyə müraciət etmək;

 

10.12. miqrasiya sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar 



çıxması barədə təkliflər vermək;

 

10.13.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  beynəlxalq  təşkilatlarla,  xarici 



dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini 

öyrənmək;

 

10.14.  miqrasiyanın  idarə  edilməsi  sahəsində  mütəxəssislərin  hazırlanması  və  ixtisasının 



artırılması üçün tədbirlər görmək;

[22]


 

10.15. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz 

fəaliyyətinə cəlb etmək;

 

10.16. Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq 



və təftişini həyata keçirmək;

 

10.17.  öz  səlahiyyətləri  daxilində  miqrasiya  sahəsi  üzrə  dövlət  və  yerli  özünüidarəetmə 



orqanlarına,  fiziki  və  hüquqi  şəxslərə  zəruri  məlumatlar  (sənədlər)  barədə  sorğu  vermək  və 

onlardan belə məlumatları (sənədləri) almaq;

 

10.18.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  mətbu  nəşrlər  təsis  etməklə  xüsusi 



bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

[23]


 

10.19.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 

sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

 

10.20.  Dövlət  Miqrasiya  Xidmətinin  ehtiyacları  üçün  əsaslı  tikinti  aparılması,  bina  və 



tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;

 

10.21.  Dövlət  Miqrasiya  Xidməti  işçilərinin  əmək  şəraitinin,  maddi  təminatının  və  sosial-



məişət xidmətinin yaxşılaşdırılması barədə təkliflər vermək;

 

10.22.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər 



hüquqları həyata keçirmək.

 

 

 

V. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

 

 

11. Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatı və onun tabeliyində olan regional və digər 



qurumları Dövlət Miqrasiya Xidmətinin vahid sistemini təşkil edir.

 

Dövlət  Miqrasiya  Xidməti  həvalə  edilmiş  vəzifələri  bilavasitə  özü  və  tabeliyindəki 



qurumlar vasitəsilə həyata keçirir.

 

12.  Dövlət  Miqrasiya  Xidmətinin  strukturu  və  işçilərinin  ümumi  say  tərkibi  Azərbaycan 



Respublikasının  Prezidenti  tərəfindən  müəyyən  edilir.  Xidmətin  strukturuna  daxil  olmayan 


tabeliyindəki  qurumların  (hüquqi  şəxslərin,  təşkilatların  və  sair)  siyahısını  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti təsdiq edir. 



[24]

 

13.  Dövlət  Miqrasiya  Xidmətinin  sistemində  qulluq  keçmə  qaydaları  və  şərtləri dövlət 



qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 

[25]

 

14. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə 



təyin  və  vəzifədən  azad  edilən  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  rəisi 

(bundan  sonra  -  Dövlət  Miqrasiya  Xidmətinin  rəisi)  rəhbərlik  edir.  Dövlət  Miqrasiya  Xidmətinin 

rəisi  Dövlət  Miqrasiya  Xidmətinə  həvalə  olunmuş  vəzifələrin  yerinə  yetirilməsi  və  hüquqların 

həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

15.  Dövlət  Miqrasiya  Xidməti  rəisinin  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 



vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və iki müavini vardır. Dövlət Miqrasiya 

Xidməti  rəisinin  müavinləri  onlara  Dövlət  Miqrasiya  Xidmətinin  rəisi  tərəfindən  həvalə  edilmiş 

vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. 

[26]

 

16. Dövlət Miqrasiya Xidmətinin rəisi :



 

16.1. Dövlət Miqrasiya Xidmətinin işini təşkil edir və ona rəhbərlik edir;

 

16.2.  müavinləri  arasında  vəzifə  bölgüsünü  aparır,  onların,  habelə  Dövlət  Miqrasiya 



Xidmətinin  digər  vəzifəli  şəxslərinin  ştat,  kadr,  maliyyə,  istehsalattəsərrüfat  və  digər  məsələlər 

üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

 

16.3.  Dövlət  Miqrasiya  Xidmətinin  struktur  bölmələrinin  və  tabeliyində  olan 



qurumların əsasnamələrini  təsdiq  edir,  onların fəaliyyətinə  nəzarəti  təşkil  edir  və  işinin 

əlaqələndirilməsini təmin edir;

[27]

 

16.3-1.  Dövlət  Miqrasiya  Xidmətinin  aparatının  struktur  bölmələrinin  və  tabeliyində  olan 



qurumların  əsasnamələrini  təsdiq  edir,  tabeliyində  olan  hüquqi  şəxslərin  nizamnamələrini  isə 

təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

[28]

 

16.4. müəyyən edilmiş struktur, əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində 



Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının və tabeliyində olan qurumların strukturunu, ştat 

cədvəlini və xərclər smetasını təsdiq edir;

 

16.5.  Azərbaycan  Respublikasının  Prezidenti  ilə  razılaşdırılmaqla  Dövlət  Miqrasiya 



Xidmətinin 

baş  idarələrinin  və  regional  miqrasiya  idarələrinin  rəislərini

 vəzifəyə  təyin  və 

vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad 

edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

[29]


 

16.6. miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və 

digər  normativ  hüquqi  aktların  layihələrini  Azərbaycan  Respublikasının  Prezidentinə  və 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

 

16.7.  Dövlət  Miqrasiya  Xidmətinin mərkəzi aparatının,  tabeliyində  olan  regional  və  digər 



qurumların  fəaliyyətinə  dair  icrası  məcburi  olan  əmrlər,  sərəncamlar,  göstərişlər  verir,  normativ 

hüquqi  aktları  imzalayır  (təsdiq  edir),  onların  icrasını  təşkil  edir  və  icrasına  nəzarəti  həyata 

keçirir;

[30]


 

16.8. Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını 

ləğv edir;

 

16.9.  Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  dövlət  və  digər  qurumları  ilə 



münasibətlərdə  Dövlət  Miqrasiya  Xidmətini  təmsil  edir,  verilmiş  səlahiyyətlər  daxilində  xarici 

ölkələrin  müvafiq  dövlət  orqanları  ilə  və  beynəlxalq  təşkilatlarla  danışıqlar  aparır,  beynəlxalq, 

dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, müəyyən edilmiş qaydada beynəlxalq 

sənədləri imzalayır;

 



Yüklə 209,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə