Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 97,1 Kb.
səhifə1/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
  1   2   3   4   5   6   7   8   9   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti



Əlavə I 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli
108 nömrəli əmri ilə 
təsdiq edilmişdir
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi
Standartların istifadəsinə və tətbiqinə dair standart
(SOCARSS – 001.2012) 
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN
KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ SİYASƏTİ

MÜNDƏRİCAT
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİNİN BƏYANNAMƏSİ
Azərbaycan Respublikasında ən böyük şirkət, eləcə də qlobal enerji daşıyıcılar bazarında əsas iştirakçılardan biri olan Şirkətimiz daim inkişaf edir, yeni bazar və fəaliyyət istiqamətlərini mənimsəyir, iri beynəlxalq şirkətlər və maliyyə qurumları ilə uzunmüddətli əməkdaşlıq qurur.
İstehsal, maliyyə, investisiya və digər fəaliyyət növlərini həyata keçirərkən biz hər zaman işgüzar münasibətlərin mədəniyyətinin təkmilləşdirilməsinə, biznes etikası və korporativ idarəetmə məsələlərinə böyük diqqət yetirmişik. Yarandığı ilk illərdən etibarən ölkəmizdə bu sahədə aparıcı şirkətlərdən biri olan Şirkətimiz öz qarşı-tərəflərinə, işçilərinə və bütövlükdə cəmiyyətə sosial cəhətdən məsuliyyətli davranışın, eləcə də ədalətli, vicdanlı və açıq fəaliyyətin dəyərli nümunəsini nümayiş etdirir. Biz gələcəkdə də bu yüksək standartı aşağı salmaq niyyətində deyilik.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş korrupsiya ilə mübarizə prinsipləri və tələblərinə, biznes etikası normalarına və , beynəlxalq qanunvericilik və normativ hüquqi aktlara və xarici ölkələrin qanunlarına, eləcə də aparıcı beynəlxalq təcrübə ilə müəyyən edilmiş tələblərə tam uyğunlaşmaq məqsədilə biz korrupsiyanın hər bir növünə qarşı “dözümsüzlük” prinsipini təsbit edən Korrupsiya ilə mübarizə siyasətinin hazırlanması və həyata keçirilməsi qərarını qəbul etdik. Bu prinsip həm Azərbaycan Respublikasının ərazisində, həm də dünyanın hər hansı digər ölkəsinin ərazisində korrupsiya kimi təfsir edilə biləcək hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməkdən və ya bunlarda iştirak etməkdən imtina deməkdir. Şirkətin rəhbərliyi şirkətin işgüzar nüfuzuna, onun bazar mövqeyinə ziyan vura biləcək və/ və ya rəqabət üstünlüyünün itirilməsinə gətirib çıxaracaq hərəkətlərin qarşısını almaq üçün səylərini əsirgəməyəcəkdir.
Qəbul edilmiş Korrupsiya ilə mübarizə siyasəti, tutduğu vəzifədən asılı olmayaraq, bütün işçilərə yüksək tələbləri müəyyən edir, habelə bizim yüksək etika və hüquq standartlarına, ədalət, şəffaflıq, vicdanlılıq və maddi məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. Biznes etikası, korrupsiya ilə mübarizə və effektiv korporativ idarəetmə – bunlar son nəticədə rəqabət üstünlüyü və maliyyə uğurunu müəyyən edən qərarlara təsir edən amillərdir.
Şirkətimiz, mövcud imkanları, ədalətli və açıq işgüzar fəaliyyətin qarşılamalı olduğu fundamental etika normaları və korrupsiya ilə mübarizə prinsipləri və tələbləri haqqında bütün qarşı-tərəflərini və digər maraqlı üçüncü şəxsləri məlumatlandırmağa, həmin təşkilatlar tərəfindən oxşar siyasət və prosedurların qəbul edilməsini həvəsləndirməyə və dəstəkləməyə çalışacaqdır. Şirkət korrupsiya ilə mübarizə məsələlərində onun fikir və dəyərlərinə şərik olmayan qarşı-tərəflər və digər şəxslərlə qarşılıqlı əlaqələrdən imtina etməyə cəhd edəcəkdir.
Korrupsiyaya qarşı mübarizə siyasətinin qəbul edilməsi və korrupsiyaya qarşı tədbirlərin həyata keçirilməsi fəaliyyətimizin bütün maraqlı tərəflər üçün legitimliyi, şəffaflığı və aşkarlığını təmin etməyə imkan yaradacaqdır.
Öz növbəmdə mən, Şirkətin prezidenti olaraq, bütün əməllərimdə və qərarlarımda korporativ və etika dəyərlərinə, habelə işgüzar fəaliyyətin korrupsiyaya qarşı prinsiplərinə dəqiq riayət edəcəyimə söz verirəm. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı yüksək adını daşıyan əməkdaşlarımdan və tabeliyimdə olan işçilərdən də mən oxşar hərəkət tərzi gözləyirəm. Bütövlükdə Şirkətimizin və fərdi olaraq hər birimizin sabit tərəqqisi və firavanlığı məhz bundan asılıdır.
Hörmətlə,
Rövnəq Abdullayev
ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR

Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə