Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR



Yüklə 325,83 Kb.
səhifə9/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   ...   6   7   8   9   10   11   12   13   14

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR



Aktivlər – maddi, maliyyə və qeyri-maddi aktivlərin, qiymətlilərin və əmlakın məcmu.
ARDNŞ – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti.
ARDNŞ-nin asılı şirkəti – nizamnamə kapitalında ARDNŞ-nin 20%-dən çox paya malik olduğu məhdud məsuliyyətli cəmiyyət və ya səsvermə hüququ verən səhmlərinin 20%-nin ARDNŞ-yə məxsus olan, lakin ARDNŞ-nin və ya onun törəmə müəssisəsinin strukturuna daxil olmayan səhmdar cəmiyyətdir.
ARDNŞ-nin törəmə şirkəti – Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisəsi deməkdir.
Hakimiyyət orqanları – Azərbaycan Respublikasının və digər dövlətlərin istənilən dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, o cümlədən qanunvericilik, icra (o cümlədən hökumət departamentləri, idarələri və nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır.
İşçilər – işverənlə əmək münasibətləri və mülki-hüquqi xarakterli münasibətləri olan fiziki şəxslərdir.
Qarşı-tərəf – ARDNŞ-nin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə münasibətlərini qurduğu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də xarici hüquqi və ya fiziki şəxsdir.
Maraqların toqquşması – işçinin və/ və ya onun yaxın qohumlarının şəxsi maraqlarının Şirkətin maraqlarına zidd olan və ya zidd ola bilən və onun və/və ya onun yaxın qohumlarının şəxsi marağı olan, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir.
Məcəllə – ARDNŞ-nin biznes etikası məcəlləsi
Məsul qurum - müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.
Rəhbər işçilər – ARDNŞ-nin prezidenti, Şurası və Komitələrinin üzvləri, vitse-prezidentləri, ARDNŞ-nin struktur bölmələrinin rəhbərləri, eləcə də ARDNŞ və onun struktur bölmələrində idarəetmə funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir.
Struktur bölmə – ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentləri deməkdir.
Şəxsi kommersiya maraqları - fiziki şəxsin hər hansı əmlak, maliyyə, siyasi və digər kommersiya maraqlarıdır.
Şəxsi maraqlar – fiziki şəxsin hər hansı şəxsi və sosial (əmlak, maliyyə, siyasi və digər kommersiya maraqları istisna olmaqla) maraqlarıdır.
Şirkət – ARDNŞ və onun struktur bölmələri daxil olmaqla müxtəlif təşkilati-hüquqi formaları üçün hüquqi şəxslər qrupudur.
Tətbiq edilən qanunvericilik – Azərbaycan Respublikasının qanunvericiliyinin, eləcə də beynəlxalq qanunvericilik və normativ-hüquqi aktların və xarici dövlətlərin qanunvericiliyinin Şirkətə və /və ya onun işçilərinə müvafiq şəraitdə tətbiq edilən norma və tələbləri (məsələn, konkret dövlətin ərazisində fəaliyyətin həyata keçirilməsi, xarici qarşı-tərəflə müqavilə şərtləri və s.) deməkdir.
Üçüncü şəxslər – Şirkətin işçisi olmayan hər hansı fiziki şəxs eləcə də strukturuna daxil olmayan hər hansı hüquqi şəxs.
Yaxın qohumlar – həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr deməkdir.

11.ÖN SÖZ


    1. Giriş

1.1.1 ARDNŞ-nin işgüzar nüfuzu, rifahı, inkişafı və uğuru əsas etibarı ilə Şirkətin daxilində olan mühitdən və hakimiyyət orqanlarının, investorların, biznes tərəfdaşlarının, qarşı-tərəflərin və digər şəxslərin Şirkətə olan münasibətindən asılıdır. Onların etibarı etik, vicdanlı və sosial cəhətdən məsuliyyətli biznes təcrübəsinin yüksək standartlarını daim dəstəkləmək üçün qazanılır. Bu baxımdan, tətbiq edilən qanunvericiliyin normalarını və öz Nizamnaməsinin müddəalarını yerinə yetirməklə yanaşı, ARDNŞ Azərbaycan Respublikasında hüquqi və etik öhdəliklər və dəyərlərin nümunəsi olmağa çalışır, işgüzar fəaliyyətinin etika prinsipləri və qaydalarını müəyyən edir və onlara əməl edir.

ARDNŞ davamlı inkişafın, sosial məsuliyyətin və korporativ etikanın ümumdünya prinsiplərini öz təcrübəsinə inteqrasiya edir. Etika standartlarına və dəyərlərinə sadiqlik, Şirkətə lazımsız risklərdən qorunmaq, uzunmüddətli iqtisadi artımı dəstəkləmək, Azərbaycan Respublikasında və beynəlxalq bazarda mövqeyini gücləndirmək, uğurlu biznes əməliyyatlarını həyata keçirmək, səmərəliliyi və mənfəəti artırmaq imkanını yaradır.


      1. ARDNŞ-nin biznes etikası Məcəlləsi ARDNŞ rəhbərliyinin əqidəsi, dəyərləri və peşəkar standartlarına əsaslanır və ARDNŞ-nin, onun prezidentinin və işçilərinin, eləcə də struktur bölmələrin işçilərinin korporativ mədəniyyət səviyyəsinin artırılması, korporativ idarəetmənin ən yaxşı təcrübələrinə uyğun olaraq yerinə yetirilməsi və Şirkətin işgüzar nüfuzunun lazımi səviyyədə dəstəklənməsi məqsədilə açıq və ədalətli biznesin yüksək etika standartlarına sadiqliyini əks etdirir.




      1. Hazırki Məcəllənin təsbit etdiyi etika normaları və davranış standartları dünyanın istənilən məkanında tətbiq edilməlidir. Bu zaman “ən sərt normanın tətbiqi” prinsipi qüvvəyə minir:




  • tətbiq edilən qanunvericilik hazırki Məcəllə ilə müqayisədə daha sərt məhdudiyyətlər müəyyən edirsə, işçilər konkret vəziyyətdə öz hərəkətlərində tətbiq edilən qanunvericiliyin normalarını rəhbər tutmalıdırlar;

  • tətbiq edilən qanunvericilik hazırki Məcəllə ilə müqayisədə daha mülayim məhdudiyyətlər müəyyən edirsə, işçilər konkret vəziyyətdə öz hərəkətlərində tətbiq edilən hazırki Məcəllənin normalarını rəhbər tutmalıdırlar.

      1. Yüklə 325,83 Kb.

        Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə