Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix11.07.2018
ölçüsü0,52 Mb.
#54839
1   2   3   4   5   6   7

müəyyən  edilmişdir.  Tədqiqatın  nəticələrinə  görə  ölkəmizdə  sığorta  və  lizinq 

mexanizmlərinin  inkişafı  bu  sahənin  maliyyələşmə  imkanlarını  genişləndirəcəyi  kimi, 

kreditlər üçün daha asan şəkildə zəmanətlərin təmin edilməsinə də yol açacağı müəyyən 

edilmişdir.Eyni  zamanda,  müəyyən  edilmişdir  ki,  lizinqin  təkmilləşdirilməsi 

istiqamətində  aparılan  siyasət  lizinq  xidmətləri  bazarının  inkişafına,  kiçik  və  orta 

sahibkarlığın  maliyyələşdirmə  vasitəsi  kimi  lizinqdən  geniş  istifadə  edilməsinin 

həvəsləndirilməsinə,  həmçinin,  Azərbaycanın  lizinq  sektoruna  xarici  və  daxili 

investisiyaların  cəlb  edilməsi  üçün  əlverişli  mühit  yaradılmasına  yönəldilməlidir. 

Tədqiqat  işində  Türkiyə  və  İspaniya  təcrübəsi  əsas  götürülməklə  ümumilikdə,  kənd 

təsərrüfatında, o cümlədən üzümçülükdə risklərin yüksəkliyini nəzərə alaraq, hökumətin 

təşəbbüsü  ilə  ölkədə  Kənd  Təsərrüfatı  Sığortası  Fondunun  (bundan  sonra  Fond) 

yaradılması  istiqamətində  əməli  tövsiyələr  verilmişdir.  Beynəlxalq  maliyyə  böhranları 

zamanı yüksək dayanıqlılıq göstərilməsi, davamlı və dinamik inkişaf etməsi və dünyada 

sürətlə yayılması səbəbilə, Azərbaycanda kənd təsərrüfatı, o cümlədən, üzümçülük  üzrə 

sığortanın  təkmilləşdirilməsi  zamanı  təkavul  mexanizminə  də  diqqət  yetirilməsi 

məqsədəuyğun  sayılır.  Ölkə  əhalisinin  əksəriyyətinin  müsəlman  olması  da  bu  modelə 

üstünlük  verilməsinin  lehinə  işləyən  daha  bir  güclü  arqumentdir(məsul  icraçı: 

A.Q.Davudovicraçılar: Q.F.Mustafayev, N.N.  Əhmədov). 

 

“Müqayisəli  üstünlük  əsasında  idxalı  əvəz  edən  və  ixracyönümlü 

rəqabətqabiliyyətli  məhsulların  müəyyənləşdirilməsi  üzrə  araşdırmanın 

aparılması” 

mövzusu  üzrə  tədqiqat  işində  aşkar  müqayisəli  üstünlük  göstəricilərini 

hesablamaqla  ölkəmizin  aqrar-sənaye  kompleksi  məhsullarının  əsas  tərəfdaş  ölkələrlə 

müqayisədə aşkar müqayisəli üstünlüyü müəyyən edilmişdir. Tədqiqat nəticəsində aşkar 

müqayisəli  üstünlük  göstəricisi  kimi  balassa  indeksləri  əsasında  200-ə  qədər  məhsul 

aşkar  müqayisəli  üstünlük  əsasında  araşdırılmışdır.Aparılmış  tədqiqatın  nəticələri 

yekunlaşdırıldıqdan  sonra  siyahısı  müəyyənləşdiriləcək,  idxalı  əvəz  edən  və 

ixracyönümlü  rəqabətqabiliyyətli  məhsullar  barədə    konkret təkliflər  veriləcəkdir(məsul 

icraçılar:  i.e.n. V.Ə. Rüstəmov,M.M.Mehdiyev,icraçılar: A.Q. Davudov, Q.F.Mustafayev, 

N.N.  Əhmədov). 



 

Yeyinti 

sənayesinin 

ayrı-ayrı 

sahələrində 

təmərküzləşmənin 

səviyyəsinin müəyyən edilməsi” 

mövzusu  üzrə  tədqiqat  işində  yeyinti  sənayesinin  ayrı-ayrı  sahələrində 

təmərküzləşmə  səviyyəsinin  müəyyən  edilməsi  üzrə  tədqiqat  işində  təmərküzləşmənin 

obyektiv əsası, yeyinti sənayesinin ayrı-ayrı sahələrində təmərküzləşmə səviyyəsi, yeyinti 

sənayesində  təmərküzləşmə  səviyyəsinin  göstəriciləri,  bazarda  təmərküzləşmə 

səviyyəsinin  müəyyən  edilməsi  indeksləri,  Azərbaycanda    yeyinti  sənayesi  istiqamətləri 

üzrə  məlumatlar  ümumiləşdirilmiş,  Azərbaycanda  yeyinti  sənayesində  mövcud  olan 

təmərküzləşmə ilə bağlı təhlillər aparılmışdır  (məsul icraçılar: i.e.n.  R.N. Hüseynəliyev, 

icraçı: E.İ. Qədirov). 

 

“Respublikanın  idxal  asılılığı  olan  əsas  qida  və  yüngül  sənaye 



məhsullarının    və  müqayisəli  üstünlüyə  malik  olan  məhsulların  müəyyən 

edilməsi” 

mövzusu  üzrə  tədqiqat  işində  2013-cü  ildə  ərzaq  balanslarının  təhlili  və  aşkar 

müqayisəli üstünlük göstəriciləri və potensial rəqabətqabiliyyətlilik göstəriciləri əsasında 

idxal asılılığı olan əsas qida və yüngül sənaye məhsullarının siyahısı müəyyən edilmişdir. 

Tədqiqatlar aşağıdakı göstəricilər əsasında aparılmışdır: 

1) aşkar müqayisəli üstünlük göstəricisi kimi Balassa indeksləri; 

2) potensial müqayisəli üstünlük göstəricisi olan daxili resurs sərfi əmsalı; 



3) ərzaq balansı. 

Aparılmış  tədqiqatın  nəticələri  yekunlaşdırıldıqda  idxal  asılılığı  olan  əsas  qida  və 

yüngül  sənaye  məhsullarının  siyahısının  müəyyən  edilməsi  barədə  konkret  təkliflər 

veriləcəkdir(məsul  icraçılar:  i.e.n.  R.N.  Hüseynəliyev,  i.e.n.  V.Ə.Rüstəmov,  Mehdiyev 

Malik,icraçılar: A.Q. Davudov, Q.F.Mustafayev, N.N.  Əhmədov). 

 

Ölkənin  qeyri-neft  sektorunun  2003-2012-ci  illər  üzrə  inkişaf 



dinamikasının təhlili (regional aspektdə)” 

mövzusu  üzrə  tədqiqat  işində  iqtisadi  göstəricilərin  (qeyri-neft,  sənaye,  kənd 

təsərrüfatı,  pərakəndə  ticarət  dövriyyəsi,  tikinti,  nəqliyyat,  telekommunikasiya  və  poçt, 

ə

haliyə  göstərilmiş  pullu  xidmətlər,  turizm  sahələrini  əhatə  edən)  statistik  tədqiq 



edilməsi əsasında iqtisadiyyatın aktual təmayülünün təhlili müəyyən edilmiş və müvafiq 

nəticələr əldə edilmişdir.Aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, ölkədə qeyri-

neft  məhsullarının  buraxılışında  həm  qeyri-neft  sənayesi,  həm  də  kənd  təsərrüfatı 

məhsullarının  xüsusi  çəkisi  azalmışdır  (məsul  icraçılar:  N.F.İsmayılova,  A.Q.Davudov, 

icraçılar: Q.F.Mustafayev, N.N.Əhmədov). 

 

“Təsərrüfat cəmiyyətlərində qiymətli kağızlardan istifadə məsələləri” 

mövzusunda tədqiqat işi üzrə bir sıra işlər görülmüşdür: 

1)  mövcud  nəzəri  yanaşmalar,  elmi-təcrübi  materiallar  və  mütərəqqi  dünya 

təcrübəsinin  təhlili  əsasında  müasir  dövrdə  təsərrüfat  cəmiyyətlərində  qiymətli 

kağızlardan istifadə üzrə nəzəri-metodoloji əsaslar öyrənilmiş və ümumiləşdirilmişdir; 

2)  müvafiq  nəzəri-metodoloji  əsaslara  uyğun  olaraq,  təsərrüfat  cəmiyyətlərində 

qiymətli kağızlardan istifadəni şərtləndirən səbəblər və bu prosesin müasir xüsusiyyətləri 

öyrənilmiş və sistemləşdirilmişdir; 

3)  ölkədə  təsərrüfat  cəmiyyətlərində  qiymətli  kağızlardan  istifadə  və  bu  prosesin 

dövlət 

tənzimlənməsi 



sahəsində 

mövcud 


vəziyyəti 

təhlil 


olunmuş 

və 


qiymətləndirilmişdir; 

4)  ölkədə  qiymətli  kağızlar  bazarının  inkişafı  ilə  bağlı  siyasətə  dair  təklif  və 

tövsiyələr işlənib hazırlanmışdır (məsul icraçı: i.e.n.V.Ə.Rüstəmovicraçı: A.Q. Davudov).  

 

“Ekoloji  turizmin  inkişaf  etdirilməsi  istiqamətində  araşdırmaların 

aparılması” 

mövzusu  üzrə  tədqiqat  işində  əsasən  dünya  ölkələrinin  ekoturizm  sahəsində 

təcrübələri  tədqiq  edilmiş,  inkişaf  etməkdə  olan  ölkələrdən  Keniya  nümunəsi  üzərində 

dayanılmışdır.  Bundan  başqa  ilk  10  ekoturizm  üzrə  ölkələrin  təcrübəsi  nəzərdən 

keçirilmişdir. Tədqiqat işində ekoturizmə qatılan turist profili incələnmiş və ekoturizmə 

qatılan turistlərin əsasən təhsilli, 35-54 yaş arasında olan yüksək gəlirli insanlar olduğu 

müəyyən edilmişdir. Tədqiqatları nəzərə alaraq, Azərbaycan nümunəsi verilmişdir. Qeyd 

edilmişdir  ki,  Azərbaycanın  sahib  olduğu  iqlim,  coğrafi  yerləşməsi  və  təbii  qaynaqların 

zənginliyi ekoturizmin inkişaf etdirilməsi üçün geniş şərait mövcuddur. Əsasən dağətəyi 

bölgələrdə,xüsusilə,  Lənkəran  iqtisadi  rayonunda,  Naxçıvan  və  Qafqaz  sıra  dağları 

ə

təyində  yerləşən  bölgələrdə  ekoturizm  imkanları  mövcuddur.  Ölkədə  ekoturizmin 



inkişaf  etdirilməsi  sahəsində  kiçik  müəssisələr  üçün  münbit  şərait  yaradılmalı,  ümumi 

qiymət səviyyəsi yuxarı olduğuna görə onların aşağı salınması məqsədilə tədbirlər həyata 

keçirilməli,  təbii  qaynaqların  qorunması  üçün  xüsusi  bölgələr  təşkil  edilməli,  dünya 

ölkələrindən 

Keniya 

Respublikası, 



Kanada 

kimi 


ölkələrin 

təcrübələrindən 

faydalanılmalıdır.  Eyni  zamanda,  ekoturizmə  qatılan  turistlərin  sakit,  yaşıllığı  bol  olan 

ə

razilərdə, kənd və qəsəbələrdə istirahəti üçün şərait yaxşılaşdırılmalıdır. Həmçinin, kənd 



turizmi üçün formalaşan tələbə cavab vermək məqsədilə Finlandiya təcrübəsi tətbiq edilə 

bilər(məsul  icraçılar:    i.e.n.  H.Ə.  Eynalov,i.e.n.  S.H.Abasova,icraçılar:  Q.F.Mustafayev, 

R.R.Məmmədov). 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə