Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Elektron idarəetmə şöbəsinin



Yüklə 151,25 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü151,25 Kb.
#66090


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 

 

Elektron idarəetmə şöbəsinin 

 

ƏSASNAMƏSİ 

 

 



1. Ümumi müddəalar 

 

1.1  Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyinin  (bundan  sonra  -  Nazirlik) 



aparatının  struktur  bölməsi  olan  Elektron  idarəetmə  şöbəsi  (bundan  sonra  -  şöbə)  bu 

Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin vahid kompüter şəbəkəsinin, 

internet  səhifəsinin  yaradılması,  təkmilləşdirilməsi,  onların  işinin  təşkil  olunması, 

keyfiyyətli  və  fasiləsiz  internet  bağlantısının  təmin  edilməsi  sahəsində  işlərin  təşkilini 

və tənzimlənməsini həyata keçirir. 

 

1.2  Şöbə  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 



Azərbaycan  Respublikasının  “Dövlət  qulluğu  haqqında”  Qanununu  və  digər 

qanunlarını,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını,  “Azərbaycan 

Respublikası  İqtisadiyyat  Nazirliyi  haqqında  Əsasnamə”ni,  digər  qanunvericilik 

aktlarını,  Nazirliyin  Kollegiya  qərarlarını,  Azərbaycan  Respublikası  iqtisadiyyat 

nazirinin  (bundan  sonra  -  nazir)  əmr  və  sərəncamlarını  (bundan  sonra  -  təşkilati-

sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur. 

 

1.3.  Şöbə  öz  vəzifələrini  yerinə  yetirərkən  və  hüquqlarını  həyata  keçirərkən 



Nazirliyin  aparatının  bölmələri,  strukturuna  daxil  olan  qurumlar  və  strukturuna  daxil 

olmayan tabeliyindəki digər qurumları (bundan sonra - Nazirliyin strukturları), təsisçisi 

olduğu,  səhmlərinin  saxlanması  və  idarə  olunması  Nazirliyə  həvalə  edilmiş  hüquqi 

şəxslər,  eləcə  də  mərkəzi  və  yerli  icra  hakimiyyəti,  yerli  özünüidarəetmə  orqanları  və 

qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 

 

2. Şöbənin fəaliyyət istiqamətləri 

 

2.0. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 



 

2.0.1. Nazirliyin vahid kompüter şəbəkəsinin və proqram təminatının yaradılmasını 

təmin edir; 

 




2.0.2.  Nazirliyin  elektron  poçtunun,  internet  səhifəsinin  fəaliyyətini  təmin  edən 

proqramların  tənzimlənməsini  və  müasir  texnologiyalara  uyğun  olaraq  elektron 

informasiya məlumatlarının mühafizəsini təmin edir; 

 

2.0.3. müvafiq sahənin inkişafını təmin edir; 



 

2.0.4. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 

 

 

3. Şöbənin vəzifələri 



 

3.0.  Bu  Əsasnamə  ilə  müəyyən  olunmuş  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq, 

şöbənin vəzifələri aşağıdakılardır: 

 

3.0.1. Nazirliyin  elektron informasiya  təminatının həyata keçirilməsində fəaliyyət 



istiqamətləri üzrə iştirak etmək; 

 

3.0.2. vətəndaşlar tərəfindən Nazirliyin internet informasiya ehtiyatlarının sərbəst, 



maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən, 

optimal şərait yaradılmasını təmin etmək; 

 

3.0.3. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici 



sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 

 

3.0.4.  Nazirlikdə  informasiya  texnologiyalarından  istifadənin  səmərəliliyinin 



artırılmasını  və  ictimaiyyətin  Nazirliklə  əlaqələrinin  asanlaşdırılmasını,  habelə 

Nazirliyin  elektron  poçt  ünvanına  göndərilmiş  məktubların  aidiyyəti  strukturlara 

çatdırılmasını təmin etmək; 

 

3.0.5.  Nazirlikdə  elektron  informasiya  ehtiyatlarının  formalaşdırılması  və 



Nazirliyin internet səhifəsində yerləşdirilməsinin proqram təminatını həyata keçirmək; 

 

3.0.6.  əldə  olunması  məhdudlaşdırılan  informasiya  internet  informasiya 



ehtiyatlarına  daxil  edildikdə,  onun  əldə  olunmasını  mümkünsüz  edən  tədbirlər 

görülməsini təmin etmək; 

 

3.0.7.  Nazirliyin  vahid  kompüter  şəbəkəsinin  yaradılmasını,  fəaliyyətinin 



tənzimlənməsini və onun fasiləsiz işini təşkil etmək; 

 

3.0.8. 



Nazirlikdə 

intranet 

şəbəkəsinin 

xidmətlərindən 

istifadənin 

təkmilləşdirilməsini və elektron sənəd dövriyyəsini təşkil etmək; 

 

 

 






3.0.9.  Nazirliyin  informasiya  resursları,  şəbəkələri  ilə  təminatını,  informasiya 

təhlükəsizliyinin,  azadlığının  müdafiəsini,  fərdi  məlumatların  mühafizəsini  və 

Azərbaycan dilini dəstəkləyən kompüter proqramlarının tətbiqini təşkil etmək; 

 

3.0.10. Nazirliyin informasiya təhlükəsizliyi sistemi ilə təminatını və informasiya 



resurslarından etibarlı istifadə edilməsini təmin etmək; 

 

3.0.11.  Nazirliyin  ümumistifadəli  informasiya  texnologiyaları  şəbəkələrinə 



qoşulmasını və informasiya təhlükəsizliyi sisteminin yaradılmasını təmin etmək; 

 

3.0.12. Nazirliyin keyfiyyətli və fasiləsiz internet bağlantısını və elektron poçtunun 



işini təmin etmək; 

 

3.0.13. kompüter və şəbəkə avadanlıqlarının idarəedilməsini təmin etmək; 



 

3.0.14.  şəbəkənin,  sistemlərin,  avadanlıqların  yeniləşdirilməsi  konsepsiyasının 

planlaşdırılmasını təmin etmək; 

 

3.0.15. yeni avtomatlaşdırılmış sistemlər haqqında informasiya əldə edilməsi və bu 



sistemlərin tətbiq planının hazırlanmasını təmin etmək; 

 

3.0.16.  fəaliyyət  istiqamətləri  üzrə  vətəndaşlardan,  dövlət  orqanlarından,  idarə, 



müəssisə  və  təşkilatlardan  daxil  olan  müraciətlərə  və  sorğulara  qanunvericiliyə  uyğun 

olaraq baxılmasını təmin etmək; 

 

3.0.17.  səlahiyyətləri  çərçivəsində  Nazirliyin  inkişaf  konsepsiyasının  (strateji 



planının) həyata keçirilməsini təmin etmək; 

 

3.0.18. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq; 



 

3.0.19.  şöbənin  işçiləri  tərəfindən  fəaliyyət  prosesində  qanunvericiliyə  uyğun 

olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək; 

 

3.0.20.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş 



digər vəzifələri yerinə yetirmək. 

 

4. Şöbənin hüquqları 

 

4.0. Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır: 



 

4.0.1.  Nazirlikdə  tətbiq  olunan  iş  proseslərinin  proqram  təminatının  yaradılması, 

kompüter və şəbəkə avadanlıqlarının idarəedilməsi, Nazirliyin internet səhifəsinin, 

 

 



 




elektron  poçtunun  fasiləsiz  işinin  təşkili  prosesinə  zərurət  yarandıqda  mütəxəssislərin 

cəlb edilməsi üçün Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək; 

 

4.0.2.  fəaliyyət  istiqamətlərinə  uyğun  rəy  vermək,  təhlillər  və  ümumiləşdirmələr 



aparmaq, 

Nazirliyin  fəaliyyətinə  aid  elektron  informasiya  məlumatlarının 

təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; 

 

4.0.3. informasiya texnologiyaları sahəsində modernləşmə və yeni texnologiyaların 



tətbiqinin həyata keçirilməsi üçün təkliflər vermək; 

 

4.0.4.  Nazirliyin  strukturları  tərəfindən  internet  informasiya  məlumatlarının 



hazırlanması  təcrübəsini  ümumiləşdirmək,  təhlil  etmək  və  bu  təcrübənin 

təkmilləşdirilməsinə dair təkliflər vermək; 

 

4.0.5.  fəaliyyət  istiqamətləri  üzrə  Nazirliyin  strukturları  tərəfindən  hazırlanmış 



qanunvericilik  aktlarının,  təşkilati-sərəncamverici  sənədlərin  layihələrinə  dair  təkliflər 

vermək; 


 

4.0.6. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 

səlahiyyətləri daxilində Nazirliyin strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq 

və onlardan müvafiq məlumatları (sənədləri) almaq; 

 

4.0.7.  Nazirlikdə  və  digər  dövlət  qurumlarında  yaradılmış  komissiyalarda,  işçi 



qruplarında,  fəaliyyətinə  aid  məsələlər  üzrə  keçirilən  müxtəlif  səviyyəli  yerli  və 

beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək; 

 

4.0.8. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu 



sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək; 

 

4.0.9. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün 



təkliflər vermək; 

 

4.0.10.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş 



digər hüquqları həyata keçirmək. 

 

5. Şöbənin fəaliyyətinin təşkili 

 

5.1. Şöbənin strukturu və işçilərinin sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. 



Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən 

 

 



 




səlahiyyət  verilmiş  şəxs  istisna  olmaqla  heç  kəs  şöbənin  fəaliyyətinə  müdaxilə  edə 

bilməz. 


 

Şöbənin  strukturuna  Şəbəkə  və  əməliyyat  sistemlərini  idarəetmə  sektoru  və 

Elektron sistemlər və proqram təminatı sektoru daxildir. 

 

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 



şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə 

yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 

 

5.3.  Şöbə  müdirinin  nazir  tərəfindən  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilən 



müavin(lər)i vardır. Şöbə müdirinin müavin(lər)i şöbə müdiri tərəfindən on(lar)a həvalə 

edilmiş  vəzifələrin  yerinə  yetirilməsi  və  hüquqların  həyata  keçirilməsi  üçün  şəxsən 

məsuliyyət daşıyır(lar). 

 

Şöbə  müdiri  olmadıqda  onun  səlahiyyətlərini  müəyyən  edilmiş  qaydada  şöbə 



müdirinin  müavini  (müavinlərindən  biri)  və  ya  nazir  tərəfindən  təyin  olunmuş  digər 

şəxs həyata keçirir. 

 

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad 



edilir. 

 

5.5. Şöbə müdiri: 



 

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

 

5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların 



fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir; 

5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş 

iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə 

 

tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir; 



 

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən 

edir  və  bu  barədə  təkliflərini  Nazirliyin  rəhbərliyinə  təqdim  edir,  şöbə  tərəfindən  bu 

Əsasnamənin  1.2-ci  bəndində  göstərilən  qanunvericilik  aktlarının  və  təşkilati-

sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir; 

 

5.5.5.  şöbənin  əməkdaşları  barəsində  həvəsləndirmə  və  intizam  tənbehi  tədbirləri 



görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir; 

 

 






5.5.6. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin 

digər strukturlarından zəruri məlumat və sənədləri alır; 

 

5.5.7.  daxil  olan  məktub,  ərizə,  şikayət  və  təkliflərə  qanunvericilikdə  nəzərdə 



tutulmuş qaydada baxılmasını təşkil edir; 

 

5.5.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir; 



 

5.5.9. şöbəni təmsil edir. 

 

5.6.  Şöbənin  əməkdaşları  bu  Əsasnamənin  tələblərinin  pozulmasına  görə 



Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 

 

6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri 

 

 

6.1.  Şəbəkə  və  əməliyyat  sistemlərini  idarəetmə  sektorunun  vəzifələri 



aşağıdakılardır: 

 

6.1.1.  Nazirliyin  vahid  kompüter  şəbəkəsinin  yaradılmasını,  tənzimlənməsini  və 



onun fasiləsiz işini təşkil etmək; 

 

6.1.2.  Nazirliyin  strukturları  arasında  elektron  informasiya  mübadiləsini  təşkil 



etmək; 

 

6.1.3.  Nazirliyin  elektron  informasiya  sistemlərinin  fəaliyyətinin  təhlükəsizliyini 



və mühafizəsini təmin etmək; 

 

6.1.4.  Nazirliyin  ümumistifadəli  informasiya  texnologiyaları  şəbəkələrinə 



qoşulmasını təşkil etmək; 

 

6.1.5. kompüter və şəbəkə avadanlıqlarının idarəedilməsini təmin etmək; 



 

6.1.6. Nazirliyin keyfiyyətli və fasiləsiz internet bağlantısının təmin edilməsi üçün 

zəruri tədbirlər görmək; 

 

6.1.7.  şəbəkənin,  sistemlərin,  avadanlıqların  yeniləşdirilməsi  konsepsiyasının 



planlaşdırılmasını təmin etmək; 

 

6.1.8.  Nazirliyin  elektron  poçtunun  fasiləsiz  işini  və  daxil  olmuş  məktubların 



aidiyyəti üzrə çatdırılmasını təşkil etmək; 

 

6.1.9. vətəndaşlar tərəfindən Nazirliyin internet informasiya ehtiyatlarının sərbəst, 



maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən, 

optimal şərait yaradılması üçün zəruri tədbirlər görmək; 




6.1.10.  informasiya  texnologiyaları  sahəsində  modernləşmə  və  yeni 

texnologiyaların tətbiqinin həyata keçirilməsi üçün təkliflər hazırlamaq; 

 

6.1.11.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  sektor  üzrə  şöbənin  iş  planına, 



görülmüş  işlər  haqqında  dövrlər  üzrə  hesabatların  layihələrinə  və  Nazirliyin 

Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək; 

 

6.1.12.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş 



digər vəzifələri yerinə yetirmək. 

 

6.2. Elektron sistemlər və proqram təminatı sektorunun vəzifələri aşağıdakılardır: 



 

6.2.1. yeni avtomatlaşdırılmış sistemlər haqqında informasiya əldə edilməsi və bu 

sistemlərin tətbiq planının hazırlanmasını təmin etmək; 

 

6.2.2. 



Nazirliyin 

informasiya 

resursları 

ilə 


təminatını, 

informasiya 

təhlükəsizliyinin,  azadlığının  müdafiəsini  və  Azərbaycan  dilini  dəstəkləyən  kompüter 

proqramlarının tətbiqini təşkil etmək; 

 

6.2.3.  Nazirliyin  informasiya  təhlükəsizliyi  sistemi  ilə  təminatını  və  informasiya 



resurslarından etibarlı istifadə edilməsini təmin etmək; 

 

6.2.4. Nazirliyin informasiya təhlükəsizliyi sisteminin yaradılmasını təmin etmək; 



 

6.2.5.  Nazirlikdə  elektron  informasiya  ehtiyatlarının  formalaşdırılması  və 

Nazirliyin  internet  səhifəsində  yerləşdirilməsinin  texniki  proqram  təminatını  həyata 

keçirmək; 

 

6.2.6.  əldə  olunması  məhdudlaşdırılan  informasiya  internet  informasiya 



ehtiyatlarına  daxil  edildikdə,  onun  əldə  olunmasını  mümkünsüz  edən  tədbirlər 

görülməsini təmin etmək; 

 

6.2.7. Nazirliyin strukturları üçün proqram təminatının yaradılmasını təşkil etmək; 



 

6.2.8.  Nazirliyin  internet  səhifəsinin  fəaliyyətini  təmin  edən  proqramların 

tənzimlənməsi və fasiləsiz işinin təmin olunması üçün zəruri tədbirlər görmək; 

 

6.2.9.  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  sektor  üzrə  şöbənin  iş  planına, 



görülmüş  işlər  haqqında  dövrlər  üzrə  hesabatların  layihələrinə  və  Nazirliyin 

Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək; 

 

 

 






6.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş 

digər vəzifələri yerinə yetirmək. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 



Yüklə 151,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə