Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


ÜMUMİ MÜDDƏALAR 1.1Təyinat, məqsəd və tapşırıqlar



Yüklə 325,83 Kb.
səhifə3/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   2   3   4   5   6   7   8   9   ...   14

1.ÜMUMİ MÜDDƏALAR




1.1Təyinat, məqsəd və tapşırıqlar





      1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korrupsiya ilə mübarizə siyasəti (bundan sonra – «Siyasət») korrupsiya fəaliyyəti ilə mübarizə və tətbiq edilən korrupsiyaya qarşı qanunvericilik normalarının yerinə yetirilməsi baxımından ARDNŞ-nin başlıca prinsip və tələblərini müəyyən edən əsas sənəddir.



      1. Hazırki Siyasət ARDNŞ tərəfindən korrupsiya fəaliyyətinin qəbul edilməməsi və onun korrupsiyaya qarşı mədəniyyət səviyyəsinin artırılması, işgüzar nüfuzun dəstəklənməsi və fəaliyyətin açıqlığının təmin edilməsi məqsədilə işgüzar fəaliyyətin yüksək etik standartlarına sadiqliyini əks etdirir, eləcə də ARDNŞ-nin və onun struktur bölmələrinin fəaliyyətində korrupsiya risklərinin minimuma endirilməsi üzrə tədbirləri təsvir edir.

    Siyasət açıq sənəddir və ARDNŞ-nin rəsmi internet səhifəsində dərc edilir.





      1. Hazırki Siyasətin məqsədləri:



  • Bütün maraqlı tərəflərdə, o cümlədən hakimiyyət orqanlarında, investisiya icmasında, qarşı-tərəflərdə, törəmə və asılı şirkətlərdə, birgə müəssisələrdə, struktur bölmələrdə, ARDNŞ-nin işçilərində və digər şəxslərdə ARDNŞ tərəfindən istənilən növ və təzahürdə korrupsiya fəaliyyətinin qəbul edilməməsi haqqında vahid anlayışın yaradılması;

  • Korrupsiya risklərinin minimuma enidirilməsi;

  • ARDNŞ-nin fəaliyyətinin şəffaflığının artırılmasının təmin edilməsi.




      1. Hazırki Siyasətin tapşırıqları:



  • ARDNŞ-yə tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin əsas tələblərinin ümumiləşdirilməsi;

  • Korrupsiya fəaliyyyəti ilə mübarizə sahəsində əsas prinsip və tələblərin müəyyən edilməsi və aydınlaşdırılması, eləcə də riayət olunacaq başlıca hərəkət qaydaları, standartları və normalarının formalaşması;

  • ARDNŞ-nin işçilərinin vəzifə və məsuliyyətinin korrupsiya fəaliyyətinin qarşısının alınması üzrə tədbirlər çərçivəsində müəyyən edilməsi.



1.2Qanunvericilik və metodoloji əsaslar





      1. Siyasət Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, ARDNŞ-nin Nizamnaməsinə və digər daxili sənədlərinə dəqiq riayət etməklə, korrupsiyaya qarşı beynəlxalq və xarici ölkələrin qanunvericiliyinin tələblərini, eləcə də korrupsiya fəaliyyəti ilə mübarizə sahəsində beynəlxalq təşkilatların və aparıcı dünya təcrübəsinin tövsiyələrini nəzərə almaqla işlənib hazırlanmışdır.



      1. Hazırki Siyasətin qanunvericilik əsasları:




  1. Beynəlxalq qanunvericilik:



  • Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyası (BMT-nin Baş Asambleyasının 58-ci sessiyasının 51-ci plenar iclasında Nyu York şəhərində 31.10.2003 tarixində qəbul edilmiş Qətnamə 58 / 4) (United Nations Convention against Corruption);

  • Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası (Strasburq şəhərində 27.01.1999 tarixində qəbul edilmiş ETS №173) (Criminal Law Convention on Corruption);

  • Avropa Şurasının korrupsiyaya ilə əlaqədar vətəndaş məsuliyyəti haqqında Konvensiyası (Strasburq şəhərində 04.11.1999 tarixində qəbul edilmiş ETS №174) (Civil Law Convention on Corruption).

  1. Azərbaycan Respublikasının korrupsiyaya qarşı qanunvericiliyi:




  • Azərbaycan Respublikasının “Cinayət məcəlləsi”;

  • Azərbaycan Respublikasının “İnzibati xətalar haqqında Məcəlləsi”;

  • Azərbaycan Respublikası Prezidentinin 28.07.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyası və planı”;

  • Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu və s.

  1. Korrupsiya ilə mübarizə üzrə xarici qanunvericilik:




  • Böyük Britaniyanın “Rüşvətxorluqla mübarizə” Qanunu (UK Bribery Act, 2010);




      1. Hazırki Siyasətin metodoloji əsasları:




  1. Azərbaycan Respublikasının qanunvericiliyi:




  • Azərbaycan Respublikasının “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” Qanunu;

  • Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranışı qaydaları haqqında” Qanunu;

  1. Xarici qanunvericilik:




  1. Beynəlxalq tövsiyələr:




  • Böyük Britaniyanın 30.03.2011-ci il tarixində dərc edilmiş “Rüşvətxorluqla mübarizə” Qanununun (UK Bribery Act, 2010) normalarına riayət etmək məqsədilə müvafiq prosedurlar sisteminin yaradılması üzrə Böyük Britaniya Ədliyyə Nazirliyinin tövsiyələri (UK Bribery Act, 2010);

  • Korporativ korrupsiyaya qarşı proqramların aparıcı təcrübəsinə uyğun olaraq Böyük Britaniyanın “Rüşvətxorluqla mübarizə” Qanununun tələbləri çərçivəsində müvafiq prosedurların işlənib hazırlanması üzrə “Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatının tövsiyələri (Transparency International the 2010 UK Bribery Act Adequate Procedures Guidance on good practice procedures for corporate anti-bribery programmes);

  • “Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatı və Sosial məsuliyyət üzrə beynəlxalq təşkilat tərəfindən işlənib hazırlanmış rüşvətxorluğa müqaviməti təmin edən biznesin həyata keçirilməsi prinsipləri (Transparency International and Social Accountability International Business Principles for Countering Bribery);

  • “Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatının “Korrupsiya ilə mübarizə sahəsində terminlərin dəqiq tərifi” adlı sorğu kitabı (Transparency International Anti-corruption Plain Language Guide);

  • Beynəlxalq Ticarət-Sənaye Palatasının korrupsiya ilə mübarizə qaydaları toplusu (ICC Rules on Combating corruption);

  • Beynəlxalq Ticarət-Sənaye Palatasının agentlər, vasitəçilər və digər üçüncü şəxslərlə qarşılıqlı əlaqələr üzrə tövsiyələri (ICC Guidelines on Agents, Intermediaries and Other Third Parties).




Yüklə 325,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə