Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi



Yüklə 1,32 Mb.
tarix31.10.2018
ölçüsü1,32 Mb.
#77143


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi

c:\documents and settings\user\рабочий стол\020.jpg

Aşıq Şəmşirin ədəbi dünyası

Metodiki vəsait

Zaqatala – 2018

Tərtib edənlər:

  1. Redaktor: G.Məmmədova – MKS-nin direktoru

  2. Kompyuter yığımı: L.Mustafayeva (informasiya texnologiyaları üzrə mütəxəssis)


İstifadə olunan mənbələr:

www.wikipedia.org.az

http://www.respublica-news.az/

http://www.dedeshemshir.com/

https://president.az

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi

Aşıq Şəmşirin ədəbi dünyası

(Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunub)

Zaqatala - 2018

Giriş

Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Aşıq sənətinin əsas mövzuları – məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevin «Azərbaycan aşıq məktəbləri» (Bakı, 2004) əsəri aşıq sənətinin tədqiqi sahəsində fundamental, elmi-nəzəri bir tədqiqatdır. Bu əsər, demək olar ki, Azərbaycanda mövcud olan bütün bölgələri və aşıq məktəblərini, onların səciyyəvi xüsusiyyət və fərqlərini əhatə edir. Muəllif Anadolu, Şirvan, Zaqatala, Təbriz, Göyçay, Qarabağ aşıq məktəblərini, onların mühitini, yaradıcılıq prosesi üslub və metodlarını qeyd edir. Bu bədii yaradıcılıq formasının kökləri xalqımızın dərin tarixinə, mövcudluq təcrübəsinə dayaqlanır və həyatın özündən zənginləşir. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir – xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsur əməlləri, səciyyəvi milli xüsusiyyət kimi alicənablıq, düzgünlük və xeyirxahlıq mənəvi dəyərlər kimi.

Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənətinin, aşıq pоеziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii özfəaliyyətinə gеdib çıxır. Оnun rüşеymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arasıkəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Aşıq yaradıcılığı çоx qədim tarixə malikdir. О, «Dədə Qоrqud» kimi ölməz sənət abidəsi yarada bilmişsə, dеməli ilk kökləri daha dərindədir. Azərbaycan aşıq pоеziyası, aşıq sənəti «Dədə Qоrqud» dastanları mеydana çıxandan çоx-çоx əvvəl yaranmağa başlamışdır. Bu dastanlarda aşıq böyük rоl оynayır. О, müdrik, ağıllı bir adam kimi təsvir оlunur, «еl bilicisi» adlandırılır. Hətta göstərilir ki, dastanları yazan, qələmə alan Dədə Qоrqud, yaxud Qоrqud ata, оzandır, yəni özü aşıqdır.

Qədim zamanlardan Azərbaycan xalqı aşıqlara böyük məhəbbət bəsləmiş, hər zaman оnları hörmətlə qarşılamışdır. Bu şaxəli, qоllu-budaqlı sənətdə isə musiqi, ifaçılıq, rəqs və şеr bir-birini tamamlayır. Оna görə də aşıq sənəti şərəfli оlduğu qədər də çətin, mürəkkəb və sоn dərəcə ustalıq, həssaslıq və məharət tələb еdən sənətdir.
20-ci əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdir. Əgər 16 əsrdə Dirili Qurbani, 17 əsrdə Tufarqanlı Abbas, 17-18 əsrlərdə Xəstə Qasım, 18 əsrdə Abdalgülablı Valeh, 19 əsrdə Aşıq Ələsgər və aşıq Ağdabanlı Qurban aşıq poeziyasına öncüllük edib sənətin zirvəsində dayanırdılarsa, 20 əsrdə Aşıq Şəmşir bu məqama çatmışdır.


Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.

Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatı və musiqisinin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il.

Aşıq Şəmşirin həyatı

Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.

Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Şücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.

Professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.

İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.

Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.

Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşnda dünyasını dəyişib.

XALQ RUHUNUN TƏRCÜMANI - AŞIQ ŞƏMŞİR

XX yüzil Azərbaycan xalq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (1893-1980) poetik irsi bir əsrə yaxındır. Aşıqlıq sənətinin, ədəbi, kulturoloji mühitin hadisəsi kimi böyük bir coğrafiyada tanınır (aşığın əsərlərinin Göyçə-Kəlbəcər aşıq mühitindən çıxaraq Azərbaycanın bütün regionları, eləcə də Gürcüstan, Türkiyə və Cənubi Azərbaycanda oxunması bunu deməyə əsas verir!), yayılır, nəşr edilir və elmi cəhətdən müxtəlif problemlər baxımından araşdırılır. Onun əsərləri şifahi şəkildə el arasında yayılması ilə yanaşı, hələ sovet dövründən müxtəlif vaxtlarda kitab və almanaxlar şəklində geniş oxucu kütləsinin də malı olub. İlk şeirlər kitabının görkəmli şair Osman Sarıvəlli tərəfindən tərtib edilərək nəşr edilməsi (Aşıq Şəmşir. Şeirlər (tərtib edəni Osman Sarıvəlli). Bakı, Azərbaycan EA nəşriyyatı, 1959)  aşığın əsərlərinin dövriyyəsini artırdığı kimi, yayılma arealını da genişləndirmişdir. Sonrakı dövrdə də onun müxtəlif formalı şeirləri ayrı-ayrı vaxtlarda oxucuların ixtiyarına verilmişdir. “Azərnəşr” tərəfindən dərc olunan “Seçilmiş əsərləri” (Bakı, 1973) onu ikinci dəfə ədəbi mühitin diqqət mərkəzinə salmışdır. “Şeirlər”  (Bakı, “Yazıçı”, 1980), “Öyüdlər” (Bakı, “Ozan”, 1996), “O Kürün, Arazın Tərtəriyəm mən” (Bakı, “Sabah”, 2004) və s. kitabları ədəbi proses və sənətkar təmasının dövriliyi, intensivliyi və qarşılıqlı əlaqələrini bütün canlılığı ilə qoruyub saxlamışdır. Əslində Azərbaycan ədəbi prosesinə aşıq (bu söz burada yalnız onun peşə və sənət titulunu ifadə etmir, həm də el arasında verilən ad kimi mənalanır) kimi daxil olan Aşıq Şəmşir   sonrakı proseslərdə ədəbi mühitin aşıq-şair tandemini yaratmış olur və bu ikiliyin qovuşmasını öz yaradıcılığı, poetik üslubu, bədii təsvir və ifadə formaları, janr strukturu ilə təmin edir. Başqa sözlə, Aşıq Şəmşir yaradıcılığında şifahi təfəkkürlə yazı təfəkkürü həmişə sintez təşkil edir. Böyük şair S.Vurğunun onu kəşfindən sonra aşıqlıqla şairlik, yaxud aşıq mühiti ilə ədəbi mühit arasında da belə bir qarşılıqlı əlaqə, sintez yaranır və bunun da nəticəsində ədəbi mühitlər bir-birinə janr, forma və məzmun baxımından təsir göstərir. Bu yaxınlaşmada böyük və zəngin bir yaradıcılığa malik olan Aşıq Şəmşirin əsərlərinin böyük bir hissəsi zamanında geniş oxucu kütləsinə çatdırılmamışdı. Bu mənada “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə dərc olunan “Dədə öyüdləri” (Bakı, 2013) ikicildliyi onun əsərlərinin mükəmməl nəşri baxımından çox əhəmiyyətlidir.  Aşıq Ələsgərin əsərlərinin çoxcildliyinin akademik nəşrindən sonra Aşıq Şəmşirin də külliyyatının dərc edilməsi yolunda atılmış bu gərəkli addım onun əsərlərinin dövriliyini artırdığı kimi, ədəbi mühitlə də əlaqəsinin təmin edilməsini şərtləndirən faktorlardandır.

Aşıq Şəmşir irsinin dövriliyinin artmasında, onun ədəbi prosesə inteqrasiyasının əsasında, şübhəsiz, Səməd Vurğun faktorunu da unutmaq olmaz; belə ki, 1955-ci ilin yayında məşhur şairin aşıqla görüşündən sonra Aşıq Şəmşirin ədəbi mühitdəki statusu dəyişdiyi kimi, əsərlərinin də dövriliyi artmış oldu. Bu görüşdən keçən altmış illik məsafədə S.Vurğun xeyir-duası daim onun yaradıcılığını aktuallaşdıran, bədii dəyərini artıran amilə çevrilmişdir. Bu cəhətdən bu günlərdə dərc olunan “Səməd Vurğun və aşıq Şəmşir dastanı” (Bakı, “Elm və təhsil”, 2014, 160 s.) kitabı əfsanələşən Kəlbəcər görüşünü tarixə çevirmək baxımından çox əhəmiyyətlidir.

Ustad aşığın S.Vurğunla bağlı xatirə və görüşlər toplusunun dastan poetikasına uyğunlaşdırılması çağdaş dastanşünaslığın da inkişafına müəyyən təkan vermişdir. “Dədə öyüdləri” ikicildliyi ilə yanaşı “Səməd Vurğun və Aşıq Şəmşir dastanı” kitabının da nəşr olunması onun yaradıcılığını, ədəbi mühitdəki rolunu üzə çıxarmış olur.

XX yüzil Azərbaycan poeziyasına mövzu və problematika zənginliyi, üslub əlvanlığı, yaradıcılıq  fərdiliyi, orijinal bədii təsvir və ifadə vasitələri gətirən aşıq şeirinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin bədii irsi zəngin olduğu qədər də janr, forma və məzmun baxımından çoxsəslidir. Azərbaycan aşıq şeirinin Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Aşıq Alı, Aşıq Ələskər kimi görkəmli nümayəndələrinin yolunu davam etdirən Aşıq Şəmşir elə sələfləri qədər  özünəməxsus fərdi

yaradıcılıq yoluna malik olması ikicildliyində toplanmış şeirlərindən bir daha aydın olur. Onun poeziyasının özünəməxsusluğunu şərtləndirən amillər içərisində fərdi üsluba və poetik dərketmədə sadəliyə malik olması, faktı bədii səviyyəyə qaldırması, bədii düşüncənin məna və məzmun çəkisinə yiyələnməsi başlıca yer tutur. Ötən yüzilin əvvəlindən başlanan yetmiş illik yaradıcılıq yolunda zamanından və siyasi rejimlərin müxtəlifliyindən asılı olmayaraq özünü ifadə etməsi, sənətkar və xalq tandemindən yararlanaraq yeni, orijinal, xalq arasında canlılığını qoruyub saxlayan əsərlər yazması bu yolun aydın, məqsədyönlü və sabit olduğunu göstərir. İkicildlikdə şeirlər doğru olaraq janr və forma prinsiplərinə uyğun olaraq tərtib edilmişdir. Maraqlıdır ki, kitablarda tərtibçilər bir neçə şeirin tarixini verə bilmişdir; şeirlərin əksəriyyətinin tarixinin olmaması da göstərir ki, aşıq-şair üçün şeirin hansı kontekstdə yazılması əsas deyil, necə yazılması, yaxud sənət meyarı əsas şərtlərdən biridir. Aşıq Şəmşirin beş yüzdən çox şeirinin zamanın ideoloji basqılarından, dil, mövzu baryerlərindən, sənət kriterlərindən bugünümüzədək itkisiz, yaxud az itki ilə gəlməsi onun poeziyamızdakı yerini və mövqeyini müəyyən edir.

Aşıq Şəmşirin epik-lirik ənənə üzərində formalaşan poetik irsi bədii siqləti, aktuallığı ilə diqqəti cəlb etdiyi kimi, mövzu və problematika baxımından da  rəngarəngdir; burada məhəbbət və ictimai lirika, təbiət lirikası, dini dünyagörüşü, əxlaqi didaktika kimi mövzular başlıca yer tutur. İctimai lirikanı önə çəksək, şairin dövrünün sosial gerçəklikləri, sərt ictimai-siyasi reallıqlarını, eləcə də çətin və keşməkeşli yaşam şərtlərini bədii həqiqətə çevirdiyinin şahidi oluruq. İctimai mövzu çox zaman şairin bədii düşüncəsində ümumi səciyyə daşıyır, dövrün ümumi mənzərəsini cızır, sətiraltı mənalarda xalqın, millətin düşdüyü vəziyyəti təsvir etməyə çalışır. “İnsan”, “Nainsaf”, “Yoxdu”, “Hələ” və s. şeirlərində ictimai lirika xalq düşüncəsini ifadə edir; şair çərxi-fələyin insanları imtahan etməsini pisləyir, haqq-ədalətin tezliklə gələcəyini bildirir:
Gündüzü qaranlıq olan ellərin,

Yoxsul bağçasından ay düşər bir gün.

Azadlıq yoluna göz dikənlərin

Baxtına bir halal pay düşər bir gün.

 

Bu çərxi-gərdişin imtahanı var,



Haqq var, ədalət var - çəkmə intizar.

Qəfəsdə quş kimi qalan obalar,

Sizə də novbahar yay düşər bir gün.      

                        

Təbiət və onun gözəlliklərinin təsviri Aşıq Şəmşir poeziyasının başlıca mövzusunu təşkil edir: dağlar isə poetik arxetip kimi ümumən poeziyanın prioritet mövzularından olduğundan şair “dağ” obrazına bir neçə şeir həsr etmişdir. “Dağlar”, “A dağlar”, “Dağ” və s. şeirlərində  şairin təbiətə bağlılığı, ruh yaxınlığı poetik şəkildə üzə çıxır. Bu şeirlərin ana xəttində təbiətin saflığı, təmizliyi tərənnüm edilir, onun insanla vəhdəti göstərilir. şair dağlara üz tutaraq onu “xilqəti”, “ana bədəni” adlandırır:

Ey mənim xilqətim, ana bədənim,

İstəkli anamın qucağı dağlar.

Adın bir şeirində olmasa sənin,

Olarmı sözümün marağı, dağlar?

 ...Ağ dumanlar çiynin üstən baxmasa,

Yağışlı buludlar şimşək çaxmasa,

Yaz köksündən daşqın sellər axmasa,

Yanar Qarabağın torpağı, dağlar.
Dağları, onun gözəlliklərini, füsunkarlığını görmək, vəsf etmək, onu poetik misralara çevirmək Aşıq Şəmşir şeirində fəlsəfi məna daşıyır. Dağ arxetipi şairin yaradıcılığında yeni poetik ifadə vasitələrilə ifadə olunur; onun başında olan dumanı “dərd dumanı” hesab edir. “Qara buludların halay qurması”, “küləyin qayalara hay-haray salması”, “dolayıb sərinə qardan kəlağay” sətirləri poetik bənzətmə kimi yeni və özünəməxsusdur. Aşıq Şəmşirin təbiət şeirlərinin coğrafiyası yalnız “dağlar” arxetipi ilə

məhdudlaşmır, insanla təbiətin vəhdətini ifadə edən poetik müraciətlər,

Aramızdan məhəbbəti götürmə,

Ağıla gəlməyən dəhşət gətirmə,

Sənətkarı pis zavala, yaylaqlar.
fikirlər onun poeziyasının estetik mahiyyətini təşkil edir.

Ənənəvi aşıq şeirinin daimi mövzularından biri də məhəbbət lirikasıdır; Abbas Tufarqanlıdan üzü bəri M.P.Vaqif də daxil olmaqla şair və aşıqlar məhəbbət və gözəllərə həsr etdikləri orijinal şeirləri ilə bu mövzunu zaman-zaman zənginləşdirmişlər. Şairin mövzu, problematika zənginliyində həyat, dünya, ölüm, vaxt-zaman, insan, yaxşılıq, cavanlıq, qocalıq, mərdlik, kişilik, namərdlik və s. haqqında poetik düşüncələri də əsas yer tutur:

Bir kimsə şad olub sevinən gündə,

Sən yara vurursan yara üstündə,

İgidlər ömrünü eləyib kündə,

Məzar təndirinə yapırsan, dünya!

Aşıq Şəmşir yaradıcılığında avtoportret şeirlər də çoxluq təşkil edir; bu şeirlərdən onun el adamı olması, xalqın, el-obanın maraqlarını üstün tutması vurğulanır. Poetik avtoportretdən məlum olur ki, şair aşıqlıq sənətinin tarixini yaxşı bildiyi kimi, çağdaş dövrdə aşığın qarşısında duran vəzifə və məsuliyyəti də yaxşı dərk edir, aşıqlığın “eramızdan əvvəl ustad əlindən” bir nişana qaldığını və bu adın pak, təmiz ada layiq olduğunu dilə gətirir. Kərəm, Koroğlu, Xəstə Qasım, Abbas Tufarqanlıdan yadigar qalan saz-söz sənətini dədəsindən öyrənmiş, əkinçi atasına bir müddət “hodax” olmuş, az qazanmış, qazandığının çoxunu zalımlar yemişdir”, bununla belə Haqq aşığı olaraq hamıya yaxşılıq etmiş, elin hörmət və məhəbbətini qazanmışdır.

Şərdən uzaqlaşıb xeyirə getdim,

Bacardığım qədər haraya yetdim,

Acizə, yoxsula yaxşılıq etdim,

Yaxşılıq gəlibdi hər an əlimdən.

 

Oldum Haqq aşığı, doğru-düz yazan,



Məni sarsıtmadı quduran, azan,

Nəfsimə dərs dedim: halaldan qazan,

Olmaz bu baratı alan əlimdən.

Aşıq Şəmşirin poetik yaradıcılığı janr və forma baxımından da zəngin və müxtəlifdir; bu müxtəlifliyi doğuran aşıq sənətinin bütün formalarında, eləcə də klassik və müasir şeirin bir neçə formasında şeirlər yazmasıdır. Divani, dodaqdəyməz divani, qıfılbənd divani, qoşma (qoşayarpaq qoşma, güllüyarpaq qoşma və s.), gəraylı, təcnis, gəraylı təcnis (cığalı təcnis, bayatı təcnis, dodaqdəyməz təcnis və s.), bayatı, cinaslı bayatı, müxəmməs, qıfılbənd müxəmməs, bağlama, diltərpənməz bağlama kimi formalarda yüzlərlə poetik nümunələrin yazılması Aşıq Şəmşir poeziyasını janr strukturu baxımından zənginləşdirir.  Baxmayaraq ki, bu formaların içərisində qoşma və onun formaları üstünlük təşkil edir, buna baxmayaraq, aşıq sənətinin ən çətin formalarında poetik nümunələrin yaradılması şairin yaradıcılığını zənginləşdirən amillərdəndir. Aşıq Şəmşirin gəraylıları həm bədii səviyyəsi, həm də ictimai məzmunu ilə yeni olduğu kimi, özünəməxsusdur. 1942-ci ildə yazdığı “Gedər” gəraylısında xalq taleyindən söhbət açılır, ona “hiylə”, “kələk” quranlar qınanır, şeirin ana xəttindəki yaxşılıq-yamanlıq qarşılaşdırmasında  şair “mən”i birincinin tərəfində olur:

Yaxşılara edər hörmət,

Yamanlara qoyub gedər.

...Qan tökməkdən zalım, əl çək,

Qurma xalqa hiylə, kələk.

Mərd yorulmaz əsənədək,

Namərdləri döyüb gedər.

Bu formaların içərisində təcnis özünün mürəkkəbliyi və estetik mahiyyəti etibarilə diqqəti cəlb edir. Onun “ya xala məni”, “Ay ala-sarı”, “Yara qalmadı”, “Yarı, sən yarı”, “Yasinə tək-tək”, “Dərin gəz” və s. təcnisləri cinas qafiyələr üzərində qurularaq janrın inkişafını şərtləndirir:

Sən geşt eylə, dəryallardan al ləli,

Dərin axtar, dərin ara, dərin gəz.

Dilək dilə, rizqin istə, a ləli,

Səxalıdı nər igidin, dərin gəz.

Aşıq Şəmşir yaradıcılığının özündə aşıq-şair tandemini uğurla həyata keçirməsini şərtləndirən amillərdən biri də klassik poeziyanın formalarında yazıb-yaratmasıdır. Belə ki, onun poetik yaradıcılığında müxəmməs, rübai, qəzəl formalarından, az da olsa, istifadə edilmişdir. Onun müxəmməslərində klassik ədəbiyyat gələnəkləri inkişaf etdirilməklə yeni poetik düşüncə tərzinin ifadəsi də mühüm yer tutur. Bu şeirlərin bəzisində Nəsimi poeziyasının cövhərini təşkil edən insan faktoru və “ənəlhəq”  fəlsəfəsinin izlərini də görmək mümkündür. Dünyanın yaradılışı haqqında şairin poetik qənaətləri hurufi düşüncəsi ilə üst-üstə düşür:

Dar günümdə dada yetiş, mərdlərə meydan verən,

Xilqəti yoxdan yaradan, cismlərə can verən.

Yeddi zəmin nöhrəvaqi “Kun” deyib xəlq eyliyən,

Yer üzünə bəni-insan, göylərə qılman verən.


“Gəlmədi” divanisi isə forma baxımından yeni strukturu diqqət çəkir:

Gözlərim qaldı yolunda,

Bietibar gəlmədi.

Bilnirəm ləngiməkdə

Görən nə var, gəlmədi.

Aralıqda şeytan oldu, lənətə gəlmiş Şəban,

Bəd qandırdı dosta məndən, olub kənar, gəlmədi.

Aşıq Şəmşir şeirinin dili də çox zəngindir, belə demək mümkünsə, o, bir şair kimi dilimizin bitib tükənməyən incəliklərinə bələddir; Dədə Qorquddan gələn dil ahəngi, Aşıq Ələskərdən gələn bədii düşüncə hüdudsuzluğu və mənsub olduğu xalq ruhu onun şeirlərinin ruhunu təyin edir. Onun şeirlərinin arxitektonikası özünəməxsusdur; hər sətir bitkin olduğu kimi, bəndlər də məna və məzmun baxımından müstəqildir.

Aşıq Şəmşir xalq ruhunun tərcümanı kimi ötən yüzilliyin əvvəllərindən 80-ci ilə kimi məclislər aparmış, şeirlər, dastanlar söyləmişdir. Əgər bu zaman çərçivəsində onun auditoriyasını nəzərə almış olsaq, bu auditoriyada xalqın bir neçə nəslinin aşığın dinləyicisi, şairin oxucusu qismində iştirak etdiyini söyləyə bilərik. Onun şeirlərinin bügün də məsclilərdə söyləndiyini, kitablarda dərc olunduğunu nəzərə almış olsaq bir əsrə yaxındır ki, bu yaradıcılığın ədəbi mühitin inşasında da aktiv olduğunu görməmək mümkün deyil. Aşıq Şəmşir şeirlərinin daşıdığı mənəvi-əxlaqi missiya dünən olduğu kimi, bugün də aktuallığını, gərəkliliyini qoruyub saxlayır. Şairin bugünlərdə çap olunmuş ikicildliyi də bunu deməyə əsas verir. Bizə elə gəlir ki, Aşıq Şəmşirin ikicildliyinin akademik nəşrini də nəzərdə tutmaq lazımdır ki, bu missiya da, hər şeydən əvvəl, elmi təşkilatların üzərinə düşür. Düşünürük ki, AMEA-nın Folklor İnstitutunun belə bir vəzifəni öz üzərinə götürməsi həm Aşıq Şəmşirin əsərlərinin mükəmməl akademik nəşrini ortaya qoymuş olar, həm də bu vaxta qədər dərc olunmuş kitablarındakı uyğunsuzluqları aradan qaldırar.

Aşıq Şəmşir yaradıcılığı və Heydər Əliyev

20-ci əsr Azərbaycan aşıq poeziyasınınTürk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənətinin, aşıq pоеziyasının qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına, xalqın bədii özfəaliyyətinə gеdib çıxır. Оnun rüşеymi bayatılarda, xalq məsəllərində, xalq havalarında, xalqın təbii, arasıkəsilməz, gündəlik bədii özfəaliyyətindədir. Aşıq yaradıcılığı çоx qədim tarixə malikdir. О, «Dədə Qоrqud» kimi ölməz sənət abidəsi yarada bilmişsə, dеməli ilk kökləri daha dərindədir. Azərbaycan aşıq pоеziyası, aşıq sənəti «Dədə Qоrqud» dastanları mеydana çıxandan çоx-çоx əvvəl yaranmağa başlamışdır. Bu dastanlarda aşıq böyük rоl оynayır. О, müdrik, ağıllı bir adam kimi təsvir оlunur, «еl bilicisi» adlandırılır. Hətta göstərilir ki, dastanları yazan, qələmə alan Dədə Qоrqud, yaxud Qоrqud ata, оzandır, yəni özü aşıqdır. Qədim zamanlardan Azərbaycan xalqı aşıqlara böyük məhəbbət bəsləmiş, hər zaman оnları hörmətlə qarşılamışdır. Bu şaxəli, qоllu-budaqlı sənətdə isə musiqi, ifaçılıq, rəqs və şеr bir-birini tamamlayır. Оna görə də aşıq sənəti şərəfli оlduğu qədər də çətin, mürəkkəb və sоn dərəcə ustalıq, həssaslıq və məharət tələb еdən sənətdir. ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdir. Əgər 16 əsrdə Dirili Qurbani, 17 əsrdə Tufarqanlı Abbas, 17-18 əsrlərdə Xəstə Qasım, 18 əsrdə Abdalgülablı Valeh, 19 əsrdə Aşıq Ələsgər və aşıq Ağdabanlı Qurban aşıq poeziyasına öncüllük edib sənətin zirvəsində dayanırdılarsa, 20 əsrdə Aşıq Şəmşir bu məqama çatmışdır. Aşıq Şəmşir yurdumuzun ən ucqar rayonunda, Kəlbəcər dağlarının dilbər güşəsi olan Dəmirçidam kəndində 1893-cü il mart ayının 15-də dünyaya göz açmışdır. Sonralar ailə Kəlbəcər rayonunun Ağdaban kəndinə köçmüş və aşıq Şəmşirin bütün həyatı burada keçmişdir. Aşıq Şəmşirin aşıq-şairlik səcərəsi uzun əsrlərdən qaynaqlanıb gəlir.

1430-cu ildə Göyçə mahalının Sarıyaqub kəndində anadan olan, ulu babası Miskin Abdal Şah İsmayıl Xətainin yaxın dostu, müəllimi və silahdaşı olmuşdur. 1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdala öz möhürü ilə təsdiqlənmiş Şəhadətnamə vermişdir. Xətai öz dəsti-xətti ilə yazırdı ki, bu şair, yəni Miskin Abdal, öz ağlı və kamalı ilə şahlığa layiqdir. Qədimdən müqəddəs ocaq kimi tanınan, yaşadığı Sarıyaqub kəndi isə Şax İsmail tərəfindən elə ocaq kimi təsdiqlənir və ona bağışlanır və ətrafdakı beş kəndin vergisi xüsusi fərmanla ona ayrılır. Hazırda Şah İsmayıl Xətainin imzaladığı həmin fərmanların əsli Göranboy rayonun Qaradağlı kəndində yerləşən, Miskin Abdal ocağında saxlanılır.

Şəmşir poeziyasının ikinci qaynağı atası Ağdabanlı Qurbanın öz yaradıcılığı, klassik ədəbiyyatla və poeziya ilə onu erkən tanış etməsidir. Azərbaycan və fars dillərini mükəmməl bilən, eləcədə Şərq klassiklərinin şeirlərini, mütaliə edən Qurban, dövrünün sənətkarları arasında böyük nüfuz sahibi idi. Xüsusilə Aşıq Ələsgər onun savadına, bilik və bacarığına yüksək qiymət verirdi. Bir-birlərinə yaxın dost olan bu el sənətkarları tez-tez görüşürdülər. Görüş məclisləri çox zaman Ağdaban kəndindəki Təkarmudun dibindən çıxan bulağın üstündə olurdu. Sonralar bu “Qurban bulağı”məclisi kimi formalaşdı. Aşıq Şəmşirin ilk ustadları da məhz atası Aşıq Qurban və Aşıq Ələsgər olub. Aşıq Şəmşir sonradan onların yaratdığı “Qurban bulağı” ədəbi məclisinin gənc və fəal üzvünə çevrilmişdir. Doğrudanda tez bir zamanda ozan-aşıq sənətində “Dədə” adını qazanmiş bu ifaçı aşıq, həm də geniş yaradıcılıq imkanlarına malik şair kimi də xalq içərisində, ədəbi mühitdə şan-şöhrət sahibi olmuşdur.

Dədə Şəmşir saz - söz sənəti ilə yanaşı həm də 1927-ci ildə ailə həyatı qurduğu, sonralar onunla 53 il ömür sürəcək sevimli Güllüsünə dərin hisslər bəsləyən ər, uşaqlarına gözəl bir ata və hər zaman nəvələrinin qəlblərində yaşayan baba olmuşdur. (Aşıq Şəmşirin Həyat yoldaşına olan hisslərlə dolu məktubun əlyazması). Dədə Şəmşirin 10 övladı (5 oğul, 5 qız), 29 nəvəsi, 44 nəticəsi var.

1955-ci ildə onun həyatında dərin iz buraxan bir hadisə baş verir. Aşıq Şəmşirin həmən ilin yayında Kəlbəcərdə sevimli şairimiz Səməd Vurğunla görüşü tarixi bir hadisəyə çevrildi.

Azərbaycanın xalq şairi Səməd Vurğun respublikanın rayonlarına səfərə çıxırdı. Bu dəfə o, Kəlbəcərə də gəlmişdi. Şairi qarşılayanlar arasında aşıq Şəmşir də var idi. O, Səməd Vurğunu öz qoşma-şerləri ilə salamlayır. Sonradan şairlər möhkəm dost olurlar və Səməd Vurğunun təşəbbüsü ilə Aşıq Şəmşir Bakıya dəvət olunur və Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Səməd Vurğun aşıqdan xahiş edir ki, əlyazmalarını Bakıya gətirsin. Onun təşəbbüsü ilə Şəmşirin şerlərinin külliyyatı hazırlanır. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür, “Fəxri nişan” ordeni ilə təltif edilir. Ulu öndər H.Əliyev bu tarixi görüşü öz xatirələrində çox qiymətləndirmişdir.
Baxın ha Səmədlə Aşıq Şəmşir bir dağın döşündəki bulağın qoşa gözüdür. Biri şifahi ədəbiyyatdır biri yazılı ədəbiyyat. Baxın görün bunlar əl-ələ verib qovuşduğu kimi, qucağlaşdığı kimi bu su da bir məcrada necə birləşib. Bu bir xalqın mənəviyyatıdır, bir xalqın dünyasıdır”

Heydər Əliyev

50-ci illərdə isə taninmiş musiqişünas Əminə Eldarova tərəfindən Aşıq Şəmşirin 70-ə yaxin aşıq havalarını lentə yazılmışdır. İndi həmin lent yazıları Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur. Bu yaxınlarda isə həmin lent yazıları əsasında, Aşıq Şəmşirin 124 illiyinə həsr olunmuş, “Sevindim” adlı albomu işıq üzü görüb.

Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla da həmahəng səslənir:

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşir, “Heydərin”, “Yaraşır”, “Torpağın dadı” kimi əsərlər yaradır.

1971-ci ildə “Qoşmalar”, 1974-cü ildə “Seçilmiş əsərləri”, 1978-ci ildə “Dağ havası”, 1980-cı ildə “Şeirlər”, 1996-cı ildə “Öyüdlər”, 2000-cı ildə “Dədə Şəmşir yaddaşlarda” kitablari çap olunaraq oxucuların sevimli kitablarina çevrilib. Bu onun yaradıcılığının bir hissəsidir. Təəssüf ki, ermənilər ikinci Xocalı faciəsini Ağdabanda təkrarlayanda Aşıq Şəmşırın və atası Ağdabanlı Qurbanın külliyatını da yandırmışlar. Ermənilər ata və oğulun arxivlərini məhv etmişlər. Onların məzarları isə hazırda düşmənin işğal etdiyi ərazilərdə qalıb.

Sənsiz qəribsəyib, saçda tel ağlar
Dağda çiçək ağlar, bağda gül ağlar
Indi gözümüzdən axır bulaqlar
Yurdun viran qalıb, bilirsən baba?

Dədə Şəmşır həm də bir neçə dastanlarin müəllifidir. Məhz “Cəlal və Mınayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər adlı dastanlar ustad sənətkara şöhrət gətirən əsərlərindəndir. Dədənin dördüncü dastanı “Calal və Şəkər” adlanır. Beşinci dastan “İrəvanlı Məhəmməd” və son dastanı böyük Azərbaycan şairi Səməd Vurğunun 1955-ci ilin avqust ayında Kəlbəcərə - İstisuya gəlişi ilə əlaqədar “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” adli dastanıdır. Dastan Dədənin ilk görüşündən başlayır və Səməd Vurğunun vəfatı ilə bitir. Adları qeyd edilən əsərlərdən qalanlar “Şəmşir və Sənubər” və “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastanlarıdır. Qalan dastanların əksəriyyəti ermənilər tərəfindən yandırılıb məhv edilmişdir. Geniş yaradıcılıq imkanlarına malik Dədənin səhnə əsərləri yazdığı da məlumdur.

1943-44 cü ildə yazdığı “Polad” pyesi və ikinci səhnə əsəri olan “Əsli və Kərəm” dastanı səhnələşdirmişdir.

El sənətkarın yaradıcılığına, dövlət səviyyəsində də hər zaman yüksək qiymət verilib. Hələ 1973-cü ildə Milli Lider Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olundu, 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verildi. Azərbaycanın müstəlillik illərində isə Milli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 iilik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi və büstü ucaldıldı.

Aşıq sənətinə bu ğün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyevin fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə “Aşıq Şəmşir” mədəniyyət ocağı fəaliyyətə başladı. Mədəniyyət ocağı bütünlükdə aşıq sənətinin təbliğat və inkişaf mərkəzidir. Yarandığı gündən etibarən İctimai Birlik müxtəlif səpgili xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir. Həmçinin gənc və istedadlı yazarların kitablarının nəşr edilməsinə yardımçı olur. Böyük aşıq nəslindən olan Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlunun diqqəti sayəsində mədəniyyət ocağında, milli mədəniyyətimizin və mədəni incilərimizin, adət-ənənələrimizin, aşıq sənəti, folklor və digər incəsənət nümunələrinin toplanması, araşdırılması, onların qoruyub yaşatması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər görülüb. 2015-cı ildən “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimai Birliyi isə UNESCO-da məsləhətçi statusu qazanıb.
Mərkəzin nəzdində yaradılmış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Muzey eyni zamanda Azərbaycan aşıq sənəti, o cümlədən peşəkar bəstəkarlıq məktəbi nümunələrinin qorunub saxlanmasını və inkişaf ənənəsini nümayiş etdirir. Muzey ekspozisiyasında Azərbaycan Aşıq sənətinin tarixi, qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər, şəxsi əşyalar, sənədlərlə tanış olmağa və aşıq musiqisini dinləməyə imkan yaradılıb.

Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm - əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrindən biridir.



“Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir.”

Heydər Əliyev - 5 iyul 2003-cü il.



Dədə Şəmşirin Heydər Əliyevə həsr etdiyi şeirlərdən parçalar:

HEYDƏRİN


Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.

Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu,altıya çatıb,
Oğlu-qızı—öz övladı Heydərin.

Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü, daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir, bizə var imdadı Heydərin.

YARAŞIR


Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

Qəhrəmanlar beşiyidir bu diyar,
Hələ belə olmayıbdı bəxtiyar
Su içib səhralar hər yan verir bar
Bürünübdür al qumaşa, yaraşır.

İlanlı səhralar verir ağ üzüm, 
Mədənlər axıdır ləl düzüm –düzüm.
Qarabağ xörəyim, Naxçıvan duzum,
Nemət olub başdan-başa yaraşır.

Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edir gülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oğlu çatsın qoy 100 yaşa,yaraşır.

TORPAĞIN DADI



Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı.

Şəmşir, sevin, gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çaydərən.
Meyar var-əyrini, düzü göstərən,
Hərkəsin qiyməti qabağındadı.

AŞIQ ŞƏMŞİRİN LİRİKASI

. XX əsr Azərbaycan aşıq yaradıcılığının nümayəndələrindən biri də Qarabağ aşıq mühitinin ustad sənətkarı Aşıq Şəmşirdir. Aşıq Şəmşirin yaradıcılığını Qarabağ aşıq mühitindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki ərazi etibarilə yaxın olan Qarabağ və Göyçədə tarix boyu saz-söz sənəti eyni ənənələr üzərində formalaşmış və inkişaf etmişdir. Aşıq Şəmşir Göyçə, Qarabağ aşıq mühitinin poetik ənənələri əsasında sənətkara çevrilmiş, bu mühitin koloriti onun sazında və sözündə yaradıcılığı boyu yaşamışdır. Çoxəsrlik tarixə malik Azərbaycan aşıqlarının coğrafi hüdudları genişdir. Bu ulu sənətin inkişafında Anadolu, Təbriz, Şirvan, Göyçə, Qarabağ, Gəncəbasar, Borçalı, Naxçıvan aşıqlarının böyük rolu olmuşdur. Qüdrətli saz-söz sənətkarları yetirən Azərbaycan aşıqlarının nailiyyətləri bu sənətin inkişafında əhəmiyyətli rol oynamışdır. Aşıq Şəmşir hələ sağlığında aşıq sənətinin zirvəsini fəth etmiş, xalq arasında “Dədə Şəmşir” kimi məşhurlaşmışdır. O, yaradıcılığı ilə Azərbaycan aşıq şeirini məzmun və sənətkarlıq baxımından zənginləşdirmişdir. Klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasında ayrılmaz körpü salan Aşıq Şəmşirin bədii irsi zəngin forma gözəlliyinə malikdir. O, müxtəlif mövzularda yaratdığı qoşma, gəraylı, təcnis, müxəmməs, bayatı, ustadnamə, divani, deyişmə ilə yanaşı üç dastan müəllifidir. Aşıq Şəmşir təkcə yaradıcılığı etibarı ilə deyil,

eyni zamanda şəxsiyyəti baxımından da aşıq sənətinin klassik ənənələrinin daşıyıcısı olmuşdur. Onun “Mən” qoşması avtobioqrafik səciyyə daşıyır. Bu şeirdə sənətkarın ömür yolu ilə bağlı bioqrafik məlumat öz əksini tapmışdır.

Xislətdə sadəyəm, eşqimdə Qafam,

Mən mürvət kamıyam, əhli-insafam,

Cövhəri tanıyan qoca sərrafam,

Seçilmiş cövhərin zərgəriyəm mən.

Sevgi-məhəbbətin pərvanasiyəm,

Bir alagözlünün divanəsiyəm.

Şəmşirəm, Qurbanın nişanəsiyəm,

Böyük aşıqların dəftəriyəm mən

Bu qoşmada Aşıq Şəmşir doğma elini-obasını dönə-dönə gəzdiyini, xalq tərəfindən sevildiyini tərənnüm edir. Ustadları Aşıq Ələsgər və Ağdabanlı Qurbanı xatırlayır və Qurban ocağının davamçısı olduğunu söyləyır.

Sonuncu misrada “Böyük aşıqların dəftəriyəm” deməklə klassik aşıqların yaradıcılığını dərindən bildiyini və aşıq şeirimizin yaddaş xəzinəsi olduğunu göstərmişdir. Aşıq Şəmşirin müasirlərindən Usta Abdulla, Mikayıl Azaflı, Aşıq Talıb, Həsən Xəyallı, Miskin Vəli, şairlərdən S.Vurğun, Məmməd Aslan, Zəlimxan Yaqub, Bəhmən Vətənoğlu ilə də deyişmələri məlumdur. Bu deyilənlər onun bədahətən söz demək qabiliyyətindən, ustad aşıq kimi yaradıcılıq qüdrətindən xəbər verir. Sənətkarın yaradıcılığı Sovet dövrünə təsadüf etsə də, o dövrün gerçəklikləri, sosializmrealizmi onun yaradıcılığından yan keçmişdir. O, klassiklərin dərin məzmunlu ənənəsindən bəhrələnmiş, yaradıcılığında bu zəngin ənənəni inkişaf etdirmişdir. Aşıq Şəmşir bayatı, qoşma, gəraylı, təcnis, divani, ustadnamə və digər janrlarda əsrarəngiz poetik nümunələr yaratmışdır. Dədə Şəmşirin məhəbbət lirikası mövzu və məzmun baxımından rəngarəngdir. Ustadın yaradıcılığında tərənnüm olunan məhəbbət anlayışı geniş mənaya malik bəşəri bir anlayışdır. Belə ki, təbliğ olunan məhəbbət təkcə sevgilini yox, insanlığı, doğma yurdu və ana təbiəti özündə ehtiva edir. Sənətkarın məhəbbət lirikasına XIX əsrin klassik şairlərindən olan Seyid Əbülqasim Nəbatinin poeziyası təsirsiz qalmamışdır. Nəbati aşıq şeiri tərzində qoşma, gəraylı və təcnis janrlarında gözəl nümunələr yaratmışdır. Nəbatinin yaradıcılığına yaxından bələd olan Aşıq Şəmşir onun aşiqanə şeirlərindən biri olan “Gəlsin-gəlməsin” rədifli qoşmasına nəzirə yazmışdır. Nəbatidə:

Səba, məndən söylə ol gülüzara

Bülbül gülüstanə gəlsin, gəlməsin?

Bu hicran düşkünü, illər xəstəsi

Qapına dərmanə gəlsin, gəlməsin?

Aşıq Şəmşirdə:

Atəşində yanan səməndər mənəm,

Pərvanəsi nara gəlsin, gəlməsin?

Leyli sorağında diyarbadiyar

Məcnun bu dağlara gəlsin, gəlməsin?

Həm rədif, həm də qafiyə baxımından tam eyniyyət təşkil edən bu qoşmada Şəmşir sələfi kimi məşuqəsinin eşqi yolunda vüsal həsrəti ilə çırpınan fədakar aşiqin obrazını təsvir etmişdir. Hər iki sənətkarın şeirində şəkil etibarilə oxşarlıq olsa da, məzmunca fərqlilik var. Məlum olduğu kimi, hər iki sənətkarın qoşması ritorik suallar üzərində qurulmuşdur. Nəbati özünü “hicran düşkünü”, “illər xəstəsi” adlandırdığı halda, Şəmşir isə cəsarətlə özünü yarının yolunda yanan “səməndər”ə bənzətmişdir. Onun “Leyli”, “Məcnun” “səməndər”, “pərvanə” kimi poetik obrazlarndan istifadə etməsi aşığın klassik ədəbiyyatı da eyni dərəcədə bilməsinə əyani sübutdur. Aşıq Şəmşirin poeziyasında tərənnüm etdiyi gözəllik müxtəlif məna çalarlıdır. Bir çox hallarda gözəl konkret adı ilə tərənnüm olunur. “Gülbəniz”, “Zinyət”, “Əskinaz”, “Reyhan”, “Pəri”, “Tutu”, “Kəklik” qoşmalarını nümunə kimi göstərmək olar:

Müjdə olsun sizin elə, mahala,

O yerdə çatıbsan sən bu cəlala.

Qaşların qələmdi, yanağın lala,

Gözlərin yaranıb piyala, Zinyət.

Ustad aşığın vəsf etdiyi gözəl real həyatda rast gəldiyi Laçın gözəlidir. Sənətkarın vəsf etdiyi bu gözəl klassik aşıq poeziyasının bütün gözəllik ölçülərini özündə daşıyan bir obrazdır. Şeirdə Yusif, loğman, bülbül kimi ənənəvi obrazlardan istifadə olunmuşdur. Sənətkarın gözəlləmələrində XX əsrin əvvəllərində Azərbaycan üçün xarakterik olan etnoqrafiya da özünü göstərir. Aşıq Şəmşirin yaradıcılığında ənənəvi gözəl vəsf olunmuşdur. Şəmşirin bu ruhda qoşmaları nisbətən azdır və onların da bəzisi gözəlləmə ilə ustadnamə sərhədlərində gəzir Belə ki, bu dövrdə Azərbaycan qadınlarının istifadə etdikləri bəzək əşyaları, geyimləri və s. şeirlərində ustalıqla təsvir edilmişdir.

Bir təhrin tərlandı, bir təhrin laçın,

Telinə yaraşır zərdən araqçın.

Dağların kəkliyi ağca göyərçin,

Bənzəyir oxşarın marala, Zinyət.

Aşıq Şəmşirin məhəbbət lirikasının əsasını saf və səmimi duyğular təşkil edir. Onun şeirlərində tərənnüm olunan məhəbbət insanı daxilən, mənən saflaşdıran məhəbbətdir. Yaradıcılığında təsvir olunan gözəlin mənəviyyatı yüksək qiymətləndirilmiş, sənətkar vəsf etdiyi gözəli hüsncamalda bənzərsiz saydığı kimi, ağılda da başqalarından üstün görmək istəyirdi. Aşıq Şəmşirin məhəbbət lirikasında yeni deyim tərzi ilə fərqlənən şeirləri çoxdur. Təcnis janrında yaratdığı poetik örnəklərdə insan qəlbinin incə duyğularını tərənnüm etmişdir:

Eşqin yolu mənə çətin olsa da,

Sən ilə gedirəm beyara mən də.

Bir gözəlin vurğunuyam dünyada,

Əzəldən aşiqəm bu yara mən də.

Göründüyü kimi, lirik qəhrəman sevgilisinin uğrunda dünyanın bütün əzablarına dözməyə hazırdır. Eşqin əzabları nə qədər ağır olsa da, aşiq üçün xoşdur. Aşıq Şəmşirin məhəbbət lirikasına aid nümunələrdə səmimi məhəbbət dünyanı saflaşdıran ilahi qüvvə kimi tərənnüm olunmuşdur. O, məhəbbət lirikasında klassik aşıq yaradıcılığından gələn forma və məzmun ənənəsinə sadiq qalmaqla ənənəni dövrünün qabaqcıl sənət hadisəsinə çevirməyi bacarmışdır. Bu da Şəmşirin məhəbbət lirikasının XX əsr aşıq poeziyasının poetik təravətini heç vaxt itirməyən hadisəsi olduğunu sübut edir. Bir sənətkar kimi Aşıq Şəmşir düvrünün gerçəkliklərinə, xalqın həyatında baş vermiş hadisələrə biganə qalmamış, ictimai gerçəklikləri yaradıcılığında əks etdirmişdir. Onun poeziyasında ictimai-siyasi motivlər, sosial problemlər məzmun özünəməxsusluğuna malikdir. Zəmanəsində baş verən haqsızlıqlar, hakim təbəqədən olan qüvvələrin qayda-qanunlarından narazılıq və s. bu kimi motivlər aşığın yaradıcılığının ilk mərhələsində aparıcı idi. “Özümə”, “Var”, “Ağdabana”, “Zülmkar”,” İnsanların”, “Tapmadım” və s. qoşma və divaniləri bu baxımdan dəyərlidir. “O, köhnə əyyamın, ağalar, bəylər və mülkədarlar dünyasının ağrılarını, zəhmətkeş kəndlilərin ağır güzəranını öz gözü ilə görmüş, elin, obanın, bu dözülməz dərdini şair şeirlərində ifadə etməyə çalışmışdır”. “Özümə” rədifli şeiri bu baxımdan səciyyəvidir:

Zülmətlə bağ saldım, bağça düzəltdim,

Qismət olmur nədən barım özümə?

Yolları piyada gedib gəlməkdən,

Düşmən olub ayaqlarım özümə.

Bəy deyir:

“Yaradan” mənəm insanı, İşləsin qapımda “çıxınca canı”.

Bəs mənim torpağım, əkinim hanı?

Niyə çatmır ixtiyarım özümə?

Bu göstərilən iki bənddə nə qədər dərin məna və məzmun ifadə olunmuşdur. XX əsrin əvvəlləri tarixin çox ziddiyyətli dövrlərindən biridir. Bu dövr Azərbaycanda baş verən milli-azadlıq hərəkatı, 1905-1906 və 1918-ci illərdə ermənilərin Azərbaycan türklərinə qarşı apardığı soyqırım və s. hadisələrlə səciyyəvidir. Bu dövrdə çarizmin milli müstəmləkəçilik siyasətinə qarşı mübarizə, kəndli hərəkatı da geniş vüsət almışdır. Mirzə İbrahimov “Aşıq poeziyasında realizm” əsərində göstərir ki, bu dövrdə aşıq poeziyasında sinfi mübarizə motivləri güclənir, qoşma və gəraylılarda açıq-aşkar əzilən kəndlilər və yoxsulların mənafeyi müdafiə olunurdu. Aşıq Şəmşir real həyatı müşahidələrinə əsaslanaraq yaşadığı dövrün tələblərinə cavab verən kamil sənət nümunələri yaratmış, bu nümunələr də sənətkarın ictimai lirikasını təşkil etmişdir. Aşıq zəmanəsindən şikayətlənir, xalqı

soyub talayanları tənqid edrir, kütləyə qeyri-insani münasibət bəslənməsini, “birinin yoxsul, birinin kalan dolanmasını” ictimai eybəcərlik kimi qiymətləndirmişdir:

Hamını bir kimsə yaradıb yoxdan,

İndi əl-ayağı yolan dolanır.

Xilqəti bir şeydən xəlq olan insan,

Biri yoxsul, biri kalan dolanır

Bu şeir parçasında sosial-motiv ümumbəşəri – ilahi dəyərlər fonunda dəyərləndirilmişdir. Sənətkar “əl-ayaq yolanların”, “xalğı talan edənlərin” cəmiyyətdə yaratdığı sosial eybəcərlikləri ilahi dəyərlər baxımından qiymətləndirmiş, anti-ideal kimi ifşa etmişdir. Tanrı heç kimi digərindən üstün yaratmamış, heç kimə qolunun zoruna, cibinin puluna arxalanıb başqalarına zülm etmək hüququ verməmişdir. “Hamını bir kimsə yaradıb yoxdan”, “Xilqəti bir şeydən xəlq olan insan” həmxilqətinə zülm etməməlidir. Beləliklə, sənətkarın sosial ideyalarının əsasında Uca Tanrı və onun ədaləti dayanır. Sənətkarın elə şeirləri var ki, onun dərin məzmununu ifadə etmək üçün təbiətə üz tutaraq obrazlı şəkildə müqayisələr aparmışdır. O, təbiət hadisələrini cəmiyyət hadisələri ilə əlaqəli şəkildə götürmüş, bu yolla da baş verən hadisələrə münasibətini bildirmişdir. Yaradıcılığının ilk dövründə yazdığı “Çiçəklər”, “Buludlar”, “Bülbül” kimi şeirlərində sosial motivlər təcəssüm olunmuşdur. “Çiçəklər” qoşmasına nəzər salaq:
Namərdə dost demə, zimistana yaz,

Üç ay qalıb novbahara çiçəklər.

Dərdim artır sizi solmuş görəndə,

Qövr edir sinəmdə yara, çiçəklər.

Aşıq Şəmşir burada şeirin ictimai məzmununu ifadə etmək üçün təbiət hadisəsini canlandırmışdır. Çiçəklərə üz tutan aşıq onların açıb-solma dinamikasının, cəmiyyətdəki ictimai bərabərsizliyin onun sinəsinə vurduğu ağır yaraları əks etdirmişdir.

Necə ki, Aşıq Şəmşirin məhəbbət lirikasında S.Ə.Nəbatinin poeziyasının təsiri açıq duyulurdusa, ictimai lirikasında M.P.Vaqifin poeziyasının təsiri açıq-aşkar duyulur. Sənətkar M.P.Vaqifin “Hayıf ki, yoxdur” qoşmasının təsiri ilə nikbin əhval-ruhiyyəli

“Gördüm” qoşmasını yazmışdır:

Bizim bu elləri Kür qırağında,

Vaqif elə görüb, mən belə gördüm.

O zaman daxmada, indi otaqda,

Vaqif elə görüb, mən belə gördüm

Vaqif qoşmasında təəssüf hissi ilə cəmiyyətdəki sosial bəlaları ustalıqla göstərmişdir. Şəmşir də öz qoşmasında müqayisə yolu ilə dövrləri qarşılaşdırmış, “Vaqif elə görüb, mən belə gördüm” deyərək zamanın get-gedə dəyişdiyini, sələfinin dövrünə nisbətdə daha da irəli getdiyini əks etdirmişdir. Aşıq Şəmşir Aşıq Ələsgərin “Döndü, nə döndü” rədifli qoşmasına nəzirə yazmışdır. Aşıq Ələsgər ömrünün ahıl çağında bu məşhur qoşmasını qələmə almışdır. Əgər Ələsgər eyni rədifli qoşmasında zəmanədən, bəxtindən, fələyin gərdişindən şikayətlənirsə, Şəmşir isə ictimai bərabərsizliyin insanlar arasında doğurduğu mənəvi eybəcərlikdən şikayətlənir. Şəmşir yaradıcılığının birinci dövründə qələmə aldığı şeirləri aşıq poeziyasında ictimai lirikanın dəyərli nümunələri kimi qiymətlidir. Aşıq yaradıcılığını zənginləşdirən mövzulardan biri də təbiətdir. Aşıq lirikasında təbiət gözəllikləri ayrıca tərənnüm edilməmiş, insanın əhval-ruhiyyəsi ilə bağlı tərənnüm olunmuşdur. Aşıq Şəmşirin lirikasında da təbiət gözəlliklərinin tərənnümü əsas yer tutur. Təbiət gözəllikləri, doğma torpağa məhəbbət Şəmşir poeziyasında əsas poetik motivlərdən birini təşkil edir. Şəmşir yaradıcılığının bu cəhətləri şübhəsiz ki, doğulub boya-başa çatdığı Qarabağın əsrarəngiz gözəllikləri ilə sıx bağlıdır.

O, qoşma və gəraylılarında Vətənimiz Azərbaycanın başı qarlı dağlarını, güllü-çiçəkli yaylaqlarını, yaşıl ormanlarını, ceyranlı-cüyürlü çöllərini vəsf etmişdir.

M.H.Təhmasib Şəmşiri təbiət şairi kimi dəyərləndirərək yazmışdır: “Təbiət təsviri cəhətdən onun dağlara həsr etdiyi gözəlləmələr çox səciyyəvidir. Bizim aşıq şairlərimizin heç biri Şəmşir qədər dağlara şeir həsr etməmişdir”. Aşığın dağlara olan sevgisi o qədər güclüdür ki, hətta öldükdən sonra bu dağlardan ayrılmaq belə istəmir. Arzu edir ki, ruhu bədənindən ayrılısa da, dağlardan ayrılmasın.

Dağların eşqində olmuşam hələk,

Geyinir əyninə yamyaşıl köynək.

Köçəndə kaş mənə deyəydi fələk:

Götür, özün ilə apar dağları.

Aşığın “Nərgiz”, “Bənövşə” və digər qoşmalarında yüksək sənətkarlıq özünü göstərir. Şəmşirin “Bənövşə” rədifli bir neçə qoşması var. Qurbanidən sonra bir çox sənətkarlar kimi Şəmşir də bu mövzuya müraciət etmiş, bənövşəyə xitabən belə yazmışdır: Nolar yuxarı tut, barı, boynunu, Üşütməz dağların qarı boynumu. Sən əyəndə yelə sarı boynunu, Mən çəkirəm ahu-nalə, bənövşə . Aşıq Şəmşirin təbiət lirikasına nikbin ruh, şuxluq, oynaqlıq hakimdir. Ustad sənətkar dəyərli poeziya nümunələrində Vətənimizi böyük məhəbbətlə vəsf etmişdir. Aşıq Şəmşir özündən sonra zəngin poetik irs qoymuşdur. Onun ustad aşıq kimi yaradıcılığı mövzu və məzmun baxımından çox rəngarəngdir.

Məlum olduğu kimi, ustad aşıq Ağdabanın “Yeddi qardaş” adlanan dağında dəfn olunmuşdur. Qəbri nurla dolsun ustadımızın.



Kitabxanalarda Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqəli keçiriləcək tədbirlər

Kitabxana filiallarında Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar xatirə gecələri keçirmək, oxucularla söhbətlər aparmaq,  “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və başqa kitablarının müzakirəsini aparmaq, sərgilər təşkil etmək tövsiyyə olunmuşdur.



27 aprel 2018-ci il tarixində Zaqatala rayon Mərkəzi kitabxanasında Əməkdar incəsənət xadimi, şöhrət ordenli ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Aşıq Şəmşirin ədəbi dünyası” adlı təntənəli ədəbi-bədii gecə keçirilmişdir. Gecədə mədəniyyət nümayəndələri ilə yanaşı rayonun ziyalıları-Sona Qazıyeva, Həşim İsmayılov, saz ustaları Sabir İbrahimov, Şirin İbrahimov, Leyla İbrahimova iştirak etmişdirlər. Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova Dədə Şəmşirin və onun yaradıcılığı haqqında geniş məlumat verdi. Ustadın Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açdı. Aşığın həyatından bəhs edən məruzə ilə Leyla Mustafayeva, lirikası haqqında Zeynəb Qocayeva, Aşıq Şəmşir yaradıcılığı və Heydər Əliyev mövzusunda isə Arzu Mirzəyeva məruzə ilə çıxış etdilər. Araşdırmaçı alim Həşim İsmayılov Zaqatala aşıq mühiti haqqında danışdı. Zaqatalanın görkəmli aşıq nümayəndəsi Aşıq Məhəmməd haqqıda geniş söhbət açdı və dövlətin və prezidentimizin Dədə Şəmşir sənətinə yüksək qiymət verdiyini vurğuladı. Saz ustaları isə öz növbələrində Dədə Şəmşirin yaradıcılığından nümunələr ifa etdilər.

c:\documents and settings\user\рабочий стол\kitabxana-18\dsc_0999.jpg

Qalereya

c:\documents and settings\user\рабочий стол\kitabxana-18\dsc_1031.jpg

c:\documents and settings\user\рабочий стол\kitabxana-18\dsc_1046.jpg

c:\documents and settings\user\рабочий стол\kitabxana-18\dsc_1058.jpg

Mündəricat:


Kataloq: front -> files -> libraries -> 2476 -> documents
documents -> Azərbaycan Respublikası MƏDƏNİYYƏt və turizm naziRLİYİ
documents -> Ömür yolunun 60 -cı baharı
documents -> Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi Rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
documents -> Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ ŞƏKİ regional məDƏNİYYƏT
documents -> Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ ŞƏKİ regional məDƏNİYYƏT
documents -> Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin
documents -> MəDƏNİYYƏt və turizm naziRLİYİ zaqatala rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ zaqatala rayon məRKƏZLƏŞDİRİLMİŞ kitabxana sistemi
documents -> Giriş İqtisadiyyat
documents -> Şəki Regioal Mədəniyyət İdarəsi Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
documents -> Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə