"Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə



Yüklə 19,63 Kb.

tarix14.03.2018
ölçüsü19,63 Kb.


"Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında 

diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" 

Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan  Respublikası höküməti  və Birləşmiş Ərəb Əmirlikləri höküməti  arasında 

diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" 2010-cu il 

iyunun 9-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin. 



İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 30 sentyabr 2010-cu il

            № 1062-IIIQ

Azərbaycan Respublikası Hökuməti və

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında

diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad

edilməsi haqqında

ANLAŞMA MEMORANDUMU

Bundan sonra 'Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Birləşmiş 

Ərəb Əmirlikləri Hökuməti,

iki dost ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafım təşviq etmək 

arzusunda olaraq,

hər iki ölkənin diplomatik pasportlarına malik olan vətəndaşlarının bir-birinin dövlət 

ərazisinə   daxil   olmaq   üçün   ilkin   giriş   vizasından   azad   edəcəklərinə   hazır   olduqlarını 

vurğulayaraq,

I961-ci   il   Diplomatik   münasibətlər   haqqında   Vyana   Konvensiyasını   və   1963-cü   il 

Konsulluq münasibətləri haqqında Vyana Konvensiyasını nəzərə alaraq,    

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu  Anlaşma   Memorandumuna   uyğun   olaraq   giriş   vizasından   azad   edilən   pasportlar 

ölkələrin etibarlı diplomatik pasportlarıdır.

Maddə 2



1-   Tərəflər   bir-birinin   diplomatik   pasportlarına   malik   olan   vətəndaşlarına   öz   dövlət 

ərazilərinə ilkin giriş vizasız və rüsumsuz daxil olmağa, tərk etməyə və tranzit keçməyə icazə 

verəcəklər.

2-   Tərəflərin   diplomatik   pasportlarına   malik   olan   vətəndaşlarına   bir-birinin   dövlət 

ərazisində 90 (doxsan) gündən artıq olmayan müddətə qalmağa icazə veriləcəkdir.

Maddə 3

1-   Tərəflər   öz   diplomatik   pasportlarının   nümunəsini   bu   Anlaşma   Memorandumun 

qüvvəyə minməsindən ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallarla mübadilə edəcəklər.

2- Tərəflərdən biri öz diplomatik pasportlarına hər hansı dəyişiklikləri etdiyi təqdirdə, onların 

tətbiq   olunması   tarixdən   30   (otuz)   gün   əvvəl   yeni   pasportların   nümunəsi   digər   Tərəfə 

ötürülməlidir.



Maddə 4

1-   Tərəflərdən   birinin   vətəndaşları   digər   Tərəfin   dövlət   ərazisinə   yalnız   beynəlxalq 

sərnişin daşınması üçün müəyyən edilmiş sərhəd məntəqələrindən daxil ola bilərlər.

2- Diplomatik pasporta malik olan bir Tərəfin vətəndaşları qalma müddətləri ərzində digər 

Tərəfin dövlət ərazisində qüvvədə olan qanun və qaydalarına riayət edəcəkdir.

Maddə 5

1-   Hər   bir   Tərəf   digər   Tərəfin   diplomatik   pasporta   malik   olan   istənilən   vətəndaşını 

"persona non grata" və ya arzuolunmaz hesab edərsə, onun öz dövlət ərazisinə daxil olmasına 

və ya orada qalmasına imtina etmək hüququnu özündə saxlayır.

2- Əgər bir Tərəfin vətəndaşı digər Tərəfin dövlət ərazisində öz pasportunu itirərsə, o 

həmin   Tərəfin   aidiyyəti   qurumlarını   məlumatlandırmalıdır.   Aidiyyəti   diplomatik 

nümayəndəlik və ya konsulluq öz vətəndaşına yeni pasport və ya səyahət sənədi verəcək və 

qəbul edən dövlətin aidiyyəti qurumlarını məlumatlandıracaqdır.



Maddə 6

1-ci Maddədə qeyd olunan diplomatik pasportlara malik olan şəxslər hər hansı əmək 

fəaliyyəti ilə məşğul olmağa və ya peşə təhsili almağa cəlb olunmasına hər iki ölkədə bu 

fəaliyyətlərlə bağlı tətbiq olunan qaydalara və qanunlara riayət etmədən icazə verilməyəcəkdir.



Maddə 7

Bu Anlaşma Memorandumu Tərəflərin iştirakçısı olduqları beynəlxalq müqavilələrindən 

və sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

Maddə 8



Bu   Anlaşma   Memorandumunun   təfsiri   və   ya   tətbiqi   zamanı   yaranan   hər  hansı   fikir 

aynlığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə diplomatik kanallarla həll 

ediləcəkdir.

Maddə 9

1-   Bu   Anlaşma   Memorandumuna   Tərəflər   arasında   qarşılıqlı   razılaşma   əsasında   və 

diplomatik kanallarla rəsmi notalar mübadiləsi ilə düzəlişlər edilə bilər.

2- Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu 

Anlaşma   Memorandumunun   tətbiqini   tam   və   ya   qismən   dayandıra   bilər.   Bu   dayandırma 

barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə dərhal məlumat verilməlidir.



Maddə 10

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün milli qanunvericilikdə tələb 

olunan   müvafiq   proseduraların   yerinə   yetirilməsi   barədə   Tərəflərin   sonuncu   bildirişinin 

diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.

Bu Anlaşma Memorandumu Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə yazılı 

şəkildə məlumat verməsinə qədər qeyri-müəyyən müddətə qüvvədə qalacaqdır.

Bu Anlaşma Memorandumu Tərəflərdən hər hansı birinin bildirişinin diplomatik kanallar 

vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvədən düşəcəkdir.

Bu Anlaşma Memorandumu Bakı şəhərində " 9 " iyun 2010-cu il tarixində iki əsl nüsxədə, 

hər   biri   Azərbaycan,   ərəb   və   ingilis   dillərində   imzalanmışdır,   bütün   mətnlər   bərabər 

autentikdir.   Təfsir   zamanı   fikir   aynlığı   yarandıqda,   ingilis   dilindəki   mətndən   istifadə 

ediləcəkdir.



Azərbaycan Respublikası 

Hökuməti adından

Birləşmiş Ərəb Əmirlikləri

Hökuməti adından



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə