Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə4/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   2   3   4   5   6   7   8   9   ...   164

Buğda  bitkisində  vegetasiya  dövünün  uzunluğunun  idarə  olunmasında  3  əsas  genetik 
ststemin iştirak etdiyi və eyni zamanda ətraf mühitin kompleks amillərinin birgə təsirinin də bu 
əlamətin formalaşmasında xüsusi rol oynadığı aşkar edilmişdir. Belə ki, buğda bitkisində çıxış, 
sünbülləmə  dövrünün  uzunluğunu  təyin  edən  genetik  sistemlərdən  biri,  fotoperiod  rejiminə 
həssaslığı idarə edən Ppd gen sistemi, digəri yarovizasiya təlabatını təmin edən Vrn gen sistemi 
və  tezyetişkənliyi  dar  mənada  idarə  edən,  Ppd  və  Vrn  gen  sistemləri  ilə  əlaqəsi 
olmayan,ontogenezin  ayrı-ayrı  mərhələlərində  inkişaf  sürətinə  təsir edən  Eps  gen  sistemidir  ki, 
bu  da  genotiplərin  müəyyən  fenofazalarında  mühitin  temperaturuna  və  rütubətinə  göstərdikləri 
reaksiya  nəticəsində  inkişaflarının  sürətinin  artması  ilə  yaranan  xüsusiyyətdir.  Buğda  bitkisi 
sünbülləmə  dövrünə  qədər  günün  uzunluğuna,  temperatur  və  rütubət  amilinə  qarşı  xüsusən 
həssas olur. Müasir təsəvvürlərə görə buğda bitkisinin vegetasiya dövünün uzunluğuna təsir edən 
amillər arasında yarovizasiya, Vrn gen sisteminin payı 70-75%, bu göstərici fotoperiodizm,  Ppd 
gen sistemi üçün 21%, “özünəməxsus ” tezyetişkənlik, Eps gen sistemi üçün isə 1-2% təşkil edir 
[4,10]. 
Fotoperiodizm  amilinin  buğda  bitkisinin  vegetasiya  dövünün  uzunluğuna  təsirinin 
genetik əsasları: Buğda bitkisində fotoperiodizm xüsusiyyətinin genetik əsaslarının öyrənilməsi 
ilə bağlı həyata keçirilən ilk tədqiqat işi keçən əsrin 20-ci illərinə, Florel [12] təsadüf edir. Sunset 
və  Markız  sortlarının  iştiraki  ilə  həyata  keçirilən  təcrübələr  nəticəsində  tədqiqatçı  bu  sortlarda 
fotoperiodizmi idarə edən əsas genin iki vəziyyəti haqda məlumat vermişdir.  
Fotoperiodizmə  reaksiya  genlərinin  buğda  genomu  daxilində  xromosom  lokalizasiyası 
haqqında  ilk  məlumatlar  Xollaran  və  Boudelin  tədqiqatlarında  öz  əksini  tapmışdır  [13]. 
Müəlliflər Çayniz Sprinq sortunun hər bir xromosomunu ayrı-ayrılıqda Hope sortunun müvafiq 
xromosomları ilə əvəz etməklə 5 kritik -1A, 3B, 4B, 6B və 7D xromosomlarının fotoperiodizm 
genlərinin  daşıyıcıları  onlardan  3-nün  1A,  4B,  6B  tədqiqatçıların  rəyincə  fotoperioda  həssaslıq 
göstərən  genlər,  2-nin  isə  3B  və  7D,    əksinə,  qeyri  həssaslıq  ilə  xarakterizə  olunan  genlərin 
fəaliyyəti ilə bağlı olduqlarını bildirmişlər. 
Təbii ki, bu tədqiqat işlərinin nəticələri bir çox səbəblərdən haqlı olaraq nə fotoperiodizm 
genlərinin  sayını  düzgün  təyin  etməyə,  nə  də  ki,  onların  xromosom  lokalizasiyasının  dəqiq 
aşkarlanmasına imkan vermirdi. 
Buğda  bitkisində  fotoperiodizm  amilinin  genetik  əsaslarının  öyrənilməsi  istiqamətində 
aparılan ilk tədqiqat işləri keçən əsrin 70-ci illərinin əvvələrində həyata keçirilmişdir. Müəlliflər 
təcrübələrdə  donor  qismində  fotoneytral  Sonora  64  sortunu  istifadə  etmişdilər  [14;17;18].  Bu 
qəbildən olan sortlar test genotiplər kimi fotoperiodizm xüsusiyyətinin tədqiqində ən münasib və 
əsl  donorlar  sayılırlar.  Aparılan  F
2
  genetik  analizlərə  onlar  digər  valideyn  qismində 
fotoperiodizmə həssas forma kimi Cheyenne sortunu və onun monosom xətlərini cəlb etmişdilər. 
Nəticələrin  ilkin  təhlili  tədqiqatçılara  neytral  həssas  Sonora  64  sortunun  2D  və  2B 
xromosomlarında iki dominant geni müəyyən etməyə imkan vermişdir. Məhz, həmən genlərə ilk 
dəfə olaraq onlar tərəfindən Ppd ( Photoperiodic response) simvolu verilmiş, aşkar edilən genlər 
isə Ppd1 və Ppd2 genləri adlandırılmışdır. Daha sonralar müəlliflər öz təcrübələrini bir qədər də 
dəqiq  və  geniş  formatda  apararaq  Ppd1  geninin  epistaz  effektə  malik  olduğunu  bir  daha 
təsdiqləmiş  və  eyni  zamanda  Sonora  64  sortunun  2  deyil,  3  dominant  Ppd1,  Ppd2  və  Ppd3 
genlərini daşıdığını təyin etmişlər [18]. 
Maraqlı nəticələr [15] Çayniz Sprinq sortunun xromosomlarının yad cinslərə məxsus olan 
xromosomlarla əvəz edilməsi zamanı əldə edilmiş və göstərilmişdir ki,  homoloji II qrup- 2A, 2B 
və 2D xromosomları fotoperiodizmə reaksiya xüsusiyyətini idarə edən genlərin, Çayniz Spring 
sortunun  2A  xromosomu  isə  Ppd3  geninin  daşıyıcısıdır.  Bundan  əlavə  onlar  Ppd  genələrinin 
ekspressiyasını, yəni gücünü aşkarlamağa cəhd göstərmiş və bu genlərin Çayniz Sprinq sortunda 
ekspressiyasını aşağıdakı ardıcıllıqla ifadə etmişlər 2B (Ppd2) >2A (Ppd3)> 2D (Ppd1). 
Hazırda  buğda  bitkisi  üçün  fotoperiodizm  genlərinin  yeni  müasir  molekulyar  genetik 
sistemi  işlənib  hazırlanmışdır  ki,  bu  sistemə  əsasən  əvvəllər  məlum  olan  Ppd1,  Ppd2,  Ppd3 
genləri indi müvafiq olaraq Ppd-D1, Ppd-B1, Ppd-A1 kimi işarə edilmişdir. 


Azərbaycanın  təbii  qısa  (11-13  saat)  gün  şəraitində  35  ildən  artıq  müddətdə  apardığımız 
genetik  analizlər  nəticəsində  Ppd  genlərinin  2-ci  qrup  xromosomlarında  yerləşməsi  təsdiq 
edilmiş,  lakin  onların  hər  birinin  ekspressiyasının  eyni  gücə  malik  olması  göstərilmişdir 
[1;2;3;11].  Bu  tədqiqatlarla  ilk  dəfə  olaraq  tərəfimizdən  aşkarlanan  qısa  günə    superhəssas,  əsl 
resipiyent  hesab  olunan    Warden  sortunun  iştirakı  ilə  çoxlu  sayda  sortlarda  və  eyni  zamanda 
Şarbati  Sonora  sortunda  Ppd4  geninin  mövcudluğu  müəyyən  edilmiş  və  eyni  zamanda  Şarbati 
Sonora sortunda 4 Ppd geninin birlikdə fəaliyyət göstərməsi müəyyənləşdirilmişdir [2;3]. 
Yarovizasiya  amilinin  buğda  bitkisinin  vegetasiya  dövünün  uzunluğuna  təsirinin  genetik 
əsasları: Yuxarıda qeyd etdiyimiz kimi vegetasiya dövrünün uzunluğuna təsir edən təbii amillər 
arasında  yarovizasiyanın  rolu  digər  amillərlə  müqayisədə  daha  böyük  həcmə  malikdir  və  onu 
idarə  edən    Vrn  gen  sisteminin  payı  isə  70-75%  təşkil  edir.  Buğda  bitkisi  hazırki  dövrdə 
yarovizasiya, yəni aşağı temperatura reaksiya xüsusiyyətinə, başqa sözlə həyat tərzinə  görə əsas 
etibarı ilə  yazlıq və payızlıq olmaqla 2 böyük qrupa bölünür. Ancaq bununla belə çoxlu sayda 
tədqiqatçılar  daha  bir  qrupu  “ikixassəli”  həyat  tərzinə  malik  olan  3-cü  qrup  genotiplərin 
mövcudluğunu göstərmişlər.  
Fotoperiodizm  kimi  yarovizasiya  xüsusiyyəti  də  buğda  bitkisinin  genetik  baxımdan 
orqanizm  tərəfindən  təkamül  prosesində  qazanılmış  və  möhkəmlənmiş  adaptiv  əlamətlərindən 
hesab  olunur.  Buğda  bitkisinin  adaptiv  xüsusiyyətləri  arasında  yarovizasiya  müxtəlif  bioloji 
aspektlərdən, xüsusən də genetik cəhətdən ən geniş və hərtərəfli tədqiq olunmuş  əlamətlərindən 
sayılır [4;5;9;10]. Çoxlu sayda payızlıq buğda sortları üçün yarovizasiya amilinin təsirinə tələbat 
60-70 gün təşkil edir, ancaq bir sıra mənşəyi Skandinaviya ölkələri sayılan sortlarda bu tələbatın 
müddəti daha uzun -90 günə və daha artıq həddə çatır [7]. Lakin, bununla yanaşı aşkar edilmişdir 
ki, Gürcüstan mənşəli bəzi payızlıq büğda nümunələrinin yarovizasiya mərhələsini keçməsi üçün 
20  gün  kifayət  edir  [6].  Ümumiyyətlə,  belə  bir  qanunauyğunluq  aşkar  edilmişdir  ki,  şimaldan 
cənuba doğru irəlilədikcə payızlıq sortların yarovizasiyaya həssaslığı azalır. 
Həyat  tərzi  xüsusiyyətinin  irsi  xarakter  daşıması  haqqında  məlumatlar  və  irsiyyətinin 
öyrənilməsi ilə bağlı aparılan ilk genetik tədqiqatların tarixi keçən əsrin əvvəllərinə təsadüf edir.  
Hazırki  dövrdə  bu  əlamətin  genetik  mexanizminin  öyrənilməsi  ilə  bağlı  kifayət  qədər 
tədqiqtlar  aparılaraq  materiallar  toplanmış  və  onların  əsasında  aşkar  edilmişdir  ki,  buğda 
bitkisində    həyat  tərzi  xüsusiyyəti  5  məlum  Vrn  (vernalization)  gen  sistemi  ilə  idarə  olunur 
[4;5;8;9;10].  Sitogenetik  metodlarla  hər  bir  genin  yumşaq  buğda  genomu  daxilində  hansı 
xromosomda yerləşdiyi təyin edilmiş və göstərilmişdir ki, Vrn1 geni 5A xromosomunda, Vrn2- 
2B, Vrn3- 5D, Vrn4 5B və Vrn5-7B xromosomunda lokalizə olmuşdur.  
Bütün payızlıq buğda sortları bu genlərin resessiv allellərinin vrn1-vrn5 daşıyıcıları hesab 
olunur  və  yazlıq  formalarda  isə  onlardan  heç  olmasa  biri  mütləq  dominant  halda  olmalıdır. 
Məlum  olmuşdur  ki,  dominant  Vrn1  geni  digər  genlərə  qarşı  epistatik  xarakterə  malikdir. 
İkixassəli  həyat  tərzi  ilə  səciyyələnən  əksər  sortlarda  yazlıq  xüsusiyyətinin  monogen  irsiyyət 
xüsusiyyəti ilə xarakterizə olunduğu aşkar edilmiş və göstərilmişdir ki, bu əlamət böyük tezliklə 
Vrn2  (57.7%),  daha  az  (19.3%)  Vrn1  geninin  effektivliyi  ilə,  nadir  hallarda  isə  Vrn3  geninin 
fəaliyyəti ilə idarə olunur [8]. 
 Genotipləri  Vrn  genlərini    resessiv  halda  daşıyan  payızlıq  sortlar  üçün  yarovizasiya 
amilinin  təsiri  olmadığı  şəraitdə  onların  cavan  yarpaqları  inkişafdan  qalır  ki,  bu  da  böyümə 
nöqtəsi-apeksin  differensiyası  qabiliyyətini  məhdudlaşdırır,  başqa  sözlə  fəaliyyətini  boğur  və 
beləliklə də bitkilərin generativ inkişaf mərhələsinə keçməsini dayandırır. Yarovizasiya amili bu 
məhdudiyyəti  aradan  qaldırır  və  bununla  da  bitkilərin  fotoperiodizm  faktoruna  reaksiya 
göstərməsi  üçün  imkan  yaradır.  Bu  sxem  iki  genetik  sistemin-  Vrn  və  Ppd  gen  sistemlərinin 
ardıcıl  olaraq  buğda  bitkisinin  ontogenezində  işə  düşməsinin  mexanizmini  açiqlayır.  Prinsipial 
fakt  kimi  qeyd  etmək  lazımdır  ki,  fenotipik  cəhətdən  Vrn  və  Ppd  gen  lokusları  bir-biri  ilə 
əlaqəlidirlər.  Ancaq  mütləq  mənada  bu  qarşılıqlı  əlaqənin  molekulyar  əsaslarını  tədqiq  etmək 
zərurəti yaranır. 
Özünəməxsus  tezyetişkənlik  Eps  genlərinin  buğda  bitkisinin  vegetasiya  dövrünün 
uzunluğuna  təsirinin  genetik  əsasları:  Təcrübələr  göstərir  ki,  bəzi  yazlıq  yumşaq  buğda 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə