Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə148/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   144   145   146   147   148   149   150   151   ...   164

 
 
 
olmuşdur.  Torpaqəmələgəlmədə  iştirak  edən  digər  amillərdən  fərqləndirici  xüsusiyyətləri  ondan 
ibarətdir  ki,  iqlim  amili  torpaqların  daxili  və  xarici  əlamətlərinin  təbii  və  antropogen  gedişində 
daima  iştirak  edir.  Bu  amilin  bir  çox  (havanın  orta  aylıq  və  illik  temperaturu,  yağıntılar, 
buxarlanma,  il  ərizndə  10
0
C-dən  yuxarı  temperaturun  cəmi,  nisbi  nəmlik,  torpaq  səthinin 
temperaturu, hakim dövrü əsən küləklər, ilkin payız və son yaz şaxtaları, qarın yağıb-yağmaması və 
onların yer səthində qalınlığı və qalma müddəti, torpaq qatının qışda donub-donmaması və donma 
qalınlığı və s.) ünsürləri  insanların təsərrüfat fəaliyyətindən asılı olmayaraq öz təsirlərinin zonallıq 
qanunauyğunluğu çərçivəsində həmişə göstərmişdir.  
İqlim  şəraitinin  həmin  ünsürlərinin  hamısı  düzən  aran  zonada  yayılmış  torpaqların  dinamik 
inkişafında  və  onlardan istifadədə  öz  hegemonluqlarını  saxlayırlar.  Buna  misal  olaraq  düzən-aran 
zonada  bitkilərin  intensiv  inkişaf  dövründə  yağıntıların  heç  düşməməsi,  temperaturun  orta  aylıq 
normadan  yüksək  olması  səbəbindən  quraqlığın  baş  verməsi  torpaq  örtüyündə  onun  tez  dəyişən 
əlamətlərinin  gedişinin  sürətlənməsinə  gətirib  çıxarır.  Bu  yönümlü  əlamətlərin  sırasına  aparılmış 
çoxsaylı  müşahidələrə  əsasən  qrunt  sularının  buxarlanması  ilə  suda  az  həll  olunan  duzların 
torpaqların  üst  qatlarında  toplanması  ilə şorluluğun  şorlaşma  astanasında  dəfələrlə  üstələməsi  baş 
verir  ki,  bununla  da  meliorativ  cəhətdən  yaxşılaşdırılmış  torpaqların  təkrar  şorlaşmasına,  struktur 
yaradıcı  aqreqatların  əlaqəliyinin  pozulması  ilə  tozlanmanın  intensivləşməsi  baş  verir.  Beləliklə, 
torpaq  səthində  stratiqrafik  və  miqyası  istiqamətində  çatlar  yaranır,  profil  daxili  yüksək  hərarətli 
termiki mühitin yaranması ilə qranulometrik tərkibdə gilləşmə baş verir ki, bununla da torpaqda su 
və hava keçiriciliyini pisləşdirir. Ona görə də kənd təsərrüfatında iqlim şəraitində hər 3, 5, 7 ildən 
bir  yağıntısız  quru  iqlim  şəraiti  yarandığını  nəzərə  almaqla  becərmədə  quraqlığa  qarşı  hökmən 
torpaqda rütubət saxlayıcı və buxarlanmanın qarşısının alınmasına dair meliorativ tədbirlər həyata 
keçirilməlidir.  
Yuxarıda  göstərilənlərə  rəğmən  respublikanın  düzən-aran  bölgəsində  yerləşən  Aran  Şirvan 
kadastr qiymət rayonundakı Ucar rayonu ümumi torpaq iqlim zonallığına müvafiq olaraq yayı quru 
və  əsasən  yağıntısız,  qışı  mülayim  keçən  quru  bozqır  yarımsəhra  landşaftına  malik  ərazidə 
yayıldığından  tərəfimizdən  iqlim  amilinin  torpaq  aləmində  bir  sıra  əlamətlərində,  xüsusən 
meliorativ  vəziyyətində  yaratdığı  fəsadların  yaranmasının  gedişinin  öyrənilməsi  məqsədilə  çöl  və 
kameral  şəraitdə  müşahidələrin  aparılmasına  başlanmışdır.  Çöl  müşahidələri  Ucar  rayonunun 
Alpout  ərazi  inzibati  vahidi  daxilində  tədqiqatın  məna  və  məğzinə  müvafiq  dayaq  məntəqələri 
seçilmişdir.  Dayaq  məntəqələri  kəndyanı  örüş  altında  istifadə  olunan  az  humuslu  boz-çəmən 
torpaqlar  yayılan  sahələrin  iki  məntəqəsində  seçilmişdir.  Həmin  torpaqdaxili  əlamətlərdən  iqlim 
amilinin təsiri ilə daha tez dəyişmə xüsusiyyətinə malik olan və bitkilərin normal inkişafına  mənfi 
təsir  göstərən  şor  xassələri  duzların  torpaqların  profilinin  dənəvər  qatında  (kökyanı  qidalanma 
qatında)  stratiqrafik  qaydada  hərəkət  etmə  diapazonun  və  onların  bu  hərəkət  mexanizmində 
kəmiyyətinin  öyrənilməsi  qarşıya  qoyulmuşdur.  Digər  tərəfdən  onların  hər  hansı  dövr  ərzində 
yuxarıda  göstərilən  əlamətlərin,  daha  doğrusu,  suda  asan  həll  olunan  duzların  quru  qalığa  görə 
hərəkət dinamikasının öyrənilməsi üzrə monitorinq tədqiqatlarının aparılması nəzərdə tutulmuşdur. 
Bu məqsədlə seçilmiş dayaq məntəqələrində 10 il bundan əvvəl, yəni 2004-cü ildə aparılmış torpaq-
meliorativ  tədqiqatların  nəticələri  bazis  məlumatı  kimi  götürülmüş  və  həmin  tədqiqat 
məlumatlarının  nəticələrinin  2014-cü  ildə  əldə  olunmuş  tədqiqat  nəticələri  ilə  müqayisə  edilməsi 
üçün təhlillər aparılmışdır. 
Təhlil nəticəsində məlum olmuşdur ki, 2004-cü ilin tədqiqatlarına görə torpaqların profilində 
suda  asan  həll  olunan  duzların  miqdarı  şorlaşma  astanasından  10  dəfədən  çox  olmuşdur.  Yəni 
torpaqda şorluluq yaradan duzların miqları profildə genetik qatlar üzrə bir növ bərabər paylanmaqla 
quru qalığa görə 2,12-2,64% arasında dəyişir. Duzlar içərisində NaCl və Na
2
SO
4
 duzları  üstünlük 
təşkil  edir.  Çöl  müşahidələrinə  və  analitik  təhlillərə  görə  şorlaşma  kimyəvi  və  tipoloji  tərkib 
etibarilə xlorlu-sulfatlıdır.  
Tərəfimizdən  monitorinq  tədqiqatının  aparılması  nəticəsində  isə  məlum  olmuşdur  ki,  həmin 
məntəqələrdə  və  ümumən  məntəqələrin  əhatə  dairəsinə  daxil  olan  ərazilərdə  yayılmış  torpaqların 
meliorativ  vəziyyətində  kəskin  dəyişiklik  meydana  gəlmişdir.  Belə  ki,  10  il  müddətində  şorluluq 


 
 
 
yaradan duzların miqdarı artmış və bir sıra hallarda 2004-cü ilə nisbətən 2 dəfəyə qədər çoxalmışdır 
(2,325-5,902%).  
Araşdırma  nəticəsində  məlum  olmuşdur  ki,  müşahidəyə  götürülən  dövr  ərzində  tədqiqat 
obyektində yayılmış az humuslu boz-çəmən torpaqlarda şor duzların miqdarının torpağın profilində 
və ən çox profilin üst əkin və əkinaltı qatında toplanmasında əsas rolu son 10 ildə və əsasən son 3 
ildə  (2012-2014-cü  illər)  iqlimdə  quraqlığın  və  istiləşmənin  yüksək  hədd  daxilində  olması 
oynamışdır.  
Aparılmış çoxsaylı müşahidələr nəticəsində məlum olmuşdur ki, sutka ərzində orta temperatur 
torpağın  üst  akkumulyativ  humus  qatında  bir  aydan  çox  28-33
0
  olduqda  solma  nəmliyi  20-25
0
-yə 
qədər  azalır  və  nəticədə  mədəni  və  efemer  bitkilərinin  boy  inkişafı  tamamilə  dayanaraq  mutasiya 
(yuxuya  getmə)  halına  keçir,  ya  da  tamamilə  quruyaraq  məhv  olurlar.  Bununla  belə,  torpağın 
profilində, xüsusən onun alt illivüal qatındakı duzlar intensiv buxarlanma nəticəsində üst qatlarda 
toplanma prosesləri də bitkilərin kök sisteminin inkişafına məhvedici təsir göstərir.  
İqlimdə istiləşmənin yüksələn xətt ilə davam etməsi respublika hava məlumatlar bürolarının 
proqnozlarına görə gələcəkdə də qlobal istiləşmə ilə əlaqədar gözləniləndir. Qış fəslinin yağıntısız 
(qarsız), yay aylarında havaların builki (2014-cü il) kim quru yağıntısız keçməsi və belə hava şəraiti 
bir neçə il davam edərsə, tədqiq olunan ərazidə humus ehtiyatının azalması ilə humuslaşmış qatın 
struktur baxımdan dağılması (termiki aşınması) torpağın, ümumiyyətlə, fiziki-kimyəvi xassələrinin 
pisləşməsi və bunun davamı olaraq torpaqların təkrar şorlaşması ehtimalının doğruluğa çevrilməsi 
gedişinə  bir  çox  tədqiqatçıların  əsərlərində  də  göstərilmişdir 

3,  4,  5

.  Bu  cür  mənfi  fəsadların 
yaranma  ehtimalının  doğruluğunu  2004-cü  ildə  nəzərdə  tutulmuş  dayaq  məntəqəsində  qoyulmuş 
kəsimlərin (3 təkrarda) tam su çəkimi analiz nəticələrini, həmin dayaq məntəqəsində 2014-cü ildə 
qoyulmuş  kəsimlərin  analitik  məlumatları  ilə  müqayisə  etdikdə  məlum  olur  ki,  az  humuslu  boz-
çəmən torpaqların üst şum qatında (0-30 sm-də orta) məlum olur ki, 2014-cü ildə üst qatda duzların 
miqdarı 2004-cü ilə nisbətən 11% çoxalmışdır (cədvəl). 
Bununla  məlum  olur  ki,  torpağın  üst  qatında  duzların  cədvəldə  göstərilən  hədd  daxilində 
olması mədəni və efemer bitkilərin bitməsinə mənfi təsiri qarşıya çıxmışdır.  
Tədqiqatçıların müşahidə məlumtalarında iqlimdə istiləşmə ilə əlaqədar torpaqların profilində suda 
asan həll olunan duzların şaquli hərəkət mexanizminə və onların dəyişmə diaqnozunu da müəyyən 
etmişlər. Respublikamızın düzən-aran zonalarında, xüsusən Şirvan zonasında suda asan həll olunan 
duzların  stratifiq  (şaquli)  qaydada  hərəkəti  sentyabr  ayının  son  dekadası  ilə  mart  ayının  son 
dekadası  arasında  baş  verməklə  geniş  diapazonda  olmaqla  0-50,  0-70  sm  arasında  dəyişdiyini 
göstərmişlər. Göstərilən dəyişmə diapazonu Ucar rayonu  Alpout təsərrüfatı ərazisində yayılmış az 
humuslu  boz-çəmən  torpaqlarında  da  tərəfimizdən  aparılan müşahidə  zamanı  müəyyən  edilmişdir. 
Digər  tərəfdən  də  müşahidə  edilmişdir  ki,  duzların  torpaqların  profildə  stratiqrafik  hərəkətində 
iqlimdə  istiləşmə  amili  ilə  yanaşı,  minerallaşmış  qrunt  sularının  səthə  yaxın  olması,  drenaj 
şəbəkəsinin  zəifliyi  və  torpağın  dənəvər  qatı  ilə  torpaqəmələgətirən  süxurlarla  qovşağında  gilli 
çöküntülərin üstünlük təşkil etməsi də təsiredici amil kimi özünü biruzə vermişdir.  
Nəhayət,  nəticə  etibarilə  onu  demək  lazımdır  ki,  iqlimdə  istiləşmənin  davamlı  xarakter 
daşıdığı  və  ərazidə  drenaj  sisteminin  yaradılmadığı  halda  torpaqlar  təkrar  şorlaşmaya  daha  çox 
meyillidir.  Ona  görə  də  torpaqların  bu  müqabildən  olan  mənfi  fəsad  doğuran  təsirlərdən 
qorunmasına  yönəldilən  tədbirlər  sisteminin  işlənib  həyata  keçirilməsi  monitorinq  tədqiqatlarının 
nəticələrinə  əsasən  aparılması  nəzərdə  tutularsa,  torpaqların  meliorativ  vəziyyətinin 
yaxşılaşdırılmasında daha yüksək səmərə əldə etmək olar.  
 
  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə