Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   2   3   4   5   6   7   8   9   ...   164

L.V.Qarayeva.  Torpağa  təsir  göstərən  təbii  və  antropogen  faktorlar  (Gəncə-Qazax  bölgəsi 
timsalında
R.V.Əmirov, S.Ə.Haciyev. Torpaq münbitliyinin artırılmasında Naxçivan seolitinin rolu 
T.A.Hacıyev.  Dağ-meşə  qəhvəyi  torpaqların  zaman  və  məkan  amilini  nəzərə  almaqla  torpaq 
təsnifati nomenklaturasında korrelyativ dinamikasinin nəzəri aspektləri 
Q.Ş.Yaqubov, T.N.Nizamzadə. Torpaq əlamətlərinin dəyişkənlik xüsusiyyətlərinin yaranmasında 
iqlim amilinin rolu və onun monitorinqinə aid tədqiqatların aparılması 
А.П.Герайзаде, 
Н.А.Мамедов, 
С.А.Кочарли, 
Ч.Г.Гюлалиев, 
Л.В.Караева. 
С
РАВНИТЕЛЬНЫЙ  АНАЛИЗ  И  ХАРАКТЕР  ИЗМЕНЕНИЯ  КОЭФФИЦИЕНТОВ  ПЕРЕНОСА  ВЛАГИ  В 
ПОЧВЕ 
 
N.Q.Hümmətov. Açıq-şabalıdı torpağın aqrofiziki xassələrinin geostatistik məkan dəyişkənliyi  
F.Q.Hüseynov.  Torpaq  eroziyasına  qarşı  mübarizədə  tətbiq  olunan  yeni  texniki  vasitələr  və 
onların əhəmiyyəti 
Н.Г.Гумматов, 
С.Р.Велиева, 
Э.М.Ахмедова. 
Сравнительная 
оценка 
влияния 
минеральных и биоактивных органоминеральных удобрений на агрофизические свойства 
почв   
V.Ə.Məmmədov.  Böyük  Qafqazın  şimal-şərq  hissəsinin  qəhvəyi  dağ-meşə  torpaqlarının 
mikromorfoloji xüsusiyyətləri 
 
 
 
 
VII. AQROKİMYA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


I. GENETİKA, SELEKSİYA VƏ TOXUMÇULUQ 
UOT 547.9;577.101 
 
BUĞDA BİTKİSİNDƏ VEGETASİYA DÖVRÜNÜN UZUNLUĞUNU TƏYİN EDƏN 
ƏSAS TƏBİİ AMİLLƏRİN GENETİK ƏSASLARI 
 
E.B.ƏLİYEV b.ü.f.d., S.K.HACIYEVA a.e.ü.f.d., A.M.ABDULLAYEV a.e.ü.f.d.,  
C.M.TƏLAİ b.ü.f.d. 
Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Sovxoz № 2, Bakı, Azərbaycan, Tel.: 5516130 
E-mail 
elxan-aliyev00@rambler.ru
 
 
Məqalədə buğda bitkisinin inkişaf sürətini və vegetasiya dövrünün uzunluğunu təyin edən 3 
əsas  xüsusiyyətin-yarovizasiya  (Vrn  gen  sistemi),  fotoperioda  reaksiya  (Ppd  gen  sistemi)  və 
özünəməxsus  yetişkənliyin  (Eps  gen  sistemi)  genetik  əsaslarının  tədqiqi  ilə  bağlı  əldə  edilən 
nəticələr verilmişdir. Hər bir genetik sistemin buğda bitkisinin mühitə adaptasiya qabiliyyəti və 
ekoloji  plastikliyi  ilə  bağlı  ən  mühüm  əlamətlərdən  sayılan  vegetasiya  dövrünün  uzunluğunun 
müəyyənləşdirilməsində rolu araşdırılmışdır.  
 
Açar  sözlər:  buğda,  sort,  vegetasiya  dövrü,  fotoperioda  reaksiya,  yarovizasiya,  gen, 
genotip, əlamət, özünə məxsus tezyetişkənlik 
Ключевые  слова:  пшеница,  сорт,  вегетационный  период,  фотопериодическая 
реакция, яровизация, ген, генотип, признак, собственная скороспелость 
Key words: wheat, variety,  vegetative period,  photoperiod response, vernalization, gene, 
genotype, trait,  earliness per se 
 
Bitkilərdə vegetasiya dövrünün uzunluğu mühüm bioloji xüsusiyyətlərdən hesab edilməklə 
ilk növbədə genotiplərin adaptiv və ekoloji plastikliyini təmin edən əlamətlərdən hesab olunur. 
Bununla  belə  qeyd  etmək  lazımdır  ki,  vegetasiya  dövrünün  uzunluğu  yalnız  sortların 
məhsuldarlığını  formalaşdıran  əsas  amillərdən  deyil,  eyni  zamanda  o,  bitkilərin  quraqlığa, 
xəstəliklərə, zərərvericilərə və digər stres faktorlara davamlılığını təmin edən, xüsusiyyətlərdən 
sayılır. Vegetasiya dövrünün uzunluğundan buğdanın ən mühüm göstəricilərindən biri olan dənin 
keyfiyyət parametrləri də asılıdır. 
Görkəmli  sovet  alimi  N.İ.  Vavilov  hələ  1935-ci  ildə  yazırdı  ki,  qısa  vegetasiya  dövrünə 
malik  olan  payızlıq  buğda  sortlarının  becərilməsi  bir  tərəfdən,  “qara  yelin”  təsirindən  vaxtında 
qurtulmaq, digər tərəfdən, rütubətli zonalarda pas xəstəliklərinin təsirindən qısa zaman kəsiyində 
qaçmaq üçün münasib sortlar qismində uğurla istifadə edilə bilərlər.  
Vegetasiya  dövrünün  qısaldılmasına  yönəldilən  seleksiya  işləri  təbii  ki,  vegetasiya 
dövrünün  birinci  yarısında  yüksək  intensivliklə  biokütlə  toplayan  genotiplərin  yaradılması, 
seçilməsi  və  mütləq  mənada  onların  hesabına  bioloji  məhsulun  artırılması  ilə  müşayiət 
olunmalıdır. Seleksiyanın tarixinə nəzər yetirsək görərik ki, XX əsrin birinci yarısında yaradılan 
sortlar  müasir  sortlarla  müqayisədə  7-10  gün  gec  yetişməklə  onlardan  2,5  dəfə  az  məhsul 
formalaşdırırdılar.    
Ancaq  bununla  belə  ümumi  bir  bioloji  qanun  məlumdur  ki,  əlverişli  becərmə  şəraitində 
vegetasiya  dövrünün  uzunluğu  artdıqca  genotiplərin  potensial  məhsuldarlığı  da  müvafiq  olaraq 
yüksəlir.  Odur  ki,  müasir  təsəvvürlər  baxımından  vegetasiya  dövrünün  uzunluğu  ilə  bağlı 
seleksiya proqramında 2 mühüm və son dərəcə mürəkkəb məsələnin həlli aktual problem kimi bu 
gün də ön plandadır. Onlardan birincisi əsas iqlim amillərinin (günün uzunluğu, temperatur və 
rütubət)  dinamikasına  vegetasiya  dövünün  uzunluğu  ilə  maksimal  səviyyədə  uyğun  gələn  
genotiplərin  yaradılması  və  onların  potensial  imkanlarının  realizə  olunmasının  təmin  edilməsi, 
ikincisi  isə  kifayət  qədər  müxtəlif  təsərrüfat  qiymətli  əlamətlər  ilə  kompleks  şəkildə  uyarlaşan 
yüksək məhsuldalıq göstəricilərinə malik tezyetişən genotiplərin alınmasıdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə