BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-
siyasi elmlər seriyası
2013
UOT 1 (091)
ƏBU NƏSR ƏL-FƏRABİNİN İCTİMAİ–ETİK GÖRÜŞLƏRİ
M
ÜJDƏ CU MƏHBUB QULAM oğlu
Ba
kı Dövlət Universiteti
Mahbub.1350@yahoo.com
Orta
əsr Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri də Əl-Fərabidir. Onun
tədqiqatlarında sosial inkişafa və dövlətə dair baxışları mühüm yer tutur.
Oxuculara
təqdim olunan bu məqalənin yazılmasında məqsəd Əl-Fərabinin nəzəri
cəhətdən mühüm fəlsəfi əhəmiyyət kəsb edən sosial baxışlarını təqdim və xarakterizə etməkdir.
Müəllif Əl-Fərabi irsinə müasir elmi düşüncə prizmasından, qnoseologiya nöqteyi-nəzərindən
və müasir metodologiya planından qiymət vermişdir. Bu mənada məqalədə dövlətlə əlaqədar
utopik
ideyalar aid olan orta
əsr fəlsəfi baxışları təhlil edilir.
Açar sözlər: Şərq peripatetikləri, etika, əql, xoşbəxtlik, iradə, ləyaqət, şərəf, həzz
Bəşər fəlsəfəsi fikrinin, elminin və incəsənətinin yaradılmasında Orta
Şərq peripatetiklərinin ideya irsi qabaqcıl yerlərdən birini tutur. Tədqiqatçılar
çox haqlı olaraq onların fəlsəfi irsini bütövlükdə dünya sivilizasiya tarixinin,
xüsusi halda isə dünya fəlsəfi fikrinin mühüm mərhələsi, bir növ zəruri həlqəsi
hesab edirlər. Orta əsrlərın güclü fəlsəfi cərəyanının nümayəndələri olmuş əl-
Kindi, əl-Fərabi, İbn-Sina, Bəhmənyar, İbn-Tüfeyl, İbn-Rüşd, Nəsirəddin Tusi
və b. islam ideologiyasının şüurlara hakim kəsildiyi bir şəraitdə nəinki dün-
yanın rasional dərki uğrunda mübarizə missiyasını bacarılqla yerinə yetirmiş,
həm də özlərinin təkrarsız və heyranedici yaradıcılıqları ilə Avropada Yeni
dövr
fəlsəfəsinin və təbii-elmi fikrin hazırlanmasında mühüm rol oynamışlar.
Təsadüfi deyil ki, dünya fəlsəfi fikrinin görkəmli nümayəndələrindən olan
F.Engels
“ərəbdən əxz edilmiş azad fikirliliyi” Avropa materializminin
müjdələrindən biri hesab etmişdir.
Böyük
təfəkkür və dərin ensiklopedik zəka sahibi olmuş şərq peripate-
tiklərinin misilsiz tarixi xidməti ondadır ki, onlar qədim yunan filosoflarının
zəngin və çoxtərəfli nəzəri irsini və ilk növbədə, Aristotelin fəlsəfi əsərlərini
qəbul edib onları yenidən işləmək əsasında antik fəlsəfə ilə Avropa İntibahı
arasında mənəvi bir körpü salmışlar. Şərq peripatetizminin bu cəhəti görkəmli
rus inqilabçı demokratı A.İ.Gertsenin dilində sərrast bir ifadə ilə belə
səslənmişdir: “ərəb (İbn-Rüşd nəzərdə tutulur) Aristoteli tapıb Avropaya
88
gətirənədək o, qədim dünyanın xarabalıqları altında çirkaba bulaşmış halda
cəhalət bataqlığında uyuşmuşdur” [6, 95].
Bu sözləri eynilə antik mədəniyyət nümunələrinin yenidən həyata
qaytarılmasında böyük xidmətləri olmuş orta əsr Şərq peripatetizminin digər
nümayəndələrinə də aid etmək olar. Onların hər biri, həqiqətən, qədim yunan
filosoflarının və birinci növbədə, Aristotelin Yaxın və Orta Şərqdə sədaqətli
davamçılarına və şərhçilərinə çevrilərək öz zəmanələrində dünya fəlsəfəsinin
və elmi fikrinin inkişafına güclü təkan vermişlər. Belə filosoflar içərisində əgər
şərq peripatetizminin ilk böyük nümayəndəsi ərəb filosofu Yəqub əl-Kindi
(800-
873) olmuşdursa, bu təlimin mükəmməl sisteminin yaradıcısı türk
mənşəli böyük alim Əbunəsr əl-Fərabi (874-950) olmuşdur. Şərq təfəkkür
tərzində Aristoteldən sonra “ikinci müəllim” (əl-müəllim əs-sani) adını almış
əl-Fərabinin zəngin elmi-nəzəri irsi bütün müsəlman ölkələrində elmi-fəlsəfi
fikrin inkişafında misilsiz rol oynamış, özündən sonra gələn bütün müsəlman
filosoflarının yaradıcılıq fəaliyyətinə güclü təsir göstərən nümunəvi bir
paradiqmaya
çevrilmişdir. Orta əsr ərəb tarixçisi Zahirəddin Beyhəddinin
(1105-
1169) şəhadətinə görə “qabaq ki, islam alimləri içərisində Əbunəsr
Fərabidən daha fəzilətlisi olmamışdır”. Doğrudan da, öz zəmanəsinin bütün
elmlərinə dərindən nüfuz etmək qüdrətinə malik olmuş bu böyük alim və
fi
losofun yaradıcılıq diapazonu həddən ziyadə geniş olmuş, zəmanəsinin
prinsipial əhəmiyyətli mürəkkəb problemləri belə onun yaradıcı təfəkkürünün
tədqiqat predmetinə çevrilərək öz dövrü çərçivəsində həll edilmişdir. Bu gün
bizi Fərabinin yaşayıb-yaratdığı dövrdən min illik bir zaman kəsiyi ayırsa da,
bu illər ərzində müxtəlif zəmanələrdə yaşamış filosof və alimlər öz böyük
sələflərinin nəzəri irsinə həmişə müraciət edərək onu müxtəlif bucaqlar altında
təhlil etmişlər. Azərbaycan fəlsəfi fikir tarixinin nümayəndələri də Fərabi irsinə
biganə qalmamış, onun zəngin fəlsəfi dünyagörüşünün bu və ya digər
məsələsini, epizodik şəkildə olsa da, özlərinin tədqiqat obyektinə, fikir
predmetinə çevirmişlər.
Əl-Fərabi müasir İran ərazisində doğulub, boya-başa çatmışdır. Buna
görə də, bir İran vətəndaşı, bir türk oğlu kimi mənim Fərabi irsinə marağım və
onun nəzəri irsinə müraciət etməyim heç də təsadüfi deyil. Oxucuların
diqqətinə yönəltdiyim bu məqalədə mən Fərabinin nəzəri irsində özünəməxsus
yer tutan etik görüşlərini tədqiq etməyi nəzərdə tutmuşam.
Şərq peripatetiklərinin, o cümlədən Fərabinin etik konsepsiyasının
başlanğıc prinsiplərinin təhlilində nəzəri ilk növbədə onların etikanın vəzifəsi,
məqsədi və predmeti haqqında fikirləri cəlb edir. Fərabinin sələfi olmuş ilk
ərəb filosofu Əl-Kindi “Aristotelin kitablarının sayı və fəlsəfənin dərki üçün
zəruri olan nədir” adlı əsərində etikanı “ruhun mənəvi keyfiyyətləri və onların
idarə olunması haqqında elm” kimi mənalandırmışdır. Belə idarəetmənin
məqsədi bundan ibarətdir ki, insanların davranışları xeyirxahlığa əsaslanmalı
və onun tərəfindən idarə olunmalıdır [7, 44]. Əl-Kindidən fərqli olaraq Əl-
Fərabi etikaya praktiki fəlsəfə (“falsafa amaliyya”), müdriklik fəlsəfəsi kimi
89
baxırdı. Lakin Əl-Kindi kimi Fərabi də etikanı “yüksək xeyirxahlığa və
xoşbəxtliyə çatmaq yolları haqqında elm” kimi dəyərləndirirdi. Onun təbirincə
etika “şəhərləri necə idarə etmək, onların çiçəklənməsinə, sakinlərinin həyat
tərzinin necə yaxşılaşdırılmasına və onları xoşbəxtliyə hansı yollarla istiqamət-
ləndirmək haqqında göstərişlər verməlidir” [1, 132]. Əl-Fərabi “Vətəndaş
siyasəti” traktatında isə etikanı “xoşbəxtliyin dərk edilməsi haqqında elm”
adlandırırdı [1, 121].
Orta əsr şərq peripatetiklərinin etikasında Aristotelin, qismən də Platonun
fəlsəfi görüşlərinin təsiri altında formalaşmış “nəfs” haqqında təlim mühüm yer
tutmuşdur. Bununla belə şərq peripatetiklərinin böyük xidməti bundadır ki,
onlar antik yunan filosoflarının təlimlərinin sadəcə şərhi ilə məhdudlaşmayıb,
həm də şərqdə ilk dəfə nəfs (ruh) haqqında təsəvvürlərin strukturunu işləyib
hazırlamaqla onun mükəmməl sistemini yaratmışlar. Onların fikrincə nəfs, hər
şeydən əvvəl, canlı orqanizmlər üçün səciyyəvi olan spesfik funksiyaların
məcmusudur.
Yaxın şərq peripatetiklərinin etikasının mühüm prinsiplərinindən biri
bundan ibarətdir ki, onların demək olar ki, hamısı qədim yunan filosoflarının
və ilk növbədə Aristotelin ardıcılına çevrilərək insana zəkalı ictimai varlıq kimi
baxmış və zəkanı özlərinin etik konsepsiyalarının nüvəsində yerləşdirmişlər.
Ərəbdilli fəlsəfədə “əql” anlayışını diferensiallaşdıraraq “nəzəri əqlə” və
“əməli əqlə” ayıran ilk filosof Əl-Fərabi olmuşdur. Onun anlamında “nəzəri
əql” elmi tədqiqatlardan və ya sillogizmlərdən alınmayan, insana yalnız
təbiətin bəxş etdiyi qüvvə kimi mövcud olan fenomendir. Əqlin funksiyası
biliyin başlanğıc nöqtəsini təşkil edən ümumi və zəruri müqəddəm şərtlər
vasitəsilə səhih biliklər qazanmaqdan ibarətdir. Praktiki əql isə elə bir qüvvədir
ki, insan onun vasitəsilə özü ilə ətraf cisimlər arasında yaratdığı əlaqələrə və
hisslərlə qavradığı cisimlər üzərində apardığı canlı müşahidələrə söykənərək
ona təsir edən əşyalardan hansını dərk etməyin vacib olduğunu, hansının isə
nəzərə alına bilməyəcəyini müəyyənləşdirmək imkanı qazanır. İnsanda təcrübə
hasil olanadək bu əql yalnız potensiallı zəka olaraq qalır. Praktika meydana
gəldikdən sonra isə praktiki əql aktual əqlə çevrilir. İnsan şəxsi təcrübəsinin
artırdıqca onun aktual əqli də yüksəlir [1, 202-207]. Qeyd edək ki, Fərabinin bu
fikirləri bir çox cəhətdən Aristotelin “Nikomal etikası” və “Siyasət” əsərlərində
əql haqqında təfsir etdiyi dahiyanə fikirlərlə həmahəng səslənir. Xatırladaq ki,
Aristotel adları çəkilən əsərlərində ruhun zəka hissəsini “elmi”, “nəzəri”,
“dərrakəli” və “praktiki” hissələrə ayırmışdı [3, 108].
Əl-Fərabi insanı “nəzəri yaradıcılığın ən yüksək növünün daşıyıcısı və
buna görə də kimsənin ondan üstün ola bilməyəcəyi heyvan” adlandırırdı.
Onun dərin inamına görə insanın zəkası, biliyi, idrakı qabiliyyəti təbii
mənşəlidir. Zəkanı insan təbiətinin yeganə xassəsi hesab edən Əl-Fərabi qeyd
edirdi ki, “insanın insanlıq kəsb etdiyi birinci pillə o zaman baş verir ki, onda
fəaliyyətdə olan zəkaya çevrilməyə hazır forma yaranır” [2, 239].
90
Mənəviyyatı birbaşa insan zəkası ilə bağlı götürən Əl-Fərabi ağılsızlığı
şəxsin ruhunun əxlaqi çatışmazlıqlarına başlanğıc verən xəstəlik kimi qəbul
edirdi. O, yazırdı ki, ağılsız adam həmişə kinli və bədniyyət olub, yararsız
məqsədlərə can atır. Lakin ruhunun xəstəliyi üzündən bütün bəd hərəkətləri
ona
xeyirxah əməllər kimi görünür. Bic və yalançı adam həm də kinli və
qüsurlu olur. Dərrakəli adam isə məntiqi baxımdan xeyirxah olmalıdır ki, öz
məqsədlərinin düzgünlüyünün ona bəxş edilmiş xeyirxahlıqla təsdiq edə bilsin
[1, 100-102 ].
Qeyd edək ki, düşüncəli və zəkalı insanın xeyirxah və yüksək əxlaq
sahibi olması fikri yalnız Fərabi etikasının deyil, ümumiyyətlə, bütün orta əsr
şərq peripatetiklərinin etikasının başlıca leytmotivi olmuşdur. Əl-Fərabi
düşüncəsinə görə, ümumiyyətlə, zəka və düşüncə sahibi olmayan bir insanın
xeyirxahlığa, yüksək mənəviyyata malik ola bilməsi fikri ağlasığmazdır. Bütün
şərq peripatetikləri kimi Əl-Fərabi də bu əqidədə olmuşdur ki, insanın əxlaq və
xeyirxahlıq dərəcəsi onun əqli və dərakəsi ilə müəyyən olunur.
Zəmanələrinin məntiqi bilikləri ilə silahlanan, Aristotelin və digər qədim
yunan filosoflarının əsərlərinə söykənən şərq peripatetikləri insanın əxlaqi
davranış və hərəkətlərinin ilahi tərəfindən yaradılması ideyasını qətiyyətlə rədd
etmişlər. Onlar qüdrətli insan zəkasına arxalanmaq əsasında təsdiq edirdilər ki,
allah şər işlər yaratmağa qadir deyil. O, bu mövqedən çıxış edərək yazırdı:
“Ölümdən sonra insanın mükafatlandırılması və yaxud cəzalandırılması çox
böyük bir
dəqiqliklə onun əməllərinə uyğun seçilir və Allah onları nə artıra, nə
də azalda bilər” [5, 22-23]. Əl-Fərabinin əsərlərində dəfələrlə qeyd olunur ki,
insanın azad iradəsinin inkar edilməsi labüdən Allahın şər qüvvə kimi
təsdiqlənməsinə gətirib çıxara bilər. Əl-Fərabi əmin idi ki, insan öz hərəkət və
davranışlarında xeyir və şərin, icazə verilənlə yasaq edilənin seçilməsində tam
sərbəstdir. Əgər öz davranışlarının seçilməsində insan tam sərbəstliyə və
muxtariyyata malik
olmasaydı, onun bu və ya digər hərəkətini təqdir və ya
tənqid etmək mümkün olmazdı. Əl-Fərabinin etik görüşlərinin digər bir
maraqlı cəhəti də bundan ibarətdir ki, o insanın idarə azadlığını ağıl və düşüncə
tərzi ilə əlaqələndirirdi “İnsan öz zəkası hüdudlarında azad və fail-muxtardır” –
etikanın bu mühüm məsələsi üzrə əl-Fərabinin formalaşmış fikri məhz belə
olmuşdur. Əl-Fərabi əmin idi ki, insanların iradə azadlığının, hərəkət və
davranışlarının seçim müstəqilliyinin inkar edilməsi labüddən əxlaqi
məsuliyyətin inkarına, mənəviyyatsızlığa, özbaşnalığa bəraət qazandırılmasına
səbəb ola bilər.
Əl-Fərabi “Xoşbəxtliyə çatdıran yolun müəyyələşdirilməsi” əsərində
Aristotelə istinadən “iradə” terminini sözün geniş mənasında anlayaraq onu
“əqli iradə”, “hissi iradə” və “sərbəst seçim” (ixtiyar) kimi üç növə ayırır.
Onun fikrincə iradənin ən mühüm təzahür forması insan azadlığıdır. Insanlar
öz hərəkət və davranışlarını sərbəst icra etdikdə xeyir və şəri, icazə verilənlə
yasaq ediləni, gözəlliklə çirkinliyi bir-birindən daha yaxşı fərqləndirə bilirlər.
Əl-Fərabi belə guman edirdi ki, insanın iradəsi, hər şeydən əvvəl, onun arzu və
91
istəklərində ifadə olunur. Heyvanlardan fərqli olaraq insanlarda arzu onların
düşüncə tərzindən irəli gəlir. İradənin ən yüksək dərəcəsi “yalnız insana xas
olan sərbəst seçimdir. İnsan onun hesabına tərifə və məzəmmətə layiq görülür,
o yaxşı və pis hərəkətləri həyata keçirməklə ya tərifə, ya da cəzaya layiq görülə
bilər” [1, 112-114].
Əl-Fərabi insanın iradə azadlığının eyni zamanda onun sağlam düşüncə
tərzi ilə əlaqələndirirdi. Onun fikrincə insanın xoşbəxtliyi şəxsin görə biləcəyi
“Xoş hərəkətlərlə” bağlıdır. Əl-Fərabi irsinin öyrənilməsi göstərir ki, bu böyük
filosofun əqidəsinə görə insan yalnız o halda əsl xoşbəxtliyə nail ola bilər ki,
“onun hərəkət və davranışları xoş niyyətə və azad seçimə arxalanmış olsun” [1,
7]. Bundan əlavə, insanın xoş hərəkətləri, habelə ruhunun affektlərinin yüksək
səviyyədə idarə olunması təsadüfi xarakter daşımamalı, onun möhkəm
inamından, sağlam düşüncə tərzindən, fikir dünyasının zənginliyindən irəli
gəlməlidir. İnsan xoşbəxtliyə yalnız o zaman nail olur ki, özünün gözəl
davranışlarını həyatı boyu etdiklərinin hamısından yüksək dəyərləndirir.
Əl-Fərabi yaradıcılığı üçün səciyyəvi olan cəhətlərdən biri də bundan
ibarətdir ki, o insanın iradə azadlığını onun əqli ruhuna xas olan qabiliyyət
hesab edirdi
. Həm də Əl-Fərabinin fikrincə bu qabiliyyət birbaşa insanın idraki
qabiliyyəti ilə bağlıdır. İnsanın xoşbəxtliyə çatması və bu yolda uğur
qazanması onun idraki qabiliyyətindən asılı olan iradə aktıdır. İnsan yaxşı
bilməlidir ki, o, bu və ya digər hərəkəti nə üçün və nəyin naminə edir. O, öz
hərəkətlərinin nəticəsini irəicədən səhvsiz müəyyənləşdirməyi bacarmalıdır.
Xoşbəxtliyə çatmaq üçün insana inam verən amil də elə bu olmalıdır. İnsanda
isə belə bir inamı təxəyyül deyil, yalnız zəngin və hərtərəfli bilik tərbiyə edə
bilər. Buradan əl-Fərabinin çıxardığı nəticə belə səsləndirilə bilər: fikri
xeyirxahlıqla böyük gücə malik etik xeyirxahlıq hökmən bir-birini
tamam
lamalıdır [1, 315, 318].
Əl-Fərabinin etik konsepsiyasının mühüm prinsiplərindən biri də onun
m
ənəviyyatın mənbəyi haqqında fikirləri ilə bağlıdır. Etikanıın bu kardinal
məsələsinin həllində əl-Fərabi rəsmi ortodoksal islam çərçivəsindən kənara
çıxaraq əxlaqi keyfiyyətlərin anadangəlmə olması ideyasını qətiyyətlə təkzib
etmişdir. Cəmiyyətdə islam ehkamçılarının böyük qüvvəyə çevrildyi bir
şəraitdə onun bu hərəkəti irəliyə atılmış cəsarətli bir addım idi. Fərabi yazırdı:
“insan anadan toxucu və ya mirzə doğulmadığı kimi, lap ilk başlanğıcdan da
xeyirxah və ya qüsurlu ola bilməz” [1, 12].
Əl-Fərabi əsərlərində dəfələrlə etiraf etmişdir ki, eyni təbiətli insanlar
bir-
birindən tərbiyələrinə görə fərqlənə bilərlər. Başqa sözlə, insanlar malik
olduqları bütün yaxşı və pis əxlaqi keyfiyyətləri ancaq tərbiyə prosesində
qazanırlar. İnsanlar müxtəlif və ya eyni tərzdə tərbiyə oluna bilərlər. Fərabiyə
görə insanlar anadan hazır peşə seçimi ilə doğulmadıqları kimi, dünyaya hazır
əxlaqi keyfiyyətlərlə də gəlmirlər.
Məlumdur ki, orta əsrlər şərq peripatetizminin, o cümələdən bu ideya
istiqamətinin görkəmli nümayəndəsi olan Əl-Fərabinin etik konsepsiyasının
92
nüvəsini “ xoşbəxtlik” kateqoriyası təşkil etmişdir. Xoşbəxtlik ideyası insan
həyatının məqsədi kimi Əl-Fərabi yaradıcılığından qırmızı xəttlə keçərək onun
bütün etikasına nüfuz edir. Bu isə təsadüfi olmamışdır, belə ki, şərq
peripatetiklərinin fəaliyyət göstərdiyi orta əsrlərdə xoşbəxtlik, onun təbiəti,
xoşbəxtliyə nail olmağın yolları və vasitələri məsələsi yalnız etikanın deyil,
bütövlükdə bütün fəlsəfi sistemin mühüm problemlərindən birinə çevrilmişdir.
Bu dövrd
ə müxtəlif fəlsəfi cərəyanların nümayəndələrinin dünyagörüşünün
mahiyyəti onların məhz xoşbəxtlik probleminə münasibətində açıqlanmışdır.
Məlumdur ki, bu dövrdə ortodoksal insanın bütün rəsmi nümayəndələri xoş-
bəxtliyin qazanılmasını insanın axirət dünyasına qovuşması ilə bağlayırdılar.
Bu baxımdan müqəddəs “Qurani-Kərim”in surələrindən biri belə səslənir: “Yer
həyatı oyun və əyləncədən başqa bir şey deyil, gələcək sığınacaq isə ancaq
allahısevərlər üçündür”. İslam ardıcılları təsdiq edirlər ki, insanlar transen-
dental təbiətli xoşbəxtliyə yalnız cənnətdə nail ola bilərlər. Şərq peripatetikləri
Quranın bu ehkamına qarşı açıq çıxış etməyə cəsarət etməsələr də, onların
fəlsəfi və etik traktatlarının sistemli təhlili şübhə yeri qoymur ki, onların demək
olar ki,
hamısı xoşbəxtliyi ancaq yer mövcudluğu ilə bağlayırdılar. Həyatın
başa düşülməsinin evdomonist prinsipi bütün orta əsr şərq peripatetiklərinin
yaradıcılığı üçün səciyyəvi hal olmuşdur. Yer xoşbəxtliyi və onun əldə
edilməsi yolları onların etik görüşlərinin mühüm tərkib hissəsi, ictimai-siyasi,
fəlsəfi və etik əsərlərinin mərkəzi mövzularından biri olmuşdur. Bu baxımdan
Əl-Fərabinin “Xoşbəxtliyə aparan yol”, “Vətəndaş siyasəti”, “Dövlət xadimi-
nin aforizmləri”, “Xoşbəxtliyə nail olunması” və s. əsərlərində xoşbəxtlik
kateqoriyasının təhlilinə xüsusi və geniş yer ayrılması heç də təsadüfi
olmamışdır. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, Əl-Fərabi
xoşbəxtlik kateqoriyasına hər bir insanın təbii olaraq can atdığı kamilləşmə
kateqoriyası ilə üzvi əlaqədə baxmışdır. Onun təbirincə xoşbəxtlik elə bir
nemətdir ki, “hər bir insan ona nail olmaq eşqilə yaşayır”. Əl-Fərabi yazırdı:
“İnsan mövcudluğunun məqsədi ali xoşbəxtliyə çatmaq olduğundan həqiqətin
nə olmasını bilmək, onu öz məqsədinə çevirmək ona doğru getmək lazımdır.
İnsan həm də bilməlidir ki, xoşbəxtliyə qovuşmaq üçün o, nə etməlidir” [1,
121]. Əl-Fərabi “Xoşbəxtliyə aparan yol” traktatında isə yazırdı ki, “Xoşbəxlik
–
hər bir insanın can atdığı məqsəddir” [1, 3]. Daha sonra, Əl-Fərabi
xoşbəxtliyi ali nemət saydığından ona nemətlə qarşılıqlı əlaqədə baxırdı.
Əl-Fərabinin interpretasiyasında xoşbəxtlik həmçinin ən mükəmməl
məqsəd elan edilir: “xoşbəxtlik nemətlər içərisində ən yüksək nemət, əşyalar
içərisində ən müqəddəs məqsəddir”. Fərabi yuxarıda adları çəkilən əsərlərində
dəfələrlə qeyd edir ki, insanlar xoşbəxtliyə yalnız bilik və fəaliyyət vasitəsilə
nail ola bilərlər.
Əl-Fərabinin şəhadətinə görə insanların xoşbəxtlik haqqında təsəvvürləri
müxtəlifdir. Xoşbəxtliyin anlam tərzi insanların xarakterindən və həyat
təzzindən asılıdır. Xoşbəxtliyə münasibətdə Demokritin, Platonun, Aristotelin
fikirlərinə şərik çıxan Əl-Fərabi yazırdı ki, “hər bir insan xoşbəxtliyi özü
93
təsəvvür etdiyi kimi qəbul edir. Bəzi adamlar xoşbəxtliyi var-dövlətdə, bəziləri
isə başqa bir şeydə görsələr də, lakin hər birisi düşünür ki, mütləq xoşbəxtlik
haqqında yalnız onun təsəvvürü mövcud təsəvvürlərin ən mükəmməlidir” [1,5].
Qədim yunan mütəfəkkirləri kimi Əl-Fərabi də bu əqidədə olmuşdur ki,
xoşbəxtlik insana bəxş edilmiş hədiyyə deyil, özünün qazanmış olduğu mənəvi
kefiyyətdir. Xoşbəxtlik isə bilik və fəaliyyətin gedişində qazanılır. Bu fikir Əl-
Fərabinin bütün sosial-etik traktatlarından qırmızı xəttlə keçir. O, xoşbəxtliyin
üsul varlığından danışdıqda ilk növbədə insanın bilik və fəaliyyətini nəzərdə
tutur. Əl-Fərabiyə görə insanı xoşbəxtliyə aparan yol düzxətli və asan olmayıb,
çətin və girintili-çıxıntılıdır. Bu yolda insan xoşbəxtliyə birdən-birə deyil,
yalnız nəzərə alınması vacib olan bir sıra amillərin köməyi ilə nail olur. Əl-
Fərabi belə amillərdən üçünə xüsusi üstünlük verirdi: birincisi, insanın öz
bədən orqanlarından istifadə edilməsi, məsələn, oturub-qalxması, cisimləri
görməsi, səsləri eşitməsi üçün istifadə etdiyi fəaliyyət; ikincisi, ruhun
affektləri, məsələn, ehtiras, ləzzət, sevinc, qəzəb, qorxu, məhəbbət, kədər,
qısqanclıq və s.; üçüncüsü, sağlam düşüncə. Bu sonuncu keyfiyyət insanda ya
bütün ömrü boyu, ya da müvəqqəti təzahür edir.
Əl-Fərabiyə görə insanın xoşbəxtliyə çatmasının mühüm vasitələrindən
biri də onun səmərəli fəaliyyətidir. Həm də, bu fəaliyyət, əvvala xoş iradəyə və
azad seçimə əsaslanmalı, ikincisi, o təsadüfi və müvəqəti olmayıb, bütün həyatı
boyu insanı müşayiət etməlidir.
Əl-Fərabi yaradıcılığının belə bir cəhəti də diqqət çəkir ki, insanı
xoşbəxtliyə çatdıran amillərin hər üçü – fəaliyyət, ruhun affektləri, sağlam
düşüncə - bir-birinə uyğun olmalı, bir-birini qarşılıqlı tamamlayaraq ümumi
harmoniya yaratmalıdır. Əks halda insan gec-tez bədbəxtliklə üzləşə bilər. O,
yazırdı: “İnsana o zaman bədbəxtlik üz verir ki, onun fəaliyyəti, ruhunun
affektləri və sağlam düşüncəsi bir araya sığmır” [1, 25].
Əl-Fərabinin yaradıcılığında xoşbəxtlik kateqoriyası həzz anlayışı ilə də
əlaqələndirilir, həzz və ləzzət xoşbəxtliyin tərkib hissəsi hesab edilir.
Xoşbəxtliyin ayrılmaz elementi olmaq etibarilə ləzzət insanın mühüm
məqsədinə çevrilə bilir. O, bu münasibətlə yazırdı: “Biz elə düşünürük ki,
ixtiyari
fəaliyyətdə və işdə ləzzət məqsədə çevrilir və biz bütün fəaliyyətimizlə
buna can atırıq” [1, 27]. Əl-Fərabi xoşbəxtliyə nail olmaqda hissi-ləzzətə
mühüm əhəmiyyət versə də, dəfələrlə qeyd edir ki, hissi-ləzzət heç bir halda
həqiqi xoşbəxtliyi təmin edə bilməz, belə ki, bunun üçün o, sadəcə kifayət
deyil,
insan xoşbəxtliyə ancaq idrak, anlaşma və biliklə bağlı həzz vasitəsilə
nail ola bilər.
Əl-Fərabiyə görə insanın xoşbəxtlik və ağıl dərəcəsi, hər şeydən əvvəl,
onun həzzi nə dərəcədə düzgün seçməsindən asılıdır. Həzzi sərbəst seçməyi
bacarmayan, öz hərəkətlərində qətiyyətsizliyə yol verən adam azad insan sayıla
bi
lməz, həmin adam sadəcə quldur, fərqinə varmadan hər cür həzz arxasınca
qaçan adam isə əslində insan adına layiq olmayıb, heyvanabənzər bir şeydir.
94
Əl-Fərabi “Xoşbəxtliyə aparan yol” traktatında bu məsələ üzərində xüsusi
dayanaraq
ona geniş şərh verir.
Əl-Fərabinin etik konsepsiyasında özünə geniş yer almış məsələlərdən
bir də iradə azadlığı məsələsidir. Onun iradə azadlığına verdiyi xarakteristika
belə səslənir: “İradə, hər şeydən əvvəl, duyğulardan doğan arzudur. Arzu ruhun
cəhd göstərən hissəsinə, qavrayış isə hissələrə aiddir və daha sonra ruhun
təxəyyül hissəsi və təxəyyülün hesabına insan arzusu meydana gəlir. Bununla
da insanda birinci iradədən sonra ikinci iradə formalaşır” [1, 28]. Fərabi
iradənin üçüncü formasını insanın fikri qabiliyyəti ilə bağlayıb, insanın həqiqi
arzusu və bu arzunun mənbəyi adlandırır. Bu baxımdan Əl-Fərabi xeyir və şər
kateqoriyalarını təhlil edərək onların lakonik xarakteristikasını verir. O, yazır:
“Xoşbəxtlik mütləq nemətdir. Xoşbəxtliyin əldə edilməsi üçün zəruri olan nə
v
arsa, hamısı xeyirdir. Xoşbəxtliyə çatmağa mane olan nə varsa, hamısı mütləq
şərdir. Xeyir xoşbəxtliyə çatmaq üçün faydalıdır... Şər isə xoşbəxtliyə çatmağa
əngəl törədir” [1, 113-114].
Əl-Fərabiyə görə xoşbəxtlikdən kənarda nə xeyir, nə də şər vardır. “Dövlət
xadiminin aforizmləri” traktatında o, xeyir və şər haqqında mülahizələrini belə
səsləndirir: “Şər iki formada mövcuddur: birincisi, xoşbəxtliyə əks olan
bədbəxtlik formasında və ikincisi, insana bədbəxtlik gətirmək xassəsinə malik
olan hər şey formasında. Bu iki şər qüvvəyə qarşı iki xeyir qüvvə durur: birincisi,
xoşbəxtlik, ikincisi, xoşbəxtliyə çatmağa fayda verə biləcək hər şey” [1, 236].
Orta əsrlərin şərq peripatetiklərinin etikasında ləyaqət haqqında təlim də
mərkəzi yerlərdən birini tutur. Əl-Kindi, Əl-Fərabi, İbn-Sina, Bəhmənyar,
Nəsrəddin Tusi və digər şərq peripatetikləri ləyaqət anlayışına zəka və
xoşbəxtlik anlayışları ilə sıx əlaqədə baxmışlar. Əl-Fərabi ləyaqətə xoşbəxtliyə
çatmağın mühüm vasitəsi kimi baxır və inanırdı ki, ağıl və xoşbəxtlik insana
yuxarıdan bəxş edilmiş nemət olmayıb, onun bütün həyatı boyu qazanılan ali
keyfiyyətləridir. Əl-Fərabi insanı xoşbəxtliyə çatdıran xoş xasiyyyəti və
müsbət vərdişləri onun ləyaqətləri sırasına aid edirdi. Onun təbirincə rasional
və etik, ağıl və xoş xasiyyət bir-birindən ayrılmaz keyfiyyətlərdir. Qeyd edək
ki,
Əl-Fərabinin ləyaqət anlayışına diqqəti təsadüfi olmamışdır.
Onun fikir dünyasında belə bir inam kök salmışdır ki, yalnız ləyaqətin nə
olduğunu bilən adam həqiqi xoşbəxtliyə qovuşa bilər. Ən doğru bilik isə
ləyaqət haqqında bilikdir, xeyiri şərdən, ləyaqəti qüsurdan ayırmağa imkan
verən bilikdir. O, “İntellekt sözünün mənası haqqında” traktatında yazırdı ki,
“insanlar o şəxsi ağıllı adlandırırlar ki, onlar ləyaqətlidir, xeyri seçməyi, şərdən
uzaqlaşmağı bacarırlar” [2, 19-20].
Əl-Fərabi məhşur “Xoşbəxtliyə aparan yol”, “Vətəndaş siyasəti”,
“Xoşbəxtliyə nail olunması”, “Dövlət xadiminin aforizmləri” traktatlarında
ləyaqətdən xoşbəxtliyə çatmağın mühüm vasitəsi kimi bəhs etmişdir. Onun
fikri
ncə ləyaqətli olmadan xoşbəxtliyə çatmaq ağlasığmazdır. Xoşbəxtliyə
aparan yol ləyaqətdən keçir. Əl-Fərabinin açıqlamasına görə ləyaqət insanın
böyük önəm daşıyan mənəvi keyfiyyətlərindən biridir. O, ləyaqət anlayışına
95
münasibətini belə səsləndirir: “İnsanı xeyir işə və gözəl fəaliyyətə təhrik edən
mənəvi keyfiyyət ləyaqət, naqis işə və yaramaz hərəkətə təhrik edən cəhətlər
isə alçaqlıq və qüsurdur” [2, 227].
Ləyaqətə münasibətdə bu mövqedən çıxış edən Əl-Fərabiyə görə ləyaqət
insana özünün ən başlıca həyat məqsədinə - ən yüksək xoşbəxtliyə çatması
üçün lazımdır.
Eyniylə “birinci müəllim” Aristotel kimi Əl-Fərabi də ləyaqəti 4 növə bölür:
“nəzəri ləyaqət”, “fikri ləyaqət”, “etik ləyaqət”, “praktiki incəsənət” [2, 17].
Aristotelin
davamçısı və fikirlərinin şərhcisi olmaq etibarilə Fərabi ləyaqətin
strukturu məsələsindən də yan ötməyərək onu aşağıdakı növlərə ayırırdı:
intellektual ləyaqət, fikri ləyaqət, nəzəri ləyaqət, praktiki ləyaqət və etik
ləyaqət Fərabi yaradıcılığı ilə bağlı belə bir cəhəti də qeyd edək ki, ərəbdilli
şərq peripatetikləri arasında insani ləyaqətlərin təsnifatını vermək şərqdə ilk
dəfə məhz bu böyük filosofa nəsib olunmuşdur. Öz təsnifatında müəyyən
mülahizələrə söykənən Fərabi rəngarəng ləyaqətlər dəstini iki böyük qrupa
ayırmışdır: intellektual ləyaqətlər (fadail kutkiya) və etik ləyaqətlər (fadail
xulgiya). O, müdrüklüyü, intellekti, ağılı, nüfuz etmə qabiliyyətini intellektual
ləyaqətlərə, mərdliyi, mülayimliyi, səxavəti, ədaləti isə etik ləyaqətlər qrupuna
aid etmişdir. “Dövlət xadiminin aforizmləri” traktatında əl-Fərabi ləyaqəti ruh
haqqında təlimlə əlaqələndirərək yazırdı: “Ləyaqətlər iki növ olur: etik və
intellektual.
İntellektual ləyaqətlər ruhun ağıl hissəsinin ləyaqətlərini, o
cümlədən müdrikliyi, əqli, fərasəti, əqli kəskinliyi, başa düşməni, etik
ləyaqətlər isə ruhun nəyə isə cəhd göstərən hissəsi olub, həlimliyi, cəsarəti,
s
əxavəti, ədaləti ehtiva edir” [2, 179].
Əl-Fərabinin əsərlərində ləyaqət hissi insan ağlı ilə sıx əlaqələndirilir.
Ləyaqətlərin təsnifatını verdikdən sonra Əl-Fərabi etik ləyaqətlər üzərində
xüsusi
dayanır, belə ki, onun fikrincə etik növdən olan ləyaqətlər formaca daha
mükəmməl olub, insan həyatında intellektual ləyaqətlərə nisbətən daha böyük
qüvvə nümayiş etdirirlər. Bütün ləyaqətlərin məcmusu olan etik ləyaqətlərdə
digər ləyaqətlərin təsiri aşkar hiss olunur [2, 312].
Əl-Fərabi etikasının ən böyük nailiyyəti onun ləyaqətlərin mənbəyini və
mənşəyini aşkara çıxarması olmuşdur. Mühüm dünyagörüşü və evristik
əhəmiyyət kəsb edən bu məsələ hələ qədim yunan fəlsəfəsində uzun müddət
kəsgin mübahisə predmetinə çevrilərək, Sokrat, Platon, Aristotel, Demokrit,
Epikur kimi böyük təfəkkür sahiblərinin düşüncə tərzini həyacanlandırmış və
onların hər biri öz prizmasından bu məsələyə müstəqil münasibətlərini
bildirmişlər. Şərq peripatetizmində isə məhz Əl-Fərabi ilk dəfə mənəvi
keyfiyyətlərin anadangəlmə olması haqqında fəlsəfədə qərarlaşmış mövcud
fikirlərin əleyhinə çıxaraq bilik kimi ləyaqətlərin də anadangəlmə olmadığını,
insanların real həyatda qazandıqları keyfiyyətlər olduğunu sübut etmişdir.
Əl-Fərabinin mühüm nəticələrindən biri də bundan ibarətdir ki, etik
ləyaqətlərin qazanılması prossesi eyni zamanda insan mənəviyyatının
təkmilləşməsi prosesidir. Onun qəti inamına görə insan öz şəxsi səyləri
96
nəticəsində bir sıra zəruri ləyaqətlərə yiyələnib, bununla da mənəvi
kamilləşməyə nail ola bilər. Bu işdə sözsüz ki, vərdişin də böyük əhəmiyyəti
vardır. Bu halda böyük filosof belə bir əminlik sərgiləyir ki, vərdişin köməyi
ilə insan hər cür ləyaqəti və qüsuru özünə əks olan halla əvəz edə bilər. Əl-
Fərabinin ləyaqətlər haqqında təlimində “ölçü” məsələsinə də geniş yer ayrılır.
Fərabinin etik konsepsiyasında ədalət konsepsiyası da özünəlayiqli yer
alıb. Digər peripatetiklər kimi Fərabi də ədalət anlayışına geniş mənada
bax
araq onu insanların sosial həyatının əsası hesab etmişdir. Əl-Fərabi ictimai
münasibətlər anlayışının mənasını sezərək insanların robinzoncasına
tənhalıqda, bir-biri ilə ünsiyyətdə olmadan yaşaya biləcəyi fikrini qəbul
etməmişdir. İnsanların ədalət prinsipindən istifadə etmədən birgə yaşayış qura
biləcəyi fikrini ağlasığmaz adlandıran Əl-Fərabi “Vətəndaş siyasəti”
traktatında yazmışdır ki, “insan canlıların o tipinə mənsubdur ki, onlar zəruri
işlərdə ən yüksək kamilliyə yalnız o halda nail ola bilər ki, bir çox insanları
birgə yaşamaq üçün birləşdirə bilsinlər” [2, 108].
“Dövlət xadimlərinin aforizmləri” əsərində bir neçə aforizm vasitəsilə
ədalət anlayışına münasibətini ifadə edən Əl-Fərabi ona ictimai həyatın asılı
olduğu ümumi nemətlərin insanlar arasında bölüşdürülməsi baxımından
yanaşaraq onu dörd əsas etik ləyaqətə ayırır. Onun fikrincə ümumi nemətlərin
ədalətli bölgüsü reallaşmadan nə sosial həyat, nə də insanların birgə yaşayış
tərzi qərarlaşa bilməz. Bu münasibətlə o, yazırdı: “Ədalət, hər şeydən əvvəl,
bütün şəhər adamlarının birgə istehsal etdiyi ümumi nemətlərin bölüşdürülməsi
və daha sonra onlar arasında aparılmış bölgünün qorunub saxlanılmasıdır. Bu
nemətlərin sırasına firavanlıq, var-dövlət, ehtiram, vəziyyət və digərləri aiddir.
Bu nemətlərdən şəhərlilərin (cəmiyyət üzvlərinin) hər birinin payına müəyyən
qədər düşməlidir, ayrılmış payın lazım olduğundan az və ya çox olması artıq
ədalətsizlikdir” [2, 224].
Əl-Fərabi insanda ədalət hissinin yaranmasına onun kamilləşməsi ilə sıx
əlaqədə baxırdı. Onun fikrincə, ədalət və kamilləşmə qarşılıqlı şərtlənib, bir-
birindən təcrid edilmiş halda mövcud ola bilməz. İnsan ən yüksək kamilləşmə
naminə yaşayır, kamilləşmə insanın ali və son məqsədidir. Kamilləşməsiz
xoşbəxtlik yoxdur.
Əl-Fərabi etikasının ən böyük nailiyyəti ondan ibarətdir ki, burada
insanın kamilləşməsi onun mənəviyyatının kamillşəməsi ilə eyniləşdirilir. Bu
etikanın digər bir səciyyəvi cəhəti isə belə bir həqiqətin qəbul edilməsindən
ibarətdir ki, insan harmoniyaya, ədalətə, kamilləşməyə yalnız cəmiyyətdə,
ictimai münasibətlər sistemində nail ola bilər. Tənhalıqda nə harmoniya, nə
ədalət, nə də kamilləşmə baş verə bilməz. Buna görə də, “hər bir insan onun
nail ola biləcəyi kamilləşməyə yiyələnmək üçün digər insanların əhatəsində
olmalı, onlarla birləşməyi bacarmalıdır.
Qeyd edək ki, yalnız ədalətin özü deyil, onun mənbəyi məsələsi də Fərabi
fikrinin məşğuliyyəti olmuşdur. ədalət hissi nəyə əsaslanmalıdır? Sualını belə
cavablandırarkən Əl-Fərabi əsasən Platonun fikrinə söykənmişdir: Platon kimi
97
o,
da belə düşünmüşdür ki, insanları ədalətə sövq edən cəhət məhəbbətdir.
Ədalət məhz məhəbbətdən qaynaqlanır. Əl-Fərabi məhəbbəti ədalətin əsası
elan etsə də, Platondan fərqli olaraq bu qənaətə gəlmişdir ki, ədalət məsələsinə
fərdi mənafelərdən, yəni ayrı-ayrı insanların mənafelərindən daha yüksəkdə
duran ictimai mənafeyi nəzərə almaq lazımdır. Əl-Fərabiyə görə ədalət insanı
yüksəldərək ona mələk gözəlliyi bəxş etdiyi halda, özündə hər cür
eybəcərlikləri və yaramazlıqları ehtiva edən ədalətsizlik də onu aşağılayaraq
kəskin tənqid hədəfinə çevirir. Ədalətsizlik insanın adi qüsuru olmayıb, onun
məninin cılızlığından, mənəvi yoxsulluğundan xəbər verən bütün qüsurlarının
məcmusudur. Ədalətsizlik haqqında Əl-Fərabinin son qərarı belə olmuşdur:
ədalətsizlik insanı insanlıqdan mərhum edən alçaqlıq, rəzalət və rəzillikdən
başqa bir şey deyildir.
ƏDƏBİYYAT
1.
Аль-Фараби. Социально-этические трактаты. Алма-Ата: Наука 1973, 450 с.
2.
Аль-Фараби. Философские трактаты. Алма-Ата: Наука, 1970, 628 с.
3.
Аристотель. Анкомаова этика. СПБ, 1908, 2л. IV.
4.
Аристотель. Метафизика. Баку: Mütərcim, 2008, 384 с.
5.
Бертельс Е.Э. Избранные труды. Суфизм и суфийская литература. М: Знание, 1965,
524 с.
6.
Герцен А.И. Писмо об изучении природы. М: Госполитиздат, 1944, 200 с.
7.
Избранные произведения мыслителей стран Ближнего и Среднего Востока. М.:
Соцэктиз, 196, 629 с.
8.
İmanov H., Əhədov A. Orta əsr islam şərqində fəlsəfi fikir. Bakı: BDU, 1998, 192 s.
9.
Məmmədov Zakir. Azərbaycan fəlsəfi tarixi. Bakı: İrşad, 1994, 304 s.
10.
Расиковский Е.В. Науковедение и Восток. М.: Наука, 1980, 464 с.
11.
Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı: BDU, 1999, 304 s.
ОБЩЕСТВЕННО-ЭТИЧЕСКИЕ ВЗГЛЯДЫ АБУ-НАСЫРА АЛ-ФАРАБИ
М.Г.МУЙДАЧУ
РЕЗЮМЕ
Одной из наиболее представительной фигур средневековой исламской философии
является Абу-Насыра ал-Фараби (873-950). Предъявляемая вниманию читателей статья
показывает высокое творческое наследие известного мыслителя Абу-Насыра ал-Фараби.
В статье анализируется этические взгляды его творчества, определяется категории
этической концепции такие, как жажда, ум, счастье, воля, свобода воли, удовольствие и
т.д., проводится логико-гносеологический анализ указанных категорий.
Ключевые слова: Восточный перипатетизм, этика, ум, счастье, воля, жажда,
достоинства, честь, удовольствие
98
ABU-NASYRA AL-FARABI’S SOCIAL-AETHETICAL VIEWS
M.G.MUYDACHU
SUMMARY
One of the most representative figures of medieval Islamic philosophy is Abu-Nasyra
al-Farabi (873-950). The present paper shows a high creative heritage of the known thinker
Abu-Nasyra al-Farabi. The article analyzes ethical views of his creativity, defines categories of
the ethical concept such as thirst, mind, happiness, will, free will, pleasure etc., and carries out
a logical-gnoseological analysis of the specified categories.
Key words: Eastern peripatetizm, ethics, mind, happiness, will, thirst, advantages,
honor, pleasure
99
Dostları ilə paylaş: |