Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   10   11   12   13   14   15   16   17   ...   164

STUDY OF RESISTANCE TO STRESS FACTORS PRODUCTIVITY, AND 
ORGANOLEPTIC  ELEMENTS OF S. SEGETALE (ZHUK) FROM SHAKI  
 
G.Q.RAFIYEVA, G.S.MAJIDOVA 
 
The  productivity,  organoleptic    elements  of  bread  and  resistance  to  stress  factors  of  S. 
SEGETALE  from  Sheki  (Zhuk)  has  been  studied.  This  form  of  rye  has  been  evaluated  as 
drought and resistant. 
 
 
UOT 633/635:631.52. 
 
PAYIZLIQ YUMŞAQ BUĞDA SORTU ŞƏFƏQ 2 
A.M.ABDULLAYEV a.e.ü.f.d., S.K.HACIYEVA a.e.ü.f.d. 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik Institutu, Bakı ş., Sovxoz № 2 
e-mail: abdin_aetei@mail.ru 
 
Məqalədə müasir dövrdə buğdanın seleksiyasının problemləri, metodoloji əsasları və yeni 
rayonlaşdırılmış  Şəfəq  2  payızlıq  yumşaq  buğda  sortunun  təsviri  və  təsərrüfat  göstəriciləri 
haqqında qısa məlumat verilmişdir. Şəfəq 2 (T.aestivum L.lutescens Al.) sortu RBİ-nin K-58369 
nümunəsi,  yerli  Şəfəq  və  Səba  yumşaq  buğda  sortlarının  pilləli  hibridindən təkrar  fərdi  seçmə 
yolu  ilə  yaradılmışdır.  Sort  botaniki  lutescens  növmüxtəlifliyinə  aiddir.  Ekoloji  plastikdir, 
müxtəlif iqlim şəraitində sabit məhsulvermə qabiliyyətinə malikdir. Potensial məhsuldarlığı 80,0 
s/ha, dəndə kleykovinanın miqdarı 38,0 %- qədər, zülalın miqdarı 14,9 % təşkil edir. Sort 2014-
cü ildə respublikada rayonlaşdırılmış, suvarılan aran və dağətəyi bölgələrində becərilməsi üçün 
təklif olunmuşdur. 
Açar  sözlər:  seleksiya,  hibrid,  sort,  genotip,  kleykovina,  zülal,  sedimentasiya,  standart, 
seçmə, ekoloji, plastik 
Ключевые слова:  селекция, гибрид, сорт, генотип, корреляция, клейковина, белок, 
седиментация, стандарт, отбор, экологически, пластичность 
Key  words:  selection,  hybrid,  variety;  genotype,  gluten,  protein,  sedimentation,  control, 
sampling, environmentally, plasticity 
 
Bitkiçilikdə regional aqroekoloji şəraitə uyğunlaşa bilən, yüksək məhsuldar, dənli bitki, o 
cümlədən  buğda  sortlarının  istifadəsi,  dən  məhsuldarlığının  artırılmasının  və  onun  istehsalının 
iqtisadi  səmərəliliyinin  etibarlı  əsasını  təşkil  edir  [1].  Bununla  belə  yeni  kənd  təsərrüfatı  bitki 
sortlarının sürətlə istehsalata tətbiqi adaptiv əkinçilik sisteminin ayrılmaz tərkib hissəsi olan bir 
element kimi nəzərdə tutulur [2].  
Qeyd  etmək  lazımdır  ki,  son  illərdə  seleksiya  proqramında  son  nəticələrin  qoyuluşunda, 
nəticə etibarı ilə yeni sortların yaradılmasının elmi-metodoloji texnologiyası kimi, bu nəticələrə 
nail  olma  metodlarında  əhəmiyyətli  dərəcədə  korreksiya  baş  vermişdir.  Əgər  ötən  əsrin  80-ci 
illərində,  əkinçiliyin  başlıca  olaraq  texnogen  vasitələrlə  intensivləşdirilməsi  zamanı  yüksək 
potensiala  malik  genotiplərin  seçilməsi  aktual  idisə,  son  illərdə  seleksiyanın  əsas  istiqamətini 
yayıldığı bölgələrdə sortların məhsuldarlığını limitləşdirən qeyri-əlverişli xarici mühit amillərinə 
davamlı sortların yaradılması təşkil edir [3]. 
Məlum  olduğu  kimi  buğdanın  məhsuldarlığı  sortların  genotipik  xüsusiyyətləri  ilə  yanaşı 
onların müxtəlif xəstəliklərlə sirayətlənməsi də daxil olmaqla aqroekoloji amillərin geniş spektri 
ilə müəyyənləşir. Belə ki, xəstəliklərin intensiv yayıldığı zamanı məhsul itkisi, sortların genetik 
potensialını  və  yüksək  aqrofonun  səmərəsini  heçə  endirir.  Tədqiqatlar  nəticəsində  müəyyən 


edilmişdir  ki,  sarı  pas  xəstəliyinin  güclü  epifitotiyası  zamanı  payızlıq  buğdalarda məhsul  itkisi 
40-60 %-ə qədər çata bilir 
[3]. 
Ötən  əsrin  sonlarından  başlayaraq  Azərbaycanda  sarı  pas  patogeninin  vaxtaşırı  olaraq 
epifitotik  həddə  çatması  buğda  bitkisində  əhəmiyyətli  dərəcədə  məhsul  itkisinə  səbəb  olur.  Bu 
baxımdan  son  onilliklərdə  seleksiyanın  başlıca  məqsədi  sarı  pas  patogeninə  davamlı  sortların 
yaradılması  olmuşdur.  Əsas  metod  kimi  növdaxili  hibridləşmədən  istifadə  etməklə  effektiv 
davamlı  genlər  əsasında  yeni  başlanğıc  materialın  yaradılması  və  hərtərəfli  tədqiq  olunmaqla 
yüksək  davamlılığa,  məhsuldarlığa  və  keyfiyyətə  malik  genotiplərin  seçilməsi  nəticəsində 
buğdanın  seleksiyasında  xeyli  irəliləyişə  nail  olunmuşdur.  Görülmüş  işlər  nəticəsində,  təsviri 
aşağıda  verilən  yeni  yaradılmış  və  2014-cü  ildə  patentləşdirilmiş  yüksək  məhsuldar  Şəfəq  2 
payızlıq yumşaq buğda sortu da bu qəbildəndir. 
Şəfəq  2  (T.aestivum  L.lutescens  Al.)  sortu  Azərbaycan  Elmi  Tədqiqat  Əkinçilik 
İnstitutunda RBİ-nin K-58369 nümunəsi, yerli Şəfəq və Səba yumşaq buğda sortlarının pilləli 
hibridindən təkrar fərdi seçmə yolu ilə yaradılmışdır. 
Şəfəq 2 sortu lutescens növmüxtəlifliyinə aid olub, sünbülü qılçıqsız, iyvari formalı, uzun 
(11-13sm),  orta  sıxlıqda,  sünbülcük  pulcuğu  oval,  zəif  sinirli,  sünbülcük  pulcuğunun  dişciyi 
qısa küt, çiyinin forması ensiz qalxmış, tilin görünüşü güclüdür. Dəni orta ölçülü, 1000 dənin 
kütləsi-42,0-46,0  q.-dır.  Dəninin  şüşəvariliyi  illərdən  aslı  olaraq  80-100  %  -ə  qədər  yüksələ 
bilir. 
Bitkinin  boyu-99,3-116,2  sm  olub,  yatmaya  qarşı  davamlıdır.Vegetasiya  müddəti  178-
190  gün  olub  standart  Aran  sortu  ilə  bir  vaxtda  yetişir.  Kollanması  yaxşıdır.  Cücərtiləri  və 
boruya çıxma fazasında yarpaqları tüksüz, yaşıl rəngdədir. 
Sort 80,0 s/ha potensial məhsuldarlığa malik olmaqla 2007-2009-cu illərdə Tərtər Bölgə 
Təcrübə  Stansiyasında  müsabiqəli  sort  sınagında  orta  65,9  s/ha,  standart  Aran  sortu  (58,2 
s/ha) ilə müqayisədə 7,7 s/ha artıq məhsul formalaşdırmışdır(cədvəl). 
 
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim 
edilmiş Şəfəq-2 yeni yumşaq buğda sortunun əsas təsərrüfat göstəriciləri 
(Tərtər-2007-2009) 
Cədvəl 
 
Əlamət və göstəricilər 
Şəfəq-2 
O
rta
 
Aran, nəzarət 
O
rta
 
Nəza-
rətə  
görə 
fərq 
2007  2008  2009 
2007  2008  2009 
Bitkinin boyu, sm 
99,3 
103 
116,0 
106,1 
84,8 
79,7 
103 
89,2 
+17 
Məhsuldarlıq, s/ha 
48,0 
70,6 
79,0 
65,9 
35,0 
71,7 
67,8 
58,2 
+7,7 
1000 dənin kütləsi, q. 
31,6 
42,6 
46,0 
40,1 
23,6 
45,0 
44,8 
37,8 
+2,3 
Şüşəvarilik, %-lə 
56,0 
53,0 
80,0 
63,0 
38,0 
46,0 
47,0 
43,7 
+19,3 
Kleykovinanın miqdarı, % 
38,0 
35,2 
28,1 
33,8 
36,8 
28,8 
31,2 
32,3 
+1,5 
Zülal, %-lə 


14,9 



14,6 

+0,3 
İnstitutun  keyfiyyət  laboratoriyasının  məlumatlarına  görə  sınaq  illərində  dəndə 
kleykovinanın miqdarı orta qiymətcə 33,8%, (maksimum 38,0%), zülalın miqdarı orta 14,9% 
olmuşdur. Standartla müqayisədə artım müvafiq olaraq 1,5; 0,3%  təşkil etmişdir. 2014-cü il 
keyfiyyət analizlərinin nəticələrinə görə Şəfəq 2 sortunda şüşəvarilik 100%,1000 dənin kütləsi 
39,0  q.,  kleykovinanın  miqdarı  32,0%,  kleykovinanin  deformasiya  əmsalı  115,8,  zülalın 
midarı  13,0%,  sedimentasiyanın  göstəricisi  24,0  ml.  təşkil  etmişdir.  Müqayisə  üçün 
göstərmək  lazımdır  ki,  seleksiya  təcrübələrində  standart  kimi  qəbul  edilmiş  Aran  sortunda 
şüşəvarilik  -  55,0%,  1000  dənin  kütləsi  41,0  q.,  dəndə  kleykovinanın  miqdarı  23,6%, 
kleykovinanın deformasiya əmsalı 105,0, zülalın midarı 11,2%, sedimentasiya göstəricisi 22,5 
ml. olmuşdur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə