Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2015-ci IL " 13 " yanvar tarixində qeydiyyata alınmışdır



Yüklə 152,27 Kb.
Pdf görüntüsü
tarix21.02.2018
ölçüsü152,27 Kb.
#27311


 

 

Nizamnamə (2-ci redaksiyada) 

  

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 

2015-ci il " 13 " yanvar tarixində 

qeydiyyata alınmışdır. 

 

“İCBARİ SIĞORTA BÜROSU” 



HÜQUQİ ŞƏXSLƏRİN İTTİFAQININ 

N İ Z A M N A M Ə S İ 

1. Anlayışlar 

1.1. Bu Nizamnamədə aşağıdakı əsas anlayışlardan istifadə olunur. 

iştirakçı 

“İcbari  Sığorta  Bürosu”  Hüquqi  Şəxslərin  İttifaqının  iştirakçı  sığortaçıların 

reyestrinə daxil edilmiş sığortaçı; 

ödəmə qabiliyyəti 

 öhdəliyi istənilən vaxt və tam həcmdə yerinə yetirmək imkanı; 

kompensasiya  ödənişi 

əmlaka  və  sağlamlığa  dəyən  zərərə  görə  müvafiq  icbari  sığorta  müqavilələri 

üzrə  nəzərdə  tutulmuş  sığorta  ödənişlərinin  sığortaçılar  tərəfindən  həyata 

keçirilməsinin  mümkün  olmadığı  müvafiq  hallarda  “İcbari  Sığorta  Bürosu” 

Hüquqi Şəxslərin İttifaqı tərəfindən verilən ödəniş; 

kompensasiya   ödənişləri 

ehtiyatı 

“İcbari  Sığorta  Bürosu”  Hüquqi  Şəxslərin  İttifaqının  qanunvericilik  və  bu 

Nizamnamə ilə müəyyən edilən maliyyə mənbələri hesabına formalaşdırılan və 

müstəsna  olaraq  kompensasiya  ödənişlərinin  həyata  keçirilməsi  məqsədilə 

istifadə olunan pul vəsaitlərinin məcmusu; 

iştirak haqqı 

“İcbari  Sığorta  Bürosu”  Hüquqi  Şəxslərin  İttifaqının  iştirakçısı  olmaq  istəyən 

müvafiq  sığortaçının  sığorta  nəzarəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 

məbləğdə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına ödədiyi məbləğ; 

təminat depoziti 

kompensasiya  ödənişləri  ehtiyatlarının  mənbələrindən  biri  kimi  “İcbari  Sığorta 

Bürosu”  Hüquqi  Şəxslərin  İttifaqının   iştirakçısı  olmaq  istəyən  sığortaçının 

sığorta  nəzarəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  məbləğdə  “İcbari  Sığorta 

Bürosu” Hüquqi Şəxslərin İttifaqına  birdəfəlik olaraq ödədiyi məbləğ; 

icbari sığorta növləri üzrə 

təqvim haqqı 

iştirakçının  müvafiq  icbari  sığorta  müqavilələri  üzrə  daxil  olan  sığorta 

haqlarının  qanunvericiliklə  müəyyən  edilmiş  hissəsində  mütəmadi  olaraq 

“İcbari  Sığorta  Bürosu”  Hüquqi  Şəxslərin  İttifaqına  ödədiyi  və  kompensasiya 

ödənişləri ehtiyatının əsasını formalaşdıran məbləğ; 

əlavə haqq 

  

  

  



kompensasiya  ödənişlərinin  verilməsi  üçün  “İcbari  Sığorta  Bürosu”  Hüquqi 

Şəxslərin  İttifaqının  kompensasiya  ödənişləri  ehtiyatı  kifayət  etmədikdə,  belə 

ödənişlər  üzrə  öhdəliklərin  yerinə  yetirilməsi  məqsədilə  İcbari  Sığorta 

Bürosunun  istifadə  etdiyi  öz  vəsaitinin  iştirakçılar  tərəfindən  kompensasiya 

edilməsi  üçün  onların  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  və  hər  bir 



 

 

konkret  hal  üçün  sığorta  nəzarəti  orqanı  tərəfindən  müəyyən  edilən  həcmdə 



İcbari Sığorta Bürosuna  ödədiyi məbləğ; 

Yaşıl Kart Sistemi 

  

  

  



avtonəqliyyat  vasitələrinin  qeydiyyatdan  keçdiyi  ölkədən  xaricdə  istifadəsi 

zamanı  üçüncü  şəxslərin  sağlamlığına  və  (və  ya)  əmlakına  dəyən  zərərin 

əvəzinin  ödənilməsi  üzrə  mülki  məsuliyyətin  yaranması  halında  sığorta 

ödənişlərinin  verilməsini  təmin  edən,  Birləşmiş  Millətlər  Təşkilatının  Avropa 

İqtisadi Komissiyasının  Yol  Nəqliyyatı  üzrə  İşçi  Qrupunun  nəzdində  fəaliyyət 

göstərən beynəlxalq avtonəqliyyat vasitələri sığortası kart sistemi; 

Bürolar Şurası 

Yaşıl  Kart  sisteminin  inzibatçılığı  və  fəaliyyəti  üzrə  məsul  olan  idarəedici 

təşkilat; 

5 saylı Tövsiyə 

Birləşmiş  Millətlər  Təşkilatının  Avropa  İqtisadi  Komissiyasının  Quru 

Nəqliyyatı Komitəsinin Yol nəqliyyatı üzrə işçi qrupu tərəfindən 1949-cu il 25 

yanvar  tarixində  qəbul  olunmuş,  2004-cü  il  17-19  fevral  tarixlərində  keçirilən 

66-cı  sessiyada  Quru  Nəqliyyatı  Komitəsinin  qəbul  etdiyi  yol  nəqliyyatının 

təkmilləşdirilməsi  üzrə  yenilənərək  konsolidasiya  edilmiş  Qərarın  1  saylı 

Əlavəsi ilə əvəz olunmuş sənəd; 

Daxili Reqlament 

Bürolar  Şurasının  Baş  Assambleyası  tərəfindən  2002-ci  il  30  may  tarixində 

qəbul  edilmiş,  2008-ci  il  29  may  tarixində  yenilənmiş  və  Bürolar  Şurası 

tərəfindən vaxtaşırı dəyişdirilə bilən qaydalar; 

Yaşıl Kart 

  

  



Birləşmiş  Millətlər  Təşkilatının  Avropa  İqtisadi  Komissiyası  və  avtonəqliyyat 

vasitələri  sığortaçılarının  milli  bürolarının  beynəlxalq  assosiasiyası,  eyni 

zamanda  Bürolar  Şurası  tərəfindən  qəbul  edilmiş  formada  bağlanan,  Bürolar 

Şurasının  üzvü  olan  istənilən  ölkədə  aid  olduğu  avtonəqliyyat  vasitəsinin 

istifadəsi ilə  bağlı  mülki  məsuliyyətin  icbari sığortasının  mövcudluğunu  təsdiq 

edən beynəlxalq sığorta müqaviləsi

Azərbaycan Yaşıl Kart 

Bürosu 


Azərbaycan  Respublikasında  Yaşıl  Kart  Sistemi  üzrə  əlaqələndirici 

ixtisaslaşdırılmış  təşkilat  kimi  Bürolar  Şurasına  üzv  olan,  “İcbari  sığortalar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  və  bu  Nizamnamədə 

nəzərdə  tutulmuş  funksiyaları  həyata  keçirən  “İcbari  Sığorta  Bürosu”  Hüquqi 

Şəxslərin İttifaqı; 

cari öhdəliklər ehtiyatı 

“İcbari  Sığorta  Bürosu”  Hüquqi  Şəxslərin  İttifaqı  tərəfindən  qanunvericilik  və 

bu Nizamnamə ilə müəyyən edilən maliyyə mənbələri hesabına formalaşdırılan 

və  iştirakçıların  Yaşıl  Kart  Sistemində  fəaliyyət  göstərməsi  ilə  əlaqədar 

Büronun  maliyyə  öhdəliklərinin  təminatı  məqsədilə  istifadə  edilən  pul 

vəsaitlərinin məcmusu; 



 

 

Yaşıl Kart üzrə təqvim 



haqqı 

  

iştirakçının bağladığı Yaşıl Kart müqavilələri üzrə daxil olan sığorta haqlarının 



qanunvericiliklə  müəyyən  edilmiş  hissəsində  mütəmadi  olaraq  “İcbari  Sığorta 

Bürosu” Hüquqi Şəxslərin İttifaqına ödədiyi məbləğ; 

birdəfəlik  

pul vəsaiti      

Yaşıl 

Kart 


sistemi 

çərçivəsində 

fəaliyyət 

göstərmək 

istəyən 

müvafiq sığortaçının  sığorta  nəzarəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 

məbləğdə  “İcbari  Sığorta  Bürosu”  Hüquqi  Şəxslərin  İttifaqı  tərəfindən 

formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba yerləşdirdiyi vəsait. 

  

2. Ümumi müddəalar 

 

 2.1. “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Nizamnaməsi (bundan sonra  - “Nizamnamə”) 

"İcbari  sığortalar  haqqında"  Azərbaycan  Respublikasının  Qanununun  tələbləri  nəzərə  alınmaqla 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq  hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya 

təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun (bundan sonra – 

“Büro”) fəaliyyətini tənzimləyir. 

2.2.  Büro  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını,  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsini,  “İcbari  sığortalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununu,  bu 

Nizamnaməni,  Daxili  Reqlamenti,  Bürolar  Şurasının  qayda  və  təlimatlarını  və  digər  müvafiq  normativ-

hüquqi aktları rəhbər tutur. 

2.3.  Büro  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyində   29.11.2011-ci  il  tarixdə,  1111-Q38-3003 

nömrə  ilə  dövlət  qeydiyyatına  alınmışdır. Büro  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyində  dövlət 

qeydiyyatına alındığı andan hüquqi şəxs statusu qazanır. Büronun müstəqil balansı, üzərində adı yazılmış 

möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır. 

2.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xüsusi hallar 

istisna olmaqla, sığorta qanunvericiliyinin sığortaçılara dair tələblər müəyyən edən müddəaları Büronun 

fəaliyyətinə şamil edilmir. 

2.5.  Büronun  fəaliyyət  prinsipləri  və  qaydaları,  funksiyaları,  strukturu,  Büroda  iştirakın  əsasları, 

iştirakçılarla  Büro  arasındakı  qarşılıqlı  münasibətlər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  bu 

Nizamnamə ilə müəyyən edilir. 

2.6. Qanunvericilikdə başqa hal müəyyən edilənədək Büronun fəaliyyət müddəti qeyri-məhduddur. 

2.7. Büronun hüquqi ünvanı Bakı şəhəri, Vidadi küçəsi, ev 80. 

2.8. Büronun Azərbaycan dilində tam adı:- İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı, qısaldılmış 

adı:-İSB. 

  

2.9. Büronun ingilis dilində tam adı:-“Compulsory Insurance Bureau” Union of Legal Entities, qısaldılmış 



adı:-CIB. 

  



 

 

3. Büronun əsas məqsədi və funksiyaları 

3.1. Büronun fəaliyyətinin əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin 

maraqlarının  müdafiəsini,  icbari  sığorta  sisteminin  sabitliyi  və  inkişafını  təmin  etməkdən  ibarətdir.  Bu 

məqsədlərə  nail  olmaq  üçün  Büro  “İcbari  sığortalar  haqqında"  Azərbaycan  Respublikasının  Qanununda 

nəzərdə tutulmuş aşağıdakı funksiyaları həyata keçirir: 

3.1.1.  “İcbari  sığortalar  haqqında"  Azərbaycan  Respublikasının  Qanununda  və  “İstehsalatda  bədbəxt 

hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək  qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  icbari  sığorta  növlərinin  (bundan 

sonra  -  icbari  sığorta  növləri)  həyata  keçirilməsi  zamanı,  həmçinin  icbari  sığortalara  dair  beynəlxalq 

sığorta sistemləri çərçivəsində iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək;    

3.1.2.  iştirakçılarının  icbari  sığorta  növlərinin  həyata  keçirilməsi  ilə  əlaqədar  maraqlarının  dövlət 

hakimiyyət və yerli idarəetmə orqanlarında, habelə digər orqan və təşkilatlarda təmsil və müdafiə etmək; 

3.1.3. icbari sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər 

vermək; 

3.1.4. icbari sığorta növləri üzrə hadisələrin araşdırılması və zərərlərin qiymətləndirilməsi ilə bağlı texniki 

ekspert müayinələrinin həyata keçirilməsi üçün metodoloji təlimatlar işləyib hazırlamaq və tətbiq etmək; 

3.1.5.  icbari  sığorta  növləri  üzrə  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlarla  münasibətlərdə  Büronun 

iştirakçılarını təmsil etmək; 

3.1.6.  Azərbaycan  Respublikasının  ərazisində  baş  verən  hadisələr  nəticəsində  sağlamlığına  zərər  dəyən 

üçüncü  şəxslərə  kompensasiya  ödənişlərinin  verilməsini  təmin  etmək və  bununla  əlaqədar  sığorta 

hadisələrinin  araşdırılması  və  sığorta  ödənişlərinin  verilməsi  zamanı  sığortaçılara  aid  bütün  hüquq  və 

vəzifələrdən istifadə etmək; 

3.1.7.  elektron  informasiya  sisteminin  mövcudluğunu,  istifadəsini  və  onun  digər  elektron  informasiya 

sistemləri ilə əlaqələndirilməsini təmin etmək; 

3.1.8.  icbari  sığorta  şəhadətnamələrinin  blanklarını  mərkəzləşdirilmiş  qaydada  çap  etdirməklə 

sığortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq; 

3.1.9. özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq icbari sığorta növləri üzrə sığorta hadisələrinin 

sayının  və  dəyən  zərərlərin  azaldılması  istiqamətində  maarifləndirmə  ilə  əlaqədar  həyata  keçirilən 

tədbirləri maliyyələşdirmək; 

3.1.10. icbari sığortalara dair beynəlxalq sığorta sistemlərinin iştirakçıları ilə qarşılıqlı əməkdaşlığı həyata 

keçirmək; 

3.1.11.  sığortaçıların  təbii  fəlakətlər  üzrə  verdiyi  sığorta  təminatları  ilə  bağlı  risklərin  təkrarsığorta 

etdirilməsi üçün vahid təkrarsığorta proqramını müəyyən etmək və belə risklərin təkrarsığorta etdirilməsi 

zamanı iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək; 

3.1.12.   bu  nizamnamədə  müəyyən  edilmiş  məqsəd  və  vəzifələrinə  uyğun  digər  funksiyaları  həyata 

keçirmək. 

3.2.  Büro  həmçinin,  “İcbari  sığortalar  haqqında"  Azərbaycan  Respublikasının  Qanununda  və  bu 

Nizamnamədə nəzərdə tutulmuş Azərbaycan Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büronun 



 

 

Yaşıl Kart Sistemində iştirakı və Bürolar Şurasında üzvlüyü ilə əlaqədar əsas funksiyaları aşağıdakılardan 



ibarətdir: 

3.2.1. Yaşıl Kart Sistemində iştirakla bağlı iştirakçılarının qarşılıqlı fəaliyyətini təmin etmək; 

3.2.2.  İştirakçıların  Yaşıl  Kart  Sistemi  çərçivəsində  fəaliyyəti  ilə  əlaqədar  maliyyə  öhdəliklərini  əhatə 

etmək məqsədilə cari öhdəliklər ehtiyatını formalaşdırmaq; 

3.2.3.  Yaşıl  Kart  Sistemi  çərçivəsində  fəaliyyət  üzrə  məlumat  mübadiləsini  və  nəzarəti  təmin  etmək 

məqsədilə informasiya sisteminə malik olmaq, həmçinin informasiya və təşkilati-texniki təminatın həyata 

keçirilməsi üçün tədbirlər görmək

3.2.4.  Yaşıl  Kart  Sistemi  çərçivəsində  zərərlərin  qiymətləndirilməsinin  təmin  olunması  istiqamətində 

tədbirlər görmək; 

3.2.5.  Yaşıl  Kart  Sistemi  çərçivəsində  sığorta  risklərinin  bölüşdürülməsi  üzrə  vahid  təkrarsığorta 

proqramını  müəyyən  etmək  və  belə  risklərin  təkrarsığortalanmasını  nəzərdə  tutan  təkrarsığorta 

müqavilələrində iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək; 

3.2.6.  Azərbaycan Yaşıl Kart blanklarının formasını 5 saylı Tövsiyədə müəyyən edilmiş tələblərə uyğun 

şəkildə təsdiq etmək, həmin blankları mərkəzləşdirilmiş qaydada çap etdirmək; 

3.2.7.  Azərbaycan  Respublikasında  qeydiyyatdan  keçmiş  və  sahibinin  mülki  məsuliyyəti  sığortalanmış 

avtonəqliyyat  vasitələrinin  xaricdə  istifadəsi  nəticəsində  dəyən  zərərlərin  tənzimlənməsi  ilə  bağlı 

iştirakçısının adından və onun vəsaitləri hesabına xarici ölkələrin yaşıl kart bürolarına zəmanət vermək; 

3.2.8. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin 

Azərbaycan  Respublikasının  ərazisində  istifadəsi  nəticəsində  dəyən  zərərlərin  tənzimlənməsi  və  belə 

zərərlərə görə sığorta ödənişlərinin həyata keçirilməsinə dair zəmanət vermək; 

3.2.9. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçı sığortaçılarını 

təmsil etmək; 

3.2.10. Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələri 

sahiblərinin  Azərbaycan  Respublikası  ərazisində  istifadəsi  nəticəsində  dəymiş  zərərlə  bağlı  sığorta 

ödənişlərinin  Daxili  Reqlamentdə  nəzərdə  tutulmuş  qaydada  həyata  keçirilməsini  təmin  etmək,  bununla 

əlaqədar yaranan hüquqlarını həyata keçirmək üçün Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada zəruri 

hərəkətlər etmək, habelə belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının qayda və 

təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək; 

3.2.11.  Azərbaycan  Respublikasında  qeydiyyatdan  keçmiş  və  qüvvədə  olan  Yaşıl  Karta  malik 

avtonəqliyyat  vasitələrinin  Yaşıl  Kart  Sisteminin  tətbiq  edildiyi  xarici  ölkələrin  ərazisində  istifadəsi 

nəticəsində dəyən zərərlərin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada tənzimlənməsini təşkil etmək 

və ya əvəzini bilavasitə ödəmək, belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının 

qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək; 

3.2.12.  Öhdəliklərini  yerinə  yetirmək  iqtidarında  olmayan,  verdiyi  Yaşıl  Kart  saxta  hesab  edilən, 

avtonəqliyyat  vasitəsi  sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortası  növü  ilə  məşğul  olmaq  icazəsi 

ləğv  edilmiş,  ləğvetmə  prosesinə  başlanılmış  və  ya  ödəmə  qabiliyyətini  itirmiş  iştirakçı  sığortaçıların 




 

 

Yaşıl  Kart  Sistemində  iştirakı  ilə  bağlı  öhdəlikləri  üzrə  xarici  ölkələrin  Yaşıl  Kart  bürolarına  zəmanət 



vermək; 

3.2.13. Büronun  Yaşıl  Kart  Sistemində  iştirakı  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  qanunlarından, 

Daxili  Reqlamentdən  və  ya  Bürolar  Şurasının  qəbul  etdiyi  qayda  və  ya  təlimatlardan  irəli  gələn  digər 

funksiyaları yerinə yetirmək. 

3.3.  Büro  bu  Nizamnamənin  3.1-ci  maddəsində  nəzərdə  tutulmuş  məqsədlərə  nail  olmağa  yönələn  hər 

hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək 

yolu ilə məşğul ola bilər. 

  

4. Büronun hüquqları 

4.1. Büro aşağıdakı hüquqlara malikdir: 

4.1.1.  subroqasiya  hüququnun  həyata  keçirilməsi  ilə  bağlı  qanunvericiliklə  sığortaçılar  üçün  müəyyən 

edilmiş bütün hüquqlardan istifadə etmək; 

4.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək; 

4.1.3. məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək; 

4.1.4. məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq; 

4.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək. 

  

5. Büronun idarəetmə orqanları 

Büro  ali  idarəetmə  orqanı  olan  Himayəçilər  Şurası  (bundan  sonra  –  “Şura”)  və  icra  orqanı  olan  İcraçı 

direktoru tərəfindən idarə olunur. 

  

6. Himayəçilər Şurası 

6.1. Şura beş nəfər üzvdən ibarətdir. 

6.2.  Şuranın  üzvlərinin  tərkibinə  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  iki  nümayəndəsi, 

iştirakçı sığortaçıların isə üç nümayəndəsi daxildir. 

6.3.  Ali  təhsilli,  tam  fəaliyyət  qabiliyyətli  Azərbaycan  Respublikasının  vətəndaşları  Şuranın  üzvləri  ola 

bilərlər. 

6.4.  Sığorta  nəzarəti  orqanı  Şurada  onu  təmsil  edən  üzvlərin  təyin  olunması  barədə  müvafiq  qərarının 

qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq bu barədə Büroya yazılı bildiriş göndərir. 

6.5.  İştirakçı  sığortaçıları  Şurada  təmsil  edən  üzvlər  iştirakçı  sığortaçıların  yığıncağında  həmin 

sığortaçıların irəli sürdükləri namizədlər arasından gizli səsvermə qaydasında sadə səs coxluğu ilə seçilir. 

6.6. Şura üzvlərinin səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə seçilə (təyin edilə) bilərlər. 

6.7.  Şuraya  sədr  rəhbərlik  edir.  Şuranın  sədri  və  onun  müavini  sığorta  nəzarəti  orqanının  təqdimatı  ilə 

Şuranın  iclasında  gizli  səsvermə  qaydasında  sadə  səs  çoxluğu  ilə  Şuranın  üzvləri  sırasından  seçilir. 

Şuranın sədri olmadıqda, onun səlahiyyətlərini sədrin müavini icra edir. 

6.8. Şura üzvü vəzifəsindən aşağıdakı hallarda azad edilir: 

6.8.1. vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət etdikdə; 



 

 

6.8.2. səlahiyyət müddəti başa catdıqda; 



6.8.3. geri çağırıldıqda; 

6.8.4. məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda; 

6.8.5. namizədliyini təqdim etmiş təşkilatla bağladığı əmək müqaviləsinə xitam verildikdə; 

6.8.6. nümayəndəsi olduğu sığortaçının iştirak müqaviləsinə xitam verildikdə; 

6.8.7. vətəndaş qüsursuzluğunu itirdikdə. 

6.9.  Şura  üzvünün  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verildikdə,  onun  yerinə  təyin  edilmiş  və  ya 

seçilmiş yeni üzvün səlahiyyət müddəti əvvəlki üzvün səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır. 

   


7. Himayəçilər Şurasının iclasları 

7.1. Şuranın iclasları növbəti və növbədənkənar olur. 

7.2. Şuranın iclasları ildə ən azı iki dəfə keçirilir. 

7.3.  Şuranın  iclası  Şura  sədrinin  qərarı,  Şuranın  ən  azı  iki  üzvünün  və  ya  İcraçı  direktorun  tələbi  ilə, 

həmçinin aşağıdakı hallar mövcud olduqda çağırılır: 

7.3.1.  Hər  hansı  iştirakçının  ödəmə  qabiliyyətini  itirməsi  və  ya  ödəmə  qabiliyyətini  itirməsi  ehtimalı 

barədə sığorta nəzarəti orqanından Büroya yazılı məlumat daxil olduqda; 

7.3.2. Büro tərəfindən borc vəsaitlərinin alınmasına ehtiyac yarandıqda; 

7.3.3. Digər təxirəsalınmaz hallarda. 

7.4. İclasların keçirilməsinə azı 3 gün qalmış İcraçı direktor tərəfindən Şuranın üzvlərinə bu barədə yazılı 

bildiriş göndərilir. 

7.5. Şura onun iclasında azı 3 üzvü iştirak etdikdə qərar qəbul etmək üçün səlahiyyətli hesab olunur. 

7.6.  Şuranın  qərarları  iclasda  iştirak  edən  üzvlərin  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir.  Səsvermə  zamanı 

Şuranın üzvləri bitərəf qala bilməzlər. 

7.7. Zəruri hallarda Şuranın iclaslarına dəvət olunan ekspertlər məşvərətçi səs hüququna malikdirlər. 

  

8. Himayəçilər Şurasının səlahiyyətləri 

8.1. Şura aşağıdakı səlahiyyətlərə malikdir: 

8.1.1. Büronun təşkilati strukturunu təsdiq etmək; 

8.1.2. Büronun illik büdcəsini və ona edilən dəyişiklikləri təsdiq etmək; 

8.1.3. Büronun işçilərinin əmək haqlarının ödənilməsi formalarını və miqdarını müəyyən etmək; 

8.1.4. Büronun investisiya siyasətini müəyyən etmək; 

8.1.5.  İştirakçı  müvafiq  icbari  sığorta  müqavilələri  üzrə  öhdəliklərini  ödəmə  qabiliyyətinin  olmamasına 

görə yerinə yetirə bilmədikdə kompensasiya ödənişlərinin verilməsi barədə qərar qəbul etmək; 

8.1.6.  Büronun  fəaliyyəti  ilə  əlaqədar  elanların  verildiyi  və  ya  dərc  olunduğu  kütləvi  informasiya 

vasitələrini müəyyən etmək; 

8.1.7.  Büronun  maliyyə  ehtiyyatlarını  təmin  edən  likvid  aktivlər  kompensasiya  ödənişlərinin  verilməsi 

üçün kifayət etmədikdə, borc vəsaitlərinin alınması barədə qərar qəbul etmək; 



 

 

8.1.8.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  iştirakçılar  tərəfindən  əlavə  haqların  ödənilməsinin 



üsul və müddətinin müəyyən edilməsi üçün sığorta nəzarəti orqanı qarşısında vəsatət qaldırmaq; 

8.1.9. Sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla Büronun nizamnaməsinə əlavələr və dəyişikliklər etmək; 

8.1.9-1. Büronun nizamnaməsini təsdiq etmək; 

8.1.10. Büronun illik fəaliyyəti haqqında hesabatı təsdiq etmək; 

8.1.11.  Büronun  müstəqil  auditorunu  təyin  etmək  və  müstəqil  audit  yoxlamasının  nəticələrini  təsdiq 

etmək; 


8.1.12. İcraçı direktorun hesabatını dinləmək və təsdiq etmək; 

8.1.13. İcraçı direktorun və Büronun digər işçilərinin fəaliyyəti ilə bağlı şikayətlərə baxmaq; 

8.1.14. Büronun borc qiymətli kağızlarının emissiyası haqqında qərar qəbul etmək; 

8.1.15.  Kompensasiya  ödənişlərinin  verilməsi  ilə  bağlı  müvafiq  bank  əməliyyatlarının  aparılması  üçün 

bankları təyin etmək; 

8.1.16.  Subroqasiya  hüququnun  həyata  keçirilməsi  üçün  Büronun  adından  çıxış  edən  müvafiq  şəxsi 

(şəxsləri) təyin etmək; 

8.1.17. Yaşıl Kart Sistemində iştirakla əlaqədar Büro və onun iştirakçıları üçün məcburi xarakter daşıyan 

qayda və təlimatlar hazırlamaq və qəbul etmək; 

8.1.18. Azərbaycan Yaşıl Kart blanklarının formasını təsdiq etmək; 

8.1.19.  Sığorta  nəzarəti  orqanı  ilə  razılaşdırmaqla  Büronun  Yaşıl  Kart  Sistemində  iştirakı  ilə  əlaqədar, 

Bürolar Şurasının qayda və təlimatları ilə tələb olunan qaydada maliyyə təminatının (bank zəmanəti və 

təkrarsığorta proqramını) Bürolar Şurasına təqdim edilməsini təmin etmək; 

8.1.20.  Sığorta  nəzarəti  orqanı  ilə  razılaşdırmaqla  cari  öhdəliklər  ehtiyatının  formalaşdırılması  ilə  bağlı 

qaydaları müəyyən etmək; 

8.1.21.  Sığorta  nəzarəti  orqanı  ilə  razılaşdırmaqla  Yaşıl  Kart  üzrə  təqvim  haqlarının  ödənilməsi 

qaydalarını təsdiq etmək; 

8.1.22. Bu Nizamnamə ilə səlahiyyətlərinə aid edilən digər məsələləri həll etmək. 

8.2. Şura İcraçı direktorunun səlahiyyətlərinə aid olan məsələlərə də baxa bilər. 

  

9. İcraçı direktor 

9.1. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. 

9.2.  İcraçı  direktor  ali  iqtisadi  və  ya  hüquqi  təhsilə  və  müvafiq  peşə  ixtisası  üzrə  ən  azı  beş  illik  iş 

təcrübəsinə,  eyni  zamanda  vətəndaş  qüsursuzluğuna  malik  olan  Azərbaycan  Respublikasının  vətəndaşı 

ola bilər. 

  

10. İcraçı direktorun səlahiyyətləri 

10.1. İcraçı direktor: 

10.1.1.  Şuranın  qərarlarının  yerinə  yetirilməsini  təmin  edir  və  Büronun  aparatının  cari  fəaliyyətinə 

rəhbərlik edir; 




 

 

10.1.2. Büronu digər şəxslərlə, o cümlədən beynəlxalq təşkilatlarla, xarici ölkələrin müvafiq qurumları ilə 



münasibətlərdə təmsil edir; 

10.1.3. Büronun növbəti il üçün büdcə layihəsini hazırlayır və təsdiq olunmaq üçun cari ilin noyabr ayının 

birinədək Şuraya təqdim edir

10.1.4. Şuranın növbəti və növbədənkənar iclaslarının çağırılmasını təmin edir; 

10.1.5. Büronun digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və 

tənbeh tədbirləri tətbiq edir; 

10.1.6. Büronun vəsaitlərinin idarə edilməsinə dair təkliflərini Şuraya təqdim edir; 

10.1.7. Büronun fəaliyyəti haqqında illik hesabat hazırlayıb Şuraya təqdim edir; 

10.1.8.  Büronun  müstəqil  auditinin  keçirilməsinə  və  müstəqil  auditorun  namizədliyinə  dair  Şuraya 

təkliflər verir; 

10.1.9.  İştirakçıların  reyestrini  aparır,  Büronun  funksiyalarının  yerinə  yetirilməsi  üçün  onlardan  lazım 

olan məlumatları və hesabatları alır; 

10.1.10.  Qanunvericilikdə  nəzərdə  tutulmuş,  Büroya  ödənilməli  olan  icbari  ödənişlərin  –  iştirak 

haqlarının, təminat depozitlərinin, təqvim haqlarının və əlavə haqların uçotunun aparılmasını təmin edir; 

10.1.11. Qanunvericilikdə müəyyən edilmiş hallarda iştirakçının Büroda iştirakına xitam verilməsi barədə 

Şura qarşısında məsələ qaldırır; 

10.1.12.  Büronun  funksiyalarının  yerinə  yetirilməsi  üçün  zəruri  olan  hallarda  müstəqil  ekspertlərin, 

yardımçı hüquqi şəxslərin, hüquqşunasların, tərcüməçilərin və s.-in xidmətindən istifadə etmək məqsədilə 

müqavilələrin bağlanmasını təmin edir; 

10.1.13.  Kompensasiya  ödənişlərinin,  o  cümlədən  cari  öhdəliklər  ehtiyatı  üzrə  pul  vəsaitlərinin 

hərəkətinin  uçotunun aparılmasını təmin edir; 

10.1.14.  İştirakçılar  tərəfindən  Büroya  təqdim  edilən  hesabat  formalarının  və  onların  təqdim  olunma 

qaydalarının layihəsini təsdiq olunmaq uçün Şuraya təqdim edir; 

10.1.15.  Büronun  fəaliyyətində  iştirakla  bağlı  öhdəliklərinə  riayət  etməyən  iştirakçılar  barəsində  sığorta 

nəzarəti orqanına yazılı məlumat verir; 

10.1.16. Şuranın iclaslarında məşvərətçi səslə iştirak edir; 

10.1.17. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçılarını təmsil 

edir; 


10.1.18.  Xarici  ölkələrin  Yaşıl  Kart  büroları  ilə  sənədlərin  qarşılıqlı  tanınmasına  dair  ikitərəfli  sazişlər 

bağlayır; 

10.1.19. Yaşıl Kart üzrə təqvim haqlarının ödənilməsi qaydalarına dair təkliflərini  Şuraya təqdim edir; 

10.1.20. Yaşıl Kart blanklarının formasına dair təkliflərini Şuraya təqdim edir; 

10.1.21. Cari öhdəliklər ehtiyatının formalaşdırılması ilə bağlı qaydaların layihəsini təsdiq olunması üçün 

Şuraya təqdim edir; 

10.1.22.Yaşıl  Kart  sistemində  iştirakla  əlaqədar  müəyyən  olunmuş  tələblərə  riayət  olunmadıqda  sığorta 

nəzarəti orqanı qarşısında vəsatət qaldırır; 




 

 

10.1.23.  Yaşıl  Kart  Sistemi  çərçivəsində  fəaliyyət  göstərmək  hüququ  olan  sığortaçıların  reyestrini 



Büronun  rəsmi  internet  səhifəsində  yerləşdirməklə  mütəmadi  yenilənməsini,  həmçinin  rübdə  bir  dəfə 

rəsmi mətbuatda dərc etdirilməsini təmin edir

10.1.24. Bu Nizamnamədə və ya Şura tərəfindən ona həvalə olunmuş digər səlahiyyətləri həyata keçirir. 

10.2. İcraçı direktorun səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilə bilər: 

10.2.1. Vəzifəsindən azad olunması barədə Şuraya ərizə ilə müraciət etdikdə; 

10.2.2. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda; 

10.2.3. Vətəndaş qüsursuzluğunu itirdikdə; 

10.2.4. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

  

11. İştirakçıların yığıncağı 

11.1. İştirakçıların Şurada təmsil edilən üzvlərini seçmək məqsədi ilə onların növbəti və növbədənkənar 

yığıncağı çağırılır. 

11.2.  İştirakçıların  növbəti  yığıncağı  5  ildə  bir  dəfə,  növbədənkənar  yığıncağı  isə  Şurada  iştirakçıları 

təmsil  edən  və  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verilmiş  üzvün  yerinə  yeni  üzvün  seçilməsi 

məqsədilə istənilən vaxt Şura tərəfindən çağırılır. 

11.3. İştirakçıların yığıncağının keçirilməsi barədə onlara 7 iş günü əvvəl İcraçı direktor tərəfindən yazılı 

bildiriş göndərilir. 

11.4. İştirakçıların yığıncağı onların yarıdan çoxunun təmsil olunduğu halda səlahiyyətli sayılır. 

11.5.  İştirakçıların  yığıncağında  hər  bir  iştirakçı  bir  səslə  təmsil  olunur.  Səsvermə  zamanı  iştirakçıların 

bitərəf qalmasına yol verilmir. 

  

12. Büronun maliyyə vəsaitləri 

12.1. Büronun maliyyə vəsaitləri aşağıdakılardan ibarətdir: 

12.1.1.  Kompensasiya  ödənişlərinin  verilməsini  təmin  etmək  üçün  iştirakçıların  ödədiyi  müvafiq  icbari 

ödənişlər hesabına formalaşdırılan kompensasiya ödənişlərinin ehtiyatı; 

12.1.2.  iştirakçıların  Yaşıl  Kart  Sistemi  çərçivəsində  fəaliyyət  göstərmək  məqsədilə  Büro  tərəfindən 

formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba yerləşdirdikləri birdəfəlik pul vəsaiti; 

12.1.3. İştirakçı sığortaçıların bağladıqları Yaşıl Kart müqavilələri üzrə daxil olan təqvim haqları;    

12.1.4. Aşağıdakı mənbələr hesabına Büroya daxil olan digər vəsaitlər: 

12.1.4.1. Büronun emissiya etdiyi borc qiymətli kağızları hesabına cəlb olunan pul vəsaitləri; 

12.1.4.2. Büronun vəsaitlərinin idarə olunması nəticəsində əldə edilən gəlirlər; 

12.1.4.3.  qrantlar,  ianələr  və  ya  qanunvericilikdə  qadağan  edilməmiş  digər  mənbələrdən  daxil  olan 

vəsaitlər; 

12.1.4.4. kompensasiya ödənişlərinin verilməsi üçün çatışmayan məbləğdə alınan borc vəsaitləri; 

12.1.4.5. subroqasiya hüququndan istifadə etməklə alınan vəsaitlər. 

12.2.  Kompensasiya  ödənişləri  ehtiyatlarının,  o  cümlədən  cari  öhdəliklər  ehtiyatı  üzrə  pul  vəsaitlərinin 

hərəkətinin uçotu və idarə edilməsi Büronun digər vəsaitlərindən ayrı aparılır. 



 

 

12.3.  Kompensasiya  ödənişləri  ehtiyatları  yalnız  müvafiq  olaraq  kompensasiya  ödənişlərinin  verilməsi 



məqsədlərinə istifadə oluna bilər. 

12.4.  Cari  öhdəliklər  ehtiyatının  vəsaitləri  Yaşıl  Kart  təqdim  edən  sığortaçının  avtonəqliyyat  vasitəsi 

sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortası  növü  ilə  məşğul  olmaq  icazəsinin  geri  alınması,  ləğv 

edilməsi  və  ya  ödəmə  qabiliyyətini  itirməsi,  habelə  Yaşıl  Kartın  saxta  hesab  edilməsi  halında  həmin 

sığortaçının Yaşıl Kartla bağlı öhdəliklərinin Büro tərəfindən icrası məqsədləri üçün istifadə edilir. 

12.5. Yaşıl Kart üzrə təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən Yaşıl Kart blanklarının 

çap  etdirilməsinə  və  təbliğat  işlərinin  maliyyələşdirilməsinə,  eyni  zamanda  cari  öhdəliklər  ehtiyatının 

formalaşdırılmasına yönəldilir. 

12.6. Büronun idarə edilməsinə, əmlakının alınmasına və borc öhdəliklərinin yerinə yetirilməsinə çəkilən 

xərclərin məbləği Büronun illik büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına çərçivədə təmin edilir. 

12.7.  Büronun  kompensasiya  ödənişləri  ehtiyyatını  təmin  edən  likvid  aktivləri  kompensasiya 

ödənişlərinin  verilməsi  üçün  kifayət  etmədikdə,  Şura  sığorta  nəzarəti  orqanı  ilə  razılaşdırmaqla,  Büro 

tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər. 

  

13. Maliyyə vəsaitlərinin idarə edilməsi 

13.1.  Büronun  maliyyə  vəsaitləri  Şura  tərəfindən  etibarlılığı,  gəlirliliyi,  likvidliyi  və  müxtəlifliyi  nəzərə 

alınmaqla müəyyən edilən aktivlərə investisiya edilə bilər. 

13.2.  Büro  öz  maliyyə  sabitliyini  möhkəmləndirmək  məqsədilə  üzərinə  götürdüyü  öhdəlikləri  sığorta 

etdirə bilər. 

  

14. Büronun iştirakçıları 

14.1.  Büroda iştirakçı  olmaq  istəyən  sığortaçı  müvafiq  icbari  sığorta  növünü  aparmağa  sığorta  nəzarəti 

orqanı  tərəfindən  verilmiş  icazəyə  malik  olmaqla  yanaşı,  “İcbari  sığortalar  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununda  müəyyən  edilmiş  icbari  ödənişləri  Büronun  müvafiq  hesabına  köçürməli, 

eyni  zamanda  Büroda  iştirakçılıqla  bağlı  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  tələblərə  cavab 

verməlidir. 

14.2.  Büronun  iştirakçısı  olmaq  istəyən  sığortaçı  müvafiq  icbari  sığorta  növünə  icazənin  verilməsi  ilə 

bağlı  sığorta  nəzarəti  orqanının  ilkin  razılığı  ifadə  olunan  sənədin  əlavə  olunduğu  rəsmi  müraciətini 

Büroya təqdim etməlidir. 

14.3.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  iştirak  haqqının  ödənilməsini  və  təminat  depozitinin 

yerləşdirilməsini  təsdiq  edən  sənədlərin  Büroya  daxil  olduğu  tarixdən  sığortaçı  Büronun  iştirakçı 

sığortaçıların reyestrinə daxil edilir. 

14.4. Sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası növü üzrə fəaliyyət 

göstərməsi üçün Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan sığortaçıların reyestrinə 

daxil edilməlidir. 



 

 

14.5. Yalnız Büronun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə 



yol verilir. Büronun iştirakçısı olan sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ 

olan sığortaçıların reyestrinə daxil edildiyi tarixdən həmin sistem çərçivəsində fəaliyyət göstərə bilər. 

14.6.  Büro  tərəfindən  formalaşdırılan  cari  öhdəliklər  ehtiyatı  ilə  bağlı  hesaba  məbləği  sığorta  nəzarəti 

orqanı  tərəfindən  müəyyənləşdirilən  birdəfəlik  pul  vəsaiti  yerləşdirdiyi  halda  məcmu  kapitalı 

qanunvericilikdə  müəyyən  edilmiş  tələblərə  uyğun  gələn  sığortaçı  Yaşıl  Kart  Sistemi  çərçivəsində 

fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilir. 

14.7.  Büro  yeni iştirakçıların  daxil  olması  üçün  açıqdır.  İştirakçı  sığortaçılar  Büronun  iştirakçısı  olmaq 

üçün  müəyyən  edilmiş  tələblərə  cavab  verən  yeni  iştirakçıların  Büroya  daxil  olması  barədə  razılıqlarını 

ifadə edir və gələcəkdə iştirakçıların buna dair xüsusi razılığının alınması tələb olunmur.  

  

15. Büroda iştiraka xitam verilməsi 

15.1. Sığortaçının Büroda iştirakına aşağıdakı əsaslarla xitam verilir: 

15.1.1. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya dayandırıldıqda və ya ləğv edildikdə; 

15.1.2.  İştirakçı  sığortaçının  “İcbari  sığortalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 

nəzərdə tutulmuş bütün icbari sığorta növləri üzrə fəaliyyəti məhdudlaşdırıldıqda. 

15.2. Büroda iştiraka xitam verildiyi halda, Büro müvafiq sığortaçını iştirakçı sığortaçıların reyestrindən 

dərhal çıxarır və bu barədə özünün rəsmi internet səhifəsində məlumat yerləşdirməklə, 2 iş günü ərzində 

həmin sığortaçıya və sığorta nəzarəti orqanına bildiriş göndərir. 

15.3.  Büroda  iştiraka  xitam  verilməsi  sığortaçını  xitam  verilmə  tarixinədək  bağladığı  müvafiq  icbari 

sığorta  müqavilələri  üzrə  qanunvericilikdə  nəzərdə  tutulmuş  təqvim  haqlarını  və  əlavə  haqları  ödəmək 

öhdəliyindən azad etmir. 

15.4.  İştirakçı sığortaçıya  sığorta fəaliyyətinə  verilmiş  lisenziya  ləğv  edildikdə  onun  Büroda  iştirakı ilə 

bağlı öhdəliklərinin icrası həmin sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası tərəfindən 

həyata keçirilir. 

  

16. İştirakçıların təminat depoziti və təqvim haqları 

16.1.  Təminat  depoziti  kompensasiya  ödənişləri  ehtiyatlarının  mənbələrindən  biri  olmaqla,  iştirakçının 

ödəmə  qabiliyyətinin  olmamasına  görə  belə  ödənişlərin  verilməsi  zərurəti  yarandıqda  ilk  növbədə  onun 

Büroda yerləşdirdiyi təminat depozitindən istifadə olunur. 

16.2. İcbari sığorta növləri üzrə təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının əsas mənbəyi kimi 

Büronun  iştirakçı  sığortaçıların  reyestrinə  daxil  edildiyi  tarixdən  bu  Nizamnamənin  17.3-cü  bəndinin 

tələbi  nəzərə  alınmaqla,  Büroda  iştirakına  xitam  verildiyi  tarixədək  qanunvericilikdə  nəzərdə  tutulan 

məbləğdə ödənilir. 

16.3.  İcbari  sığorta  növləri  üzrə  təqvim  haqlarının  hesablanması  üçün  ilk  hesabat  dövrü  iştirakçının 

Büronun  iştirakçı  sığortaçıların  reyestrinə  daxil  edildiyi  ayın  birinci  günündən  növbəti  ayın  birinci 

gününədək olan dövr hesab edilir. 




 

 

16.4.  İcbari  sığorta  növləri  üzrə  təqvim  haqları  hər  ay  üzrə  həmin  ayın  son  tarixindən  15 təqvim  günü 



ərzində Büronun müvafiq hesabına köçürülür. 

16.5.   Yaşıl  Kart  müqavilələri  üzrə  təqvim  haqları  Yaşıl  Kart  Sistemi  çərçivəsində  fəaliyyət 

göstərən   sığortaçı  tərəfindən  təqvim  ayı  ərzində  bağlanılmış   Yaşıl  Kart  müqavilələri  üzrə  daxil  olan 

sığorta haqlarının ümumi məbləğinin 5 %-i miqdarında  hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim 

günü ərzində Büronun müvafiq hesabına ödənilir. 

  

  17. İştirakçı sığortaçıların əlavə haqları 

17.1.  Kompensasiya  ödənişlərinin  verilməsi  üçün  Büronun  kompensasiya  ödənişləri  ehtiyatı  kifayət 

etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Büronun istifadə etdiyi öz vəsaiti 

iştirakçı sığortaçılar tərəfindən ödənilən əlavə haqlar hesabına kompensasiya olunur. 

17.2. Əlavə haqlar iştirakçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada formalaşdırılan şərti öhdəliklər 

ehtiyatı hesabına həyata keçirilir. 

17.3. Əlavə haqların məbləği iştirkaçının müvafiq icbari sığorta növünə aid sığorta müqavilələri üzrə son 

bir  il  müddətində  daxil  olan  sığorta  haqlarının  bütün  iştirakçıların  həmin  növə  aid  sığorta  müqavilələri 

üzrə həmin müddət ərzində daxil olan sığorta haqlarına nisbətinə mütənasib olaraq müəyyən edilir. 

17.4.  Əlavə  haqların  ödənilməsinə  zərurət  yarandıqda  Büro  maliyyə-iqtisadi  baxımdan  əsaslandırmaqla 

bu barədə sığorta nəzarəti orqanına yazılı bildiriş göndərir. 

17.5. Sığorta nəzarəti orqanı Büronun müraciətinə əsasən əlavə haqların ödənilməsini zəruri hesab etdikdə 

iştirakçılar  əlavə  haqları  həmin  orqanın  müəyyən  etdiyi  üsullla  və  müddətdə  Büronun  müvafiq  bank 

hesabına köçürürlər. 

  

18. İştirakçıların Büro ilə qarşılıqlı münasibətləri 

18.1.  İştirakçılar  ayda  bir  dəfə  Büroya  müvafiq  icbari  sığorta  müqavilələri  haqqında  Büro  tərəfindən 

müəyyən olunan formada hesabat təqdim edirlər. 

18.2. Büro tərəfindən tələb olunduğu halda iştirakçılar müvafiq icbari sığorta müqavilələri ilə bağlı zəruri 

sənədləri, o cümlədən hər bir sığortalı barədə məlumatları tələb olunduğu tarixdən 3 iş günü müddətində 

Büroya təqdim etməlidirlər. 

18.3. İştirakçılar müvafiq icbari sığorta müqavilələri üzrə öhdəliklərinin qanunvericiliyə və ya müqavilə 

şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə mane olan və ya bunu qeyri-mümkün edən vəziyyət barədə 

Büronu dərhal xəbərdar etməlidirlər. 

18.4. İştirakçı tərəfindən Büronun müvafiq bank hesabına müvafiq tarixə tələb olunandan artıq məbləğdə 

köçürülmüş  ödəmələr  qarşılıqlı  razılaşma  əsasında  növbəti  hesabat  dövrünə  aid  edilir  və  ya  7  iş  günü 

ərzində geri qaytarılır. 

18.5.  Hər  hansı sığortaçının  Büroda iştirakına  xitam  verildiyi  halda,  onun  Büroya  ödədiyi  iştirak  haqqı, 

təqvim  haqları,  Yaşıl  Kart  sistemi  çərçivəsində  fəaliyyətlə  əlaqədar  ödənilən  birdəfəlik  pul  vəsaiti  və 

əlavə haqlar geri qaytarılmır. 




 

 

18.6. İştirakçının ödəmə qabiliyyətinin olmamasına görə kompensasiya ödənişləri verildikdə, onun bütün 



öhdəlikləri  ilə  bağlı  belə  ödənişlərin  verilməsinin  başa  çatmasından  sonra  Büroda  yerləşdirdiyi  təminat 

depozitinin bu məqsədlə istifadə olunmayan hissəsi ona qaytarılır. 

18.7. İştirakçı Büroda iştirakına könüllü qaydada xitam verdikdə onun yerləşdirdiyi depozit haqqı və ya 

depozit haqqının qalan məbləği bank hesabına köçürülməklə aşağıdakı müddətdə ona qaytarılır: 

18.7.1.  İştirakçı  müvafiq  icbari  sığorta  müqavilələrini  digər  sığortaçıya  (sığortaçılara)  ötürdüyü  halda 

həmin  müqavilələrin  tam  olaraq  ötürülməsi  barədə  əsaslandırılmış  yazılı  məlumatın  Büroya  təqdim 

edildiyi tarixdən 1 ay müddətində; 

18.7.2.  İştirakçı  Büroda  iştiraka  xitam  verdikdən  sonra  müvafiq  icbari  sığorta  müqavilələrini  başqa 

sığortaçıya  ötürmədikdə  həmin  müqavilələrin  sonuncusunun  müddətinin  başa  çatması  barədə 

əsaslandırılmış yazılı məlumatın Büroya təqdim edildiyi tarixdən 1 ay müddətində. 

18.8.  İştirakçılar  Yaşıl  Kart  sistemi  üzrə  fərdi,  yaxud  kollektiv  qaydada  zərərlərin  tənzimlənməsini 

Büroya həvalə edə bilərlər. 

  

 19. Büronun informasiya sistemləri 

19.1.  Qanunvericilikdə  müəyyən  edilən  hallarda  müvafiq  icbari  sığorta  növləri  üzrə  məlumat 

mübadiləsinin və bu sığortaların həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə Büroda vahid 

elektron informasiya sistemlərinin mövcudluğu təmin edilir. 

19.2.  Büro  tərəfindən  informasiya  sistemlərinin  qurulması  və  istifadəsi  ilə  bağlı  texniki-proqram 

kompleksinin formalaşdırılması və ona texniki xidmət sığorta nəzarəti orqanının nəzarəti altında həyata 

keçirilir. 

19.3.  İnformasiya  sistemlərinin  qurulması  və  istifadəsinin  təmin  edilməsi  zamanı  həmin  sistemlərin 

funksiyalarının səmərəli və vaxtında həyata keçirilməsi üçün Büro iştirakçılardan müvafiq məlumatları, o 

cümlədən  sığorta  sirrini  təşkil  edən  məlumatları  alır.  Büronun  bu  məqsədlə  digər  şəxslərdən,  həmçinin 

dövlət orqanlarından məlumat almaq hüququ qanunvericilikdə təsbit olunmuş həcmdə və qaydada həyata 

keçirilir. 

19.4.  Büro  ilə  yanaşı  müvafiq  informasiya  sisteminin  istifadəçisi  olan  iştirakçı  baş  vermiş  sığorta 

hadisəsinin  tənzimlənməsi  üçün  lazım  olan  bütün  məlumatları  informasiya  sistemindən  əldə  etmək 

imkanına malik olmalıdırlar. 

19.5.  Büro  malik  olduğu  informasiya  sistemlərinin  başqa  istifadəçilərinin  də  həmin  sistemlərlə  bağlı 

qanunvericilikdə müəyyən edilmiş digər hüquqlarının həyata keçirilməsinə şərait yaratmalıdır. 

19.6.  çıxarılmışdır. 

19.7.  İnformasiya  sistemlərinin  istifadəçiləri  həmin  sistem  vasitəsilə  əldə  etdikləri  fərdi  məlumatların, 

habelə  sığorta  sirri  hesab  edilən  məlumatların  istifadəsi  ilə  bağlı  qanunvericiliyin  tələblərinə  əməl 

etməməyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

19.8.  Yaşıl  Kart  Sistemi  çərçivəsində  fəaliyyət  üzrə  məlumat  mübadiləsini  və  nəzarəti  təmin  etmək 

məqsədilə informasiya sistemi qurulur və istifadəsi təmin edilir. 

19.9. Büronun informasiya sistemləri ilə bağlı digər tələblər qanunvericilikdə müəyyən edilir. 




 

 

  



20. İnformasiya sistemlərindən məlumat əldə etmək hüququ olanlar 

20.1. İnformasiya  sisteminin  istifadəçiləri  onun  informasiya  ehtiyatından  aşağıdakı  məlumatları  əldə 

etmək imkanına malikdirlər: 

20.1.1.  Sığortalılar  –  bağladıqları  sığorta  müqavilələri  və  həmin  müqavilələr  üzrə  verilmiş  sığorta 

ödənişləri barədə məlumatlar; 

20.1.2. Büronun iştirakçısı olan sığortaçılar – özlərinin bağladığı sığorta müqavilələri və öz tərəflərindən 

verilmiş sığorta ödənişlərinə münasibətdə ayrı-ayrı, həmçinin ümumiləşdirilmiş məlumatlar; 

20.1.3.  sığorta  nəzarəti  orqanı  və  Büro  –  informasiya  sisteminin  informasiya  ehtiyatında  olan  istənilən 

məlumatlar; 

20.1.4.  müvafiq  icra  hakimiyyəti  orqanı  –  informasiya  sisteminin  şamil  olunduğu  icbari  sığorta  növləri 

üzrə üzərinə icbari sığorta etdirmək vəzifəsi qoyulmuş şəxslərin bağladığı icbari sığorta müqavilələrinin 

mövcudluğunun  təsdiqi,  sığorta  müqaviləsinin  tərəfi  olan  sığortaçının  adı,  sığorta  şəhadətnaməsinin 

nömrəsi və qüvvədə olma müddəti barədə məlumatlar. 

  

21. Kompensasiya ödənişləri 

21.1. Müvafiq icbari sığorta müqavilələri üzrə nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi 

aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 

21.1.1.  Sığortaçı  müvafiq  icbari  sığorta  müqavilələri  üzrə  sağlamlığa  və  (və  ya)  əmlaka  dəyən  zərərlə 

bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə

21.1.2.  Üçüncü  şəxsin  sağlamlığına  naməlum  və  yaxud  oğurlanmış  avtonəqliyyat  vasitəsilə  zərər 

vurulduqda; 

21.1.3.  Avtonəqliyyat  vasitəsi  sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığorta  müqaviləsi  mövcud 

olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər 

vurulduqda. 

21.2.  Bürodan  kompensasiya  ödənişinin  verilməsini  tələb  etmək  və  (və  ya)  belə  ödənişləri  almaq 

hüququna malik olan şəxslərin kateqoriyası qanunvericiliklə müəyyən olunur. 

21.3.  Kompensasiya  ödənişləri  üzrə  bu  ödənişi  almaq  hüququna  malik  olan  şəxslə  Büro  arasındakı 

münasibətlərə müvafiq icbari sığorta ilə bağlı faydalanan şəxs və sığortaçı arasındakı münasibətlər üzrə 

qanunvericiliklə müəyyən olunmuş tələblər tətbiq olunur. 

21.4.  Kompensasiya  ödənişi  həmin  ödənişin  verilməsinə  əsas  olan  hadisə  barədə  məhkəmənin  qanuni 

qüvvəyə minmiş yekun qərarından sonra ödənilir. 

  

22. Uçot və hesabatlar 

22.1. Büronun mühasibat uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. 

22.2. Büronun hesabat dövrü yanvar ayının 1-dən həmin ilin dekabr ayının 31-dək olan dövrü əhatə edir. 

22.3.  Büronun  illik  hesabatına  növbəti ilin aprel  ayının  1-dək  tərtib  edilir  və  tərtib  edildiyi  tarixdən  20 

gün müddətində Şura tərəfindən baxılır. 



 

 

22.4. Büro illik hesabatını və müstəqil auditor rəyini aprel ayının 25-dən gec olmayaraq sığorta nəzarəti 



orqanına təqdim edir və özünün rəsmi internet səhifəsində yerləşdirir. 

22.5. Büronun illik hesabatına aşağıdakılar daxildir: 

22.5.1. maliyyə vəziyyəti haqqında hesabat; 

22.5.2. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat; 

22.5.3. xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat ; 

22.5.4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 

22.5.5. əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər. 

22.6. Büronun illik maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə fəaliyyətinin nəticələri haqqında, xalis 

aktivlərdə  (kapitalda)  dəyişikliklər  haqqında,  pul  vəsaitlərinin  hərəkəti  haqqında hesabatları  müstəqil 

auditor tərəfindən müvafiq rəy verilməklə təsdiq edilir. 

  

23. Daxili nəzarət sistemi 

23.1. Büronun fəaliyyətinə ümumi nəzarəti Şura həyata keçirir. 

23.2.  Büronun  illik  maliyyə-təsərrüfat  fəaliyyəti  Şuranın  təyin  etdiyi  müstəqil  auditor  tərəfindən 

yoxlanılır.  Şura  zəruri  hesab  etdiyi  hallarda  növbədənkənar  auditin  keçirilməsi  barədə  qərar  qəbul  edə 

bilər. 

23.3.  Büronun  daxili  auditi  Şuraya  hesabat  verən  daxili  Audit  Xidməti  tərəfindən  aparılır.  Daxili  audit 



xidmətinin rəhbəri və digər əməkdaşları Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 

   


24. Əmək münasibətləri 

Büroda işçilərin qəbulu və işdən azad etmə ilə bağlı məsələlər, eyni zamanda işəgötürən qismində Büro 

və  işçiləri  arasındakı  əmək  münasibətləri  Azərbaycan  Respublikasının  əmək  qanunvericiliyi  əsasında 

tənzimlənir. 

  

25. Subroqasiya hüququ 

25.1.  Büro  tərəfindən  kompensasiya  ödənişi  həyata  keçirildikdə,  kompensasiya  ödənişi  alan  şəxsin 

zərərvuran  və  (və  ya)  ödəmə  qabiliyyətini  itirmiş  sığortaçı  qarşısındakı  tələb  hüququ  həmin  ödəniş 

həcmində Büroya keçir. 

25.2. Zərərvuranın  ölümü  ilə  nəticələnən  yol-nəqliyyat  hadisəsi  üzrə  bu  Nizamnamənin  21.1.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  kompensasiya  ödənişinin  həyata  keçirilməsi  zamanı  subroqasiya  hüququ 

yaranmır. 

25.3.  Büronun  iştirakçı  sığortaçısının  Yaşıl  Kartla  bağlı  yaranan  öhdəliyi  ilə  əlaqədar  Büro  tərəfindən 

həyata  keçirilən  ödənişlər  məbləğində  həmin  sığortaçıya  münasibətdə  Büronun  subroqasiya  hüququ 

yaranır. 

  

26. Büronun məsuliyyəti 



 

 

26.1.  Büro  qanunvericilikdə  müəyyən  edilmiş  öhdəliklərinə  görə  bütün  əmlakı  və  maliyyə  vəsaitləri  ilə 



cavabdehdir. 

26.2.  Qanunvericilikdə  və  ya  bu  Nizamnamədə  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  Büronun 

iştirakçıları onun öhdəlikləri üçün, Büroda iştirakçılarının öhdəlikləri üçün cavabdeh deyildir. 

26.3.  Büronun  idarəetmə  orqanlarının  üzvləri  və  əməkdaşları  həm  Büroda  vəzifə  tutduqları  və  ya 

işlədikləri  dövrdə,  həm  də  həmin  vəzifədən  və  ya  işdən  azad edildikdən  sonra Büronun iştirakçısı olan 

sığortaçıların fəaliyyəti və əməliyyatları haqqında informasiyanın, habelə öz xidməti vəzifələrinin icrası 

ilə əlaqədar əldə etdikləri başqa məlumatın, həmçinin sığorta sirri hesab edilən məlumatların məxfiliyini 

qorumalıdırlar. 

26.4.  Büro  və  onun  əməkdaşları  qanunvericilikdə  müəyyən  edilmiş  müvafiq  vəzifələrin  yerinə 

yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə gorə məsuliyyət daşıyırlar. 

 26.5.  Büro  Yaşıl  Kart  Sistemi  çərçivəsində  iştirakçılarının  öhdəliklərinə  görə  öhdəlik  daşıyır,  iştirakçı 

sığortaçılar isə Büronun öhdəlikləri üçün birgə və fərdi məsuliyyət daşıyırlar. 

  

27. Mübahisələrin həlli 

27.1.  Müvafiq  icbari  sığorta  müqavilələri  üzrə  sığortalılar,  sığorta  olunanlar  və  faydalanan  şəxslər 

kompensasiya ödənişləri ilə əlaqədar yaranan mübahisələrlə bağlı Şuraya, sığorta nəzarəti orqanına və ya 

məhkəməyə müraciət edə bilərlər. 

27.2. Büro ilə iştirakçılar arasındakı mübahisələrə ilk növbədə Şurada baxılır. Mübahisə ilə bağlı Şurada 

qəbul  edilən  qərardan  narazı  qalan  iştirakçı  qanunvericiliyə  müvafiq  qaydada  məhkəməyə  müraciət  edə 

bilər. 

  

28. Büronun ləğvi 



Büronun  ləğvi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  və  digər  qanunvericilik  aktlarına  uyğun 

olaraq həyata keçirilir. 



 

Yüklə 152,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə