Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin



Yüklə 104,64 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü104,64 Kb.
#26500


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 

 

Daxili nəzarət şöbəsinin 

 

ƏSASNAMƏSİ 

 

 



1. Ümumi müddəalar 

 

1.1.  Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyinin  (bundan  sonra  -  Nazirlik) 



aparatının  struktur  bölməsi  olan  Daxili  nəzarət  şöbəsi  (bundan  sonra  -  şöbə)  bu 

Əsasnamə  ilə  verilən  səlahiyyətlər  çərçivəsində  Nazirliyin  səlahiyyətlərinin  həyata 

keçirilməsi ilə əlaqədar onun aparatının bölmələrinin, strukturuna daxil olan qurumların 

və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslər, təşkilatlar 

və  sair),  Nazirliyin  təsisçisi  olduğu,  səhmlərinin  saxlanması  və  ya  idarə  olunması 

Nazirliyə  həvalə  olunmuş  hüquqi  şəxslərin  (bundan  sonra  -  Nazirliyin  strukturları) 

funksional  fəaliyyəti  və  həmin  strukturların  əməkdaşlarının  xidməti  fəaliyyəti  üzrə 

daxili nəzarət tədbirlərini həyata keçirir. 

 

1.2.  Şöbə  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 



Azərbaycan  Respublikasının  “Dövlət  qulluğu  haqqında”  Qanununu  və  digər 

qanunlarını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını,  “Azərbaycan 

Respublikasının  İqtisadiyyat  Nazirliyi  haqqında  Əsasnamə”ni,  digər  qanunvericilik 

aktlarını,  Nazirliyin  Kollegiya  qərarlarını,  Azərbaycan  Respublikası  iqtisadiyyat 

nazirinin  (bundan  sonra  -  nazir)  əmr  və  sərəncamlarını,  (bundan  sonra  -  təşkilati-

sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur. 

 

1.3.  Şöbə  öz  vəzifələrini  yerinə  yetirərkən  və  hüquqlarını  həyata  keçirərkən 



Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə 

orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 

 

2.

 

Şöbənin fəaliyyət istiqamətləri 

 

2.0. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 



 

2.0.1. Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərini təşkil edir və həyata 

keçirir; 

 




2.0.2. şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi daxili nəzarət 

sistemini tənzimləyən normativ-metodiki bazanı formalaşdırır və təkmilləşdirir; 

 

2.0.3. müvafiq sahənin inkişafını təmin edir; 



 

2.0.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 

 

 

3.



 

Şöbənin vəzifələri 

 

3.0.  Bu  Əsasnamə  ilə  müəyyən  olunmuş  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq, 



şöbənin vəzifələri aşağıdakılardır: 

 

3.0.1. Nazirliyin strukturlarında bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində 



daxili  nəzarət  tədbirləri,  o  cümlədən  xidməti  araşdırmalar,  daxili  audit  yoxlamaları  və 

monitorinqlər həyata keçirmək; 

 

3.0.2. Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini 



tənzimləyən  normativ-hüquqi  və  digər  idarəetmə  aktlarının,  təşkilati-sərəncamverici 

sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək; 

 

3.0.3.  Nazirliyin  strukturlarının  əməkdaşlarının  hərəkətləri  (və  ya  hərəkətsizliyi) 



barədə  şöbəyə  vətəndaşlardan,  sahibkarlıq  subyektlərindən,  dövlət  və  qeyri-dövlət 

orqanlarından, habelə Nazirliyin strukturlarından daxil olmuş təqdimatlar və müraciətlər 

üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək; 

 

3.0.4.  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  dövlət 



qulluqçusunun  əsas  vəzifələri  və  dövlət  qulluğu  ilə  əlaqədar  məhdudiyyətlərə  dair 

müddəalarının  tələblərinin  pozulması  halları  üzrə  xidməti  araşdırma  və  yoxlamalar 

aparmaq; 

 

3.0.5. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən  yol  verilmiş korrupsiya ilə 



əlaqədar  hüquqpozma  halları,  habelə  daxili  audit  yoxlamalarının  və  monitorinqlərin 

nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparmaq; 

 

3.0.6. zərurət yarandığı hallarda Nazirliyin strukturları tərəfindən həyata keçirilən 



cari  və  funksional  işlərin  icra  vəziyyətinə  praktiki  nəzarət  etmək  məqsədilə  həmin 

tədbirlərdə bilavasitə iştirak etmək; 

 

3.0.7.  səlahiyyətlərinə  aid  olan  məsələlər  üzrə  nəzarətin  həyata  keçirilməsinin 



forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, daxili nəzarət 

 




proqramlarını  tərtib  etmək,  Nazirliyin  strukturlarında  aparılacaq  daxili  audit  və 

monitorinq planlarını hazırlamaq; 

 

3.0.8.  Nazirliyin  strukturları  və  əməkdaşları  tərəfindən  xidməti  vəzifələrin  və 



funksiyaların  icrası  zamanı  vətəndaşların,  sahibkarlıq  subyektlərinin  hüquq  və  qanuni 

mənafelərinin  pozulması  hallarının  qarşısının  alınması  ilə  bağlı  qabaqlayıcı  tədbirlərə 

dair fəaliyyət istiqamətləri üzrə müvafiq təkliflər vermək, vətəndaşların və sahibkarların 

hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq 

və qanuni mənafelərinin gözlənilməsinə nəzarəti həyata keçirmək; 

 

3.0.9. daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri olan 



əməllər  müəyyən  edildiyi  halda  cinayət  təqibinin  həyata  keçirilməsi  üçün  iş  üzrə 

materialların istintaq aidiyyəti üzrə göndərilməsi barədə Nazirliyin rəhbərliyi qarşısında 

məsələ qaldırmaq; 

 

3.0.10.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  xarici  dövlətlərin  qabaqcıl 



təcrübəsini öyrənmək  və  yeniliklərin tətbiqi məqsədilə Nazirliyin rəhbərliyinə təkliflər 

vermək; 


 

3.0.11.  yeni  iş  proseslərinin,  təşkilati-inzibati  məsələlər  üzrə  həyata  keçirilən 

mütərəqqi  modellərin  tətbiqi  ilə  əlaqədar  Nazirliyin  strukturlarına  əməli  və  metodiki 

köməklik göstərmək; 

 

3.0.12.  daxili  nəzarət  tədbirlərinin  nəticələri  əsasında  Nazirliyin  strukturlarının 



fəaliyyətinin  təkmilləşdirilməsi  və  səmərəliliyinin  artırılması,  mütərəqqi  və  müasir  iş 

proseslərinin tətbiqi üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək; 

 

3.0.13.  Nazirliyin  strukturları  üzrə  inzibatçılığın  və  təşkilati-idarəetmə  işlərinin 



təkmilləşdirilməsi  istiqamətində  araşdırmalar  aparmaq  və  nəticələri  üzrə  Nazirliyin 

rəhbərliyinə təkliflər vermək; 

 

3.0.14.  sahibkarların  hüquqlarının  müdafiəsinin  daha  da  möhkəmləndirilməsi  və 



inkişafı  istiqamətində  fəaliyyət  istiqamətləri  üzrə  qanunvericiliyə  uyğun  tədbirlər 

görmək; 


 

3.0.15. 


Nazirliyin 

strukturlarının 

əməkdaşları 

tərəfindən 

korrupsiya 

hüquqpozmaları  və  korrupsiyaya  şərait  yaradan  hüquqpozmalara  yol  verilməsinin 

qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görmək; 




3.0.16.  korrupsiya  ilə  əlaqədar  hüquqpozmalara  dair  daxil  olmuş  məlumatlar 

əsasında Nazirliyin strukturlarında daxili nəzarət tədbirləri həyata keçirmək və nəticələri 

barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək; 

 

3.0.17.  daxili  nəzarət  tədbirlərinin  nəticələrini  ümumiləşdirərək,  Nazirliyin 



rəhbərliyinə müvafiq təkliflər vermək; 

 

3.0.18.  Nazirliyin  fəaliyyət  istiqamətləri  üzrə  qanunvericilik  aktlarının,  təşkilati-



sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 

 

3.0.19.  iş  proseslərinin  qanunvericiliyin  tələblərinə  uyğun  aparılmasına  öncədən, 



cari  və  sonradan  nəzarətin  təmin  olunması  məqsədilə  Nazirliyin  strukturlarına  əməli-

metodiki köməklik göstərmək; 

 

3.0.20.  fəaliyyət  istiqamətləri  üzrə  Nazirliyin  inkişaf  konsepsiyasının  (strateji 



planının) həyata keçirilməsini təmin etmək; 

 

3.0.21. qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında şöbənin fəaliyyətinə 



köməklik edən şəxslərlə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək; 

 

3.0.22. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun 



olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək; 

 

3.0.23. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək; 



 

3.0.24.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş 

digər vəzifələri yerinə yetirmək. 

 

 



 

 

4. Şöbənin hüquqları 

 

4.0. Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır: 



 

4.0.1.  Nazirliyin  strukturlarında  daxili  nəzarət  tədbirləri,  o  cümlədən  daxili  audit 

yoxlamaları,  xidməti  araşdırmalar,  monitorinqlər  və  müşahidə-baxış  tədbirləri  həyata 

keçirmək,  zərurət  yarandığı  hallarda  daxili  nəzarətin  məqsədləri  üçün  Nazirliyin 

strukturlarının  funksional  vəzifələrinə  aid  olan  nəzarət  və  monitorinq  tədbirlərinin 

həyata keçirilməsi barədə məsələ qaldırmaq; 

 

4.0.2. Nazirliyin strukturlarının 



hüquqpozmalara yol vermə hallarına 

 

əməkdaşlarının 



dair daxil olmuş 

 

korrupsiya 



materiallar 

 

ilə 



 

üzrə 


 

bağlı 


xidməti 

 




araşdırmalar və yoxlamalar aparmaq, daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş 

hüquqpozmalar  və  onlara  aidiyyəti  olan  şəxslər  barədə  sənədləri,  hesabatları  və 

məlumatları Nazirliyin  strukturlarından götürmək,  yaranmış xidməti zərurətlə əlaqədar 

maneəsiz  olaraq  Nazirliyin  strukturlarının  yerləşdiyi  inzibati  və  xidməti  binalara,  iş 

yerlərinə daxil olmaq və nəzarət tədbirləri həyata keçirmək; 

 

4.0.3.  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələrin  yerinə  yetirilməsi  məqsədilə 



Nazirliyin  strukturlarının  əməkdaşlarını,  sahibkarları,  onların  nümayəndələrini  və 

vətəndaşları şöbəyə dəvət etmək, onlardan icraatda olan iş üzrə lazımi məlumat, arayış 

və izahatlar almaq; 

 

4.0.4.  Nazirliyin  strukturlarının  fəaliyyət  sahələri  və  istiqamətləri  üzrə  müstəqil 



şəkildə  təhlillər  və  araşdırmalar  aparmaq,  analitik  materiallar  hazırlamaq,  müvafiq 

təkliflər vermək; 

 

4.0.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 



Nazirliyin  strukturlarından  şifahi  və  yazılı  qaydada  şöbənin  müəyyən  etdiyi  formada, 

müddətlərdə  və  dövrlər  üzrə  arayış,  məlumat,  hesabat  və  izahatlar  (o  cümlədən, 

“Vəzifəli  şəxslər  tərəfindən  maliyyə  xarakterli  məlumatların  təqdim  edilməsi 

qaydaları”na  əsasən  Nazirliyin  əməkdaşlarının  nazir  tərəfindən  müəyyən  olunan 

müvafiq  quruma  təqdim  etdikləri  maliyyə  xarakterli  məlumatlar  haqqında  sənədləri) 

almaq,  habelə  Nazirlikdə  tətbiq  olunan  bütün  elektron  informasiya  resurslarına  daxil 

olmaq; 

 

4.0.6.  daxili  nəzarət  tədbirlərinin  xüsusiyyətləri  nəzərə  alınmaqla  və  zərurət 



yarandıqda  daxili  nəzarət  qruplarının  tərkibinə  daxil  edilmək  üçün  Nazirliyin 

strukturlarından, kənar təşkilatlardan mütəxəssislərin və ekspertlərin cəlb olunması üçün 

Nazirliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq; 

 

4.0.7. daxili nəzarət tədbirləri zamanı vətəndaşların və sahibkarların təşəbbüsü ilə 



onların mülkiyyətində və istifadəsində olan binalara, obyektlərə, tikililərə, qurğulara və 

torpaq sahələrinə (yaşayış sahələri istisna olmaqla) daxil olmaq; 

 

4.0.8. öz vəzifələrinin  icrası  ilə bağlı zərurət  yarandıqda Nazirliyin  strukturlarının 



əməkdaşlarından xidməti vəsiqələrini təqdim etmələrini tələb etmək; 

 

 






4.0.9.  zərurət  yarandığı  hallarda  daxili  nəzarət  tədbirləri  ilə  əhatə  olunmuş  dövr 

üzrə təkrar tədbirlər həyata keçirmək; 

 

4.0.10.  daxili  nəzarət  tədbirlərinin  nəticələrinə  əsasən  Nazirliyin  mənafeyini 



qorumaq, baş verə biləcək qanun pozuntusunun qarşısını almaq, icra və əmək intizamını 

təmin  etmək  məqsədilə  Nazirliyin  strukturlarının  əməkdaşlarının  işdən  müvəqqəti 

kənarlaşdırılması barədə rəhbərliyə təkliflər vermək; 

 

4.0.11. Nazirliyin strukturlarının əməkdaşları  tərəfindən qanunvericilik aktlarının, 



təşkilati-sərəncamverici  sənədlərin  tələblərinin  pozulmasını  doğuran  səbəb  və  şəraitin 

aradan qaldırılmasına dair təkliflər vermək və zərurət yarandığı hallarda əməli köməklik 

göstərmək,  eləcə  də  əməkdaşların  müvafiq  məsuliyyətə  cəlb  olunması  məsələsinə 

baxılması barədə təqdimatlar vermək; 

 

4.0.12. xidməti zərurətlə əlaqədar Nazirliyin strukturlarına, dövlət, qeyri-dövlət və 



yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) 

barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; 

 

4.0.13. qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında şöbənin fəaliyyətinə 



kömək etməyə razılıq verən şəxslərlə əməkdaşlıq etmək; 

 

4.0.14.  Nazirliyin  strukturları  tərəfindən  qanunvericilik  aktlarının,  təşkilati-



sərəncamverici  sənədlərin  layihələrinin  hazırlanmasında  iştirak  etmək,  onlara  dair  rəy 

və təkliflər vermək; 

 

4.0.15. iqtisadi siyasətin və inzibatçılığın həyata keçirilməsinin təkmilləşdirilməsi 



sahəsində təkliflər vermək; 

 

4.0.16. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və 



bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək; 

 

4.0.17.  Nazirlikdə  və  digər  dövlət  qurumlarında  yaradılmış  komissiyalarda,  işçi 



qruplarında,  fəaliyyətinə  aid  məsələlər  üzrə  keçirilən  müxtəlif  səviyyəli  yerli  və 

beynəlxalq  tədbirlərdə  Nazirliyi  təmsil  etmək,  onların  işində  iştirak  etmək,  müvafiq 

sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək; 

 

4.0.18.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş 



digər hüquqları həyata keçirmək. 

 

 






5.

 

Şöbənin fəaliyyətinin təşkili 

 

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq 



edilir. Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən 

səlahiyyət  verilmiş  şəxs  istisna  olmaqla,  heç  kəs  şöbənin  fəaliyyətinə  müdaxilə  edə 

bilməz. 

 

Şöbənin strukturuna İnzibati-təşkilati məsələlər üzrə sektor və Daxili araşdırmalar 



sektoru daxildir. 

 

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 



şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə 

yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 

 

5.3.  Şöbə  müdirinin  nazir  tərəfindən  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilən 



müavin(lər)i vardır. Şöbə müdirinin müavin(lər)i şöbə müdiri tərəfindən on(lar)a həvalə 

edilmiş  vəzifələrin  yerinə  yetirilməsi  və  hüquqların  həyata  keçirilməsi  üçün  şəxsən 

məsuliyyət daşıyır(lar). 

 

Şöbə  müdiri  olmadıqda  onun  səlahiyyətlərini  müəyyən  edilmiş  qaydada  şöbə 



müdirinin  müavini  (müavinlərindən  biri)  və  ya  nazir  tərəfindən  təyin  olunmuş  digər 

şəxs həyata keçirir. 

 

5.4. Şöbənin  digər  əməkdaşları  nazir  tərəfindən  vəzifəyə  təyin  və  vəzifədən  azad 



edilir. 

 

5.5. Şöbə müdiri: 



 

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

 

5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların 



fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir; 

5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş 

iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə 

 

tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir; 



 

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən 

edir  və  bu  barədə  təkliflərini  Nazirliyin  rəhbərliyinə  təqdim  edir,  şöbə  tərəfindən  bu 

Əsasnamənin  1.2-ci  bəndində  göstərilən  qanunvericilik  aktlarının  və  təşkilati-

sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir; 




5.5.5.  şöbənin  əməkdaşları  barəsində  həvəsləndirmə  və  intizam  tənbehi 

tədbirlərinin görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir; 

 

5.5.6. şöbənin bu Əsasnamə ilə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi 



üçün Nazirliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır; 

 

5.5.7.  şöbəyə  daxil  olan  icra  xarakterli  sənədlərə,  ərizə,  şikayət  və  təkliflərə 



qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir; 

 

5.5.8.  daxili  nəzarət  tədbirləri  zamanı  vətəndaşlar  (və  ya  sahibkarlar)  və  (və  ya) 



Nazirliyin strukturları tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulması halları 

aşkar edildikdə, bu barədə məlumatı müvafiq tədbirlərin görülməsi məqsədilə Nazirliyin 

aidiyyəti strukturlarına göndərir; 

 

5.5.9. şöbəni təmsil edir. 



 

5.6.  Şöbənin  əməkdaşları  bu  Əsasnamənin  tələblərinin  pozulmasına  görə 

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 

 

6.



 

Şöbənin strukturuna daxil olan sektorların vəzifələri 

 

 



6.1. İnzibati-təşkilati məsələlər üzrə sektorun vəzifələri aşağıdakılardır: 

 

6.1.1.  daxili  nəzarət  məqsədləri  üçün  Nazirliyin  strukturlarında  daxili  audit 



yoxlamaları  və  monitorinqlə  əhatə  edilməli  olan  fəaliyyət  sahələrini  müəyyən  etmək, 

daxili auditin və monitorinqin keçirilmə metodikasını və prosedurunu hazırlamaq; 

 

6.1.2. təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların Nazirliyin aidiyyəti 



strukturları tərəfindən vaxtında, tam və mahiyyəti üzrə icra olunmasına nəzarət etmək; 

 

6.1.3.  şöbənin  iş  planlarında  nəzərdə  tutulmuş  tədbirlərin  və  daxili  audit 



yoxlamalarının  (və  ya  monitorinqlərin)  vaxtında  həyata  keçirilməsinin  təşkilini  təmin 

etmək,  iş  planında  nəzərdə  tutulmuş  tədbirlərin  icrasının  nəticələri  barədə  məruzə 

hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək; 

 

6.1.4.  şöbənin  iş  planının,  Nazirliyin  Kollegiyasında  şöbənin  təşəbbüsü  ilə 



müzakirə  olunmalı  məsələlərin,  hesabat  dövrləri  üzrə  məruzələrinin  layihəsini 

hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək; 

 

 

 



 




6.1.5. şöbənin əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının 

artırılması  istiqamətində  Nazirliyin  təmsil  olunduğu  təlim  və  tədris  kurslarında  iştirak 

edəcək əməkdaşlar barədə şöbənin rəhbərliyinə təkliflər vermək; 

 

6.1.6. şöbənin sektorlarının  və əməkdaşlarının fəaliyyətində  işlərin koordinasiyalı 



təşkilinə, iş planlarında nəzərdə tutulmuş işlərin müəyyən edilmiş müddətlərdə icrasına 

cari  nəzarəti  təşkil  etmək,  şöbə  müdiri  tərəfindən  vətəndaşların  qəbulu  ilə  əlaqədar 

müvafiq təşkilati işlərin görülməsini təmin etmək; 

 

6.1.7.  Nazirliyin  strukturlarının  əməkdaşları  tərəfindən  törədilmiş  hüquq 



pozuntularını  ümumiləşdirmək,  təhlil  etmək,  onların  fəaliyyətində  olan  qanun 

pozuntularının  profilaktikasını  təmin  etmək  və  nöqsanların  baş  vermə  səbəb  və 

şəraitinin aradan qaldırılması ilə bağlı preventiv tədbirlərə dair təkliflər vermək; 

 

6.1.8.  daxili  nəzarət  tədbirlərinin  nəticələri  əsasında  Nazirliyin  strukturlarının 



fəaliyyətinin  təkmilləşdirilməsi  və  səmərəliliyinin  artırılması,  mütərəqqi  və  müasir  iş 

proseslərinin tətbiqi üzrə təkliflər vermək; 

 

6.1.9.  Nazirliyin  strukturlarında  aparılacaq  daxili  audit  yoxlamalarının  və 



monitorinqlərin planlarını tərtib etmək; 

 

6.1.10.  Azərbaycan  Respublikasının  qanunları,  Azərbaycan  Respublikası 



Prezidentinin  fərman  və  sərəncamları,  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarından 

irəli gələn tapşırıqların, nazirin və onun müavinlərinin əmr, sərəncam və göstərişlərinin, 

digər qanunvericilik aktları və təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların, 

habelə  digər  dövlət  orqanlarının  sorğularının  icrasını  Nazirliyin  strukturlarında 

yoxlayaraq,  nəticəsi  barədə  şöbənin  rəhbərliyinə  arayış  təqdim  etmək,  Nazirliyin 

strukturlarının  əməkdaşları  tərəfindən  bu  məsələlərin  icra  olunmasına  müntəzəm 

nəzarətin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək; 

 

6.1.11.  şöbə  tərəfindən  həyata  keçirilən  daxili  nəzarət  tədbirləri  nəticəsində 



Nazirliyin  strukturlarının  fəaliyyətində,  habelə  əməkdaşlarının  vəzifələrinin  icrasında 

aşkar  olunmuş  nöqsan  və  pozuntuları  xarakterinə  görə  təsnifatlaşdırmaq,  nəticəsi  üzrə 

müvafiq tədbirlərin görülməsi üçün şöbənin rəhbərliyinə təkliflər vermək; 

 

6.1.12.  Nazirliyin  strukturlarının  fəaliyyətində  yol  verilə  biləcək  nöqsan  və 



çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və kağız informasiya 




daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaq, təhlilin nəticəsinə 

uyğun  olaraq  aidiyyəti  şöbələrlə  razılaşdırmaqla  daxili  audit  yoxlaması  və  monitorinq 

planlarının layihəsini hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək; 

 

6.1.13. Nazirliyin strukturlarında əmək, icra  və xidmət intizamı qaydalarına əməl 



olunması üzrə müşahidə-baxış tədbirləri həyata keçirmək, aşkar edilmiş kənarlaşmaların 

baş  vermə  səbəb  və  şəraitinin  aradan  qaldırılmasına,  habelə  funksional  iş  proseslərinə 

və tətbiq olunan yeniliklərə dair əməli-metodiki köməklik göstərmək; 

 

6.1.14.  Nazirliyin  strukturlarında  daxili  nəzarət  sisteminin  tətbiqinə  əməli  və 



metodiki rəhbərliyi həyata keçirmək; 

 

6.1.15.  Nazirliyin  strukturları  üzrə  inzibatçılığın  və  təşkilati-idarəetmə  işlərinin 



təkmilləşdirilməsi  istiqamətində  araşdırmalar  aparmaq  və  nəticələri  üzrə  şöbənin 

rəhbərliyinə təkliflər vermək; 

 

6.1.16.  Nazirlikdə  tətbiq  olunan  daxili  nəzarət  sisteminin  inkişaf  etdirilməsi 



məqsədilə  digər  dövlətlərin  qabaqcıl  təcrübəsinin  öyrənilməsinə  və  bu  sahədə 

yeniliklərin təbiqinə dair təkliflər vermək; 

 

6.1.17. şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericilik aktlarının, təşkilati-



sərəncamverici  sənədlərinin  öyrənilməsini,  bununla  əlaqədar  şöbədaxili  müvafiq 

treninqlərin keçirilməsini təşkil etmək; 

 

6.1.18.  fəaliyyət  istiqamətləri  üzrə  qanunvericilik  aktlarının,  təşkilati-



sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 

 

6.1.19. daxili nəzarət fəaliyyətini təmin etmək üçün elektron informasiya sistemini 



yaratmaq; 

 

6.1.20.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş 



digər vəzifələri yerinə yetirmək. 

 

6.2. Daxili araşdırmalar sektorunun vəzifələri aşağıdakılardır: 



 

6.2.1. nazirin, onun səlahiyyət verdiyi nazir müavinin və şöbə müdirinin göstərişi 

ilə  və  Nazirliyin  strukturlarından  daxil  olmuş  və  ya  şöbə  tərəfindən  əldə  edilmiş  (o 

cümlədən,  nəzarət  tədbirləri  vasitəsilə),  kütləvi  və  elektron  informasiya  vasitələrində 

əks etdirilmiş məlumatlar, vətəndaşların və sahibkarların müraciətləri, habelə məhkəmə 

 

10 




və  hüquq  mühafizə  orqanlarından  daxil  olmuş  xüsusi  qərarlar,  təqdimatlar  və  sair 

sənədlər əsasında xidməti araşdırmalar aparmaq, müvafiq fəaliyyət sahələri üzrə daxili 

audit  yoxlamaları  və  monitorinqlər  həyata  keçirmək,  nəticələrini  müvafiq  qaydalara 

uyğun olaraq Nazirliyin rəhbərliyinə təqdim etmək; 

 

6.2.2. Nazirliyin  strukturlarının  əməkdaşlarının  korrupsiya  ilə  bağlı  törədilmiş  və 



ya hazırlanan hüquqpozmaları ilə əlaqədar xidməti yoxlamalar və araşdırmalar aparmaq, 

bununla  bağlı  aidiyyəti  şəxslər  barəsində  sənədləri,  hesabatları  və  məlumatları 

qanunvericiliyə uyğun tələb etmək və götürmək; 

 

6.2.3.  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  dövlət 



qulluqçusunun  əsas  vəzifələri  və  dövlət  qulluğu  ilə  əlaqədar  məhdudiyyətlərə  dair 

müddəalarının  tələblərinin  pozulması  halları  üzrə  xidməti  yoxlamalar  və  araşdırmalar 

aparmaq; 

 

6.2.4.  Nazirliyin  strukturlarında  çalışan  əməkdaşlar  barədə,  o  cümlədən  daxili 



nəzarət  tədbirlərinin  nəticələri  üzrə  dövlət  qulluğu,  əmək  və  digər  qanunvericilik 

aktlarının  və  bu  Əsasnamənin  müddəalarının  pozulması  ilə  əlaqədar  xidməti 

araşdırmalar aparmaq; 

 

6.2.5.  Nazirliyin  strukturlarında  kompleks  və  tematik  daxili  audit  yoxlamalarının 



aparılmasını  və  nəticələrinin  ümumiləşdirilməsini,  habelə  nöqsana  yol  vermiş 

əməkdaşlardan və aidiyyəti şəxslərdən məlumat, arayış və izahatlar alaraq, yoxlamaların 

nəticələri barədə materialların Nazirliyin rəhbərliyinə təqdim edilməsini təşkil və təmin 

etmək; 


 

6.2.6.  Nazirliyin  strukturlarında  aparılan  daxili  audit  yoxlamaları  və  monitorinq 

tədbirləri  zamanı  sahibkarların  və  vətəndaşların  hüquqlarının  pozulması  halları 

müəyyən  edildikdə,  əməkdaşların  hərəkətlərinin  müvafiq  qanunvericilik  aktlarının  və 

təşkilati-sərəncamverici sənədlərin tələblərinə uyğunluğunu yerində araşdırmaq; 

 

6.2.7.  Nazirliyin  strukturlarında  aparılan  daxili  audit  yoxlamaları  və  monitorinq 



tədbirləri zamanı sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulması, habelə 

sahibkarlara  münasibətdə  qanunvericiliyin  düzgün  tətbiq  edilməməsi  halları  aşkar 

olunduqda müvafiq tədbirlərin görülməsi və zərurət yarandığı hallarda daxili audit 

 

 



11 


məqsədləri  üçün  dövlət  nəzarəti  tədbirlərinin  həyata  keçirilməsi  barədə  məsələ 

qaldırmaq; 

 

6.2.8. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası 



zamanı  sahibkarların  və  vətəndaşların  hüquqlarının  və  qanuni  mənafelərinin 

gözlənilməsi üzrə fəaliyyətlərinə nəzarəti həyata keçirmək; 

 

6.2.9. Nazirliyin strukturlarının fəaliyyətinə dair keçirilmiş daxili audit yoxlamaları 



və  monitorinq  tədbirləri  və  xidməti  araşdırmalar  zamanı  aşkar  edilmiş  nöqsan  və 

çatışmazlıqlar  barədə  onların  rəhbərlərindən,  əməkdaşlarından  və  digər  şəxslərdən 

məlumat, arayış və izahatlar almaq; 

 

6.2.10.  Nazirliyin  əməkdaşlarının  korrupsiya  ilə  əlaqədar  hüquqpozmaları  üzrə 



Azərbaycan Respublikası ilə hüquqi yardım göstərilməsi barədə müqaviləsi olan xarici 

dövlətlərin rəsmi müraciətləri ilə bağlı araşdırmalar aparmaq; 

 

6.2.11.  Nazirliyin  strukturlarının  əməkdaşlarının  korrupsiya  ilə  əlaqədar 



hüquqpozmalarını,  onların  xidməti,  əmək,  icra  intizamını  və  qanunvericilik  aktlarının, 

təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, Nazirlikdə dövlət qulluğu ilə bir 

araya  sığmayan  fəaliyyətlə  məşğul  olması  hallarını  araşdırmaq,  cinayət  tərkibinin 

əlamətləri  müəyyən  edildiyi  halda  cinayət  təqibinin  həyata  keçirilməsi  üçün 

materialların  aidiyyəti  üzrə  göndərilməsi  barədə  məsələ  qaldırmaq,  korrupsiya  ilə 

əlaqədar  hüquqpozmalara  yol  vermiş  əməkdaşlar  barəsində  qanunvericiliyə  uyğun 

tədbirlərin görülməsini təmin etmək; 

 

6.2.12.  Nazirliyin  strukturlarının  fəaliyyətinə  dair  keçirilmiş  daxili  nəzarət 



tədbirləri  zamanı  aşkar  edilmiş  nöqsan  və  çatışmazlıqların  baş  vermə  səbəblərini  və 

şəraitini  müəyyənləşdirmək,  aradan  qaldırılması  prosedurları  barədə  şöbənin 

rəhbərliyinə təkliflər vermək; 

 

6.2.13.  Daxili  audit  yoxlamaları  və  monitorinq  tədbirləri  zamanı  Nazirliyin 



strukturlarının  əməkdaşları  tərəfindən  törədilən  və  ya  hazırlanan  korrupsiya  ilə  bağlı 

hüquqpozmalara  yol  verilməsi  halları  aşkar  edildikdə,  materialların  dərhal  istintaq 

aidiyyəti orqanlarına təqdim olunmasını təmin etmək; 

 

6.2.14.  fəaliyyət  istiqamətləri  üzrə  qanunvericilik  aktlarının,  təşkilati-



sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 

12 



6.2.15. Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamı qaydalarına əməl 

olunması üzrə müşahidə-baxış tədbirləri həyata keçirmək; 

 

6.2.16. Nazirliyin strukturlarında aparılacaq daxili audit yoxlamalarının və 



monitorinq planlarının tərtib edilməsində iştirak etmək; 

 

6.2.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş 



digər vəzifələri yerinə yetirmək. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

13 

Yüklə 104,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə