Azərbaycan Respublikası Dövlət Neft Fondu - İLLİK HESABAT
2011
İLLİK HESABAT 2011
MÜNDƏRİCAT
ÖN SÖZ
2. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
2.1. Makroiqtisadi inkişaf
2.2. Neft Fondunun gəlirləri
2.3. Neft Fondunun xərcləri
3. İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
3.1. 2011-ci ildə edilmiş investisiyalar
3.2. Fondun gəlirliliyi
3.3. İnvestisiya məhdudiyyətləri
3.4. Risklərin idarə edilməsi
4. İDARƏETMƏ
5. NEFT FONDU—ŞƏFFAF SUVEREN FOND
5.1. Neft Fondunun ictimaiyyətlə əlaqələri
5.2. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində fəaliyyət
5.3. Suveren Fondların Beynəlxalq Forumu
6. BİZİM DƏYƏRLƏRİMİZ: HÖRMƏT, KOLLEKTİV İŞ,
İNAM, ŞƏFFAFLIQ
7. DÖVLƏT NEFT FONDUNUN 2011-Cİ İL BÜDCƏSİNİN
İCRASI
ƏLAVƏ
ÖN SÖZ
Azərbaycan Respublikası üçün bir sıra əlamətdar hadisələrlə yadda qalan, dövlət müstəqilliyinin 20-ci ildönümünün qeyd edildiyi 2011-ci il Dövlət Neft Fondunun inkişafı üçün də uğurlu olmuşdur. Ötən ildə Dövlət Neft Fondu öz missiya və məqsədlərinə uyğun olaraq Azərbaycan xalqının milli sərvəti olan qara qızıldan əldə edilən gəlirlərin toplanaraq artırılması və idarə edilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Xam neftin qiymətlərinin beynəlxalq bazarlardakı əlverişli səviyyəsi sayəsində Neft Fondunun vəsaiti ötən ildəkinə nisbətən 30,8% artaraq, 29,8 milyard ABŞ dollarına çatmış, il ərzində Fondun daxilolmalarının 35%-i yığıma yönəldilmişdir.
2011-ci il institusional quruculuq baxımından da Neft Fondu üçün uğurlu il olmuşdur. Ötən ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Neft Fondunun investisiya fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında dəyişikliklər edilmiş, bu qaydalara uyğun olaraq yeni investisiya siyasəti qəbul edilmişdir. Yeni investisiya siyasəti Neft Fonduna 2012-ci ildən etibarən yeni aktiv növlərinə, o cümlədən şirkətlərin səhmlərinə, daşınmaz əmlaka və qızıla investisiya qoyuluşuna icazə vermişdir.
2011-ci ildən başlayaraq, Fondun fəaliyyəti haqqında illik hesabatın strukturu və təqdimat üslubu təkmilləşdirilmiş, daha da sadələşdirilmiş, illik hesabatın tərtibat konsepsiyasında yeniliyin tətbiqinə başlanmışdır. Belə ki, Neft Fondu tərəfindən dərc edilən illik hesabatlarda Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumatlar və yaradıcılıqlarından nümunələr yerləşdirilir. Bu cür tərtibatda hazırlanan ilk hesabat - 2010-cu il üzrə Neft Fondunun illik hesabatı dahi Nizami Gəncəviyə həsr edilmişdir. Neft Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsi olacaqdır.
Dövlət Neft Fondunun 2011-ci il üzrə illik hesabatı Azərbaycanın görkəmli şairi Məhəmməd Füzuliyə həsr edilmişdir.
2. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
2.1. Makroiqtisadi inkişaf
2011-ci ildə dünyada müşahidə edilən mürəkkəb siyasi və iqtisadi mühitdə Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirmişdir. Ötən il ərzində ölkədə xam neft hasilatının aşağı düşməsi və neft sektorunda Ümumi Daxili Məhsul (ÜDM) istehsalının azalması fonunda qeyri-neft sektorunda əldə edilmiş tərəqqi hesabına ölkə iqtisadiyyatı artım templərini qoruyub saxlamışdır. Qeyri-neft sektoru 9,4% artmış və ÜDM-in 48,3 %-i qeyri-neft sektorunun payına düşmüşdür.
2011-ci ildə iqtisadiyyatın diversifikasiyası, regionların inkişafı, ölkədə biznes şəraitinin və sahibkarlığın inkişaf etdirilməsi, infrastrukturun təkmilləşdirilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Yoxsulluğun səviyyəsi 2004-cü ildəki
49 %-dən 7,6 %-ə qədər, işsizliyin səviyyəsi 5,4%-ə qədər azalmışdır. Orta illik inflyasiya 7,9% olmaqla birrəqəmli səviyyədə saxlanılmışdır. Adambaşına düşən ÜDM-in həcmi 7 min ABŞ dollarını ötmüş, Azərbaycanın orta gəlirli ölkələr sırasında mövqeyi möhkəmlənmişdir.
Strateji valyuta ehtiyatlarının artırılması. 2011-ci ildə Dövlət Neft Fondunun bütün mənbələr üzrə daxilolmaları 19 799,9 milyon ABŞ dolları təşkil etmişdir. 2011-ci ilin əvvəlinə 22 766,8 milyon ABŞ dolları təşkil etmiş Fondun vəsaiti il ərzində 7 033,2 milyon ABŞ dolları və ya 30,9% artaraq ilin sonuna 29 800,0 milyon ABŞ dolları təşkil etmişdir. Beləliklə, 2011-ci ildə Neft Fondunun daxilolmalarının 35,5%-i yığıma yönəldilmişdir.
31 dekabr 2011-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları ilə birlikdə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 40,3 milyard ABŞ dolları təşkil etmiş, bu vəsaitin 73,9 %-i Dövlət Neft Fon-dunun vəsaiti hesabına formalaşmışdır (Qrafik 2.1.1.).
Qrafik 2.1.1. Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları (31.12.2011 tarixinə)
2001-2011-ci illər ərzində Neft Fondunun daxilolmaları 66,3 milyard ABŞ dolları təşkil etmiş, bu vəsaitin, 45%-i yığıma yönəldilmişdir. Neft Fondunun yığım səviyyəsi Qrafik 2.1.2.-də göstərilir.
Qrafik 2.1.2. 2001-2011-ci illər ərzində Neft Fondunun yığım səviyyəsinin dinamikası (milyon ABŞ dolları ilə)
Qrafik 2.1.3. 2001-2011-ci illər ərzində Dövlət Neft Fondunun yığım səviyyəsi
2001-ci ilə nisbətən Neft Fondunun vəsaiti 60,6 dəfə artmışdır.
Qrafik 2.1.4. 2001-2011-ci illər ərzində Dövlət Neft Fondunun vəsaitinin artım dinamikası (31.12.2011 tarixinə, milyon ABŞ dolları ilə)
Fiskal dayanıqlığın təmin edilməsi. 2011-ci ildə icmal büdcənin gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun rolu daha da artmışdır. 2011 - ci ildə Neft Fondundan 9 000,0 milyon manat dövlət büdcəsinə transfert edilmiş və bu vəsait dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əhəmiyyətli yer tutmuşdur.
Qrafik 2.1.5. 2003-2011-ci illər ərzində Dövlət Neft Fondundan transfertin dövlət büdcə gəlirlərində nisbəti
Dövlət Neft Fondunun dövlət büdcəsinə ayrılan vəsaiti hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsi, yoxsulluğun azaldılması üzrə dövlət proqramları və tədbirlər həyata keçirilmiş və bunun nəticəsi olaraq iqtisadiyyatda investisiya qoyuluşu artmışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2011-ci ildə qeyri-neft sektorunda əsas kapitala qoyulan vəsaitlərin həcmi 9 811,5 milyon manat təşkil etməklə, 2010-cu ilə nisbətən 41,2% artmışdır.
İqtisadi artımın strukturu baxımından da 2011-ci il əvvəlki illərdən fərqli olmuşdur. Sənayeləşmə siyasəti sayəsində qeyri-neft sənayesində dinamik inkişaf əldə edilmişdir. Ötən il qeyri-neft sənayesində məhsul istehsalı üzrə real artım tempi 13,2%, o cümlədən emal sənayesində 7,4%, kimya sənayesində 27,1%, metallurgiya sənayesində 85,9% olmuşdur.
Qeyri-neft sektoru üzrə real artım 7,9 % təşkil etmişdir (Qrafik 2.1.6.).
Qrafik 2.1.6. 2011-ci illərdə Azərbaycanda neft və qeyri-neft ÜDM-in istehsal strukturu
2.2. Neft Fondunun gəlirləri
2011-ci il ərzində Neft Fondunun gəlirlərinin ümumi həcmi 15 628,3 milyon manat (19 799,9 milyon ABŞ dolları) təşkil etmişdir. Fondun gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər, tranzit haqları ilə bağlı ödənişlər, bonus ödənişləri, akrhesabı ödənişlər, Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar və digər daxilolmalar təşkil etmişdir.
Qrafik 2.2.1. 2011-ci il ərzində Neft Fondunun gəlirlərinin formalaşma mənbələri (milyon ABŞ dolları ilə)
Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2011-ci il ərzində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından Neft Fonduna 15 257,5 milyon manat və ya 19 329,5 milyon ABŞ dolları daxil olmuşdur. Gəlirlərin strukturu Qrafik 2.2.2.-də göstərilir.
Qrafik 2.2.2. 2011-ci il ərzində mənfəət nefti və qazın satışı üzrə gəlirlərin yataqlar üzrə strukturu (milyon ABŞ dolları ilə)
Mənfəət neftinin satışı ilə bağlı məbləğlər Dövlət Neft Fonduna köçürülərkən neftin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən tutulur.
Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 176,4 milyon manat və ya 224,8 milyon ABŞ dolları təşkil etmişdir. 2011-ci ildə Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 0,83% təşkil etmişdir.
Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar. 2011-ci ildə Neft Fondunun növbəti daxilolmasını Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə BOTAŞ şirkəti ilə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən 101,7 milyon manat və ya 128,1 milyon ABŞ dolları məbləğində ödənişlər təşkil etmişdir (Cədvəl 2.2.1.).
Cədvəl 2.2.1. 2011-ci ildə Neft Fondunun Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmaları
Vəsaiti köçürən qurumun adı
|
Tarix
|
Məbləğ
|
|
|
mln. AZN
|
mln. ABŞ dolları
|
Azərbaycan Qaz Təchizat Şirkəti
|
12.01.2011
|
6,1
|
7,7
|
Azərbaycan Qaz Təchizat Şirkəti
|
02.02.2011
|
20,3
|
25,5
|
Azərbaycan Qaz Təchizat Şirkəti
|
08.03.2011
|
18,6
|
23,4
|
Azərbaycan Qaz Təchizat Şirkəti
|
31.03.2011
|
56,7
|
71,5
|
CƏMİ
|
101,7
|
128,1
|
Dividend ödənişləri ilə bağlı daxilolmalar. Neft Fondunun növbəti daxilolmasını neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına (Dövlət Neft Fonduna) düşən 66,8 milyon manat və yaxud 84,5 milyon ABŞ dolları məbləğində dividend (BTC layihəsi üzrə) ödənişləri təşkil etmişdir. 2011-ci ildə dividend ödənişləri üzrə Neft Fondunun daxilolmaları Cədvəl 2.2.2.-də göstərilmişdir.
Cədvəl 2.2.2. 2011-ci ildə Neft Fondunun dividend ödənişləri ilə bağlı daxilolmaları
Vəsaiti köçürən qurumun adı
|
|
Tarix
|
Məbləğ
|
|
|
|
mln. AZN
|
mln. ABŞ dolları
|
AzBTC Limited
|
BTC
|
31.03.2011
|
16,3
|
20,5
|
AzBTC Limited
|
BTC
|
28.04.2011
|
17,0
|
21,4
|
AzBTC Limited
|
BTC
|
17.06.2011
|
33,5
|
42,6
|
Cəmİ
|
|
|
66,8
|
84,5
|
Bonus ödənişlərindən əldə edilən gəlirlər. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilmiş bonuslar (mükafatlar) Neft Fondunun növbəti daxilolmasını təşkil etmişdir. 2011-ci ildə Fonda daxil olmuş bonus ödənişlərinin ümumi məbləği 15,7 milyon manat və yaxud 20,0 milyon ABŞ dolları təşkil etmişdir (Cədvəl 2.2.3.).
Cədvəl 2.2.3. 2011-ci ildə Neft Fonduna bonus ödənişləri ilə bağlı daxilolmalar
Vəsaiti köçürən qurumun adı
|
Yatağın adı
|
Tarix
|
Məbləğ
|
|
|
|
mln. AZN
|
mln. ABŞ dolları
|
BP İnternational
|
Şəfəq-Asiman
|
22.07.2011
|
15,7
|
20,0
|
Cəmİ
|
|
|
15,7
|
20,0
|
Tranzit haqları ilə bağlı daxilolmalar. 2011-ci ildə Neft Fondunun digər daxilolma mənbəyini karbohidrogenlərin Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) təşkil etmişdir və bu mənbə üzrə Fondun gəlirləri 7,5 milyon manat və yaxud 9,5 milyon ABŞ dolları səviyyəsində olmuşdur. Tranzit haqları ilə bağlı Fonda daxilolmalar Cədvəl 2.2.4.-də göstərilir.
Cədvəl 2.2.4. 2011-ci ildə Neft Fondunun tranzit haqları ilə bağlı daxilolmaları
Vəsaiti köçürən qurumun adı
|
Tarix
|
Məbləğ
|
|
|
mln. AZN
|
mln. ABŞ dolları
|
ABƏŞ
|
10.01.2011
|
0,4
|
0,5
|
ABƏŞ
|
17.02.2011
|
0,7
|
0,9
|
ABƏŞ
|
31.03.2011
|
0,6
|
0,8
|
ABƏŞ
|
20.04.2011
|
0,7
|
0,8
|
ABƏŞ
|
12.05.2011
|
0,7
|
0,8
|
ABƏŞ
|
14.06.2011
|
0,7
|
0,9
|
ABƏŞ
|
14.07.2011
|
0,7
|
0,9
|
ABƏŞ
|
12.08.2011
|
0,3
|
0,4
|
ABƏŞ
|
14.09.2011
|
0,7
|
0,9
|
ABƏŞ
|
13.10.2011
|
0,7
|
0,9
|
ABƏŞ
|
14.11.2011
|
0,6
|
0,8
|
ABƏŞ
|
14.12.2011
|
0,7
|
0,9
|
Cəmİ
|
|
7,5
|
9,5
|
Digər gəlirlər və daxilolmalar. Hesabat ilində neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışı təşkil olunmuş və bu aktivlərin satışından Dövlət Neft Fon-dunun daxilolmaları 1,4 milyon manat və yaxud 1,8 milyon ABŞ dolları təşkil etmişdir.
Akrhesabı ödənişlər ilə bağlı daxilolmalar. Neft Fondunun digər daxilolma mənbəyini karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər təşkil etmişdir. Hesabat ilində Dövlət Neft Fonduna daxil olmuş akrhesabı ödənişlərin ümumi məbləği 1,3 milyon manat və yaxud 1,7 milyon ABŞ dolları təşkil etmişdir. Şirkətlər üzrə akrhesabı ödənişlər Cədvəl 2.2.5.-də göstərilir.
Cədvəl 2.2.5. 2011-ci ildə Fondun akrhesabı ödənişlər ilə bağlı daxilolmaları
Vəsaiti köçürən qurumun adı
|
Yatağın adı
|
Tarix
|
Məbləğ
|
|
|
|
mln. AZN
|
mln. ABŞ dolları
|
GDF SUEZ E&P ABŞERON B.V.
|
Abşeron
|
24.06.2011
|
0,4
|
0,5
|
Total TSY
|
Abşeron
|
30.06.2011
|
0,8
|
1,0
|
Bahar Enerji
|
Bahar və Qum-dəniz
|
01.12.2011
|
0,1
|
0,2
|
Cəmİ
|
|
|
1,3
|
1,7
|
2.3. Neft Fondunun xərcləri
2011-ci ildə Neft Fondunun xərcləri 9 606,6 milyon manat təşkil etmişdir. Fondun vəsaitlərinin xərclənməsi aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
1) Dövlət büdcəsinə transfert;
2) Sosial layihələrin maliyyələşdirilməsi;
3) İnfrastruktur layihələrinin maliyyələşdirilməsi;
4) İnsan kapitalının inkişaf etdirilməsi;
5) Fondun idarə edilməsi ilə bağlı xərclər.
Qrafik 2.3.1. Neft Fondunun 2011-ci il üzrə xərclərinin strukturu (milyon manatla)
Dövlət büdcəsinə transfert. 2011-ci ildə 9 000,0 milyon manat Neft Fondundan dövlət büdcəsinə transfert edilmişdir ki, bu da Fondun ümumi xərclərinin 93,7 %-ni təşkil etmişdir. 2003-cü ildən etibarən Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin ümumi məbləği 25 180 milyon manat təşkil etmişdir.
Qrafik 2.3.2. 2003-2011-ci illərdə Neft Fondundan dövlət büdcəsinə transfertin illər üzrə bölgüsü (milyon manatla)
Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi. 2011-ci ildə Neft Fondunun vəsaiti hesabına aşağıdakı mühüm infrastruktur və sosial yönümlü layihələrin, habelə ölkənin insan kapitalının inkişaf etdirilməsi ilə bağlı Dövlət proqramının maliyyələşdirilməsi davam etdirilmişdir:
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər. 2011-ci ildə bu tədbirlərin maliyyələşdirilməsinə 140,0 milyon manat vəsait ayrılmışdır. 2001-ci ildən etibarən bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 857,8 milyon manat vəsait yönəldilmişdir. Bu tədbirlər çərçivəsində 18 313 ailə (81,8 min nəfər) üçün fərdi evlərdən ibarət 59 qəsəbə, hündürmərtəbəli binalar və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. Tədbirlərin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisini həyata keçirməkdir.
İnfrastrukturun təkmilləşdirilməsi
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi. 2011-ci ildə “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi” nin maliyyələşdirilməsinə 32,6 milyon manat vəsait istifadə olunmuşdur. 2006-cı ildən maliyyələşdirilən bu layihəyə ümumilikdə 779,6 milyon manat vəsait istifadə olunmuşdur. Su kəməri 2010-cu ildə istifadəyə verilmişdir. Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və əhaliyə yüksək keyfiyyətli suyun çatdırılmasıdır. 2011-ci ildə layihənin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi başa çatmışdır.
Dostları ilə paylaş: |