Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İQTİsadi İslahatlar elmi TƏDQİqat institutuna



Yüklə 18,78 Kb.

tarix15.07.2018
ölçüsü18,78 Kb.


Yenilənmə tarixi:  

2014-cü ilin oktyabr ayı 

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin  

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA 

RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR 

 

 

 

i.e.n. Tofiq HÜSEYNOV

 

 

 

   

(1975-1976-cı illər)

 

 



 

 

Tofiq  Həsən  oğlu  Hüseynov  1937-ci  il  dekabr  ayının  27-də 

Laçın rayonunun Şəlvə kəndində anadan olmuşdur. 1960-cı ildə K.Marks 

adına  Azərbaycan  Dövlət  Xalq  Təsərrüfatı  İnstitutunun  (indiki 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti)  “Sənayenin  iqtisadiyyatı” 

fakültəsini  bitirmiş  və  “iqtisadçı”  ixtisasına  yiyələnmişdir.  Tələbəlik 

illərində İnstitutun komsomol komitəsinin katibi kimi kollektivin ictimai-

siyasi həyatında da fəal iştirak etmişdir.  

 

1961-1964-cü  illərdə  Bakı  Baş  Tikinti  İdarəsinin  Bakı  şəhərində 



yerləşən 1 saylı Evtikmə kombinatında iqtisadçı vəzifəsində çalışmışdır. 

 

1964-1967-ci  illərdə  Moskva  şəhərində  SSRİ  Dövlət  Tikinti  və 



Arxitektura  Komitəsinin  Tikintinin  İqtisadiyyatı  Elmi  Tədqiqat 

İnstitutunun əyani aspiranturasını bitirmiş, orada iqtisad elmləri namizədi 

elmi  dərəcəsi  almaq  üçün  dissertasiya  müdafiə  edərək  Bakıya 

qayıtmışdır.  

 

1967-1980-ci  illərdə  Azərbaycan  SSR  Dövlət  Plan  Komitəsi 



yanında  Elmi  Tədqiqat  İqtisadiyyat  İnstitutunda  şöbə  müdiri,  elmi  işlər 

üzrə  direktor  müavini  və  institutun  direktoru  vəzifəsinin  icraçısı 

olmuşdur.  

1980-2000-ci  illərdə  Dövlət  Plan  Komitəsində  və  Dövlət  Əmlak 

Komitəsində  şöbə  müdiri  vəzifəsində  çalışmışdır.  2000-ci  ildən 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  İqtisadiyyat  İnstitutunda  şöbə 

müdiri işləyir. 

 

T.Hüseynov  20  ildən  çox  respublikanın  mərkəzi  idarəetmə 



orqanlarında şöbə müdiri vəzifəsində çalışmış, “Fədakar əməyə görə” və 

“Əmək  veteranı”  medalları  ilə  təltif  edilmiş,  1988-ci  ildə  Azərbaycan 

SSR  Nazirlər  Sovetinin  qərarı  ilə  ona  “təşəkkür”  elan  edilmişdir. 

Müstəqillik dövründə “Azərbaycan Respublikasının əməkdar iqtisadçısı” 

fəxri adına layiq görülmüşdür. 

 

T.Hüseynov 



2009-cu  ildən  iqtisad  elmləri  doktorudur. 

T.Hüseynov  investisiya-tikinti  kompleksinin  iqtisadi  problemlərinə  həsr 

edilmiş 140-dan çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifi 

və həmmüəllifidir. Onun elmi tədqiqat işləri investisiya-tikinti kompleksi 

ilə  yanaşı,  iqtisadiyyatın  diversifikasiyası  və  iqtisadi-sosial  səmərəlilik 

problemləri ilə bağlıdır.  

 

 

 




T.Hüseynov  “Azərbaycan  Milli  Ensiklopediyası”nda  məqaləsi 

(“Tikinti”)  dərc  edilmiş  müəlliflərdən  biridir.  Onun  əsərlərindən 

“Azərbaycanda  investisiyalar:  gəlirlər,  investisiyalar,  sənayeləşdirmə, 

məşğulluq”  monoqrafiyasını  (“Elm”  nəşriyyatı,  2009,    Bakı,  24  ç.v.), 

“İnvestisiyaların  stimullaşdırılması  və  vergi  siyasəti”  (“Vergi  xəbərləri” 

jurnalı,  Bakı,  2008,  №2,  0,5  ç.v.),“Azərbaycanın  milli  iqtisadi  inkişaf 

modeli və onun xüsusiyyətləri” (AMEA, Xəbərlər, Humanitar və ictimai 

elmlər seriyası, 2006, №2, Bakı, «Elm», s.47-66 1,3 ç.v.), “Azərbaycanın 

iqtisadi  durumunun  qiymətləndirilməsi  və  investisiya  siyasəti” 

(“Dirçəliş-XXI əsr” jurnalı, Bakı, 2006, № 94-95, s.272-284, 1 ç.v.)  və 

s.  Bu  kimi  məqalələrini  xüsusi  qeyd  etmək  olar.  Bununla  yanaşı,  

T.Hüseynovun  son  illərdə  “Azərbaycan”,  “Xalq”  və  “Respublika” 

qəzetlərində  21  elmi-analitik  məqaləsi  dərc  edilmişdir.  Onun 

“Azərbaycanda  investisiyalar:  gəlirlər,  investisiyalar,sənayeləşdirmə, 

məşğulluq” adlı monoqrafiyası  müəyyən olunmuş  qaydada 2010-cu ildə 

Dövlət mükafatına təqdim edilmişdir.  

T.Hüseynov 1973-cü ildən etibarən yüksək ixtisaslı elmi kadrların 

hazırlanmasında  da  fəal  iştirak  edir.  1969-cu  ildə  SSRİ  Ali  Attestasiya 

Komissiyasının  qərarı  ilə  ona  “Kapital  qoyuluşunun  və  yeni  texnikanın 

səmərəliliyi” ixtisası üzrə baş elmi işçi adı verilmişdir. 

 

T.Hüseynovun  apardığı  elmi-tədqiqat  işlərinin  yekunlarına  həsr 



olunmuş  təhriri  məruzələr  AMEA  Rəyasət  Heyətində,  Sənaye  və 

Energetika  Nazirliyində,  İqtisadi  İnkişaf  Nazirliyində,  Dövlət  Statistika 

Komitəsində,  Azərbaycan  Respublikassı  Prezidenti  yanında  Strateji 

Araşdırmalar Mərkəzində yüksək qiymətləndirilmişdir.  

 

T.Hüseynov  AMEA  İqtisadiyyat  İnstitutunda  fəaliyyət  göstərən 



müdafiə  şurasının  üzvü  kimi  dissertasiya  işlərinin  müzakirələrində  də 

fəal iştirak etmişdir və hazırda da bu fəaliyyətini uğurla davam etdirir. O, 

özünün  peşəkarlığı,  obyektivliyi  və  prinsipiallığı  ilə  seçilən  iqtisadçı 

alimdir. 



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə