Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


QARŞI-TƏRƏFLƏRLƏ İŞGÜZAR ƏLAQƏLƏRƏ DAİR NORMALAR



Yüklə 325,83 Kb.
səhifə14/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   ...   6   7   8   9   10   11   12   13   14

15.QARŞI-TƏRƏFLƏRLƏ İŞGÜZAR ƏLAQƏLƏRƏ DAİR NORMALAR

5.1. Qarşı-tərəflərlə münasibətlərdə Şirkət qanunilik, düzlük, qərəzsizlik, qarşılıqlı hörmət və uzunmüddətli əməkdaşlıq və kömək prinsiplərini rəhbər tutur.


Şirkətin qarşı-tərəflərlə bütün qarşılıqlı münasibətləri tətbiq edilən qanunvericiliyə, ARDNŞ-nin Korrupsiya ilə mübarizə siyasətinin başlıca prinsip və tələblərinə, eləcə də hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə qəti riayət etməklə qurulur.
5.2. Şirkət özü və ya digər şəxslər üçün hər hansı qanundan kənar üstünlüklərin əldə edilməsi məqsədilə özünün qarşı-tərəflərlə münasibətlərindən sui-istifadə etmir.
5.3. Şirkət Azərbaycan Respublikasının qanunvericiliyi və Şirkətin daxili sənədləri ilə nizamlanan obyektiv seçim meyarlarının istifadə edilməsinə əsaslanan təchizatçıların, podratçıların və digər qarşı-tərəflərin seçilməsi prosesinin düzlüyü, açıqlığı və şəffaflığını təmin edir.
5.4. Şirkət imzalanmış müqavilələr çərçivəsində öz qarşı-tərəfləri qarşısında öhdəliklərinin vicdanla yerinə yetirilməsini təmin edir və onlardan da eyni davranışları tələb edir.
5.5. Şirkət qanuni tələbləri, etika normaları və dəyərlərini pozmaqla fəaliyyət göstərən və /və ya korrupsiya fəaliyyətində iştirak edən işgüzar tərəfdaşlarla qarşılıqlı əlaqə riskinin azaldılması üzrə məntiqi səy göstərir. Bu müddəanın yerinə yetirilməsi üzrə tədbirlər kompleksi ARDNŞ-nin rəsmi internet saytında dərc edilmiş Korrupsiya ilə mübarizə siyasətində əks etdirilir.

16.ANTİİNHİSAR QANUNVERİCİLİK VƏ SƏDAQƏTLİ RƏQABƏT QAYDALARININ YERİNƏ YETİRİLMƏSİ

6.1. Şirkət hər hansı vicdansız rəqabət, üstün və ya inhisar mövqeyindən sui-istifadə təzahürlərini qəbul etmir.


Şirkət sədaqətli rəqabət etməyə, etika normaları və dəyərlərinə, eləcə də antiinhisar qanunvericiliyinin tələblərinə əsaslanan fəaliyyət göstərməyə çalışır.
6.2. Şirkət obyektiv qaydada rəqabəti məhdudlaşdıran və tətbiq edilən antiinhisar qanunvericiliyə zidd hesab oluna bilən razılaşmaların rəqiblərlə imzalanmasından imtina edir.
6.3. Tətbiq edilən antiinhisar qanunvericiliyin və rəqabət haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Şirkət və onun rəhbərliyi Şirkətin daxili sənədləri və tətbiq edilən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla inzibati, cinayət və /və ya digər məsuliyyətə cəlb edilir.

17.SAĞLAMLIĞIN QORUNMASI, İSTEHSALATDA TƏHLÜKƏSİZLİK TEXNİKASINA RİAYƏT EDİLMƏSİ VƏ ƏTRAF MÜHİTİN QORUNMASI




17.1Sağlamlığın, əməyin qorunması və istehsalatda təhlükəsizliyin təmin edilməsi

7.1.1. Şirkət öz fəaliyyətində işçilər, podratçılar və Şirkətin ərazisində işləyən digər qarşı-tərəflər üçün təhlükəsiz iş şəraitini yaratmaq və saxlamaq prinsipini rəhbər tutur. Şirkət öz fəaliyyəti çərçivəsində bədbəxt hadisələrin, istehsalatda zədələnmələrin, peşəkar xəstəliklərin və qəza vəziyyətlərinin istisna edilməsi üçün bütün qüvvəsi ilə çalışır.


7.1.2. Şirkətin ərazisində olan işçilərə və digər şəxslərə (o cümlədən sahədəki fəhlələrə) onların həyatına və /və ya səhhətinə, Şirkətin digər işçilərinin həyatına və /və ya səhhətinə və ya üçüncü şəxslərə ziyan vuran və ya vura bilən, habelə ətraf mühitin çirklənməsi və ya digər zərərlərin vurulması riskini yaradan fəaliyyətlə məşğul olmaq və ya tapşırığı yerinə yetirmək qadağan edilir.
7.1.3. Şirkətin ərazisində olan işçilər və digər şəxslər (o cümlədən sahədəki fəhlələr):

  • Tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin təhlükəsizlik texnikasının qaydalarını, istehsalat normalarını və qaydalarını, eləcə də özlərinin iş yerlərində əməyin təhlükəsizliyi normalarını bilməli və bunları dəqiq əməl etməli;

  • Öz vəzifə borclarını yerinə yetirdikləri zaman tətbiq edilən qanunvericiliyi və Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş zəruri fərdi qorunma vasitələrini istifadə etməli;

  • Təhlükəli materiallarla düzgün və təhlükəsiz davranışı və onların utilizasiya edilməsini təmin etməli, öz vəzifə borclarını yerinə yetirərkən ehtiyat tədbirlərinə əməl etməli;

  • özünün birbaşa rəhbərinə hər hansı təhlükəsizlik texnikasının, ətraf mühitin qorunması və ya digər istehsalat normalarının pozulması faktları, eləcə də yaranmış və ya potensial qəza və ya digər fövqəladə vəziyyətlər haqqında, o cümlədən axmalar, qəzalar, istehsalat zədələri, peşəkar xəstəliklər və Şirkətin işçiləri, cəmiyyət və ya ətraf mühit üçün təhlükə yaradan və ya yarada bilən digər hadisələr haqında dərhal xəbər verməlidir.



17.2Ətraf mühitin qorunması

7.2.1. Şirkət Azərbaycan Respublikasında istehsal fəaliyyətində qabaqcıl texnologiyaların tətbiqi və istifadə edilməsi, davamlı inkişafa kömək edilməsi, təbii ehtiyatların səmərəli istifadəsi, ətraf mühitin qorunmasının təmin edilməsi və ekoloji təhlükəsizlik üzrə aparıcı şirkətdir.


7.2.2. Şirkət tətbiq edilən qanunvericiliyin ətraf mühitin qorunması və ekologiya üzrə norma və qaydaların yerinə yetirilməsinə dair tələblərə dəqiq riayət edir, habelə Şirkətin istehsalat fəaliyyətinin cəmiyyətə, təbiətə və ətraf mühitə mənfi təsirinin azaldılması üzrə bütün mümkün cəhdləri və tədbirləri yerinə yetirir.
7.2.3. Şirkət öz tərəfdaşlarından, podratçılarından, təchizatçılarından və digər qarşı-tərəflərindən ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi, istehsalat və ekoloji təhlükəsizlik sahəsində qanunla müəyyən edilmiş normaların, eləcə də Şirkətdə qəbul edilmiş tələblərin yerinə yetirilməsini gözləyir.
7.2.4. Ətraf mühitin qorunması sahəsində Şirkətin strategiyası və onun realizasiyası üzrə konkret tədbirlər ARDNŞ-nin rəsmi internet saytında dərc edilmiş Ekologiya üzrə siyasətində əks etdirilir.

18.BİZNES ETİKASI MƏCƏLLƏSİ ÜZRƏ MƏSLƏHƏTLƏR

Hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinin tətbiqi üzrə sualları yaranan və ya öz hərəkətlərinin və ya qərarlarının biznes etikası normalarına uyğunluğunda şübhəsi olan Şirkətin işçiləri məsləhət üçün özlərinin birbaşa rəhbərlərinə və/və ya müvafiq struktur bölməyə müraciət edə bilərlər.



19.POZUNTULAR HAQQINDA XƏBƏRDARLIQ ETMƏ SİSTEMİ

9.1. Şirkət öz işçilərini və digər şəxsləri, Şirkətin hər hansı vəzifəli şəxslərinin hərəkətlərinin qanuniliyi və/və ya etika qaydalarına uyğunluğu ilə bağlı ehtimal edilən və ya yol verilmiş korrupsiya hərəkətləri faktları ilə bağlı, eləcə də Şirkətə və /və ya onun işçilərinə maddi zərər vura bilən və ya onların işgüzar nüfuzuna ziyan vura bilən digər pozuntularla bağlı əsaslı şübhə yarandığı hallarda Şirkətin “qaynar xətt”inə xəbər verməyə təşviq edir.


Pozuntular haqqında bildirişlər Şirkətin işçisinin birbaşa rəhbərinə və/və ya aşağıdakı vasitələrlə «Qaynar xətt»ə verilə bilər:

  • Elektron poçtla (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir) –

anti-korrupsiya@socar.az

  • ARDNŞ-nin korporativ portalında elektron forma (Müvafiq struktur bölmətərəfindın müəyyən edilir)

  • Poçtla (ARDNŞ-nin Baş ofisinin ünvanı) – Neftçilər pr. 73, Bakı şəh. AZ1000

Şirkət məlumatı vermiş şəxsin məxfiliyini etibarlı qaydada təmin edir.


9.2«Qaynar xətt»ə daxil olmuş bütün məlumatlara mütləq baxılır və onların nəticələri məsul quruma ötürülür.
4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmə daxil olunmuş məlumatlarla və görülmüş tədbirlərlə bağlı hesabat hazırlayır və məsul quruma təqdim edir.

Şirkətin işçisi və ya digər şəxs tərəfindən yanlış məlumatın təqdim edilməsi qeyri-etik hərəkət nümunəsi hesab olunur və belə şəxs Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər.


9.3. Şirkət zəmanət verir ki, digər işçilər və ya digər şəxslər tərəfindən Şirkətin qəbul edilmiş etika normalarının və dəyərlərinin pozulması haqqında təmmiz niyyətlə xəbər vermiş işçilərlə bağlı tədbirlər görülməyəcəkdir (o cümlədən onlar işdən azad edilməyəcək, aşağı vəzifəyə təyin edilməyəcək, mükafatdan məhrum edilməyəcəklər və s.).
9.4. Şirkətin işçisi və ya digər şəxs tərəfindən qəsdən yanlış məlumatın verilməsi hazırki Siyasətin pozulması və etika qaydalarına uyğun olmayan hərəkət hesab olunur və belə şəxs tətbiq edilən qanunvericiliyə və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər.


20.İŞGÜZAR ETİKA QAYDALARININ YERİNƏ YETİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ




20.1Tədbirlərin görülməsinə görə məsuliyyət

10.1.1. ARDNŞ-nin prezidenti Şirkətin düzlük, açıqlıq, qarşılıqlı hörmət olan mühitinin yaradılması və saxlanılması, habelə hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə riayət edilməsi üzrə Şirkətin siyasətinin həyata keçirilməsi fəaliyyətinin təşkil edilməsinə görə məsuliyyət daşıyır.


10.1.2. Məsul qurumun vəzifələrinə biznes etikasının qəbul edilmiş norma və prinsiplərinin yerinə yetirilməsinə birbaşa nəzarət, hazırki Məcəllənin yenidən baxılması, ona düzəlişlərin və əlavələrin edilməsi, habelə göstərilən sahədə digər tədbirlərin görülməsi daxildir.
10.1.3. Şirkətin işçiləri, öz vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

Əlavə III
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli,
108 nömrəli əmri ilə
təsdiq edilmişdir





Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin standartlaşdırma sistemi.

Pozuntular, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etika normaları və korrupsiyaya qarşı tələblərinin pozulması halları haqqında məlumatlandırma sistemi standartı

(SOCARSS – 003.2012)


01.1 Standartlaşmanın məqsədi – “Pozuntular, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etika normaları və korrupsiyaya qarşı tələblərinin pozulması halları haqqında məlumatlandırma sistemi” Standartı (bundan sonra “Standart”) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra “ARDNŞ”) pozuntular haqqında məlumatlandırma sisteminin kanalları vasitəsi ilə daxil olan bildirişlərin ötürülməsi, alınması və ilkin işlənməsi qaydasını tənzimləyir.



  1. Hazırki Standartın əsas məqsədləri aşağıdakılardır:

  • ARDNŞ-nin işçiləri və digər maraqlı şəxslər tərəfindən, öz şəxsi təhlükəsizliklərinə görə çəkinmədən və ARDNŞ-nin rəhbərliyi tərəfindən sanksiyaların tətbiq edilməsindən qorxmadan, ARDNŞ-də mümkün pozuntular haqqında məlumatlandırma kanallarının, qaydalarının və prosedurlarının müəyyən edilməsi.

  • Dələduzluq və korrupsiya hərəkətlərinin qarşısının alınması, həmçinin biznes etikası normalarının mütəmadi pozulması hallarının vaxtında üzə çıxarılması və qarşısının alınması.

  • Maliyyə, hüquqi, nüfuz və digər risklərin minimuma endirilməsi.
    1. Məsul qurum – müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.

    2. Struktur bölmə - ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentlər deməkdir.

    3. “QAYNAR XƏTT”in əsas iş prinsipləri

1.1 ARDNŞ-nin pozuntular haqqında məlumatlandırma sistemi və ya “Qaynar xətt”i ARDNŞ-nin işçiləri və digər maraqlı şəxslər (üçüncü şəxslər) (birlikdə bundan sonra “Xəbər verənlər”) tərəfindən ARDNŞ-nin vəzifəli şəxslərinin və digər şəxslərin hərəkətlərinin qanuna və/və ya etika qaydalarına uyğun olub-olmamasına dair şübhələr, ARDNŞ-nin Biznes etikası məcəlləsinin və Korrupsiyaya qarşı siyasətin normalarına riayət edilməməsinə dair əsaslandırılmış şübhələr, eləcə də ARDNŞ-yə və/və ya onun işçilərinə maddi zərər və ya onların işgüzar nüfuzuna ziyan vura biləcək digər pozuntular haqqında xüsusi məlumatlandırma kanalların məcmusudur.


Hazırki Standartın məqsədləri üçün pozuntular tətbiq olunan qanunvericiliyin və ARDNŞ-nin daxili sənədlərinin, o cümlədən Biznes etikası məcəlləsinin və Korrupsiya ilə mübarizə siyasətinin hər hansı pozuntusu deməkdir.


    1. ARDNŞ “Qaynar xətt”in maksimum effektiv funksionallığını və alınan məlumatların tətbiq olunan qanunvericiliyin normaları və bu Standartın tələbləri çərçivəsində işlənməsini təmin etməyə çalışır.

    2. Hazırki Standart ARDNŞ-nin ayrı-ayrı əsas iş prinsiplərini, onun əsas siyasət və prosedurlarını əks etdirir. Bu Standart ARDNŞ-nin işçilərinin, müştərilərinin, təchizatçılarının, rəqiblərinin, səhmdarlarının və hər hansı digər maraqlı şəxslərin Standart əsasında könüllü hərəkətlərinə cavab olaraq hər hansı yeni hüquq və zəmanətlər yaratmır və yaratmaq üçün nəzərdə tutulmur.



20.2“Qaynar xətt”in istifadə məqsədləri





    1. “Qaynar xətt”in və ARDNŞ-də mümkün pozuntuların üzə çıxarılmasının məqsədli tətbiqi sahələri:




  • Biznesin şəffaflığı və etika qaydalarına uyğunluğu, sabit inkişaf üzrə tədbirlər;

  • Dələduzluğa və korrupsiyaya müqavimət;

  • Ekoloji və sənaye təhlükəsizliyinin həyata keçirilməsi;

  • Xeyriyyə, sosial və sponsor yardımının göstərilməsi;

  • Mühasibat, vergi uçotunun aparılması və müvafiq hesabatların, o cümlədən maliyyə, idarəedici və s. hesabatların hazırlanması;

  • Satınalma fəaliyyətinin həyata keçirilməsi;

  • Maliyyə, kredit və investisiya əməliyyatlarının, şirkətlərin birləşmələri və satınalınmalarına dair sövdələşmələrin həyata keçirilməsi;

  • Aktivlərin idarə edilməsi, əmlakın istifadə edilməsi və ya sərəncam verilməsi;

  • Müqavilə münasibətləri, qarşı-tərəflərlə və digər üçüncü şəxslərlə hesablaşmalar, ARDNŞ-nin biznesi və əməliyyat fəaliyyəti üçün əhəmiyyətli olan digər proseslər;

  • Məlumatın məxfiliyinin qorunması;

  • ARDNŞ-nin iqtisadi və/və ya sosial əhəmiyyətli məqsədlərin əldə edilməsinə yönələn digər fəaliyyət sahələri.



20.3“Qaynar xətt”in istifadəsinin qeyri-məqbul məqsədləri





    1. “Qaynar xətt”in aşağıdakılar üçün istifadəsinə yol verilmir:




  • Qəsdən yanlış məlumatların, iftiraların və s. yayılması;

  • Şəxsi hesablaşmalar, ARDNŞ-nin maraqlarına zidd olan şəxsi məqsədlərə nail olunması;

  • Məişət və kadr problemlərindən şikayətlər, həmçinin stress və digər vəziyyətlərdə psixoloji yardım;

  • Şirkətin işçilərinin, onların yaxın şəxslərinin eləcə də qohumlarının həyatına, sağlamlığına qarşı təhdid və təhqirlər;

  • Reklam xarakterli məlumatın yayılması, ARDNŞ-nin birbaşa fəaliyyətinə aid olmayan məlumatların yönəldilməsi;

  • “Qaynar xətt”in təyinatına zidd olan digər oxşar məqsədlər.




    1. ARDNŞ “Qaynar xətt”in qeyri-məqbul məqsədlərə istifadəsi ilə səciyyələnən və/və ya qeyri-normativ leksikanın mövcud olduğu bildirişləri ilkin baxışın nəticələrinə əsasən baxılmaması hüququnu özündə saxlayır.



20.4“Qaynar xətt” haqqında məlumatlandırma qaydası





    1. Hazırki Standart açıq sənəddir və ARDNŞ-nin açıq internet saytında və/və ya digər qaydada dərc edilir.




    1. ARDNŞ-də mövcud olan “Qaynar xətt” haqqında məlumat həmçinin ARDNŞ-nin Korrupsiya ilə mübarizə siyasətində və Biznes etikası məcəlləsində əks olunur.



    1. “QAYNAR XƏTT”ə məlumatın ötürülməsi qaydaları

ARDNŞ aşağıdakı pozuntular haqqında məlumatlandırma kanallarını və ya “Qaynar xətt”ə bildirişlərin ötürülməsi qaydalarını təmin edir:




Məlumatlandırma kanalları

Əlaqələr

Operator tərəfindən yoxlamanın dövriliyi

Anonimliyin təmin edilməsinin mümkünlüyü

Elektron poçt ünvanı (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir)

anti-korrupsiya@socar.az

Məlumatın ölçüsü əlavələrlə birlikdə 10 Мb-ni aşmamalıdır



Hər iş günü

Bəli

Korporativ portalın XXX Məlumatın ölçüsü əlavələrlə birlikdə 10 Мb-ı aşmamalıdır(Müvafiq struktur bölmətərəfindən müəyyən edilir)

www.________________

Məlumatın ölçüsü əlavələrlə birlikdə 10 Мb-ni aşmamalıdır




Hər iş günü

Bəli

Poçt ünvanı (ARDNŞ-nin Baş ofisinin ünvanı)

Neftçilər pros. 73, Bakı şəh. AZ1000

Həftədə bir dəfə

Bəli
    1. “QAYNAR XƏTT”ə ötürülən bildirişlərin formatı

Bildirişlər Xəbər verən tərəfindən onun üçün münasib formada ARDNŞ-nin “Qaynar xətt”inə göndərilə bilər.


Lakin, bildirişlərin işlənməsi prosedurunun tezləşdirilməsi və sadələşdirilməsi məqsədi ilə aşağıdakların göstərilməsi tövsiyə olunur:


  • Güman olunan pozuntunun baş verdiyi ARDNŞ-nin fəaliyyət sahəsi/istiqaməti;

  • Pozuntunun baş vermiş olduğu, baş verdiyi və ya baş verəcəyi dövr və onun dövriliyi (bir neçə dəfə, bir dəfə);

  • Pozuntunun qısa təsviri (o cümlədən, məlumatlar, konkret mühüm faktlar və şəraitlər, vacib təfsilatlar, mümkün səbəblər);

  • ARDNŞ-nin şöbə/departament/idarə/struktur bölməsinin adı, potensial günahkar və/və ya əlaqəli şəxslərin vəzifələri və adları, soyadları, atalarının adları;

  • Xəbər verənə məlum olan pozuntuların güman edilən nəticələri və/və ya ARDNŞ-yə dəymiş zərər;

  • Xəbər verənin ARDNŞ-də daha kiməsə və ya üçüncü şəxslərə pozuntular haqqında hər hansı məlumatı verib-verməməsi (vermişdirsə, həmin şəxslərin adları, soyadları, atalarının adları və vəzifələri, həmçinin baxılmanın/müzakirənin nəticələri göstərilməli; əks təqdirdə səbəblər göstərilməlidir (mövcuddursa);

  • Pozuntu haqqında məlumatı ola bilən, bildirilən məlumatı təsdiq edə və ya tamamlaya bilən ARDNŞ-nin işçilərinin adları, soyadları, atalarının adları və vəzifələri;

  • Könüllü surətdə - xəbər verənin adı, soyadı, atasının adı və əlaqə nömrələri (onunla əks əlaqə üçün) və onun bildirişin baxılması nəticələri və görülən tədbirlər haqqında məlumatı almaqda maraqlı olub-olmadığını.
    1. Bildirişlərin anonim qaydada ötürülməsi

Xəbər verənlərə ARDNŞ-nin “Qaynar xətt”inə məlumatları anonim qaydada ötürmək imkanı verilir.


Lakin “Qaynar xətt”ə bildirişləri anonim təqdim edən şəxslər alınan məlumatı dəqiqləşdirmək və həmin şəxslə gələcəkdə qarşılıqlı əlaqəni qurmaq mümkün olmadığına görə bu cür bildirişlər ilə bağlı xidməti araşdırmanın keçirilməsinin çətinliyini başa düşməlidirlər.
    1. Məxfiliyin zəmanəti





    1. ARDNŞ, öz səlahiyyətləri və mövcud imkanları çərçivəsində, pozuntu haqqında mühüm və doğru və qeyri-məqbul məqsədli məlumatlandırma əlamətləri (hazırki Standartın 01.3-cü maddəsinin 1.6-cı bəndində sadalanan) olmayan məlumatı təqdim etmiş Xəbər verənin şəxsiyyəti haqqında məlumatın məxfiliyini təmin edir. ARDNŞ-nin “Qaynar xətt”inin operatoru, məsul qurum və müvafiq struktur bölmənin işçiləri, tətbiq olunan qanunvericiliyin nəzərdə tutduğu hallar istisna olmaqla, qeyd olunan məlumatı ARDNŞ-nin digər işçilərinə və ya üçüncü şəxslərə açmaq hüququna malik deyil.




    1. Xəbər verən könüllü surətdə, o cümlədən ehtiyatsızlıqdan, “Qaynar xətt”ə məlumat göndərməsi faktını ARDNŞ-nin digər işçilərinə və ya üçüncü şəxslərə açdığı təqdirdə, ARDNŞ xəbər verənin məxfiliyinin qorunub saxlanılmasına görə heç bir məsuliyyət daşımır.
    1. “Qaynar Xətt”ə gələn bildirişlərin işlənməsi qaydası





    1. ARDNŞ, barəsində “Qaynar xətt”ə bildiriş daxil olmuş şəxsin tutduğu vəzifəni və iş təcrübəsini nəzərə almadan, bütün bildirişlərin peşəkar, vaxtında və diqqətlə işlənməsi yolu ilə ARDNŞ-nin işçilərinin etibarını təmin etməyə və onlarla açıq dialoq aparmağa çalışır.




    1. “Qaynar xətt”ə daxil olan məlumatların ARDNŞ-nin daxili sənədlərinin tələblərinə uyğun olaraq qeydiyyata alınması və ilkin işlənməsinə görə müvafiq struktur bölmə (bundan sonra “Operator”) məsuliyyət daşıyır.




    1. 01.9-cu maddənin 1.2-ci bəndində qeyd olunan müvafiq struktur bölmə “Qaynar xətt”ə daxil olan bildirişlərdəki məlumatların doğruluğunu yoxlayır və aşağıdakıların məqsədəuyğun olub-olmaması haqqında qərarqəbul edir: :




  • bildiriş əsasında məsul qurum tərəfindən xidməti yoxlamanın aparılmasına dair sanksiyanın alınması;

  • pozuntu əlamətlərinin olub-olmaması, o cümlədən ARDNŞ-nin etika normalarının və Korrupsiyaya qarşı prinsip və tələblərinin pozulması haqqında qərar çıxarmaq imkanını verən məlumatların olmaması və ya kifayət qədər olmaması.




    1. 01.9-cu maddənin 1.2-ci bəndində qeyd olunan müvafiq struktur bölmə “Qaynar xətt”ə daxil olan bildirişlər və onların əsasında görülən tədbirlər haqqında hesabatlar tərtib edir və rüblük olaraq məsul quruma təqdim edir.
    1. Xəbər verənlərin verdikləri məlumata görə məsuliyyəti





    1. ARDNŞ digər işçilərin pozuntuları və ya ARDNŞ-də qəbul olunmuş etika normalarını, korrupsiyaya qarşı prinsip və tələblərini, eləcə də tətbiq edilən qanunvericiliyin normalarının digər şəxslərlə pozulması və digər pozuntular haqqında təmiz niyyətlə məlumat vermiş işçilərə qarşı heç bir sanksiyalar (o cümlədən işdən çıxarılma, vəzifənin aşağı salınması, mükafatlardan məhrum etmə və s.) tətbiq etməyəcəyinə zəmanət verir.




    1. ARDNŞ “Qaynar xətt”ə bilərəkdən yanlış məlumatı vermiş ARDNŞ-nin işçisini qüvvədə olan qanunvcericiliyə və ARDNŞ-nin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır.




Yüklə 325,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə