Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İQTİsadi İslahatlar elmi TƏDQİqat institutuna



Yüklə 34,67 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü34,67 Kb.
#5165


Yenilənmə tarixi:  

2014-cü ilin oktyabr ayı 

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin  

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA 

RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR 

 

 

 

Prof., i.e.d. Qorxmaz İMANOV

 

   



(1987-1993-cü illər)

 

 



 

Qorxmaz  Cahangir  oğlu  İmanov  1941-ci  il  aprel  ayının  17-də 

Bakı  şəhərində  anadan  olmuşdur.  1958-ci  ildə  Bakı  şəhər  199  saylı  orta 

məktəbi  bitirmişdir.  1964-cü  ildə  Azərbaycan  Dövlət  Universitetinin 

(indiki  Bakı  Dövlət  Universiteti)  İqtisad  fakültəsini  bitirib,  iqtisadçı 

diplomu almışdır. 

 

1964-1967-ci 



illərdə 

Moskva 


şəhərində 

SSRİ 


Elmlər 

Akademiyasının  Mərkəzi  İqtisadi-Riyaziyyat  İnstitutun  aspiranturasında 

əyani təhsil almış, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi 

alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 

1968-ci  ilin  yanvar  ayından  1969-cu  ilin  mart  ayına  kimi 

Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi vəzifəsində 

işləmişdir.  1969-1971-ci  illərdə  D.Bünyadzadə  adına  Azərbaycan  Xalq 

Təsərrüfatı  İnstitutunda  baş  müəllim  və  dosent  vəzifələrində  çalışmışdır. 

1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna 

baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi İqtisadi-

Riyaziyyat  İnstitutunda  iqtisad  elmləri  doktorluq  dissertasiya  işini 

müdafiə etmişdir. 

1974-cü  ilin  avqust  ayından  1987-ci  ilin  dekabrına  qədər 

Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Kibernetika  institutunda 

laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 

1983-cü ildə iyun ayından professor elmi adına layiq görülmüşdür. 

1987-1993-cü  illərdə  Azərbaycan  SSR  Dövlət  Plan  Komitəsinin  və 

sonralar İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun 

direktoru vəzifəsində işləmişdir. 

1993-1998-ci  illərdə  Rusiya  Elmlər  Akademiyasının  Bazar 

İqtisadiyyatı Problemləri İnstitutunda aparıcı elmi işçi olmuşdur. 

1999-2000-ci  illərdə  Azərbaycan  Respublikası  İqtisadiyyat 

Nazirliyində  baş  müşavir  vəzifəsində  çalışmışdır.  2001-ci  ildən  hal-

hazırki  dövrə  qədər  AMEA  Kibernetika  İnstitutunda,  baş  elmi  işçi  və 

laboratoriya rəhbəri vəzifəsində çalışır.  

Q.İmanov  1974-cü  ildə  Kibernetika  İnstitutunda  Makroiqtisadi 

sistemlərin  optimallaşdırılması  laboratoriyasını  yaradaraq  ona  rəhbərlik 

etmiş, iqtisadiyyatın riyazi üsul və modellərlə tədqiq olunması sahəsində 

dünya  şöhrətli  bir  məktəb  yaratmışdır.  Hazırda  bu  məktəbin 

yetirmələrindən  28  nəfəri  elmlər  namizədi,  3-ü  isə  elmlər  doktorudur. 

Professor  Q.İmanovun  “İnteqrallaşdırılmış  balans  modelləri  və  müttəfiq 

respublikaların struktur-funksional modeli” adlı elmi işi 1976 və 1982-ci 

illərdə  keçmiş  SSRİ  Elmlər  Akademiyasının  vacib  nəticələr  siyahısına 

daxil  edilmişdir.  Elm  və  texnika  Komitəsinin  tapşırığı  ilə  1999-2000-ci 

illərdə  yerinə  yetirilmiş  Azərbaycanın  sosial-iqtisadi  inkişafının 

modelləri” mövzusundakı elmi-tədqiqat işi iqtisadiyyat sahəsində istifadə 

edilmək üçün ali icra strukturlarına göndərilmişdir. Əsərləri keçmiş SSRİ-

nin  əksər  respublikalarında,  habelə  ABŞ,  Türkiyə,  Avstraliya,  Polşa, 

İtaliya,  İspaniya  və  digər  ölkələrdə  çap  olunmuşdur.  O,  beynəlxalq 

konfranslarda məruzələrlə çıxışlar etmişdir. 




İqtisadi-riyazi  modellər  və  hesablama  texnikası  vasitələrinin 

yaradılması,  onların  xalq  təsərrüfatında  planlaşdırma  idarəetmə 

məsələlərinin  həllində  geniş  tətbiqi  işlərinə  görə  1984-cü  ildə  i.e.d., 

professor  Ş.Ə.Səmədzadə  ilə  birlikdə  Azərbaycan  Dövlət  mükafatına 

layiq görülmüşdür. 

 

Q.İmanov  10  monoqrafiyanın,  180-ə  yaxın  elmi  məqalənin 



müəllifidir.  Hal-hazırda  o,  Rusiya  Elmlər  Akademiyasının  Mərkəzi 

İqtisadi-Riyaziyyat  İnstitutu  nəzdində  yaradılmış  N.P.  Fedorenko  adına 

“İqtisadiyyat  Elminin  İnkişafı”  fondunun  təsisçilərindəndir  və  hazırda 

fondun vitse-prezidentidir.  

 

Azərbaycanın görkəmli alimi Q.İmanov 2012-ci ilin dekabrın 11-



də  İspaniyanın  Kral  İqtisadiyyat  və  Maliyyə  Akademiyasının  ümumi 

iclasında gizli səsvermə yolu ilə fəxri xarici üzvü seçilmişdir. 2013-cü ilin 

aprelin  25-də  İspaniya  Kral  Akademiyasının  növbəti  ümumi  iclasında 

xarici  üzv  diplomunun  təqdimat  mərasimində  professor  Q.İmanov 

“Sosial-iqtisadi  sistemlərin  keyfiyyətinin  müəyyən  edilməsində  fuzzy 

yanaşma” mövzusunda məruzə ilə çıxış etmişdir. O, İspaniyanın  İqtisadi 

və  Maliyyə  Elmləri  üzrə  Kral  Akademiyasının  qızıl  nişanı  ilə  təltif 

edilmişdir. İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyası böyük 

tarixə  malikdir.  Bu  Akademiya  1787-ci  ildə  İspaniya  kralı  VI  Fernando 

tərəfindən  təsis  edilmişdir  və  İspaniyanın  Kataloniya  vilayətinin 

burjuaziyasının  təsərrüfat  fəaliyyətinin  mötəbər  orqanı  kimi  fəaliyyət 

göstərməyə başlamışdır.  

Hal-hazırda 

İspaniyanın  Kral 

İqtisadiyyat  və  Maliyyə 

Akademiyası  dünya  səviyyəli  alimlərlə  sıx  əməkdaşlıq  edir.  Məsələn, 

Akademiyanın  xarici  üzvləri  sırasında  iqtisadiyyat  üzrə  Nobel  mükafatı 

laureatları  F.Kidland,  D.Kaneman,  J.Stiqlits  kimi  alimlərin  adlarını 

çəkmək  olar.  İspaniyanın  Kral  İqtisadiyyat  və  Maliyyə  Akademiyasının 

fəxri  xarici  üzvü  adına  layiq  görülməsini  Q.İmanovun  50  ilə  yaxın 

apardığı  tədqiqatların  nəticəsi  kimi  səciyyələndirmək  olar.  O,  1965-ci 

ildən etibarən sosial-iqtisadi  sistemlərin  modelləşdirilməsi sahəsində çox 

əhəmiyyətli elmi nəticələr əldə etmişdir. 

 



 

Nəqliyyat sistemində stoxastik proseslərin modelləşdirilməsi

 

İqtisadi 



komplekslərin 

fəaliyyətinin 

qiymətləndirilməsi 

modelləri

 

Müttəfiq respublikaların xalq təsərrüfatının proqnozlaşdırılması 



və planlaşdırılması modelləri; 

 



İqtisadi sistemlərin struktur-funksional modelləri. 

 

Bu  tədqiqatlar  nəticəsində  respublikada  Makroiqtisadi  sistemlərin 



modelləşdirilməsi elmi istiqamətinin məktəbi yaradılmışdır. 

 

2001-ci  ildən  başlayaraq  Q



.İmanov  qeyri-səlis  çoxluqlar 

nəzəriyyəsinin  və  qeyri-səlis  məntiqin  sosial-iqtisadi  sistemlərin 

qiymətləndirilməsində  və  fəaliyyətlərinin  təhlilində  istifadəsi  sahəsində 

elmi  fəaliyyətini  davam  etdirir.  O,  professor  Lütfi  Zadənin  qeyri-səlis 

nəzəriyyəsini  humanistik  sistemlərin,  o  cümlədən,  sosial-iqtisadi 

sistemlərin  fəaliyyətinin  təhlilində  və  çoxsaylı  ölçülməyən,  ya  da 

keyfiyyət  xarakteri  daşıyan  göstəriciləri  hesablama  prosesinə  tətbiq 

etməklə  sosial-iqtisadi  sistemlərin  modelləşdirilməsində  daha  adekvat 

üsulları  təklif  edib.  Qeyri-müəyyənlik  fenomeni  və  sosial-iqtisadi 

sistemlərin təsviri zamanı çoxsaylı qeyri-müəyyənlik faktorlarının aradan 

qaldırılması problemi də onun tədqiqatlarına daxildir. 

 

2007-ci  ildə  Lütfi  Zadənin  təşəbbüsü  ilə  Q



.İmanov  İspaniyanın 

Kral İqtisadiyyat və Maliyyə Akademiyasının prezidenti, prof. G.M.Aluxa 

ilə  birgə  əməkdaşlığa  başlamışdır.  Onun  İspaniya  Kral  Akademiyası  ilə 

əməkdaşlığı 

sayəsində 

sosial-iqtisadi 

sistemlərin 

fəaliyyətinin 

qiymətləndirilməsi  üçün  bir  sıra  qeyri-səlis  modellər  işlənilmişdir. 

Məsələn,  “Həyat  keyfiyyəti”  indeksinin  hesablanmasında  fuzzy  yanaşma 

(“Fuzzy İqtisadiyyat” jurnalı, Barselona, İspaniya, 2007-ci il); Regionların 

sosial-iqtisadi  səviyyəsinin  müəyyən  edilməsinin  qeyri-səlis  modeli 

(“Müasir  Rusiyanın  iqtisadiyyat  elmi  jurnalı”,  Moskva,  RF,  2009-cu  il); 

Ətraf  mühitin  dayanıqlıq  indeksinin  Fuzzy  modeli  (İspaniyanın  Kral 

İqtisadiyyat  və  Maliyyə  Akademiyasının  jurnalı,  Barselona,  İspaniya, 

2007-ci  il);  Şirkətlərin  maliyyə  dayanıqlığının  müəyyən  edilməsində 

qeyri-səlis  üsullar  (Afina,  Yunanıstan,  2009-cu  il);  İqtisadiyyatın 

aktivləşdirilməsinin  yeni  bazarları  –  Azərbaycan.  (Nobel  mükafatı 

laureatı, professor F.Kindlendlə birlikdə, İspaniyanın Kral İqtisadiyyat və 

Maliyyə  Akademiyası,  Barselona,  İspaniya,  2007-ci  il),  monoqrafiya; 

İqtisadi  qeyri-müəyyənlik  problemləri  və  Fuzzy  modellər  (Bakı,  Elm, 

2011-ci  il),  Sosial  sistemlərin  keyfiyyətinin  qiymətləndirilməsinin  qeyri-

səlis modelləri (Lambert Akademik Publishing, Almaniya, 2013).  



 

Qeyd  edilən  tədqiqatların  yekun  nəticəsində  respublikada  Fuzzy 

iqtisadiyyatı  kimi  elmi  istiqamətin  əsası  qoyulmuş  və  Q.İmanov  hazırda 

eyni adlı laboratoriyaya rəhbərlik edir. 

 

Professor  İmanov  Azərbaycanın  müstəqilliyini,  dövlət  və 



dövlətçiliyini  hər  şeydən  uca  tutan  elm  fədaisidir.  O,  əsl  ziyalı,  eyni 

zamanda,  ədalətli  və  müdrik  insandır.  Q

.İmanov  Azərbaycanda  iqtisadi-

riyazi  üsullar  elminin  yaradıcılarından  biri,  tələbkar  elm  təşkilatçısı, 

zəngin 

mənəviyyatlı, 



geniş  dünyagörüşü  ilə  ad-san  qazanan 

şəxsiyyətlərdəndir. 

 

 

 



 

 

 

 



 

 

 



 

 

Yüklə 34,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə