Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Quruçay mədəniyyətinin Paleolit dövrü



Yüklə 68,19 Kb.
səhifə2/6
tarix23.12.2023
ölçüsü68,19 Kb.
#155595
1   2   3   4   5   6
Tarix

1.Quruçay mədəniyyətinin Paleolit dövrü
1960-1986-cı illərdə Azıx mağarasına aparılan arxeoloji tədqiqatlar nəticəsində düşərgənin çöküntülərində 10 arxeoloji təbəqə qeydə alındı və tədqiq olundu. Maraqlıdır ki, dördüncü təbəqə istisna olunmaqla, qalan bütün təbəqələrdən maddi mədəniyyət qalıqları aşkar edildi. Quruçay dərəsi, bir tərəfdən Mil düzü ilə, digər tərəfdən dağətəyi və yüksək dağlıqda birləşmişdilər. Canlı həyatın inkişafı üçün hələ qədim zamanlardan burada əlverişli iqlim şəraiti olmuşdur.
Ən qədim vaxtlarda, yəni 1,5 milyon il bundan əvvəl Quruçay dərəsinin mülayim iqlim şəraitində yaşayan çoxlu heyvanat aləmi mövcud olmuşdur. Quruçay dərəsi, Azıx mağarası yerləşən ərazidən qədim insanlar istehsal alətlərin hazırlamaq üçün xammal mənbəyi kimi istifadə etmişlər. Xüsusən Quruçay vadisində kvars, kvarsit, bazalt, çaxmaqdaşı, felzit, yaşma və s. mineral daşlar mövcud olmuşdur.
Azıx mağarası karst mənşəli olub, əsasən son ağcagil—Abşeron dövrləri ərzində formalaşmışdır. Mağaranın tavanı qədim ağcagilin altında, mağaranın döşəməsi isə Abşeron dövründə əmələ gələn IX terrasın (190—200 m) səviyyəsindədir. Azıx mağarası öz böyüklüyünə görə Zaqafqaziya karst boşluqları içərisində ən möhtəşəmidir. Əlavə mikroyollarla birlikdə mağaranın uzunluğu 400 metr, ümumi sahəsi 1200 m2 -dən artıqdır. Mağara çox hündür (20—25 m) salonlardan və içərisi torpaqla dolmuş keçid yollardan ibarətdir.
Soyuq və isti iqlimlərin qovşağında yerləşən bu ərazi Paleolit dövrü insanlarının ovladığı müxtəlif heyvanların buraya gəlməsinə imkan yaratmışdır. Onlar içərisində kərgədan, vəhşi atlar, ceyran, öküz və digər heyvan cinsləri olmuşdur. Azıx mağarasının ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay vadisində məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir. Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib öyrənilmişdir. Onlar protoçopper, protoçorrinq, limasşəkilli kobud alətlər, çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən həmçinin istehsal tullantıları və Quruçay dərəsindən xammal kimi gətirilən çay daşları da aşkar edilmişdir. Əmək alətlərinin hamısı qırmızı, qəhvəyi, sarı-boz rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmaqla işlənmiş, üzərlərində istifadə izləri saxlanmışdır.
Azıx mağarasının ancaq cənub giriş yolunda və onunla bitişik iki salonunda qədim daş dövrünün müxtəlif mərhələlərinə aid arxeoloji təbəqələr qatı aşkar edilmişdir. Düşərgədə-çöküntünün ümumi qalınlığı 14 metrə bərabərdir. Azıx mağara düşərgəsinin çöküntülərində qədim paleolitin dövrlərini ardıcıl əks etdirə bilən bütün təbəqələr qeydə alınıb tədqiq olunmuşdur. Tarixi dövrlə bağlı ən qədim tapıntılar Azıx mağarasının yeddi—onuncu təbəqələrindən aşkar olunmuşdu. Bu təbəqələrdən 300-dən artıq daş məmulatı əldə edilmişdir. Əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri tutur. Daş məmulatı arasında kobud çapacaqlar, kubvari alətlər, kobud qaşovlar, vurma səthi saxlanmış qəlpələr və s. qeydə alınmışdır. Maraqlıdır ki, stratiqrafik səviyyədən asılı olmayan yeddi—onuncu təbəqələrin daş məmulatı arxeoloji cəhətdən eyni texniki üsulla hazırlanmışdır. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə, çənglə örtülməsindən asılı olaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində də özünü göstərir.
Azıx qədim insan düşərgəsinin yeddi—onuncu təbəqələrindən aşkar olunmuş əmək alətlərinin əksəriyyəti mağaradan kənarda hazırlanmış və sonradan düşərgəyə gətirilmişdir. Çünki buradan əsasən hazır əmək alətləri tapılmışdır. İstehsal tullantıları isə qeydə alınmamışdır. Deməli, qədim Azıx sakinlərimağarada yaşamamışdan əvvəl, Quruçay dərəsinin kənarlarında yaşayıb fəaliyyət göstərmişlər. Əmək alətlərini də məhz burada hazırlamışlar.
Azıx qədim insan düşərgəsinin yeddi—onuncu təbəqələrindən Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Lakin əmək alətlərinin tipolokiyasında fərqli cəhətlər vardır ki, bu da Azıxın aşağı təbəqə materialları əsasında yeni mədəniyyətin aşkar olunmasına səbəb olmuşdur. Aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay mədəniyyətinin 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona çatması müəyyən olunmuşdur. Hazırda SSRİ ərazisində Quruçay mədəniyyəti ən qədim arxeoloji mədəniyyət hesab olunur. Məhz bu mədəniyyətin maddi mədəniyyət qalıqları əsasında ölkəmizin ərazisində ibtidai insanların 1,2 milyon il bundan əvvəl yaşamağa başlaması və əmək alətləri hazırlaması elmi əsaslarla sübuta yetirilmişdir.Azərbaycan ərazisində bəşər tarixi Quruçay mədəniyyəti dövründən başlanır

Yüklə 68,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə