Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (socar) Heydər Əliyev adına Neft Emalı Zavodu



Yüklə 42,23 Kb.
tarix31.08.2018
ölçüsü42,23 Kb.

c:\documents and settings\mmammadov\desktop\loqo.jpg

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodunda təmir işlərinin yerinə yetirilməsi zamanı, təhlükəsizlik normalarına, beynəlxalq standartların tələblərinə uyğun ayaqaltıların (scaffolding) quraşdırılması” üzrə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (17003TX-18) elan edir.

müsabiqənin nömrəsi





Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi(ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

  • Müsabiqə təklifinin təminatı



  • Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 17.08. 2018-ci il, Bakı vaxtı ilə saat: 16:30- qədər Azərbaycan dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.



Müsabiqə təklifinin təminatı

Müsabiqə təklifinin təminatı üzrə bank qarantiyasının etibarlılıq müddəti müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 20 bank günü olmalıdır.

Müsabiqə təklifinin təminatı üzrə bank qarantiyası – 9000 AZN (dörd min manat) olmaq şərtilə, 28.08.2018-ci il , Bakı vaxtı ilə saat: 10:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Əks halda iddiaçının müsabiqə təklifi olan zərf açılmadan geri qaytarılacaqdır.




Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və 2surəti olmaqla 28.08.2018-cı- il, Bakı vaxtı ilə saat: 10.00- qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya dilində əldə etmək istəyənlər 350 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin il ərzində yerinə yetirilməsi tələb olunur.








Satınalan təşkilatın ünvanı:

AZ 1060(indeksnömrəsi);

Bakı şəhəri (yerləşdiyi şəhər);

Nizami rayonu (yerləşdiyi inzibati rayon və qəsəbə);

O.Vəliyev küç 1 (yerləşdiyi küçə və ya prospekt);

Zavodun HİK inzibati binası (yerləşdiyi bina, mərtəbə).



Əlaqələndirici şəxs:

Zaur Vəliyev (soyadı və adı).

Əsaslı tikinti şöbəsinin mühəndisi (stuktur bölmənin və vəzifənin adı)

521-00-00 (17-819) (əlaqələndirici şəxsin karporativ telefon nömrəsi)

Mob:050 841 78 19

521-23-03 (əlaqələndirici şəxsin karporativ faks nömrəsi)

Zaurs.veliyev@ socar.az (əlaqələndirici şəxsin karporativ elektron ünvanı)

Təklif və şikayətləriniz olduğu hallarda bu elektron ünvana müraciət edə bilərsiniz:

isa.dadashli@socar.az




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)



Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 30.08.2018-ci- il tarixdə, Bakı vaxtı ilə saat 10:30- elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards



Heydər Əliyev adına Neft Emalı Zavodunun satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


SOCAR”ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Satınalmalar qrupunun rəhbəri, baş mühəndis cənab Rasim İbrahimova
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın [satınalan təşkiltın adı daxil edilir] (ı,i,u) tərəfindən [satınalma predmeti göstərilir] satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir] nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN (İŞLƏRİN və ya XİDMƏTLƏRİN) SİYAHISI




NN

İşlərin adı

Ölçü vahidi

Miqdarı

1

Ayaqaltıların qurulması

m3

50 000

2

Ayaqaltıların sökülməsi

m3

50 000



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə