Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin "04" "may" 2007-ci IL tarixli



Yüklə 161,32 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü161,32 Kb.
#52011


Azərbaycan Respublikası 

İqtisadi İnkişaf Nazirliyinin 

"04" "may" 2007-ci il tarixli 

216 saylı əmri ilə 

təsdiq 

edilmişdir 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI 

 

İQTİSADİYYAT NAZİRLİYİ 

 

 

 



 

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 

 

Əsasnaməsi 

 

 

 



 

I Ümumi müddəalar 

 

1.1.  Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyinin  İqtisadi  İslahatlar  Elmi-



Tədqiqat İnstitutu (bundan sonra - institut) Azərbaycan Respublikası Prezidentinin 

"Azərbaycan 

Respublikası 

İqtisadi 

İnkişaf 

Nazirliyinin 

fəaliyyətinin 

təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 28 dekbr 2006-ci il tarixli 504 saylı 

Fərmanı  ilə  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin  İqtisadi 

İslahatlar Mərkəzinin və Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və 

Texniki Tədqiqatlar İnstitutunun bazasında yaradılmışdır. 

 

1.2.  İnstitut  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 



Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Milli Məclisinin 

qərarlarını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını, 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını,  Azərbaycan 

Respublikası  İqtisadiyyat  Nazirliyinin  (bundan  sonra-  nazirlik)  əmr  və 

sərəncamlarını  və bu Əsasnaməni  rəhbər tutan, səlahiyyətləri daxilində idarəetmə 

və  tədris  funksiyalarına  da  malik  olan  yüksək  kateqoriyalı  elmi-tədqiqat 

müəssisəsidir. 




 

1.3.  İnstitut  hüquqi  şəxsdir,  müstəqil  balansa,  istifadə  hüququ  ilə  ona  verilmiş 

əmlaka,  bank  idarələrində  müvafiq  hesablara,  öz  adı  və  Azərbaycan 

Respublikasının  Dövlət  Gerbinin  təsviri  həkk  olunan  möhürə,  müvafiq  ştamplara 

və nümunəvi blanka malikdir. 

 

1.4.  İnstitutun  hüquqi  ünvanı:  Az-1012,  Azərbaycan  Respublikası,  Bakı  şəhəri, 



Həsənbəy Zərdabi prospekti, 88A. 

 

 



 

 

II. İnstitutun funksiyaları 

 

2.1 . İnstitut aşağıdakı funksiyaları həyata keçirir: 



 

2.1.1 Nazirliyin fəaliyyət istiqamətləri və vəzifələri çərçivəsində elmi tədqiqatların 

aparılmasını təşkil edir; 

 

2.1.2  Azərbaycan  Respublikası  sosial-iqtisadi  inkişaf  siyasətinin,  o  cümlədən 



iqtisadi  islahatların  həyata  keçirilməsi  strategiya  və  taktikasının  elmi  əsaslarını 

işləyib hazırlayır; 

 

2.1.3  Dövlət  sosial-iqtisadi  inkişaf  siyasətinin  strateji  istiqamətlərinin 



müəyyənləşdirilməsində,  bu  istiqamətlər  üzrə  konsepsiya  və  proqramlar 

hazırlanmasında iştirak edir, təklif və tövsiyələr verir; 

 

2.1.4  Ölkə  iqtisadiyyatının  dünya  iqtisadi  sisteminə  inteqrasiyasının  beynəlxalq 



iqtisadi  və  maliyyə  təşkilatları  ilə  əməkdaşlığın  və  öllkənin  iqtisadi 

təhlükəsizliyinin  təmin  olunmasının  elmi  əsaslarını  işləyib  hazırlayır  və  bu 

istiqamətdə təklif və tövsiyələr verir; 

 

2.1.5 Ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətinin elmi 



əsaslarının hazırlanmasında iştirak edir, təklif və tövsiyələr verir; 

 

2.1.6  İnvestisiyaların  cəlb  edilməsinin,  investisiya  mühitinin  fəallaşdırılmasının, 



təkmilləşdirilməsinin  dövlət  investisiya  siyasətini  formalaşdırılması  və  həyata 

keçirilməsinin, investisiya layihələşdirilməsinin və ekspertizanın nəzəri-metodoloji 

əsaslarını hazırlayır, bu sahədə tədqiqat işləri aparır; 

 

2.1.7 Dövlət iqtisadi-idarəetmə və maliyyə siyasətinin elmi-metodoloji əsaslarının 



hazırlanmasında və bu sahədə tədqiqatların aparılmasında iştirak edir; 


 

2.1.8  Sahibkarlığın  inkişafı  və  dövlət  yardımı  sahəsində  siyasətin  elmi  əsaslarını 

formalaşdırır  və  onun  daimi  təkmilləşdirilməsi  ilə  bağlı  təklif  və  tövsiyələr 

hazırlayır; 

 

2.1.9  İqtisadiyyatın  müxtəlif  sahələri  üzrə  mütəxəssislər  hazırlayır  və  onların 



ixtisas  səviyyəsinin  müasir  tələblər  baxımından  təkmilləşdirilməsi  məqsədi  ilə 

ixtisasartırma kursları, treninq və seminarlar təşkil edir; 

 

2.1.10  İqtisadi  inkişaf  siyasəti  və  islahatların  həyata  keçirilməsi  ilə  əlaqədar 



hazırlanmış layihələrə rəy verir; 

 

2.1.11 İnvestisiya layihələrinin kompleks təhlilində iştirak edir; 



 

2.1.12  İqtisadiyyata,  o  cümlədən  iqtisadi  islahatlara  dair  dair  normativ-hüquqi 

aktların layihələrinin hazırlanmasında və ekspertizasında iştirak edir; 

 

2.1.13.Regionların  iqtisadi  inkişafı,  habelə  onlarda  iqtisadi  islahatların  həyata 



keçirilməsi  ilə  bağlı  tədqiqatlar  aparır  və  bu  istiqamətdə  təklif  və  tövsiyələr 

hazırlayır; 

 

2.1.14. İqtisadi islahatların  vəziyyətini, sosial siyasətin həyata keçirilməsini təhlil 



edərək, tədqiqatlar aparır və müvafiq hesabatlar hazırlayır, təklilflər verir; 

 

2.1.15. Öz səlahiyyətləri daxilində xarici və beynəlxalq iqtisadi və maliyyə 



təşkilatları ilə əmakdaşlıq edir; 

 

2.1.16. İqtisadi və sosial proqramların həyata keçirilməsini təhlil edir və rəy verir; 



 

 

 



2.1.17. Regional və sahəvi inkişaf proqramlarının layihələrinin hazırlanmasında və 

ekspertizasında iştirak edir; 

 

2.1.18. Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti və islahatlar 



haqqında kütləvi informasiya vasitələrində şərhlər verir, təbliğat aparır və s; 

 

2.1.19. Müəyyən olunmuş qaydada informasiya məhsullarının hazırlanmasını və 



nəşrini təşkil edir; 

 

2.1.20.Müxtəlif elmlər sahəsində ölkədə yerinə yetirilmiş elmi işlərin 



deponentləşdirilməsinin təşkil edilməsini təmin edir; 


 

2.1.21. Ölkədə elmi-texniki və iqtisadi informasiya sistemlərinin işlənib 

hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak edir; 

 

2.1.22.  İstifadəçilərin  informasiya  tələbatlarının  proqnozlaşdırılması,  öyrənilməsi 



və təhlil edilməsini həyata keçirir; 

 

2.1.23.Ölkədə  elmi-tədqiqat,  təcrübi-konstruktor  işlərinin,  müdafiə  olunmuş 



dissertasiyaların,  qeydiyyatdan  keçmiş  ixtiraların  və  əmtəə  nişanlarının,  ayrı-ayrı 

sahələr üzrə məlumat bankları və bazaların yaradılmasında iştirak edir; 

 

2.1.24.Müqavilə  əsasında  ölkənin  dövlət  orqanlarının,  birliklərinin,  müəssisə  və 



təşkilatlarının,  habelə  ayrı-ayrı  mütəxəssislərin  informasiya  ilə  təmin  olunmasını 

təşkil edir; 

 

2.1.25.  Elmi-texniki  informasiya  məhsulları  və  xidmətləri  üzrə  milli  standartların 



işlənib hazırlanmasında iştirak edir; 

 

2.1.26. Aspirantura, doktorantura və digər təhsil formaları vasitəsi ilə yüsək ixtisas 



kadrlar hazırlayır və ixtisaslarının aparılmasını təşkil edir; 

 

 



 

 

III. İnstitutun əsas vəzifələri 

 

3.1. İnstitutun əsas vəzifələri aşağıdakılardan ibarətdir: 



 

3.1.1. Ölkədə davamlı və dinamik iqtisadi inkişafın təmin olunmasının, o cümlədən 

iqtisadi islahatların həyata keçirilməsinin strategiya və elmi əsaslarının işlənilməsi; 

 

 



 

3.1.2.  Dövlətin  sosial-iqtisadi  inkişafına  dair  strateji  istiqamətlərinin 

müəyyənləşdirilməsi  və  bu  istiqamətlər  üzrə  konsepsiya,  proqram,  təklif  və 

tövsiyələr hazırlanması; 

 

3.1.3. Milli iqtisadiyyatın dünya  iqtisadi sisteminə  səmərəli inteqrasiya olunması, 



beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin və 

ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının elmi əsaslarının işlənilməsi; 

 

 

 



3.1.4.  Ölkədə  sosial-iqtisadi  inkişafın  gedişinin  təhlili,  qiymətləndirilməsi, 

modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində tədqiqatlar aparılması və 




 

iqtisadi inkişaf siyasətini həyata keçirən dövlət idarəetmə orqanları ilə əməkdaşlıq 

edilməsi; 

 

3.1.5.  Ölkə  iqtisadiyyatında  struktur  və  innovasiya  sahəsində  dövlət  siyasətinin 



elmi-metodoloji əsaslarının işlənilməsi; 

 

3.1.6.  İnvestisiyaların  cəlb  edilməsi  və  həyata  keçirilməsi,  dövlət  investisiya 



layihələri sahəsində elmi-metodoloji əsasların hazırlanması; 

 

3.1.7. Dövlət iqtisadi idarəetmə və maliyyə siyasətinin elmi-metodoloji əsaslarının 



hazırlanması; 

 

3.1.8.  Sahibkarlığın  inkişafı  və  sahibkarlığa  dövlət  yardımı  sahəsində  siyasətin 



elmi və metodoloji əsaslarının hazırlanması; 

 

3.1.9.  İqtisadiyyat  sahəsi  üzrə  mütəxəssislərin  hazırlanması  və  onların  ixtisasını 



artırmaq istiqamətində tədris tədbirlərinin həyata keçirilməsi; 

 

3.1.10.  Ölkədə  iqtisadi  islahatların  həyata  keçirilməsi,  müasir  iqtisadi  inkişaf 



problemlərinin  tədqiqi  ilə  bağlı  yerli  və  beynəlxalq  elmi-praktik  konfransların, 

simpoziumların və digər tədbirlərin həyata keçirilməsi; 

 

3.1.11.  Regional  və  sahəvi  inkişaf  proqramlarının  layihələrinin  hazırlanması  və 



ekspertizası; 

 

3.1.12.  İqtisadi  islahatlar  haqqında  kütləvi  informasiya  vasitələrində  şərhlər 



verilməsi, təbliğatın aparılması; 

 

3.1.13.  Elmi-texniki  və  iqtisadi  informasiyanı  toplanması,  işlənməsi,  saxlanması, 



yayılması,  informasiya  ehtiyatlarının  formalaşdırılması,  informasiya  sistemlərinin 

yaradılması,  informasiya  texnologiyaları  və  onların  təminat  vasitələrinin  istifadə 

edilməsi,  elmi-texniki  informasiya  fəaliyyətinə  aid  tədqiqatların  aparılması, 

informasiya materiallarının nəşr edilməsi və s; 

 

3.1.14.  Nazirlik  tərəfindən  İnstitutun  funksiyalarına  aid  olan  məsələlərə  dair 



verilən tapşırıqların icrası; 

 

 



 

 

IV. İnstitutun hüquqları 




 

4.1.  İnstitutun  öz  əsas  vəzifələrini  yerinə  yetirmək  və  funksiyalarını  həyata 

keçirmək üçün aşağıdakı hüquqları vardır: 

 

4.1.1. İnstitut adından müqavilələr bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə 



etmək  və  qanunvericilikdə  nəzərdə  tutlan  digər  qaydada  müvafiq  öhdəliklər 

daşımaq; 

 

4.1.2.  Səlahiyətləri  daxilində  dövlət  orqanlarından,  hüquqi  və  fiziki  şəxslərdən 



müəyyən qayada zəruri məlumatlar və arayışlar almaq; 

 

4.1.3.  Səlahiyyətlərinə  aid  edilmiş  məsələlərin  yerinə  yetirilməsi  üçün 



qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  ekspertlər  cəlb  etmək,  onlarla 

müqavilələr (kontraktlar) bağlamaq; 

 

4.1.4.  Aidiyyatı  təşkilatların,  elmi-tədqiqat  müəssisələrinin  mütəxəssislərinin 



iştirakı  ilə  elmi-praktik  konfranslar,  müşavirələr,  simpoziumlar,  seminarlar  və  bu 

kimi elmi tədbirlər keçirmək; 

 

4.1.5.  Aspirantura,  doktorantura  və  digər  təhsil  formaları  vasitəsi  ilə  yüksək 



ixtisaslı elmi kadr hazırlığını təşkil etmək; 

 

4.1.6. Müxtəlif kateqoriyalı mütəxəssislər üçün ixtisasartırma kursları təşkil etmək; 



 

4.1.7.  İqtisadiyyat  elmi  və  ölkə  iqtisadiyatının  aktual  məslələrinin  elmi  şərhini 

vermək,  elmi-tədqiqat  işlərinin  nəticələrini,  elmi  məqalələri,  məruzələri  və  sair 

elmi-praktik  jurnal,  dövri  məlumat,  kitab,  kitabça  şəklində  çap  etmək  üçün 

müəyyən olunmuş qaydada nəşriyyat fəaliyyətini həyata keçirmək; 

 

4.1.8. Ödənişli əsaslarla hüquqi və fiziki şəxslər üçün elmi-tədqiqat işləri aparmaq 



və  fəaliyyətinə  uyğun  qanunvericilikdə  qadağan  olunmayan  digər  xidmətləri 

göstərmək; 

 

4.1.9.  Öz  vəzifə  və  funksiyalarını  həyata  keçirmək  üçün  hüquqi  şəxs  statuslu 



qurumlarını yaratmaq. 

 

4.1.10.  Öz  vəzifə  və  funksiyalarına  uyğun  olaraq  digər  hüquqlarından  istifadə 



etmək; 

 

 



 

 

V. İnstitutun maliyyə- təsərrüfat fəaliyyəti 




 

5.1. İnstitut dövlət büdcəsi və büdcədənkənar mənbələr hesabına əldə olunan vəsait 

hesabına fəaliyyət göstərir. 

 

5.2.  İnstitut  ona  hüquqi  və  ya  fiziki  şəxslər  tərəfindən  hədiyyə,  yardım,  ianə 



şəklində  və  ya  vəsiyyətlə  verilən  pul  vasitələri,  əmlak  və  başqa  mülkiyyət 

obyektləri, habelə qrantlar, müəyyən olunmuş səlahiyyətləri çərçivəsində müqavilə 

əsasında  ödənişli  qaydada  yerinə  yetirdiyi  işlərdən  və  yaratdığı  hüquqi  şəxs 

statuslu  qurumların  fəaliyyəti  nəticəsində  əldə  olunan  gəlirlər  və  bu  gəlirlər 

hesabına əldə edilən mülkiyyət obyektləri üzərində istifadə hüququna malikdir. 

 

5.3.  İnstitut  əldə  etdiyi  gəlirlərini  qanunvericiliyə  uyğun  olaraq  öz  fəaliyyəti  ilə 



bağlı ehtiyaclar üçün istifadə edə bilər. 

 

5.4.  İnstitut  maliyyə-təsərrüfatı  fəaliyyətinin  nəticələrinin  operativ  uçotunu  və 



mühasibat uçotunu aparır, bu barədə Azərbaycan Respublikası qanunvericiliyi ilə 

müəyyən olunmuş qaydada və müəyyən olunmuş müddətdə Nazirliyə və aidiyyatı 

dövlət orqanlarına statistik və mühasibat hesabatları təqdim edir. 

 

5.5. İnstitut bu Əsasnamədən  irəli  gələn səlahiyyətləri çərçivəsində müqavilələrin 



bağlanması ilə əlaqədar məsələləri sərbəst həll edir. 

 

5.6.İnstitut ona verilmiş əmlak üzərində istifadə hüququna malikdir. 



 

 

 



 

VI. İnstitutun fəaliyyətinin təşkili və onun idarə edilməsi 

 

6.1. İnstitutun strukturu və ştat cədvəli qanunvericilikdə nəzərdə tutulmuş qaydada 



Nazirlik tərəfindən təsdiq edilir. 

 

6.2.  İnstitutun  fəaliyyətinə  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Naziri 



(bundan s sonra -Nazir) tərəfindən  təyin  edilən  və vəzifədən azad edilən, İnstituta 

həvalə  edilmiş  vəzifələrin  yerinə  yetirilməsi  və  funksiyaların  keçirilməsi  üçün 

şəxsən məsuliyyət daşıyan direktor rəhbərlik edir. 

 

6.3. Direktorun dörd müavini var. 



 

6.4.  Direktor  müavinləri,  İnstitutun  baş  mühasibi  direktorun  təqdimatı  ilə  nazir 

tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. 

 

6.5.İnstitutun  direktoru: 




 

6.5.1  İnstitutun  işinə  ümumi  rəhbərliyi  həyata  keçirir  və  bütün  dövlət  orqanları, 

idarə, müəssisə və təşkilatlarda İnstitutu təmsil edir; 

 

6.5.2. İnstitutun struktur bölmələrinin əsasnamələrini təsdiq edir; 



 

6.5.3.  İnstitutun  işçilərini  vəzifəyə  təyin  edir  və  vəzifədən  azad  edir,  onların 

barəsində  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  həvəsləndirmə  və  intizam 

tənbehi tədbirləri görür; 

 

6.5.4.  İnstitutun  fəaliyyətinə  dair,  habelə  İnstitutun  qarşısında  duran  vəzifələrin 



icrası  ilə  bağlı  İnstitutun  işçiləri  üçün  icrası  məcburi  olan  əmrlər  və  göstərişlər 

verir, onların icrasını təşkil edir və yoxlayır; 

 

6.5.5. İnstitutun  fəaliyyəti barədə mütəmadi olaraq Nazirliyə hesabat verir; 



 

6.5.6. Digər  hüquqlarından istifadə edir və funksiyaları həyata keçirir; 

 

6.6. Direktor olmadıqda onun səlahiyyətlərini direktor müavinlərindən biri həyata 



keçirir. 

 

6.7. İnstitutda elmi-praktik fəaliyyətin əsas məsələlərinin baxılması üçün 



məşvərətçi hüququnda Elmi Şura fəaliyyət göstərir. 

 

6.8. Elmi Suranın tərkibi İnstitutun direktoru, direktorun müqavinləri, elmi katibi, 



əsas struktur bölmələrinin rəhbərləri struktur bölmələrində işləyən müsabiqə  yolu 

ilə seçilmiş aparıcı alim və elmi işçilərin və ölkəninin digər elmi-tədqiqat və təhsil 

müəssisələrində  və  idarəetmə  orqanlarında  çalışan  görkəmli  alim  və 

mütəxəssislərdən  ibarət  ola  bilər.  Elmi  Şuraya  İnstitutun  direktoru  sədrlik  edir. 

Elmi  Şuranın  tərkibi  İnstitutun  direktorunun  təqdimatına  əsasən  Nazir  tərəfindən 

təsdiq olunur. 

 

6.9.  Elmi  Şuranın  iclası  iki  ayda  bir  dəfədən  gec  olmayaraq  Şuranın  sədri 



tərəfindən çağırılır. 

 

6.10.



 

Elmi Şura: 

 

6.10.1. İnstitutun elmi-praktik fəaliyyətinin əsas istiqamətlərini, elmi-tədqiqat işləri 



və tədris planlarının və proqramlarının layihələrini müzakirə və təsdiq edir; 


 

6.10.2.  Elmi  Şuranın  sədrinin  təqdimatı  ilə  elmi-tədqiqat  bölmələrinin 

rəhbərlərinin,  ayrı-ayrı  mövzular  (layihələr)  üzrə  rəhbərlərin  və  məsul  icraçıların 

elmi-tədqiqat işlərinin gediş və nəticələri haqqında hesabatlarını dinləyir, müzakirə 

edir və müvafiq qərarlar verir; 

 

6.10.3. Başqa elmi  -iqtisadi idarələrlə  yaradılacaq əməkdaşlığı və əlaqələndirilmə 



məsələlərini müzakirə edir və müvafiq qərarlar verir; 

 

6.10.4. Elmi əsərələri müzakirə edir və onların dərc olunmasının məqsədəuyğulğu 



haqqında qərar verir; 

 

6.10.5  İnstitutun  elmi  əsərlər  toplusunun,  elmi-praktik  jurnalının,  analitik-



informasiya bülletenlərinin və s. çap məhsullarının dərc olunması və elmi-praktik 

konfranslar,  müşavirələr,  seminarlar,  dəyirmi  masalar  və  s.  bu  kimi  digər  elmi 

məclislər keçirilməsi haqqında qərar verilir; 

 

6.10.6. Elmi kadrların hazırlanması və ixtisasının artırılması ilə əlaqədar məsələləri 



müzakirə  edir,  aspirantların,  dissertantların  və  doktorantların  dissertasiyalarının 

mövzularını,  planlarını  və  elmi  rəhbərlərini  təsdiq  edir,  hazır  olan  dissertsiya 

işlərinin ilkin müzakirəsini həyata keçirir; 

 

6.10.7.  Dissertasiya  və  digər  elmi-tədqiqat  işlərini  müzakirə  edir  və  müvafiq  rəy 



verir,  elmi  dərəcələr  və  adlar  verilməsi,  müvafiq  dissertasiya  şuralarının 

yaradılması üçün təkliflər hazırlayır və vəsatət qaldırır. 

 

 

 



 

VII. İnstitutun yenidən təşkili və ləğvi 

 

7.1.  İnstitutun  yenidən  təşkili  və  ləğvi  Azərbaycan  Respublikası  Prezidentinin 



qərarına əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. 

Yüklə 161,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə