Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında qrup turist



Yüklə 86,01 Kb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü86,01 Kb.
#79487


Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında qrup turist 

səfərləri zamanı vizaların alınmaması haqqında

Saziş

Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti:

- iki dövlət arasında turizmin inkişafına kömək etmək arzusunu rəhbər tutaraq, 

- iki dövlətin vətəndaşaları arasında dostluq əlaqələrini genişləndirmək məqsədilə, 

- qrup   turist   səfərləri   zamanı   vizaların   alınmaması   məsələləri   haqqında   hazırki   Sazişi 

bağlamağı qərara almış və aşağıdakılar barədə razılığa gəlmişlər: 



Maddə 1

Razılığa  gələn  Tərəflərin  müəyyənləşdirdiyi  turist  təşkilatları  tərəfindən  təşkil olunmuş 

turist   qrupları   Razılığa   gələn   digər   Tərəfin   sərhədini   beynəlxalq   sərnişin   daşıma   məqsədi   ilə 

açılmış və ya Tərəflərin hər ikisinin təyin etdiyi sərhəd məntəqələrindən qrup halında vizasız keçə 

bilərlər.

Turist qruplarının üzvləri etibarlı adi xarici pasportlara və ya onları əvəz edən beynəlxalq 

gediş-gəliş   sənədlərinə   malik   olmalıdırlar.   Turist   qruplarının   rəhbərləri   Razılığa   gələn   digər 

Tərəfin   müəyyənləşdirdiyi   turist   təşkilatlarından   yazılı   dəvətnaməyə   və   həmçinin   turist 

qruplarının siyahısına malik olmalıdırlar.

Maddə 2

Turistin adı, familiyası, cinsi, peşəsi, doğulduğu yer və tarix, pasportunun və ya onu əvəz 

edən   sənədin   nömrəsi,   giriş-çıxış   tarixləri,   digər   Tərəfin   qəbul   edən   turist   təşkilatlarının   adı 

göstərilməklə, 2 nüsxədə turist qrupları üzvlərinin siyahısı tərtib edilməli və bu siyahı göndərən 

Tərəfin turist təşkilatının möhürü ilə təsdiqlənməlidir. Bu siyahı giriş və çıxış zamanı yoxalanmaq 

üçün Razılığa gələn digər Tərəfin sərhəd nəzarət orqanlarına təqdim olunmalıdır.



Maddə 3

Turist qruplarının üzvləri kollektiv şəkildə hərəkət etməlidirlər. Əgər turist qruplarının 

üzvlərindən hər hansı bir şəxs fors-major vəziyyəti ilə əlaqədar qrupu tərk etmək məcburiyyətində 

qalarsa,   bu   halda   həmin   şəxs   Razılığa   gələn   digər   Tərəfin   ərazisində   yerləşən   öz   dövlətinin 

Səfirliyi, Baş Konsulluğu və ya qəbul edən turist təşkilatı tərəfindən verilmiş rəsmi arayış təqdim 

etməklə, yerli səlahiyyətli orqanlardan viza almalı və bütün xərcləri öz üzərinə götürməlidir.



Maddə 4

Azərbaycan Tərəfindən Azərbaycan Respublikası Hökumətinin müəyyənləşdirdiyi 11 turist 

təşkilatı təyin olunur.



Çin   tərəfinin   müəyyənləşdirdiyi   turist   təşkilatları   bunlardır:   «Çin   Xalq   Respublikasının 

Dövlət turizm bürosu», Xarici turizm üzrə Ümumçin cəmiyyətinin baş agentliyi, Gənclər turizmi 

üzrə Ümumçin cəmiyyətinin Baş agentliyi, Turizm üzrə «Komfort» Ümumçin cəmiyyətinin Baş 

agentliyi, Fəhlə və qulluqçular üçün turizm üzrə Ümumçin cəmiyyətinin Baş agentliyi, Beynəlxalq 

turizm üzrə «Çjaoşan» Çin şirkəti, Xeylunçzyan əyalətinin turizm bürosu, Üzilin əyalətinin turizm 

bürosu,   Sinçzyan-Uyqur   muxtar   rayonunun   turizm   bürosu   və   Daxili   Monqolustan   Muxtar 

rayonunun turizm bürosu.

Maddə 5

Hazırki Saziş səbəblərini izah etmədən, hər iki tərəfin öz ərazisinə Razılığa gələn digər 

Tərəfin «persona non grata» və ya arzuolunmaz sayılan şəxslərinin daxil olmasından imtina etmək 

və ya burada qalma müddətini dayandırmaq hüquqlarını məhdudlaşdırmır.



Maddə 6

Razılığa gələn Tərəflər hazırki Saziş qüvvəyə minməzdən 30 gün əvvəl bu Sazişin 4-cü 

maddəsində   göstərilən   turist   təşkilatlarının   möhür   nümunələrini   bir-birinə   göndərməlidirlər. 

Möhürlərin nümunələri dəyişdirilərsə, Razılığa gələn Tərəflər bir-birinə xəbər verməli və bunu 

notalar mübadiləsi yolu ilə təsdiq etməlidirlər.

Maddə 7

Milli pasportlar tətbiq olunanadək, Azərbaycan tərəfinin vətəndaşları hazırki Sazişin 1-ci 

maddəsində qeyd olunan Azərbaycan Respublikası pasportları əvəzinə, həmin şəxsin Azərbaycan 

vətəndaşlığına aidiyyətini təsdiq edən ştamp olmaq şərti ilə, keçmiş Sovet İttifaqının adi xarici 

pasportlarından istifadə edə bilərlər.

Maddə 8

Hazırki Saziş qeyri-müəyyən müddətə bağlanmışdır.

Razılığa gələn Tərəflərdən biri hazırki Sazişin fəaliyyətini dayandırmaq istədikdə, həmin 

Tərəf diplomatik kanallar vasitəsilə Razılığa gələn digər Tərəfə yazılı surətdə bu barədə məlumat 

verməlidir.

Belə   olduğu   halda,   hazırki   Sazişin   qüvvəsi   Razılığa   gələn   digər   Tərəfin   qeyd   olunan 

məlumatını aldığı tarixdən etibarən 90-cı gün dayandırılır.

Maddə 9

Hazırki Saziş 1994-cü il may ayının 1-dən qüvvəyə minir.

Hazırki   Saziş   1994-cü   il   yanvar   ayının   4-də   Pekin   şəhərində   Azərbaycan,   Çin   və   rus 

dillərində,   iki   nüsxədə   bağlanmışdır.  Hər   üç   mətn   eyni   qüvvəyə   malikdir.   Mətnlər   arasında 



anlaşılmazlıq olduğu təqdirdə, Tərəflər rus dilindəki mətnə müraciət edirlər.


Azərbaycan Respublikası Hökuməti 

adından

Çin Xalq Respublikası Hökuməti 

adından

Yüklə 86,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə