Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi



Yüklə 265,51 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix20.10.2017
ölçüsü265,51 Kb.
#6132
1   2   3   4   5   6   7   8   9

14 

 

 



AB-28  ölkələrində  ilkin  alüminium  istehsalından  daha  çox  yarımfabrikat  və  son 

məhsul  istehsalına  üstünlük  verilir.  Yarımfabrikat  məhsulları  əsasən  nəqliyyat,  inşaat, 

mühəndislik sektorlarında istifadə olunur. Statistikaya nəzər salsaq görərik ki, 2013-cü ildə 

yarımfabrikat  məhsulların  38%-i  nəqliyyat  sektoruna  yönəlmişdir.  2013-2015-ci  illər 

ərzində bu göstərici 4,5 dəfə 2,4% artmışdır. Nəqliyyat sektorunun ardınca inşaat sektoru 

(24%), qablaşdırma (16%), mühəndislik (14%) və digər sektorlar (7%) yer alır. 

 

AB-28 ölkələrində alüminium sektorunda 250 000 nəfər işçi; o cümlədən mədənçilik 



və alüminium saflaşdırma sahəsində 2400 nəfər, ilkin alüminium istehsalı sahəsində 11300 

nəfər,  təkrar  emal  sahəsində  4300  nəfər,  qalan  232 000  nəfər  isə  yarımfabrikat  və  son 

məhsul istehsalı sahəsində fəaliyyət göstərir. 

 

Alüminium lövhə (rulon halına salınmış) 



2000-2007-ci illərdə 10,7% artımdan sonra 

artımdan sonra istehsalda güclü tələb azalması müşahidə olunmuşdur. 2007-2009-cu illərdə 

istehsal  böhran  səbəbində  21%  azalaraq  3,5  milyon  tona  çatmışdır.  2009-2013-cü  illərdə 

isə  istehsal  23,1%  artaraq  böhran  mərhələsini  geridə  qoymuşdur.  AB-28  ölkələrində 

alüminium lövhə istehsalına baxsaq 2013-cü ildə ən böyük istehsalçı Almaniya olmuşdur, 

sonrakı  sıralarda  isə  İtaliya  və  Fransa  durur.  Daha  dəqiq  desək,  2013-cü  ildə  Avropa 

ümumi  alüminium  lövhə  istehsalının  44,9%i  Almaniyanın,  11,7%-i  Fransanın,  7,8%-i 

İtaliyanın payına düşür. 

 

Digər  yarımfabrikat  məhsullarından  olan 



qəlibdən  çıxan  məhsullar 

(alüminium 

profillər,  çubuqlar,  borular  və  s.)  istehsalı  2013-cü  ildə  2,93  milyon  ton  olmuşdur.  2007-

2008-ci  illərdə  böhran  zamanı  istehsal  12%,  2008-2009-cu  illərdə  isə  21%  azalma  baş 

vermişdir.  2010-cu  ildən  başlayaraq  istehsalda  canlanma  başlamışdır.  İstehsal  olunmuş 

məhsulun  46%-i  tikinti-inşaat  sektorunda,  26%-i  nəqliyyat  sektonunda  istifadə 

olunmuşdur. 

 

AB-28  ölkələrində  alüminium  əridənlər  üçün  ən  çətin  dövr  2008-2009-cu  illərə 



təsadüf  edir.  Dünya 

tökmə    alüminium 

istehsalı  2000-2013-cü  illərdə  9,1  milyon  tondan 

16,2  milyon  tona  (+79%)  yüksəlmişdir.  AB-28  ölkələrinə  nəzər  salsaq  görərik  ki,  bu 




15 

 

göstərici  əksinə  olmuşdur.  2013-cü  ildə  dünya  tökmə  alüminium  istehsalında  AB-28 



ölkələrinin payı 18,7% olmuşdur. AB-28 ölkələrinin  tökmə alüminium istehsalının 75%-i 

5 ölkədə cəmləşmişdir (Almaniya, İtaliya, Polşa, Fransa, və Avstriya). Almaniya və İtaliya 

əsas  tökmə  alüminium  istehsalçılarıdır  810  və  730  min  ton.  Böhran  illərindən  sonra 

istehsalatda ciddi dönüş baş vermişdir. 2000-ci ildə Polşa 200 min ton tökmə alüminium 

istesal etmişdisə, bu göstərici 2013-cü ildə (+52%) artaraq 335 min ton olmuşdur. Bu isə 

ümumi AB-28 istehsalının 11%-i deməkdir.  



Cənubi  Amerika:

  Bu  regionun  əsas  istehsalçısı  Braziliyadır.  2013-cü  ildə  ilkin 

alüminium  istehsalı    Braziliyada  1,3  milyon  ton,  Argetinada  425  min  ton,  Venesuellada 

160 min ton olmuşdur. 2014-cü ildə isə Braziliyada 3,9 milyon ton istehsal olmuşdur. İlkin 

alüminium istehsalının həcminin 2015-ci ildə 4,3 milyon ton, 2016-cı ildə 4,6 milyon ton, 

2017-ci ildə 5 milyon ton olacağı proqnozlaşdırılır. 

2012-ci ildə 267 100 ton içki qutusu (19,8 milyard ədəd) emala qayıtmışdır. 2014-cü 

ilin  ilk  altı  ayı  ərzində  769 600  ton  ilkin  alüminium  məhsulu  tikinti  və  qablaşdırma 

sahələrində istifadə olunmuşdur.  

Orta  Şərq:

  Bu  ölkələrə  Bəhreyn,  Oman,  Qətər,  S.Ərəbistanı  və  BƏƏ  daxildir. 

İqtisadiyyatlarında əsas payın neft sektorunun tutmasına baxmayaraq, son 10 ildə bu region 

alüminium  sənayesində  inkişaf  dövrünə  başlamışdır.  2015-ci  ilin  mart  ayında  bu  ölkələr 

birgə  432 000  ton  alüminium  istehsal  etmişdir.  Bu  istehsalda  əsas  pay  Bəhreynin  ALBA 

şirkətinin  payına  düşür.  Belə  ki,  ALBA  2014-cü  ildə  1  milyon  tona  yaxın  (931 427  ton) 

alüminium  istehsal  etmişdir.  2015-ci  ilin  1-ci  rübü  ərzində  isə  237 774  ton  alüminium 

istehsal  olunmuşdur  ki,  bu  da  keçeən  ilin  müvafiq  dövri  ilə  müqaisədə    2,4%  artım 

deməkdir.  Bu  ölkələrdə  yerləşən  6  şirkət  (ALBA-Bəhreyn,  SOHAR-Oman,  QATALUM-

Qətər,  MAADEN-  S.Ərəbistanı,  DUBAL-  EMAL-  BƏƏ)  tərəfindən  2014-cü  ildə  4,9 

milyon  ton  alüminium  istehsal  olunmuşdur,  bu  göstəricinin  2015-ci  ildə  5,3  milyon  tona 

çatdırılacağı planlaşdırılır. 




16 

 

2.2.Dünya Alüminium Xammal Hasilatı 

Alüminium  istehsalı  üçün  xammal  boksit,  gil-torpaq,  alunit,  alüminium  qırıntılar 

hesab olunur. Dünyada əsas xammal olaraq 

boksitdən

 istifadə olunur. İstehsalatda 5-6 ton 

boksitdən  2  ton  gil-torpaq  bundan  isə  1  ton  alüminium  alına  bilər.  Əsas  boksit  yataqları 

tropik  və  subtropik  ərazilərdə  cəmləşib.  Dünya  üzrə  baxsaq  boksit  ehtiyatları  7  regionda 

cəmləşib:  Qərbi  və  Mərkəzi  Afrika  (əsasən  Qvineya),  Cənubi  Amerika  (Braziliya, 

Venesuella,  Surinam),  Karib  dənizi  hövzəsi  (Yamayka),  Okeaniya  və  Cənubi  Asiya 

(Avstraliya, Hindistan), Çin, Aralıq dənizi hövzəsi (Yunanıstan), Rusiya (və Qazaxıstan). 

Cədvəl 10. Dünya boksit ehtiyatları 2014-cü il. 

 

Ölkələr 

İstehsalın həcmi 

1. 


Qvineya 

7,4 milyard ton 

2. 

Avstraliya 



6,5 milyard ton 

3. 


Braziliya 

2,6 milyard ton 

4. 

Vyetnam 


2,1 milyard ton 

5. 


Yamayka 

2 milyard ton 

6. 

İndoneziya 



1 milyard ton 

7. 


Qayana 

850 milyon ton 

8. 

Çin 


830 milyon ton 

9. 


Yunanıstan 

600 milyon ton 

10. 

Surinam 


540 milyon ton 

Dünyanın ən çox boksit ehtiyyatlarının Qvineyada olmasına baxmayaraq, hasilatda 

Avstraliya,  Çin  və  Braziliyadan  geri  qalır.  2010-2014-cü  illər  ərzində  hasilat  194  milyon 

tondan  229,2  milyon  tona  yüksəlmişdir  ki,  bu  da  18%  artım  deməkdir.  2013-cü  il  ilə 

müqayisədə  isə  17,7%  azalma  müşahidə  olunmuşdur,  yəni  hasilat  51,0  milyon  ton 

geriləmişdir. 

 

 



Yüklə 265,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə