Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   2   3   4   5   6   7   8   9   ...   163

 
 
10 
 
fosfoenolpiruvatkarboksilaza  və  fosfoqlüka-  latfosfatazanın  tam  şəkildə  nukleotid  və  aminturşu  ardıcıllığı 
təyin edildi.   
Akademik  C.Əliyevin  əldə  etdiyi  bu  nailiyyətləri,  eləcə  də  ET  Əkinçilik  İnstitutunda  bu  əsasda 
yaradılan  buğda  sortları  və  onların  respublikada  geniş  əkin  sahəsinə  malik  olmasını  24-30  iyul  2011-ci  il 
tarixdə  Bakıda  keçirilən  və  “Davamlı  İnkişaf  üçün  fotosintez  tədqiqatları”na  həsr  olunmuş  beynəlxalq 
konfransda təmsil olunan 41 ölkənin xarici elm adamları tərəfindən yüksək dəyərləndirildi. 
Konfransda  Birləşmiş  Krallıqdan  Fotosintez  tədqiqatları  üzrə  Beynəlxalq  Cəmiyyətin  prezidenti 
Uilyam Ruzerford, həmin cəmiyyətin sabiq prezidenti Ceyms  Barber, Yaponiyadan professor Norio Murata, 
ABŞ-dan professor Bob Blankenşip, Almaniyadan professor Qernot Reyncer, Macarıstandan professor Qyozo 
Qarab və başqaları akademik Cəlal Əliyevin uzun müddət fotosintez, xüsusən də fototənəffüs sahələrində əldə 
olunan nailiyyətlərini yüksək qiymətləndirdilər. Bildirildi ki, professor C.Əliyevin bu illər ərzində əldə etdiyi 
bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə dünya elmi də bəhrələnəcək.  
 
Bu  baxımdan  akademik  Cəlal  Əliyevin  2012-ci  ildə  NyuYorkda  Dioqo  F.Neves  və  Joao  D.Sanzın 
redaktorluğu ilə çap olunan “Quraqlığa dair yeni tədqiqatlar” kitabında dərc olunan “Quraqlığa davamlı buğda 
(Triticum L.) genotiplərinin fizioloji və molekulyar əsasları”, İsveçdə “Fiziologiya Plantarum” jurnalında nəşr 
olunan  “Buğda  və  soya  genotiplərinin  fotosintezi,  fototənəffüsü  və  məhsuldarlığı”  məqalələrində  qaldırılan 
məsələlər və 40 ildən artıq bir dövr ərzində əldə olunan mühüm nəticələr dünya elmi ictimaiyyətinin böyük 
marağına səbəb oldu.  
Artıq keçən əsrin 80-ci illərin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik 
C.Ə.Əliyev  “İdeal  buğda”  bitkisinin  modelini  hazırlamış  və  onun  testləri  əsasında  seleksiya  materiallarının 
seçilməsi  ilə  qiymətli  formalar  yaradılmışdır.  Bu  model  özündə  fotosintetik  fəaliyyətin  göstəricilərinin  və 
əlamətlərinin  morfofizioloji  və  aqronomik  xüsusiyyətlərinin,  buğda  genotiplərinin  real  və  potensial 
imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək məhsuldarlığı 
təyin  edən  prinsiplər  müəyyən  edilmişdir.  Bütün  bunların  nəticəsində  artıq  1980-ci  illərdə  bir  çox  qiymətli 
buğda  hibridləri  yaradıldı,  respublikamızın  müxtəlif  regionlarında  yerləşən  bölgə  təcrübə  stansiyalarında 
ekoloji  sınaqlardan  keçirildi  və  onların  stabil,  yüksək  məhsuldar,  keyfiyyətli  formaları  seçilərək  Seleksiya 
Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim olundu. Aparılan ekoloji 
sınaqlar və SNSMDK-nin nəticələri əsasında rayonlaşdırılmış Mirbəşir 50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23, 
Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84, Qiymətli 2/17  yumşaq buğda  sortları tezliklə 
respublikada  geniş  əkin  sahəsi  tutmağa  başladı.  Hələ  1988-ci  ildə  bərk  buğda  proqramının  məntiqi  nəticəsi 
kimi akademik C.Əliyevin yaratmış olduğu məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq 
üçün  təsdiq  olunmuş  və  tezliklə  keçmiş  Sovetlər  Birliyinin  Dövlət  Sortsınağı  Komissiyası  yüksək 
məhsuldarlığına  görə  bu  sortu  Özbəkistan  və  Türkmənistan  respublikalarında  da  rayonlaşmasına  qərar 
vermişlər.  Respublikada  taxılın  orta  məhsuldarlığının  iki  dəfə  artaraq  2,5-2,6  t/ha  çatmasında  məhz  bu 
sortların  əkin  sahələrinin  tez  bir  zamanda  genişlənməsinin  də  böyük  rolu  olmuşdur.  Bunun  üçün  Əkinçilik 
İnstitutunun  respublikanın  hər  bir  bölgəsini  əhatə edən təcrübə  stansiyalarında  yaradılmış  yüksək  məhsuldar 
taxıl  sortlarının  toxumçuluq  sistemi  sürətlə  inkişaf  etdirildi.  Hər  bir  bölgə  üçün  işlənib  hazırlanmış  elmi 
əsaslandırılmış  becərmə  texnologiyasının  tətbiqi  göstərdi  ki,  intensiv  tipli  bu  sortlardan  optimal  şəraitdə 
hektardan 7-8 ton dən məhsulu almaq mümkündür. İnstitutda yaradılmış sortların əksəriyyəti məhz bu modelin 
testləri  əsasında  həyata  vəsiqə  almışdır.  Yaradılmış  bu  testlər  qısa  müddətdə  minlərlə  nümunələrin,  ilkin 
seleksiya materiallarını qiymətləndirməyə imkan verdi. Odur ki, C.Əliyevin seleksiya proqramı çoxcəhətli və 
hərtərəflidir.  O  daima  işləyən,  təkrar  olunmaz  və  dinamik  inkişafda  olan  və  bir-birini  tamamlayan  bir 
mexanizmdir. Bunu artıq dayandırmaq və ya zəiflətmək mümkün deyildir. Baxmayaraq ki, buna 80-ci illərin 
axırlarında,  90-cı  illərin  əvvəllərində  bir  çox  ciddi  cəhdlər  olmuş,  Əkinçilik  İnstitutunun  rəhbərliyi 
dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, elmi işlərin aparılmasına lazımi şərait yaradılmamışdır. 
Məhz  o,  ağır  illərdə  akademik  C.Əliyev  hər  cür  təqib  və  təzyiqlərə  baxmayaraq  Əkinçilik  İnstitutunda 
başladığı  seleksiya  proqramını  həyata  keçirmək  üçün  alimləri  öz  ətrafında  sıx  birləşdirərək,  onları  ruhdan 
düşməyə qoymamışlar. Respublikamızın taxıla olan tələbatına və o, illərdə süni surətdə yaradılmış blokadanı 
yaxşı  başa  düşən  akademik  tezliklə  taxıl  istehsalını  artırmaq  üçün  proqramlar  hazırlayıb  dövlət  rəhbərliyinə 
göndərmişdi.  Çox  təəssüflər  ki,  o  zaman  belə  mühüm,  vacib  işi  həyata  keçirmək  üçün  müsbət  cavab  ala 
bilməmişdir.  Çətinliklərə  baxmayaraq  həmin  illər  seleksiya  işləri  nəticəsində  respublikada  yüksək  məhsul 


 
 
11 
 
vermək  potensialına  malik  olan  “Mirbəşir  50”,  “Tərtər”  və  “Vüqar”  bərk  buğda  sortları  rayonlaşmış  və 
seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmişdir. 
Ancaq mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının 
yaradılması  zəruriyyəti  qarşıda  dururdu.  Bu  tip  sortlar  yüksək  məhsuldar,  quraqlığa,  şaxtaya,  xəstəlik  və 
zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda də nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik 
olmalı  idi.  Məhz  akademik  C.Əliyevin  son  iyirmi  beş  ildə  seleksiya  proqramında  inkişaf  etdirdiyi 
istiqamətlərdən biri də bu olmuşdur. Bunun üçün hibrid nəsillərin alınmasında yerli buğda sortlarından istifadə 
olunmasına böyük üstünlük verildi. Xalq seleksiya tərəfindən seçilmiş «Qaraqılçıq», «Qırmızı buğda», «Sarı 
buğda», «Ağ buğda», «Şərq» və başqa Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə 
uyğunlaşan  davamlı  buğda  genotipləri  yeni  intensiv  sortlarla  hibridləşdirilərək  yeni  nəsillər  yaradıldı. 
Bunlardan perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığı Əkinçilik İnstitutunda fəaliyyət 
göstərən  fitotronda  süni  iqlim  kameralarında  öyrənilməsi  tezliklə  onların  tarla  şəraitində  sınaqdan 
keçirilməsinə imkan yaratdı. Artıq bu istiqamətdə aparılan tədqiqatların nəticəsində alınmış quraqlığa davamlı 
«Bərəkətli 95» bərk buğda sortu ilə yanaşı «Əzəmətli 95», «Qobustan» və «Ruzi 84» yumşaq buğda sortlarının 
əkin  sahəsi  respublikanın  quraq  dəmyə  regionlarında  artmaqdadır.  Bu  tipli  bir  çox  hibrid  formaların  tarla 
şəraitində  suvarma  rejimindən  asılı  olaraq  fizioloji  xüsusiyyətlərinin  öyrənilməsi  yeni  quraqlığa  davamlı 
hibridlərin  seçilməsinə  zəmin  yaratdı.  Təsədüfi  deyildir  ki,  Əkinçilik  İnstiututunun  təcrübə  bazalarında 
akademik  C.Əliyevin  kompleks  seleksiya  proqramını  Beynəlxalq  təşkilatlarda  aparılan  seleksiya  işləri  ilə 
müqayisə  edən  CİMMYT-in  bərk  buğdanın  seleksiya  proqramının  rəhbəri  doktor  H.Pfeyfer  bu  tip  plastik 
sortların hələ onların təşkilatında yaradıla bilmədiyini etiraf etmişdir. Yaradılmış «Bərəkətli 95» bərk buğda 
sortunun  şaxtaya  və  quraqlığa  davamlılığı,  yüksək  keyfiyyəti,  yüksək  məhsul  vermək  qabiliyyətini  bir 
genotipdə cəmləşməsinə heyran olduğunu gizlətməmişdir. 
Əkinçilik  İnstitutunda  aparılan  seleksiya  proqramının  yeni  istiqamətlərindən  biri  də  buğdanın 
seleksiyası  üzrə  dünyada  məhşur  olan  CİMMYT  və  Quraq  Bölgələrdə  Kənd  Təsərrüfatı  Tədqiqatları 
Beynəlxalq  Mərkəz  (İCARDA)  ilə  aparılan  birgə  tədqiqatlardır.  Akademik  həmin  təşkilatlarla  birgə 
əməkdaşlıq  üçün  müraciət  etdikdən  sonra  1995-ci  ildən  başlayaraq  CİMMYT  və  İCARDA-nın  mərkəzi 
Asiya  və  Cənubi  Qafqaz  üzrə  əlaqələndiriciləri  bir  qayda  olaraq  Azərbaycanda  səfərdə  olurlar.  Əkinçilik 
İnstitutunda və onun müxtəlif bölgələrdə yerləşən təcrübə bazalarında aparılan seleksiya işləri ilə tanışlıqdan 
sonra,  onlar  burada  seleksiya  işlərinin  beynəlxalq  səviyyədə  aparılmasının  şahidi  olmuşlar.  Akademik 
C.Əliyevin  mütərəqqi  seleksiya  proqramı,  xüsusən  də  bərk  buğdanın  seleksiyası  istiqamətində  aparılan 
tədqiqatlar ölkədə səfərdə olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran etmişdir. Azərbaycanda 
taxıl  sortlarının  seleksiyasının    yüksək  səviyyəsi  CİMMYT-in  rəhbərliyində  böyük  maraq  doğurduğundan 
birgə  əməkdaşlıq  haqqında  protokol  1996-cı  ildə  imzalanmışdır.  Elə  həmin  dövrdən  başlayaraq  mütəmadi 
qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və hibridləri CTMMYT 
və  İCARDA  təşkilatlarından  Azərbaycana  gönlərilməyə  başlanılmışdır.  Bu  ənənə  bu  gün  də  davam  edir. 
Onlar  akademik  C.Əliyevin  rəhbərliyi  ilə  ayrı-ayrı  bölgələrdə  öyrənilərək  yeni  yerli  hibrid  nəsillərin 
yaradılması üçün istifadə olunur.  
   Akademik C.Əliyev vaxtaşırı olaraq hər il institutun təcrübə bazalarında olur, tədqiqatların gedişinə 
şəxsən  nəzarət  edir,  öz  dəyərli  məsləhətlərini  verir.  Onun  son  illərdə  müntəzəm  olaraq  institutun 
bölgələrdəki təcrübə bazalarında seleksiya materiallarını qiymətləndirməsi, istehsalat üçün sortları seçməsi 
artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək arxitektonikaya malik Əzəmətli 
95, Qobustan, Nurlu 99, Ruzi 84,  Aran,  Tale 38, Qırmızı gül1  yumşaq buğda sortlarının sürətlə istehsalata 
tətbiq  olunması  respublikanın  taxıl  istehsalının  daha  da  artırılmasına  səbəb  olmuşdur.  Eyni  zamanda 
perspektivli olan  Qızıl buğda, Ləyaqətli 80, Zirvə 80, Yeganə, Şəfəq 2, Pirşahin 1 və Günəşli yumşaq buğda 
sortları  SNSMDK-da  sınaqdadır.  C.Əliyevin  bu  sortlarının  əsas  müsbət  cəhətləri  əkin  səviyyəsində 
sünbüllərinin  bir  bərabərdə  paylanması,  yarpaqlarının  qısa  və  ensiz  olub,  gövdəyə  nisbətən  şaquli 
yerləşdiyindən vegetasiya müddətində uzun müddət fotosintetik fəaliyyətdə olmasıdır. Akademik C.Əliyev 
son illərdə seleksiyaçı alimlərin iştirakı ilə keçirilən beynəlxalq səyyar seminarlarda seleksiya proqramının 
yeni  istiqamətlərini  şərh  edərəkən  qeyd  etmişdir  ki,  artıq  respublikada  geniş  əkin  sahəsi  tutan  buğda 
sortlarının  optimal  becərmə  şəraitində  hektardan  6-8  ton  dən  məhsulu  almaq  imkanı  vardır.  Bu  tip  sortlar 
təcrübə  sahələrində  çoxdur.  Artıq  bu  genitopilərdən  iki  dəfə  çox,  hektardan  10-12  ton  dən  məhsulu  verə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə