Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə28/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   24   25   26   27   28   29   30   31   ...   164

 
 
K
1
- zoğun bar əmsalı; 
M
salxım
- salxımların orta kütləsi, qram. 
 
Zoğun  məhsuldarlığı  tənəyin  məhsulundakı  şəkərliliyin  miqdarına  görə  isə  aşağıdakı  kimi 
hesablanır: 
zoğ
şe
ZM
S
M
İ
ZM
ker


 
Burada: ZM- zoğun məhsuldarlığı; 
              İ
ZM
- zoğun məhsuldarlıq indeksi; 
M
şəkər
- tənəyin məhsulundakı cəmi şəkərliliyin miqdarı, qram; 
S
zoğ
- tənəkdə yaşıl zoğların sayı; 
 
Zoğun  məhsuldarlığı  əsasən  5  qrup  məhsuldarlıq  (tənəyin  ümumi  məhsulundakı  şəkərliliyin 
miqdarına  görə)  üzrə  müəyyən  edilmişdir:1)  çox  az  məhsuldar  (salxımında  10  qrama  qədər  şəkər 
olan  zoğ),  2)  aşağı  məhsuldar  (salxımında  11-20  qram  şəkər  olan  zoğ),  3)  orta  məhsuldar 
(salxımında 21-30 qram şəkər olan zoğ), 4)  yüksək məhsuldar (salxımında 31-40 qram şəkər olan 
zoğ),  5)  çox  yüksək  məhsuldar  (salxımında  41-50  qram  və  daha  çox  şəkər  olan  zoğ).  Optimal 
şəraitdə tənəklərdə zoğun məhsuldarlıq indeksi salxımın quru kütləsi üzrə texniki sortlarda (şirədə 
şəkərlilik 18-20% olduqda) 250 qram, süfrə sortlarında isə (sirədə şəkərlilik 14-15% olduqda) 300 q 
ətrafında tərəddüd edir [20]. 
Bu  seleksiya  indeksinin  dəyəri  əsasında  klon  tənəklərinin  fərdi  seçilməsi  və  müqayisəli 
analizi  aparılır.  Populyasiyanın  ayrı-ayrı  fərdlərinin  zoğun  məhsuldarlıq  indeksi  üzrə  variasiya 
statistikasının  (variasiya  əmsalı  və  s.)  tədqiqi    əsasında  onların  yüksək  fərqləndirici  həddə 
qiymətləndirməsi  və  yüksəkməhsuldar  bitkilərin  əsaslandırılmış  şəkildə  seçilməsi  həyata 
keçirilmişdir. Seçmə və qiymətləndirilmə işi uzun müddət həyata keçirilir. Bu müddətdə həmçinin 
bitkilərin morfoloji əlamətlər üzrə tipikliyi  və  yüksək fenotipik dayanıqlılığı da xarakterizə olunur 
[19]. 
Üzümdə  klonların  seçilməsi  mürəkkəb  və  məsuliyyətli  məsələdir.  Bir  çox  alimlər 
yüksəkməhsuldar klonların seçilməsində adətən tənəyin məhsuldarlıq xüsusiyyətini ifadə edən əsas 
göstəricilərdən  biri  olan-  bar  əmsallarını  (ümumi  zoğun  və  barlı  zoğun)  yüksək  qiymətləndirirlər. 
Lakin  üzümçülükdə  uzun  illər  aparılan  araşdırmalardan  məlum  olmuşdur  ki,  klonların  bu  əlamət 
üzrə  seçilməsi  işin  səmərəliliyini  xeyli  aşağı  salır.  Çünki,  adətən  kolun  məhsuldarlığı  artdıqca 
gilələrdə şəkərliliyin miqdarının aşağı düşdüyü çoxillik tədqiqatlardan məlumdur. Göründüyü kimi, 
tənəyin  məhsuldarlığı  ilə  şəkərliliyi  arasında  mənfi  korrelyasiya  mövcuddur.  L.P.Troşin  və 
M.A.Çuprakov  [19]  bir  sıra  klonların  seçilməsi  zamanı  sortların  populyasiyasındakı  müxtəlif 
bitkilərin məhsuldarlıq və şəkərlilik göstəricilərinin tədqiqi zamanı müəyyən etmişlər ki, göstəricilər 
arasındakı  korrelyasiya  əlaqəsi  -0,12  və  -0,33  arasında  tərəddüd  edir.  Tərəfimizdən  Abşeron 
şəraitində  yetişdirilən  sort-populyasiyaların    üzərində  aparılan  tədqiqatlar  zamanı  məhsuldarlıq  ilə 
gilədəki şəkərlilik arasında korrelyasiya əlaqəsinin -0,53 (p<0,05) olduğu müəyyənləşdirilmişdir.  
Bu məsələni bir daha aydınlaşdırmaq məqsədilə, Abşeron şəraitində əkilib-becərilən Ağ kişmiş 
sortunun  populyasiyasından  yüksəkməhsuldar  sort-klonların  seçilməsi  məqsədilə  120-yə    yaxın 
bitkinin  məhsuldarlıq,  gilədəki  şəkərliliyin  miqdarı  və  onların  qarşılıqlı  münasibəti  araşdırılaraq, 
Dekar koordinat sistemi üzrə bu göstəricilər arasında şərti asılılığın əhəmiyyətlilik dərəcəsi müəyyən 
edilmişdir (şəkil). 
 


 
 
 
 
Şəkildən  göründüyü  kimi,  göstəricilər  arasındakı  asılılıq  əlaqələrini  göstərən  sahələr  şərti 
olaraq  4  kvadrata  (sahəyə)  bölünür.  Birinci  sahədə  (kvadratda)  paylanan  bitkilər  nisbətən  aşağı 
məhsuldarlığı  və  yüksək  şəkərliliyi,  II  sahədə  (kvadratda)  paylanan  bitkilər  nisbətən  yüksək 
məhsuldarlığı (4,4-6,8 kq) və yüksək şəkərliliyi (19-24 q/100 sm
3
), III sahədəki (kvadratda) tənəklər 
nisbətən aşağı məhsuldarlığı və aşağı şəkərlilik toplamaları, IV sahədəki (kvadratdakı) tənəklər isə 
nisbətən  yüksək  məhsuldarlığı  və  aşağı  şəkərlilik  toplamaları  ilə  səciyyələnirlər. Göründüyü  kimi, 
ən qiymətli bitkilər II kvadratda paylanan kollardır. Çünki onlar yüksək məhsuldarlıqları və yüksək 
şəkər toplamaq qabiliyyəti ilə seçilirlər. Bunlardan yüksəkməhsuldar anac klonların (protoklonların) 
seçilməsi məqəsədəuyğundur.  Lakin bu bitkilər ümumi bitkilərin 30-35%-ni təşkil edir. Bu bitkilər 
arasında isə daha qiymətliləri- yüksək və çox yüksək məhsuldar bitkilər (bir kolun məhsuldarlığı 6 
kq-dan, hektardan məhsuldarlıq isə 130 s/ha-dan çox) isə 10-12 kol təşkil edir (ümumi bitkilərin 9-
13%-ni).  Əgər  bu  üsulla  sort-klonların  seçilməsi  həyata  keçirilərsə  bu  fərdi  seleksiya  işinin 
keyfiyyətini aşağı salır.  
Ona görə də yüksəkməhsuldar klonların seçilməsində daha mürəkkəb indeks göstəricisinin- 
zoğun məhsuldarlığı, yaxud zoğun məhsuldarlıq indeksinin istifadəsi daha məqəsdəuyğundur. Çünki 
bu göstərici əsasında üzüm populyasiyasındakı genotipləri kəmiyyət və keyfiyyət  göstəriciləri üzrə 
kompleks  qiymətləndirmək  xeyli  sayda  yüksək  məhsuldar  klon-tənəkləri  (anac  tənəklər,  yaxud 
protoklonlar)  etibarlı  şəkildə  seçmək  mümkündür.  Bunun  üçün  isə  hər  bir  üzüm  sortunun 
populyasiyasındakı bitkilər ayrı-ayrılıqda kompleks əlamətlər üzrə öyənilərək qiymətləndirilməlidir. 
Bunu  nəzərə  alaraq  tədqiqat  illərində  Ağ  oval  kişmiş,  Ağ  kişmiş,  Çəhrayı  kişmiş,  Qara 
kişmiş  və  Sultanı  kişmiş  üzüm  sortlarının  populyasiyasından  ilkin  olaraq  yüksəkməhsuldar 
protoklonlar (məhsuldar və keyfiyyətli anac tənəklər- 27/11, 30/03, 3-22/4, 4-5/28, 4-18/17, 3-2/12, 
5/2-14,  9/2-14,  6/1-02  və    18/1-02  saylı)  ayrı-ayrı  kəmiyyət  və  keyfiyyət  əlamətlərinə  görə 
qiymətləndirilərək  seçilmiş  və  ardıcıl  olaraq  onların  biomorfoloji,  fitopatoloji  və  texnoloji 
xüsusiyyətləri  müəyyən  edilmiş,  onlardan  çubuqlar  tədarük  olunaraq  klon  təcrübə  sahəsində 
 
Şək. 
Ağ kişmiş sortunun populyasiyasındakı tənəyin məhsuldarlıq göstəriciləri ilə gilədəki şəkərliliyin 
miqdarının asılılıq qrafiki 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə