Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (socar) “Azərikimya” İstehsalat Birliyi



Yüklə 80 Kb.
tarix25.07.2018
ölçüsü80 Kb.
#59109




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Azərikimya” İstehsalat Birliyi

Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının əsaslı təmiri (yarımçıq qalmış daxili elektrik təchizatı, daxili santexnika, daxili havalandırma, daxili istilik təchizatı və yanğın siqnalizasiya sistemlərinin əsaslı təmir işlərinin tamamlanması) işlərinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (31002İ-16) elan edir.




Müsabiqə aşağıda qeyd olunan 5 Lot üzrə keçirilir:

Lot 1: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının

səaslı təmiri (yarımçıq qalmış daxili elektrik təchizatı sistemlərinin əsaslı təmirinin tamamlanması)

Lot 2: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının

səaslı təmiri (əsas korpus binasında yarımçıq qalmış daxili santexnika sistemlərinin əsaslı təmirinin

tamamlanması)

Lot 3: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının

səaslı təmiri (yarımçıq qalmış daxili havalandırma sisteminin əsaslı təmirinin tamamlanması)

Lot 4: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının

səaslı təmiri (əsas korpus binasında yarımçıq qalmış daxili istilik təchizatı sistemlərinin əsaslı təmirinin

tamamlanması)

Lot 5: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan “Kimyaçı” mədəniyyət sarayının

səaslı təmiri (yarımçıq qalmış daxili yanğın siqnalizasiya sistemlərinin əsaslı təmirinin tamamlanması)

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:


  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 02.06.2016-cı- il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 13.06.2016-cı il, Bakı vaxtı ilə saat: 14:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər hər

Lot №1 üçün 118 manat

Lot №2 üçün 118 manat

Lot №3 üçün 118 manat

Lot №4 üçün 118 manat

Lot №5 üçün 118 manat

(ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.



  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

Müsabiqə təklifi ilə birlikdə müsabiqənin əsas şərtlər toplusunda müəyyən olunmuş digər sənədlərlə yanaşı müsabiqə təklifinin qiymətinin 1 (bir) % -i məbləğində müsabiqə təklifinin təminatını təqdim etməlidirlər.

Təminatın növü və qüvvədə olma müddəti əsas şərtlər toplusunda göstəriləcəkdir.




Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 24 ay müddətində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ5000;


Azərbaycan Respublikası, Sumqayıt şəhəri;

Səməd Vurğun küçəsi 86;

“Azərikimya” İB-nin inzibati binası, 5-ci mərtəbə;

Əlaqələndirici şəxs:

Gülmaliyev Rövşən.

Təmir-tikinti şöbəsi, rəis müavini

+994 12 521 26 19 (daxili 31-149)

+994 12 521 25 34 (fax)

rovshan.gulmaliyev@socar.az




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 13.06.2016-cı- il tarixdə, Bakı vaxtı ilə saat 15:30-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards


Azərikimya” İstehsalat Birliyinin Satınalmalar qrupu.



(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


SOCAR”ın “Azərikimya” İB-nin

Satınalmalar qrupunun rəhbəri cənab Sərvər Ağayevə,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Azərikimya” İB-i tərəfindən [satınalma predmeti və LOT göstərilir] satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir] nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________

Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN (İŞLƏRİN və ya XİDMƏTLƏRİN) SİYAHISI

Lot 1: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan

“Kimyaçı” mədəniyyət sarayının səaslı təmiri (yarımçıq qalmış daxili

elektrik təchizatı sistemlərinin əsaslı təmirinin tamamlanması)

Lot 2: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan

“Kimyaçı” mədəniyyət sarayının səaslı təmiri (əsas korpus binasında

yarımçıq qalmış daxili santexnika sistemlərinin əsaslı təmirinin

tamamlanması)



Lot 3: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan

“Kimyaçı” mədəniyyət sarayının səaslı təmiri (yarımçıq qalmış daxili

havalandırma sisteminin əsaslı təmirinin tamamlanması)

Lot 4: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan

“Kimyaçı” mədəniyyət sarayının səaslı təmiri (əsas korpus binasında

yarımçıq qalmış daxili istilik təchizatı sistemlərinin əsaslı təmirinin

tamamlanması)



Lot 5: “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun balansında olan

“Kimyaçı” mədəniyyət sarayının səaslı təmiri (yarımçıq qalmış daxili



yanğın siqnalizasiya sistemlərinin əsaslı təmirinin tamamlanması)


Yüklə 80 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə