Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR



Yüklə 325,83 Kb.
səhifə2/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   2   3   4   5   6   7   8   9   ...   14

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR



ARDNŞ – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti.
ARDNŞ-nin asılı şirkəti – nizamnamə kapitalında ARDNŞ-nin 20%-dən çox paya malik olduğu məhdud məsuliyyətli cəmiyyət və ya səsvermə hüququ verən səhmlərinin 20%-nin ARDNŞ-yə məxsus olan, lakin ARDNŞ-nin və ya onun törəmə müəssisəsinin struktur bölməsi olmayan səhmdar cəmiyyətdir.
ARDNŞ-nin törəmə şirkəti – Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisəsi deməkdir.
Dözümsüzlük”– Şirkətin prezidentinə, rəhbər işçilərinə, Şirkətin işçilərinə və hazırki Siyasətin tələbləri tətbiq olunan digər şəxslərə birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü şəxslərin vasitəçiliyi ilə, Azərbaycan Respublikasının və hər hansı digər ölkələrin ərazisində, həmin ölkələrdə mövcud işgüzar fəaliyyət təcrübəsindən asılı olmayaraq, hər hansı korrupsiya fəaliyyətində iştirakın qəti qadağan edilməsi deməkdir.
Hakimiyyət orqanları – Azərbaycan Respublikasının və digər dövlətlərin istənilən dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, o cümlədən qanunvericilik, icra (o cümlədən hökumət departamentləri, idarələri və nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır.

İctimai qurum – istənilən formada:


  • Beynəlxalq və milli ictimai təşkilatlar və birliklər, ictimai hərəkətlər;

  • Siyasi partiyalar və siyasi birliklər;

  • Qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qeyri-kommersiya təşkilatlarının digər formaları) deməkdir.


İctimai qurumun nümayəndəsi:


  • hər hansı vəzifəli şəxs və ya ictimai qurumun işçisi;

  • ictimai qurumda vəzifənin tutulması üçün hər hansı namizəd / müsabiqə iştirakçısı deməkdir.


İşçilər – işəgötürənlə əmək münasibətləri və mülki-hüquq xarakterli münasibətləri olan fiziki şəxslərdir.
Korrupsiya əməliyyatı – birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü şəxslərin vasitəçiliyi ilə rüşvətin təklif, vəd edilməsi, verilməsi, istənilməsi və alınması, rüşvətin verilməsi və/və ya alınmasında vasitəçilik, “rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in aparılması, kommersiya bəxşişi, rəsmi şəxslərə bəxşiş, vəzifəli şəxs tərəfindən özü və ya digər şəxslər üçün istənilən formada maddi və/və ya qeyri-maddi faydanın, o cümlədən pul vəsaitlərinin, digər dəyərlilərin, əmlakın, əmlak hüquqlarının, xidmətlərin (işlərin) əldə edilməsi üçün öz vəzifəsindən qanunsuz istifadə edilməsi və ya həmin faydanın və ya hüquqların həmin şəxsə digər şəxslər tərəfindən qanunsuz təqdim olunması deməkdir.
Qarşı-tərəf – ARDNŞ-nin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə münasibətlərini qurduğu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də xarici hüquqi və ya fiziki şəxsdir.
Maraqların toqquşması – işçinin və/ və ya onun yaxın qohumlarının şəxsi maraqlarının Şirkətin maraqlarına zidd olan və ya zidd ola bilən və onun və/və ya onun yaxın qohumlarının şəxsi marağı olan, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir.
Məsul qurum - müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.
Rəhbər işçilər – ARDNŞ-nin prezidenti, Şurası və Komitələrinin üzvləri, vitse-prezidentləri, ARDNŞ-nin struktur bölmələrinin rəhbərləri, eləcə də ARDNŞ və onun struktur bölmələrində idarəetmə funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir.
Rəsmi şəxs:


  • Daimi, müvəqqəti və ya xüsusi tapşırıqla Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin hakimiyyət orqanının funksiyalarını yerinə yetirən şəxs;

  • Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin dövlət qulluqçusu;

  • Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin hökumətində vəzifələr də daxil olmaqla hakimiyyət orqanlarında vəzifələrə təyin edilməyə namizəd;

  • Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin dövlətin və hakimiyyət orqanlarının mülkiyyətində və ya nəzarəti altında olan kommersiya təşkilatının hər hansı vəzifəli şəxsi və ya işçisi.


«Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər»facilitation payments») – konkret ölkənin qanunvericilik və digər normativ-hüquqi aktları ilə nəzərdə tutulmayan, lakin həmin ölkədə işgüzar təcrübə ilə bağlı olan qanunla müəyyən edilmiş prosedur və ya hərəkətlərin standart yerinə yetirilməsi qaydasının təmin edilməsi və ya sürətləndirilməsi məqsədilə təqdim olunan pul vəsaitləri, əmlak, əmlak hüquqları, xidmətləri və ya digər maddi və ya qeyri-maddi fayda deməkdir.
Siyasi xadim – peşəkarcasına, o cümlədən siyasi partiyanın funksioneri kimi siyasi fəaliyyətlə məşğul olan şəxsdir.
Struktur bölmə –ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentləri deməkdir.
Şəxsi maraqlar – fiziki şəxsin hər hansı şəxsi və sosial (əmlak, maliyyə, siyasi və digər kommersiya maraqları istisna olmaqla) maraqlarıdır.
Şəxsi kommersiya maraqları - fiziki şəxsin hər hansı əmlak, maliyyə, siyasi və digər kommersiya maraqlarıdır.
Şirkət – ARDNŞ və onun strukturuna daxil olan müxtəlif təşkilati-hüquqi formaya malik olan hüquqi şəxslər qrupudur.
Tətbiq edilən korrupsiyaya qarşı qanunvericilik korrupsiya, rüşvətxorluq və digər növ korrupsiya fəaliyyətləri ilə mübarizə baxımından tətbiq edilən qanunvericiliyin norma və tələbləri deməkdir.
Tətbiq edilən qanunvericilik – Azərbaycan Respublikasının qanunvericiliyinin, eləcə də beynəlxalq qanunvericilik və normativ-hüquqi aktların və xarici dövlətlərin qanunvericiliyinin Şirkətə və /və ya onun işçilərinə müvafiq şəraitdə tətbiq edilən norma və tələbləri (məsələn, konkret dövlətin ərazisində fəaliyyətin həyata keçirilməsi, xarici qarşı-tərəflə müqavilə şərtləri və s.) deməkdir.
Üçüncü şəxslər – Şirkətin işçisi olmayan hər hansı fiziki şəxs eləcə də strukturuna daxil olmayan hər hansı hüquqi şəxs deməkdir.
Yaxın qohumlar – həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr deməkdir.


Yüklə 325,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə