Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix11.07.2018
ölçüsü0,52 Mb.
#54839
1   2   3   4   5   6   7

II. XARİCİ ƏLAQƏLƏR

 

 

Ə

məkdaşlıq müqavilələri.  

Hesabat  ilində  İnstitutun  əməkdaşlıq  etdiyi  təşkilatlarla  işlərin  davam  etdirilməsi 

ilə  yanaşı  əlaqələrinin  genişləndirilməsi  istiqamətində  də  müxtəlif  tədbirlərin    həyata 

keçirilməsi  davam  etdirilmişdir.  Birgə  tədqiqatların  aparılması,  elmi  və  elmi-texniki 

tədbirlərdə  iştirak  və  kadr  potensialının  gücləndirilməsi  kimi  əməkdaşlıq  əlaqələrinin 

nəzərdə tutulduğu 6 anlaşma memorandumu imzalanmışdır ki, onlardan  4-ü ikitərəfli, 

2-si çoxtərəflidir. 

 

Ezamiyyələr. 

 

Son  illərdə  olduğu  kimi,  hesabat  ilində  də  İnstitutun  əməkdaşları  ölkəmizdə  və 



xaricdə  müxtəlif  elmi  və  elmi-texniki  tədbirlərdə  iştirak  etmək,  sorğuların  keçirilməsi 

məqsədilə 21Respublika xarici və  50 Respublika daxili ezamiyyələrdə olmuşlar.  

  Respublika  xarici  ezamiyyələrin  5-i  təşkilatçılar  (Avropa  İttifaqı,  Beynəlxalq 

Valyuta  Fondu,  Dünya  Bankının  Tədqiqat  İnstitutu),  digərləri  İnstitut  tərəfindən 

maliyyələşdirilmişdir.  İnstitutun  əməkdaşları  Almaniya,  Avstriya,  Türkiyə,  Rusiya, 

Qazaxıstan,  Estoniya,  Cənubi  Koreya,  Portuqaliya,  Çexiya,  Ukrayna  və  İran  İslam 

respublikalarında ezamiyyədə olmuşlar.  

  Respublika daxili bütün ezamiyyələr İnstitut tərəfindən maliyyələşdirilmişdir. 



 

Görüşlər.  

Hesabat ilində İnstitutda xarici qonaqlarla 20-dən çox görüş keçirilmişdir.  

  Türkiyənin  Bakıdakı  Səfirliyinin  inkişaf,  iqtisadiyyat  və  ticarət  üzrə  müşavirləri, 

Türkiyə Respublikasının  Elm,  Sənaye  və Texnologiya  Nazirliyinin  Kiçik  və Orta 

Müəssisələrin İnkişafı Təşkilatının 

(KOSGEB) 

nümayəndə 

heyəti, 


Sabancı 

Universitetinin  əməkdaşı,  “Chemonics”  Şirkətinin  nümayəndələri,  İslam  İnkişaf 

Bankının nümyəndələri, Birləşmiş Millətlərin Qida və Kənd-təsərrüfatı Təşkilatının (UN 

FAO)  aqrobiznes  və  sahibkarlığın  inkişafı  üzrə  eksperti  (Stjepan  Tanic),  İslam 

Ölkələrinin  Statistika,  İqtisadiyyat  və  Sosial  Tədqiqatlar  və  Təlim  Mərkəzi  (SESRİC) 

Təlim  və  Tədqiqatlar  Departamentinin  rəhbəri,  Yalova  Universitetinin  əməkdaşları, 

Qırğızıstanın  Turk-Manas  Universitetinin  rektoru,  Türkiyənin  Özyeğin  Universitetinin 

ə

məkdaşları və Dünya Bankının nümayəndələri ilə keçirilmiş görüşlər gələcək əməkdaşlıq 



və  perspektiv  imkanların  qiymətləndirilməsi  cəhətdən  İnstitut  üçün  xüsusi  əhəmiyyət 

daşımışdır.  



   

Beynəlxalq təşkilatlarla iş.  

Son illərdə, xüsusi ilə 2011-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə 

sıx  əməkdaşlıq  hesabat  ilində  də  davam  etdirilmişdir.  Belə  ki,  2013-cü  ilin  26  dekabr 

tarixində  İran  İslam  Respublikasının  Tehran  şəhərində  keçirilən  İƏT-in  Nazirlər 

Şurasının  21-ci  İclasında  Bakıda  “İƏT-in  Tədqiqat  Mərkəzi”nin  Nizamnaməsi  sonuncu 

dəfə müzakirə edilmiş və təsdiq edilmişdir. Mərkəzin yaradılması təşəbbüsü ilk dəfə İƏT-

in  5  may  2006-cı  il  tarixində  Bakıda  keçirilmiş  IX  sammitində  (Zirvə  Toplantısında) 

Azərbaycan Respublikasının prezidentiCənab İlham Əliyev tərəfindən irəli sürülmüşdür. 

Bu  təklif  sammitin  “Bakı  Deklarasiyası–2006”  sənədinin  xxıı  bəndində  öz  əksini 

tapmaqla  yanaşı  sonradan  İƏT-in  Daimi  Nümayəndələr  və  Regional  Planlaşdırma 

şuralarının  iclaslarında  və  digər  tədbirlərdə  gündəliyə  daxil  edilmişdir.  2009-cu  ildən 

başlayaraq  İqtisadi  İslahatlar  Elmi-Tədqiqat  İnstitutu  tərəfindən  mərkəzin  əsasnaməsi 

hazırlanmış  və  quruma  təqdim  edilməsi  üçün  müvafiq  hazırlıq  işləriaparılmışdır. 

Bundan sonra, 2010-2013-cü illərdə bu məsələ qurumun müxtəlif tədbirlərində davamlı 

olaraq gündəliyə daxil edilmiş, eləcədə İnstitutun nümayəndələrinin iştirakı ilə keçirilən 



bir sıra tədbirlərdə (3-4 may 2011-ci ildə Astanada (Qazaxıstan) ekspertlərin 1-ci iclası, 

7-8 noyabr 2012-ci ildə Bakıda Daimi nümayəndələrin 2-ci iclasında, 21-22 avqust 2013-

cü  ildə  İssik-Kulda  Daimi  nümayəndələrin  3-cü  iclasında,  5-6  sentyabr  2013-cü  ildə 

Bakıda I “Bakı Forum-Konfransı”nda) geniş müzakirə olunmuşdur.  

  İƏT-lə  əməkdaşlıq  sadalananlarla  bitməmişdir.  2012-ci  ildə  İnstitut  tərəfindən 

quruma  maliyyələşmə  üçün  təqdim  edilmiş  iki  layihə  təklifi  üzrə  qərar  11  noyabr 

tarixində  İran  İslam  Respublikasının  Tehran  şəhərində  keçirilən  Daimi  Nümayəndələr 

Şurasının 189-cu iclasında qəbul edilmişdir. Beləki, “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 

ölkələrdə  ekoloji  təmiz  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  və  qurumlararası 

ə

məkdaşlıq  imkanlarının  və  təcrübənin  gücləndirilməsi”  mövzusunda  tədqiqat 



layihəsinin  2014-cü  ildə  icrasına  başlanması  haqqında  qərar  qəbul  edilmiş,  “İqtisadi 

Ə

məkdaşlıq  Təşkilatına  üzv  ölkələrdə  Ümumi  Tarazlıq  Modelinin  tətbiq  imkanlarının 



araşdırılması və potensialın gücləndirilməsi” mövzusunda tədqiqat layihəsinin isə digər 

üzv  ölkələrin,  beynəlxalq  təşkilatların  iştirakı  ilə  genişləndirilmiş  şəkildə  təqdim 

olunması tövsiyə edilmişdir.  

  Hesabat  ilində  həmçinin,  İnstitutun  İƏT-lə  əməkdaşlıq  və  “EcoMod  Network” 

Şirkəti  ilə  birgə  təşkilatçılığı  çərçivəsində  5-6  sentyabr  tarixlərində  Bakı  şəhərində 

“İqtisadi  Əməkdaşlıq  Təşkilatına  üzv  ölkələrin  İqtisadi  Beyin  Mərkəzlərinin  I  Bakı 

Forumu”  və  “Enerji,  regional  inteqrasiya  və  sosial-iqtisadi  inkişaf”  mövzusunda  I 

Beynəlxalq Konfrans keçirilmişdir. İƏT-in maliyyələşmə qaydalarına uyğun olaraq, üzv 

ölkələrdən  2  nəfərin  yol  xərcləri  İƏT,  qonaqlar  üçün  digər  xərclər  İnstitut  tərəfindən 

qarşılanmışdır.  

  2  gün  davam  edən  I  “Bakı  Forum-Konfransı”nda  İƏT-in  Baş  katibi  Şamil 

Ə

ləsgərov başda olmaqla, İƏT-in Ticarət və İnkişaf Bankını, Türk Əməkdaşlıq və İnkişaf 



Agentliyinin (TİKA) Baş ofisini, təşkilatçı “EcoMod Network” Şirkətini, Türkiyənin Orta 

Doğu  Texniki  Universitetinin  Texnoparklar  bölməsini,  Birləşmiş  Millətlər 

Universitetinin 

Müqayisəli 

Regional 

Tədqiqatlar 

İnstitutunun 

(UNU-CRIS) 

nümayəndələri ilə yanaşı ümumilikdə İran, Pakistan İslam, Brüssel, Türkiyə, Yaponiya, 

Malayziya, İtaliya, Qazaxıstan, Qırğızıstan və Tacikistan respublikalarından 50-yə yaxın 

xarici  qonaq  iştirak  etmişdir.  Geniş  və  maraqlı  elmi  müzakirələrin  aparıldığı  I  “Bakı 

Forum-Konfransı”nın  yekununda  bir  daha  üzv  ölkələrin  bir  sıra  sahələrdə  birgə 

tədqiqatların  aparılmasını,  əməkdaşlıq  əlaqələrinin  istər  bərpası,  istərsə  də  yenilərinin 

qurulmasının əhəmiyyəti, həmçinin, gənc alimlər və tədqiqatçılara yer ayrılması, onların 

öz  potensiallarının  üzə  çıxarılmasına  şərait  yaradılması  xüsusilə  vurğulanmış,  bu  kimi 

işlərin  gənclərin  inkişafında  xüsusi  həvəsləndirici  rola  malik  olmasına  görə  daha  da 

genişləndirilməsi  tövsiyə  olunmuşdur.  Tədbirdə  həmçinin,  ən  yaxşı  təqdimat,  yaxşı 

təşkilatçılığa və fəal iştiraklarına görə müxtəlif nominasiyalar üzrə  qaliblərə mükafatlar 

təqdim olunmuşdur. 

  İnstitutun 50 illik yubileyi münasibətilə II “Bakı Forum-Konfrası”nın 2014-cü ilin 

1-3  oktyabr  tarixlərində  ölkəmizdə  keçirilməsi  qərara  alınmışdır  və  bu  istiqamətdə 

müvafiq işlərin görülməsinə başlanılmışdır.  

  2013-cü  ilin  6  dekabr  tarixində  Bakıda  keçirilməsi  planlaşdırılan  İƏT-in 

“İqtisadiyyat” Jurnalının 2-ci iclası isə qurumda maliyyə çatışmazlığı səbəbi ilə 2014-cü 

ilin aprel ayına təyin edilmişdir.  

  Hesabat  ilində  digər  İslam  İnkişaf  Bankının  (IDB)  müraciəti  ilə  İnstitutun  və  

İslam  Ölkələrinin  Statistika,  İqtisadiyyat  və  Sosial  Tədqiqatlar  və  Təlim  Mərkəzinin 

(SESRIC)  birgə  təşkilatçılığı  ilə  12-14  noyabr  tarixlərində  “Çoxtərəfli  ticarət  sistemi  və 

ÜTT” mövzusunda təlim keçirilmişdir. Təlimdə İnstitutun doktorantları və əməkdaşları 

ilə yanaşı, Bakı Dövlət və Qafqaz universitetlərinin də əməkdaşları da iştirak etmişlər. 

   



Xarici təşkilatlarla iş.  

Hesabat ilində Türkiyə Respublikasının Özyeğin Universitetinin müraciəti əsasında 

3  iyun  tarixində  Özyeğin  Universitetinin,  Azərbaycan  Respublikasının  İqtisadi  İnkişaf 

Nazirliyinin,  İqtisadi  İslahatlar  Elmi-Tədqiqat  İnstitutunun,  Bakı  Biznes  Tədris 

Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 

birgə  təşkilatçılığı  ilə  “Sosial-iqtisadi  inkişafda  sahibkarlığın  rolu:  Türkiyə-Azərbaycan 

təcrübəsi”  mövzusunda  beynəlxalq  praktiki  konfrans  keçirilmişdir.200-yə  yaxın 

nümayəndənin  iştirakı  ilə  təşkil  edilmiş  konfransda  məqsəd  sahibkarlığın  inkişaf 

etdirilməsində  Türkiyə  təcrübəsinin  öyrənilməsindən  və  bu  sahədə  Azərbaycandakı 

təşkilatlarla  əməkdaşlıq  imkanlarının  müzakirə  edilməsindən  ibarət  olmuşdur. 

Konfransda  həmçinin,  “Virtual  Birja”  online  müsabiqəsinin  qalibləri  də 

müklafatlandırılmışlar.  “Virtual  Birja”  online  müsabiqəsi  ATİG  (Advised  Trading 

İnvestment  Group)  Qiymətli  Kağızlar  təşkilatının  və  Özyeğin  Universitetinin  birgə 

ə

məkdaşlığı  ilə  internet  üzərində  (online  rejimdə)  8  aprel-6  may  tarixlərində 



keçirilmişdir,  müsabiqədə  Azərbaycandan  166  tələbə  iştirak  etmişdir.  Qaliblərə  (Təbriz 

Məmmədli  (Qafqaz  Universiteti),  Ayxan  Hüseynli  və  Tural  Rüstəmov  (Azərbaycan 

Dövlət  Aqrar  Universiteti))  mükafatları  Universitetin  rektoru  Erhan  Erkut  və  ATİG 

İdarə Heyətinin sədri Mustafa Özen təqdim etmişlər.      

Özyeğin Universiteti Hüsnü M.Özyeğin Vakfı tərəfindən təsis edilmişdir. 5 fakültəsi 

və  18  ali  təhsil  proqramı  ilə  127  min  kvadrat  metrlik  sahə  ilə  Çekmeköydə  yerləşən 

Universitetdə 20-dən çox Azərbaycanlı tələbə təhsil alır.  

  “Ölkə  turu:  Azərbaycan”  (“Country  Tour:  Azerbaijan”)  mövzusunda  görüş  isə 

ABŞ-ın  Brandies  Universitetinin  müraciəti  əsasında  4  iyun  tarixində  təşkil  edilmişdir. 

Tədbir  professor  Can  Erbilin  rəhbərliyi  ilə  adı  çəkilən  Universitetin  26  MBA  (Master 

Business  Administaration)  magistr  tələbələrinin  iştirakı  ilə  təşkil  edilmişdir.  Bununla 

yanaşı  Universitetin  müraciətinin  təmin  edilməsi  məqsədilə  xarici  qonaq  tələbələrin 

Azərbaycan Diplomatik Akademiyası, Milli Bankın Tədqiqat Mərkəzi, “Azərsun” holding, 

Qafqaz  Universiteti,  Azərbaycan-Türkiyə  İş  Adamları  Birliyi  (ATİB),  Azərbaycanda 

İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Türk Sənayeçi və 

İşadamları  Beynəlxalq  Cəmiyyəti  (TUSİAB)  və  Azərbaycan  Respublikası  Sahibkarlar 

(İşəgötürənlər)  Təşkilatları  Milli  Konfederasiyası  (ASK)  ilə  görüşlərin  keçirilməsinə 

köməklik göstərilmişdir. Görüşlərdə tələbələrə ölkəmiz, onun müstəqillikdən bu günədək 

keçmiş  olduğu  inkişaf  yolu  haqqında  ətraflı  məlumat  verilmiş,  ölkəmiz  haqında  onları 

maraqlandıran suallar cavablandırılmışdır.  

  Hesabat  ilində  uğurla  davam  etdirilən  əməkdaşlıqlardan  biri  də  Türkiyə 

Respublikası  Baş  Bakanlığının  Türk  Əməkdaşlıq  və  Koordinasiya  Agentliyi  (TIKA)  ilə 

olan  əməkdaşlıqdır.  Qurumla  əməkdaşlıq  çərçivəsində  İnstitutda  “İnnovasiya  və  Təlim 

Mərkəzi”nin qurulması layihəsi başa çatdırılmışdır.   

Kadr  hazırlığında  və  innovativ  elmi-texniki  imkanların  genişləndirilməsində 

müasir  texnoloji  vasitələrdən  istifadə  edilməsi  məqsədilə  qurulan  Mərkəz  “LifeSize” 

avadanlığı  vasitəsilə  video-əlaqə  (telemost),    “Smart  Lövhə”  (“Ağıllı  Lövhə”)  vasitəsilə 

təlimlərin  intellektual  idarəolunması,  təlimdən  sonra  vəsaitlərin  elektronlaşdırılması 

başa  çatdırılmış,  istifadəçilərin  hər  biri  çap  vasitələrindən  faydalanma  imkanları  ilə 

təchiz  olunmuşdur.  Mərkəzin  qurulmasında  TİKA  tərəfindən  avadanlıqların  alınması, 

İnstitut tərəfindən otaqların ayrılması, təmiri, zəruri gücdə internetə çıxış və informasiya 

texnologiyaları  avadanlıqları  ilə  təmin  olunması  həyata  keçirilmişdir.  Bu  işdə  İnstitut 

tərəfindən  öhdəliklərin  həyata  keçirilməsində  İstehlak  Bazarına  Nəzarət  və  Antiinhisar 

Siyasəti Dövlət Xidməti də köməklik göstərmişdir. 

İstifadəsinə  başlanılmış  Mərkəzin  aktiv  iştirakçı  tutumu  35,  qeyri-aktiv  iştirakçı 

tutumu isə 80-100 nəfərdir. 

 



III. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

 

   

Veb səhifənin idarəolunması. 

İnstitutun  fəaliyyətihaqqında  geniş  ictimaiyyətin  məlumatlandırılması  və  müsbət 

imicin  formalaşdırılması  məqsədilə  hesabat  ili  ərzində  veb  səhifəsi  vasitəsilə  davam 

etdirilmişdir.  Əvvəlki  illərdə  olduğu  kimi  məlumatların  işıqlandırılmasıazərbaycan  və 

ingilis dillərində olmaqla iki dildə aparılmışdır.  

Hesabat  ili  ərzində  sayta  istər  oxucular,  istərsə  də  xəbər  (yayım)  agentlikləri 

tərəfindən  marağın  artımı  və  sayt  vasitəsilə  yayımlanan  xəbərlərə  istinadların  sayının 

artımı  müşahidə  olunmaqla  davam  etmişdir.Ümumilikdə,  hesabat  ili  ərzində  veb 

səhifədə 58-i press-reliz, 14-ü elan və 6-sı məlumat olmaqla müxtəlif məzmunlu 78xəbər 

mətni yerləşdirilmişdir.  

Xəbərlərin aylar üzrə dinamikası aşağıdakı qrafikdə öz əksini tapmışdır: 

 

 



 

 

 

 

Kütləvi İnformasiya Vasitələrində işıqlandırılma.  

 

 



İnstitutda  görülən  işlərin  müxtəlif  mətbu  orqanlarda  işıqlandırılması  hesabat 

ilində  davam  etdirilmişdir.  Belə  ki,  V.Vəliyev  “Azərbaycanda  həyata  keçirilən  iqtisadi 

islahatlar dərin elmi əsaslara malikdir” və Ə.Nuriyev, V.Vəliyev “Görkəmli dövlət xadimi, 

qayğıkeş  insan”  adlı  məqalələr  “Xalq  qəzeti”nin  15  aprel  və  26  sentyabr  tarixlərində 

yayımlanmışdır.  Bununla  yanaşı  İnstitutun  təşkilatçılığı  ilə  keçirilmiş  müxtəlif 

tədbirlərin  işıqlandırılması  “Respublika”,  “Azərbaycan”,  “Palitra”  qəzetlərinin  ayrı-ayrı 

saylarında davam etdirilmişdir. 

 



IV. LAYİHƏLƏRİN İDARƏ OLUNMASI 

 

Hesabat  ilində  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  252s  nömrəli  2013-



cü  il  12  sentyabr  tarixli  Sərəncamına  əsasən  “Dövlət  büdcəsinin  “İqtisadi  islahatların 

həyata  keçirilməsi  ilə  bağlı  xərclər”  maddəsində  nəzərdə  tutulan  vəsait  hesabına 

“Azərbaycan  Respublikasında  çoxölçülü  meyarlar  əsasında  yoxsulluq  indeksinin 

qiymətləndirilməsi”,  “Kənd  təsərrüfatında  subsidiyalaşdırma  sahəsində  mövcud 

vəziyyətin  təhlili  və  mütərəqqi  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla,  bu  prosesin 

təkmilləşdirilməsi  üzrə  tövsiyələrin  hazirlanmas”  və  “Ekoloji  təmiz  kənd  təsərrüfatının 

inkişaf  etdirilməsi  sahəsində  mütərəqqi  beynəlxalq  təcrübənin  öyrənilməsi  və  inkişaf 

planının hazırlanması” mövzularında tədqiqat işləri həyata keçirilmişdir.   



 


V. ELMİ VƏ ELMİ-TEXNİKİ TƏDBİRLƏR 

 

Hesabat ilində kadr potensialının gücləndirilməsi məqsədilə müxtəlif elmi və elmi-



texniki tədbirlərin təşkil edilməsi davam etdirilmişdir.  

 

İnstitutun  təşkilatçılığı  ilə  xarici  məruzəçilərlə  7  seminar,  2  dəyirmi  masa,  2 



beynəlxalq  konfrans,  1  Forum,  beynəlxalq  əməkdaşlıq  çərçivəsində  1  təlim  və  xarici 

tələbələrlə görüş təşkil edilmişdir.  

Eləcədə, 

İnstitutda 

təhsil 

alan 


doktorantlar 

üçün“Makroiqtisadiyyat”, 

“Mikroiqtisadiyyat” və “İnnovasiya” fənləri üzrə dərslər tədris edilmişdir. Həmçinin,Bakı 

Dövlət,  Azərbaycan  Dövlət  İqtisad,Qafqaz,  Azərbaycan  İctimai  Siyasi  və  Bakı  Slavyan 

universitetlərindən,  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Dövlət  İdarəçilik  və 

Milli  Aviasiya  akademiyaslarından  88  nəfər  tələbə  istehsalat  təcrübəsində  iştirak 

etmişlər.  

Hesabat ilində İnstitutun əməkdaşları Nazirliyin, tabelikdə olan və  olmayan digər 

qurumları  tərəfindən  təşkil  edilmiş  30-dan  çox  müxtəlif  təlim,  konfrans  və  tədbirlərdə 

iştirak etmişlər.  

 



VI. NƏŞR FƏALİYYƏTİ 

 

İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” Jurnalı. 

Hesabat  ilində  İƏT-in  “İqtisadiyyat”  Jurnalının  fəaliyyətinin  davam  etdirilməsi 

istiqamətində  işlər  davam  etdirilmişdir.  İlk  iclası  8  noyabr  2012-ci  il  tarixində  Bakıda 

keçirilən  Jurnalın  Redaksiya  Heyətinin  üzvlərinin  (Türkmənistan  istisna  olmaqla) 

məqalələri  toplanmış  və  mütəxəssislərə  rəyə  təqdim  olunmuşdur.  Jurnalın  fəaliyyətinin 

yenilənmiş  qaydalarına  uyğun  olaraq,  rəylər  əsasında  Jurnalın  ilk  nömrəsinin  elektron 

variantı hazırlanmışdır.   

Redaksiya  Heyətinin  6  dekabr  2013-cü  il  tarixində  Bakıda  keçirilməsi 

planlaşdırılmış  2-ci  iclası  üzrə  müvafiq  hazırlıq  işlərinin  aparılmasına  baxmayaraq, 

qurumda  maliyyə  çatışmazlığı  səbəbindəniclas  təxirə  salınmış  və  2014-cü  ilin  aprel 

ayında  keçirilməsi  qərarlaşdırılmışdır.  İclasda  Jurnalın  ilk  sayının  müzakirə  edilməsi, 

Jurnalın  fəaliyyət  istiqamətlərinin,  fəaliyyət  üzrə  yeni  qaydaların,  rəylərin  toplanması 

mexanizmləri kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.  

 

Cib kitabçaları və metodiki vəsaitlərin hazırlanması. 

Hesabat  ilində  İnstitutun  fəaliyyətinə  uyğun  olaraq,  sahibkarların  və  geniş 

ictimaiyyətin 

maarifləndirilməsi 

istiqamətində 

A.H.Tağıyevin 

müəllifliyi 

ilə 


“Müəssisələrin  inkişafında  françayzinq  dəstəyindən  necə  istifadə  etməli?  (müəssisə 

menecerləri  üçün)”,  “Müəssisələrin  rəqabətlilik  qabiliyyətini  necə  yüksəltməli?”  və 

“İnnovasiya:  sual-cavabda”  adlı  3  cib-kitabçası,  H.Eynalov,  A.Davudov,  M.A.Yetginin 

müəllifliyi ilə “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitab və tədqiqat 

layihəsinin  yekunları  üzrə  “Logistika  terminlərinin  izahlı  lüğəti”  adlı  lüğət 

hazırlanmışdır.  

Eləcə  də,  İnstitutun  “Elmi  əsərlər  toplusu”nun  8-11-ci  buraxılışları  tirajla  nəşr 

olunmaq üçün hazırlanmış və nəşriyyata təqdim edilmişdir. 

 

 



VII. ELMİ KATİBLİK ÜZRƏ İŞLƏR 

 

2013-cü  il  ərzində  İnstitutun  Elmi  Şurasının  7  iclası  keçirilmişdir.  İclaslarda 



İnstitutda yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzuları, doktorant və dissertantların 

dissertasiya  işlərinin  mövzuları  və  s.  bu  kimi  məsələlərin  müzakirələri  təşkil  olunmuş, 

həmçinin  doktorantlarının  attestasiyalarının  nəticələri,  2013-cü  ildə  İnstitut  tərəfindən 

yerinə  yetirilən  elmi-tədqiqat  işlərinin  planına  dəyişikliklərin  edilməsi  ilə  bağlı  təkliflər 

müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli 

“Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  Qaydaları”nın  təsdiq  edilməsi 

haqqında Qərarı vəfəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul 

məqsədilə “Respublika” qəzetinin 28 noyabr 2013-cü il tarixli, 261 (4844) saylı sayında 

verilmiş  qəbul  elanına  əsasən  İqtisadi  İslahatlar  Elmi-Tədqiqat  İnstitutunda 

doktoranturaya  sənəd  qəbulu  başlamışdır.  Sənəd  qəbulu  dekabr  ayının  25-də 

yekunlaşmışdır. Növbəti mərhələdə imtahanların keçirilməsi nəzərdə tutulur. 

23  dekabr  2013-cü  il  tarixində  İnstitutda  təhsil  alan  doktorantların    attestasiyası 

keçirilmişdir. 

Bu günkü tarixə İnstitutda fəlsəfə doktoru proqramı üzrə 4 nəfər2-ci kurs əyani, 8 

nəfər2-ci  kurs  qiyabi,  2  nəfər3-ci  kurs  əyani,  10  nəfər3-ci  kurs  qiyabi  olmaqla,  24 

doktorant  və  22  dissertant,  elmlər  doktoru  proqramı  üzrə  isə  7  dissertant  təhsil  alır. 

2013-cü  il  30  dekabr  tarixindən  fəlsəfə  doktoru  proqramı  üzrə  təhsil  alan 

dissertantlardan  5  nəfəri  təhsil  müddətinin  sona  çatması  ilə  əlaqədar  olaraq 

doktoranturadan xaric edilmişdir. 

2013-cü ildə İnstitutun doktorant və dissertantlarından 5 nəfəri dissertasiya işlərini 

ilkin  variantda  bitirərək  təqdim  etmiş,  onların  namizədlik  dissertasiyları  ilkin 

müzakirədən  müvəffəqiyyətlə  keçmiş  və  müvafiq  Dissertasiya  Şuralarına  təqdim 

olunmaları  haqda  qərar  qəbul  edilmişdir.  Eyni  zamanda,  İqtisadi  İslahatlar  Elmi-

Tədqiqat İnstitutu tərəfindən aparıcı təşkilat kimi 14 namizədlik və 1 doktorluq disserta-

siya işlərinin müzakirəsi təşkil edilmiş, onlara müvafiq rəylər verilmişdir. Bir sıra disser-

tasiya  işlərinin  avtoreferatlarına,  dissertasiya  işlərinin  əsas  müddəalarını  özündə  əks 

etdirən  təhriri-məruzələrə  İnstitutun  əməkdaşları  tərəfindən  müvafiq  rəylərin  verilməsi 

təmin olunmuşdur. 

Hesabat  dövründə  İnstitutun  kitabxana  fondu  yeni  elmi  ədəbiyyatlarla 

zənginləşdirilmişdir.

 

 



 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə