Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi


Alüminium istehsalı və istehsal üsulları



Yüklə 265,51 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix20.10.2017
ölçüsü265,51 Kb.
#6132
1   2   3   4   5   6   7   8   9

 

Alüminium istehsalı və istehsal üsulları: 

Alüminium  istehsalında  əsas  xammal  alüminium  filizlərdir:  boksitlər,  nefelinlər, 

alunitlər,  kaolinlər.  Bunlardan  ən  əhəmiyyətlisi  boksitlərdir  (dünyada  istehsal  olunan 

alüminiumun 95%-i boksitdən alınır). 

 

Alüminium  istehsalı  texnologiyası  iki  prosesdən  ibarətdir:  alüminium-oksidin 



alınması və alüminium-oksiddən (gil-torpaq) ilkin alüminium alınması. 

 

Alüminium-oksidini 3 üsulla  alırlar: qələvi üsulu, turşu  üsulu və  elektotermik  üsul. 



Ən çox yayılmış üsul K.İ.Bayerin yaş qələvi üsuludur. 

 

Qələvi  üsulunda,  gil-torpağın  faizi  çox  olan  boksitlər  üçün  filiz  və  əhəngdaşı 



xırdalandıqdan  sonra  soda  (Na2CO

3

)  ilə  qarışdırılır  və  fırlanan  barabanlı  sobada  bişirilir 



(1200.....13000S-də).  Nəticədə  aluminat  məhlulu,  silikat  və  suda  həll  olmayan  digər 

birləşmələr alınır. Sonra alüminat su ilə qələviləşdirilir. Alınmış alüminat məhlulu süzülür. 

Sonra soba qazı ilə 800S-ə qədər qızdırılır. Bu zaman aşağıdakı reaksiya gedir: 

2NaOH+CO


2

→Na2CO


3

+H

2



Yeyici  natrium  məhlulu  ilə  qələviləşdirilən  boksit  kip  polad  qablarda  2500  selsi 

tempraturda  və  25-30  atmosfer  təzyiqdə  aparılır.  Həmin  qablar  buxarla  qızdırılır.  Belə 

şəraitdə boksitdən alümin hidroksidi natrium alüminatı əmələ gəlməklə həll olur. 

Al(OH)

3

+NaOH→NaAlO



2

+2H


2

Hidroanaliz reaksiyası su əlavə edilən məhlulda gedir. 



NaAlO

2

+2H



2

O→Al(OH)


3

+NaOH 


Kristallik  alüminium  hidroksid  tam  susuzlaşdırma  üçün  qurudulur  (kalsinasiya)  və 

boruvari, fırlanan sobalarda 1200S dərəcəyə qədər qızdırılır. 

Nəhayət, Al

2

O



3

 alınır və prosesin davamında texnologiyaya uyğun olaraq elektroliz 

təknələrində alüminium alınır. 



 

Alüminium istifadə sahələri: 

  

Alüminium  –  yüngül  metal  olub,   elastikdir, elektrik  keçirmə  qabiliyyəti  yüksəkdir 



və 

korroziyaya  qarşı  yaxşı  davamlıdır.  Bu  səbəblərdən  alüminium  tikinti, 

elekroenergetikia, maşın və avadanlıq istehsalı, qablaşdırma, nəqliyyat və s. kimi sahələrdə 

istifadə  olunur.  Metal  və  xəlitələri  korroziyadan  qorumaq  üçün  işlədilir.  Maşınqayırmada 

xalis  alüminium  az  işlədilir,  çünki  mexaniki  xassələri  yüksək  deyil.  Təyyarəqayırma, 

avtomobil  istehsalı,  vaqonqayırma  və  cihazqayırma  sənayelərində  işlədilən  xəlitələrin 

alınmasında  işlədilir.  Alüminium  tərkibinə  görə  əsasən  AB0000,  AB000,  AB00,  AB0, 

A00, A0, A1, A2 və A3 markalarla istehsal edilir.  

Alüminium  tərkibli  xəlitələr  texnoloji  istifadə  mənsubiyyətinə  görə  iki  qrupa 

bölünür: tökmə xəlitələri və təzyiqlə emal edilən xəlitələr. 

 

Alüminium tökmə xəlitələri silisium, mis və maqnezium ilə xəlitələrdir. 

 

Alüminiumun  silisium  ilə  xəlitələrinə 



silominlər  deyilir.  Sənayedə  6-13%-dək  Si 

olan  xəlitələr  işlədilir.  Onun  mexaniki  xassələri  saf  Al-dan  yüksəkdir.  Silominlərin 

mexaniki xassələrini yüksəltmək üçün maqnezium və manqan daxil edirlər. Məsələn: АЛ2, 

АЛ4,  АЛ9.  mühərriklərin  iri  və  orta  tökmələri  böyük  və  orta  yüklərə  məruz  qalan, 

mürəkkəb konfiqurasiyalı detallar və s. hazırlanır. 

 

Alüminiumun  mis  ilə  xəlitəsində 



4-11%-ə  qədər  mis  olur.  Alüminium  mis  ilə 

xəlitələrindən(АЛ12,  АЛ10B)  cihazların  detalları,  mühərriklərin  porşenləri,  zərbə 

yüklərinə məruz qalan detallar və korroziyaya davamlı detallar hazırlanır. 

 

Alüminiumun  maqnezium  ilə  xəlitələrində 



4,5-11%-ə  qədər  maqnezium  işlədilir. 

АЛ8  mexaniki  xassələri  yüksəkdir  və  korroziyaya  davamlıdır.  Böyük  zərbə  yüklərinə 

məruz qalan detallar, korroziyaya davamlılığı yüksək olan detallar hazırlanır.  

 

Təzyiqlə  emal  edilən  alüminium  xəlitələr.  Döymə,  ştamplama  və  yayma  üçün 

düralüminium  tipli  xəlitələr  işlədilir.  Düralüminium  latınca  “durus”  sözündən 

götürülmüşdür,  bərk  alüminium  deməkdir.  Düralüminiumun  mexaniki  xassələrini  Cu  və 

Mg  yüksəldir.  Manqan  düralüminiumun  bərkliyini  və  korroziyaya  davamlılığını  artırır. 



 

Düralüminium  xassələrini  yaxşılaşdırmaq  üçün  termiki  emala  uğradırlar.  Düralüminium 



tipli xəlitələr sənayedə, xüsusi ilə də aviasiya sənayesində geniş tətbiq edilir. 

D1-konstruksiyaların yüklənən elementləri, ventillərin pərləri və s., D16- konstruksiyaların 

yük daşıyıcı elementləri, gövdələrin detalları, pərçimləri və s. hazırlanır.  

Sənaye sahələrində  ilkin və yarımfabrikat alüminium istehlakçıların payı:2013-cü il 

 

Tikinti sənayesində-16% 



 

Maşın və avadanlıq istehsalında-10% 



 

Energetikada-8% 



 

İstehlak mallarında-6% 



 

Nəqliyyatda-36% 



 

Qablaşdırmada-20% 



 

Digər sahələrdə-4% 



2.DÜNYA ALÜMİNİUM SƏNAYESİ 

2.1.Dünya Alüminium İstehsalı: 

Alüminium dünya iqtisadiyyatında çox önəmli paya malikdir. Misdən ucuz olması, 

təbiətdə  daha  çox  rast  gəlinməsi,  işlənməsinin  asan  və  yumşaq  olmasına  görə  gündəlik 

həyatda tez-tez qarşımıza çıxan metaldır. Alüminium istehsalı əsasən inkişaf etmiş və yeni 

sənaye ölkələrində geniş yayılmışdır. 

2014-cü  ildə  dünya    alüminium  istehsalı  53  mln.ton  olunmuşdur.  Ən  böyük 

istehsalçı 27,5 mln.  tonla Çin olmuşdur. Körfəz ölkələri regionunda 4,8 mln. ton, Şimali 

Amerika regionunda 4,5 mln. ton, Şərqi və Mərkəzi Avropa regionunda 3,8 mln. ton, Qərbi 

Avropa  regoinunda  3,5  mln.  ton,    Asia  regionunda  (Çin  daxil  deyil)  2,4  mln.  ton, 

Avstraliya və Okeaniyada 2 mln. ton, Cənubi Amerika regionunda 1,5 mln. ton alüminium 

istehsal olunmuşdur. 

 

 




Yüklə 265,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə