Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 325,83 Kb.
səhifə1/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14








Əlavə I
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli,
108 nömrəli əmri ilə
təsdiq edilmişdir






Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi

Standartların istifadəsinə və tətbiqinə dair standart

(SOCARSS – 001.2012)



AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN

KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ SİYASƏTİ

MÜNDƏRİCAT


MÜNDƏRİCAT 5

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR 9

1. ÜMUMİ MÜDDƏALAR 12

1.1 Təyinat, məqsəd və tapşırıqlar 12

1.2 Qanunvericilik və metodoloji əsaslar 12

1.3 Siyasətin tətbiqi sahəsi 14

1.4 Dəyişikliklərin edilməsi qaydası 14

2. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİNİN ƏSAS PRİNSİPLƏRİ 14

2.1 Korrupsiya fəaliyyətinin qəbul edilməməsi prinsipi 14

2.2 İyerarxik maneələrin olmaması prinsipi 15

2.3 Cəzanın qaçılmazlığı prinsipi 15

3. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİ 15

3.1. Ali rəhbərliyin örnək olması 15

3.2. Korrupsiya riskinin idarə edilməsi 15

3.3. Korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması və tətbiqi 15

3.4. Monitorinq və nəzarət 16

4. FƏALİYYƏTİN ƏN RİSKLİ İSTİQAMƏTLƏRİ ÜZRƏ QƏRARLAR 16

4.1 Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri 16

4.2 “Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər” 18

Şirkət hakimiyyət orqanaları, rəsmi və digər şəxslərin xeyrinə “Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in həyata keçirilməsinə yol vermir. 18

4.3 Sosial və sponsor fəaliyyəti 18

4.4 Hakimiyyət orqanlarının, siyasi partiyaların və hərəkətlərin, eləcə də beynəlxalq təşkilatların maliyyələşdirilməsi 18

4.5 İctimaiyyətlə əlaqələr üzrə tədbirlər 19

5. İŞÇİLƏRLƏ QARŞILIQLI ƏLAQƏ 19

5.1 Heyətin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş 19

5.2 İşçilərin məlumatlarındırılması və təlimləndirilməsi 19

5.3 Yaranan məsələlər üzrə işçilərə məsləhətlərin verilməsi 20

6. QARŞI-TƏRƏFLƏRLƏ VƏ ÜÇÜNCÜ ŞƏXSLƏRLƏ QARŞILIQLI ƏLAQƏ 20

6.1 Hakimiyyət orqanları, rəsmi şəxslər və siyasi xadimlər 20

6.2 Qarşı-tərəflər 20

7. UÇOTUN APARILMASINA DAİR TƏLƏBLƏR 21

8. KORRUPSİYA FƏALİYYƏTİ HAQQINDA MƏLUMATLANDIRMA SİSTEMİ 21

9. CAVAB TƏDBİRLƏRİNDƏN İMTİNA 22

10. POZUNTULARLA BAĞLI TƏDBİRLƏR 22

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR 26

11. ÖN SÖZ 29

1.1.4 Bu Məcəllə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini nəzərə almaqla işlənib hazırlanmışdır və ümumiyyətlə qəbul edilmiş işgüzar davranış və etika standartlarına uyğundur. 29

1.1.5 Hazırki Məcəllə açıq sənəddir və ARDNŞ-nin rəsmi internet səhifəsindəki dərc edilir. 29

1.2. Məcəllənin məqsədləri və tapşırıqları 29

1.2.1 ARDNŞ-nin Biznes etikası məcəlləsi Şirkətə qoyulmuş məqsədlərə nail olmaq, artımı və planlı inkişafı təmin etmək, habelə Şirkətin, onun işçilərinin, cəmiyyətin və ümumiyyətlə Azərbaycan Respublikasının rifahını yaxşılaşdırmaq imkanını yaradan norma və davranış qaydalarını təsbit edir. 29

1.3. Tətbiq sahəsi və cərimələr 30

1.3.1. ARDNŞ-nin prezidenti, Şirkətin işçiləri və rəhbər işçiləri tutduqları vəzifədən, Şirkətlə əmək münasibətlərinin müddətindən və s. asılı olmayaraq, öz vəzifə borclarının yerinə yetirilməsi və Şirkət adından fəaliyyətin həyata keçirilməsi çərçivəsində hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə əməl etməlidirlər. 30

1.3.2. Hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərini, eləcə də tətbiq edilən qanunvericiliyin tələblərini pozmuş işçilər Şirkətin daxili sənədlərinin və tətbiq edilən qanunvericiliyin nəzərdə tutduğu qaydada və əsaslarla inzibati və digər məsuliyyətə cəlb ediləcəklər. 30

1.3.3. ARDNŞ, öz səlahiyyətləri çərçivəsində törəmə və asılı şirkətlərində, birgə müəssisələrində hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərinin yerinə yetirilməsi və/ və ya oxşar müddəaların qəbul edilməsində fəal iştirak edir. 30

12. ETİKA PRİNSİPLƏRİ 30

12.1 Qanunilik 30

12.2 Effektivlik 31

12.3 Düzlük və açıqlıq 31

12.4 Peşəkarlıq və səriştəlilik 32

12.5 Sosial məsuliyyət 32

13. ALİ RƏHBƏRLİYİN ROLU 33

14. İŞÇİLƏRƏ QARŞI HÖRMƏT VƏ ŞİRKƏTDƏ İŞGÜZAR DAVRANIŞ NORMALARI 33

14.1 Bərabər imkanların təmin edilməsi və ayrı-seçkiliyin qadağan edilməsi 33

14.2 Spirtli içkilər, narkotik və digər maddələrin qəbul edilməsinin qadağan edilməsi 34

14.3 Hörmətsiz davranış, zorakılıq və hədələrdən imtina 34

14.4 Maraqların toqquşmasına yol verməmək 34

14.5 Aktivlərin qorunmasının təmin edilməsi 36

14.6 Məlumatların məxfiliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsi 36

15. QARŞI-TƏRƏFLƏRLƏ İŞGÜZAR ƏLAQƏLƏRƏ DAİR NORMALAR 38

16. ANTİİNHİSAR QANUNVERİCİLİK VƏ SƏDAQƏTLİ RƏQABƏT QAYDALARININ YERİNƏ YETİRİLMƏSİ 39

17. SAĞLAMLIĞIN QORUNMASI, İSTEHSALATDA TƏHLÜKƏSİZLİK TEXNİKASINA RİAYƏT EDİLMƏSİ VƏ ƏTRAF MÜHİTİN QORUNMASI 39

17.1 Sağlamlığın, əməyin qorunması və istehsalatda təhlükəsizliyin təmin edilməsi 39

17.2 Ətraf mühitin qorunması 40

18. BİZNES ETİKASI MƏCƏLLƏSİ ÜZRƏ MƏSLƏHƏTLƏR 40

19. POZUNTULAR HAQQINDA XƏBƏRDARLIQ ETMƏ SİSTEMİ 40

20. İŞGÜZAR ETİKA QAYDALARININ YERİNƏ YETİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ 41

20.1 Tədbirlərin görülməsinə görə məsuliyyət 41

1.2 Məsul qurum – müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir. 43

1.3 Struktur bölmə - ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentlər deməkdir. 43

1.4 “QAYNAR XƏTT”in əsas iş prinsipləri 43

20.2 “Qaynar xətt”in istifadə məqsədləri 43

20.3 “Qaynar xətt”in istifadəsinin qeyri-məqbul məqsədləri 44

20.4 “Qaynar xətt” haqqında məlumatlandırma qaydası 44

1.5 “QAYNAR XƏTT”ə məlumatın ötürülməsi qaydaları 44

1.6 “QAYNAR XƏTT”ə ötürülən bildirişlərin formatı 45

1.7 Bildirişlərin anonim qaydada ötürülməsi 45

1.8 Məxfiliyin zəmanəti 46

1.9 “Qaynar Xətt”ə gələn bildirişlərin işlənməsi qaydası 46

1.10 Xəbər verənlərin verdikləri məlumata görə məsuliyyəti 46


AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİNİN BƏYANNAMƏSİ

Azərbaycan Respublikasında ən böyük şirkət, eləcə də qlobal enerji daşıyıcılar bazarında əsas iştirakçılardan biri olan Şirkətimiz daim inkişaf edir, yeni bazar və fəaliyyət istiqamətlərini mənimsəyir, iri beynəlxalq şirkətlər və maliyyə qurumları ilə uzunmüddətli əməkdaşlıq qurur.

İstehsal, maliyyə, investisiya və digər fəaliyyət növlərini həyata keçirərkən biz hər zaman işgüzar münasibətlərin mədəniyyətinin təkmilləşdirilməsinə, biznes etikası və korporativ idarəetmə məsələlərinə böyük diqqət yetirmişik. Yarandığı ilk illərdən etibarən ölkəmizdə bu sahədə aparıcı şirkətlərdən biri olan Şirkətimiz öz qarşı-tərəflərinə, işçilərinə və bütövlükdə cəmiyyətə sosial cəhətdən məsuliyyətli davranışın, eləcə də ədalətli, vicdanlı və açıq fəaliyyətin dəyərli nümunəsini nümayiş etdirir. Biz gələcəkdə də bu yüksək standartı aşağı salmaq niyyətində deyilik.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş korrupsiya ilə mübarizə prinsipləri və tələblərinə, biznes etikası normalarına və , beynəlxalq qanunvericilik və normativ hüquqi aktlara və xarici ölkələrin qanunlarına, eləcə də aparıcı beynəlxalq təcrübə ilə müəyyən edilmiş tələblərə tam uyğunlaşmaq məqsədilə biz korrupsiyanın hər bir növünə qarşı “dözümsüzlük” prinsipini təsbit edən Korrupsiya ilə mübarizə siyasətinin hazırlanması və həyata keçirilməsi qərarını qəbul etdik. Bu prinsip həm Azərbaycan Respublikasının ərazisində, həm də dünyanın hər hansı digər ölkəsinin ərazisində korrupsiya kimi təfsir edilə biləcək hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməkdən və ya bunlarda iştirak etməkdən imtina deməkdir. Şirkətin rəhbərliyi şirkətin işgüzar nüfuzuna, onun bazar mövqeyinə ziyan vura biləcək və/ və ya rəqabət üstünlüyünün itirilməsinə gətirib çıxaracaq hərəkətlərin qarşısını almaq üçün səylərini əsirgəməyəcəkdir.

Qəbul edilmiş Korrupsiya ilə mübarizə siyasəti, tutduğu vəzifədən asılı olmayaraq, bütün işçilərə yüksək tələbləri müəyyən edir, habelə bizim yüksək etika və hüquq standartlarına, ədalət, şəffaflıq, vicdanlılıq və maddi məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. Biznes etikası, korrupsiya ilə mübarizə və effektiv korporativ idarəetmə – bunlar son nəticədə rəqabət üstünlüyü və maliyyə uğurunu müəyyən edən qərarlara təsir edən amillərdir.

Şirkətimiz, mövcud imkanları, ədalətli və açıq işgüzar fəaliyyətin qarşılamalı olduğu fundamental etika normaları və korrupsiya ilə mübarizə prinsipləri və tələbləri haqqında bütün qarşı-tərəflərini və digər maraqlı üçüncü şəxsləri məlumatlandırmağa, həmin təşkilatlar tərəfindən oxşar siyasət və prosedurların qəbul edilməsini həvəsləndirməyə və dəstəkləməyə çalışacaqdır. Şirkət korrupsiya ilə mübarizə məsələlərində onun fikir və dəyərlərinə şərik olmayan qarşı-tərəflər və digər şəxslərlə qarşılıqlı əlaqələrdən imtina etməyə cəhd edəcəkdir.

Korrupsiyaya qarşı mübarizə siyasətinin qəbul edilməsi və korrupsiyaya qarşı tədbirlərin həyata keçirilməsi fəaliyyətimizin bütün maraqlı tərəflər üçün legitimliyi, şəffaflığı və aşkarlığını təmin etməyə imkan yaradacaqdır.

Öz növbəmdə mən, Şirkətin prezidenti olaraq, bütün əməllərimdə və qərarlarımda korporativ və etika dəyərlərinə, habelə işgüzar fəaliyyətin korrupsiyaya qarşı prinsiplərinə dəqiq riayət edəcəyimə söz verirəm. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı yüksək adını daşıyan əməkdaşlarımdan və tabeliyimdə olan işçilərdən də mən oxşar hərəkət tərzi gözləyirəm. Bütövlükdə Şirkətimizin və fərdi olaraq hər birimizin sabit tərəqqisi və firavanlığı məhz bundan asılıdır.


Hörmətlə,
Rövnəq Abdullayev




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə