Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi Göyçay Rayon M.Ə. Sabir adına Mərkəzi kitabxanası



Yüklə 60,35 Kb.

tarix08.01.2018
ölçüsü60,35 Kb.


                                                                                

Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi 

Göyçay Rayon M.Ə.Sabir adına  Mərkəzi kitabxanası 

 

 



 

 

 



 

 

 



 

 

                       



 

 

 



                          Göyçay  -2016 


                                                                                

 

       



    

    

Qurban Bayramının tarixi haqqında

 

 

 



Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki ən böyük bayramından 

biridir. Yəni İslama görə ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun 

biri Qurban bayramıdır. 

Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan 

Bayramının mühümlüyü başa düşülsə də, çox vaxt qoyun və qoç kəsməklə 

məhdudlaşan Qurban Bayramının vaciblik dərəcəsini heç də hamı başa düşə bilmir. 

Molla Nəsrəddin demişkən, min illərdir qeyd olunan bu bayram elə bir qoyunun 

üstündəmi bərqərardır? 

Bu suala ən yaxşı cavab Əli Şəriətinin “Həcc” kitabının “Qurbanlıq” bölümündə verilib. 

Qurban Bayramı sadəcə Allah yolunda heyvan kəsmək deyil. Qurban Bayramı Allah 

yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə 

bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur. 

Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah 

yolunda çalışan,mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal 

dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, 

lakin Allahın möcüzəsi ilə oradan saq çıxan Hz. İbrahim qoca yaşlarına qədər övlad 

sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca 

vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmail adında oğlu olur. 

Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmaili qoca vaxtında ona verilmiş nemət 

hesab edir. Lakin hələ bilmir ki, İsmail, ona verilmiş son və ən mühüm sınaqlardan biri 

olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin 

düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yaninda kiçik görünəcək. 




                                                                                

İsmail böyüyüb cavan oğlan olur. Atasının fəxr yerinə çevrilir. Atası onun gələcəyi haqda 

nələr düşünür.. Və belə bir vaxtda, Allah təala Hz. İbrahimə vəhy göndərərək onun son 

sınağını elan edir – İsmail Allah yolunda qurban kəsilməlidir. Atanın nə hisslər keçirdiyini 

təsəvvür etmək doğurdan da çətindir. Şeytanın onu bu addımdan çəkindirməsi üçün 

nələrə əl atdığı da məlumdur. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq bu əmrdən 

imtina etməyə, İsmaili can sevgisi ilə şirnikləndirərək atasından onu qurban kəsməməyi 

tələb etməyə, İsmailin anası Hacəri də oğlunu İbrahimlə buraxmamağa çağırır. Lakin 

çox böyük dəyərlər – həyat və övlad məhəbbəti ilə Allah əmri arasında seçim zorunda 

qalan bu üç nəfərin heç biri ona tabe olmur və hamısı Allahın əmrinə boyun əyir. 

Sınaq, Hz. İbrahim bıçağı İsmailin boğazına dayayıb kəsmək üçün çəkənədək davam 

edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmailin 

əvəzinə qoç kəsməyi tapşırır. 

Ömrü boyu dünyaya qiymət verməyən Hz. İbrahim, beləcə, bu dünyada ən sevdiyi 

yeganə nemət ilə - oğlu ilə imtahan olunur və Allah yolunda oğlundan da keçməyə hazır 

olduğunu nümayiş etdirir. 

Hər birirmiz də beləyik. Bu dünyada nəyisə sevirik. Nə isə bizim üçün həyati əhəmiyyətə 

malikdir. Kim üçünsə pul, mal dövlət, kiməsə vəzifə, şöhrət, kim üçünsə başqa bir şey. 

Hərəmizin qəlbində bu dünyada sevdiyimiz bir və ya daha çox “İsmailimiz” var. Qurban 

Bayramı bizə həmin daxildəki “İsmaildən” Allah yolunda keçməyə hazır olmağı öyrədir. 

Hz. İbrahim özündən sonra gələn bütün İbrahimi dinlər ardıcıllarına, ilk növbədə isə bu 

dini ən kamil surətdə qoruduğumuzu iddia edən biz müsəlmanlara möhtəşəm bir dərs 

verib. Bu dərs - Allahın əmri olan yerdə, bu dünyaya bağlı hər bir şeydən, nə qədər 

dəyərli olursa olsun keçməyə hazır olmaq və keçmək dərsidir. Bu dərs imtahanın heç bir 

zaman qurtarmaması dərsidir, bu dərs Allaha ən ali yaxınlıq Günü(1) dərsidir. 

Məhz buna görə də Allah təala bu günü ilin digər günləri içindən seçərək iki böyük 

bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım 

gəlsə yaşaya bilməyi bizə tövsiyyə etmişdir. 

Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, 

hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm. 

(1)“Qurban” - ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və "(Allaha) ən 

yüksək dərəcədə yaxın olmaq” mənasını verir.  

 

                       Qurban bayramı

 

Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — 

İslam

 aləmində ən müqəddəs 



bayramlardan biridir. Bütün müsəlman aləmində hər 

ilhicri təqvimi ilə Zilhiccə

 ayının 10-

cu günündən başlayır və adətən üç gün davam edir. 

Mərasimlərdə

 qoyun, qoç, inək, dana

 və ya

 dəvə


kəsilir. Qurbanın bir hissəsindən din 

xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, 

qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram 

günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. 

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi 

İslamdan


 da 

əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş

 Allahın

 könlünü 

almaq və s. nəzərdə tutulurdu. 



                                                                                

Hicrinin


 (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə 

köçməsinin) ikinci ilindən sonra 

dini qurban kəsmənin 

İslam


 aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, 

dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, 

başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi. 

Dini qurban kəsmə 

İbrahim Peyğəmbərin

 həyatında baş verən əhvalatdan sonra 

yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi 

(onların Allaha imanını yoxlamaq üçün) əmr edir. 

İbrahim 

əsl dindar 

kimi Allahın

 əmrini 


yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu 

haqda 


Quranda 

yazılmışdır. 

 

İbrahim Peyğəmbərin



 oğlunu 

Allaha 


qurban etmək istəməsi 

Allaha


 qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən 

İbrahim Peyğəmbər

 oğlu 

İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və 



qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən 

qurbana "İsmayıl qurbanı" da deyirlər. 

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah 

qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində 

dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu 

göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi 

olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq 

möminə yaraşan hərəkət deyil! 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki

, İslamda

 insanın Allah 

yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban 

vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda 

yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim 

Çind

ə də 


insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, 

daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar. 

                      Qurban bayramı Azərbaycanda 

  

İslam 


dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün 

müsəlman ölkələrində təmtəraqla qeyd olunu

r.Azərbaycan

 müstəqillik əldə etdikdən 

sonra 

Milli Məclisin



 qəbul etdiyi 

1992-


ci il 

27 oktyabr 

tarixli "Azərbaycan Respublikasının 

bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət 

səviyyəsində bayram edilir. 

                           



Qurban bayramı İslamda

 

Üç səmavi dinin – 



Yəhudilik, Xristianlıq

 və 


İslamın 

hər üçündə də müxtəlif formada 

qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. 

Onun əsasında 

Allaha 

sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. 




                                                                                

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri 

var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. 

İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə 

etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı 

günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir. 

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə 

malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya 

saflıq, təmizlik gətirir. 

Qurbanı və ya qurban ibadətini ifadə etmək üçün bir sıra İslami terminlərdən istifadə 

edilir. Onların arasındakı müəyyən məna fərqləri vardır: 

Zəbh

İbrani dilind

ə "Zəbah" kəlməsi ilə oxşar olan "zəbh", "heyvanları qurban bayramı 

günündə qurban niyyətiylə və ya adi günlərdə yemək üçün kəsmək" mənasındadır. 

Nəhr: Bu sözün hərfi mənası "boynun şahdamarını kəsmək" deməkdir ki, bu da 

dəvə qurban edilərkən sinəsinə bıçaq və s. sancmaq mənasında işlədilmişdir. Çünki 

bu cür kəsmək şəkli digər kiçik heyvanları kəsməkdən fərqlidir. 

Qurban:

 İbrani dilind

ə "gorban" kimi, "Allah üçün verilən hər hansı bir 

qurban" mənasına gəlir. 

Udhiyyə: "Udhiyyə" kəlməsi 

Quranda 


keçməsə də, hədis kitablarında keçir və "kitab 

başlığı" kimi də işlədilir. 

Hədy"

Allaha


 mənəvi cəhətdən yaxınlaşmaq məqsədilə və ya 

həcc 


vaxtı ehram 

qadağasıpozulduğu üçün Kəbəyə aparılan və ya özü yaxud pulu göndərilən 

qurban" deməkdir. 

Mənsək: '"Qurban ibadəti"ni ifadə etmək üçün işlədilir  

            Müqəddəs Quranda 

Qurban bayramı barədə 

 

                                              Qurbanlıq qoçlar 

 



                                                                                

                                                       Qurbanların kəsilməsi 

"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban 

da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün 

bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların 

üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. 

Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram 

namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə 

(yoluna) əməl etmişdir". 

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, 

kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda 

yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır"

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü 

yolunda qurban kəsilməsini qəbul etmir 



                                                     Şərtləri 

 

                                                    Qurban əti 

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi 

seçilən heyvan

 qoç

, iribuynuzlu 



 daha

 yaxud da 

dəvə 

olmalıdır. Nəsil artımında dişi 



heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün 

tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin 

dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı 

tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. 

Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, 

axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq 

gözəgəlimli olmalıdır. 

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın 

imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda 

olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. 

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib 

bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə 

bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə 

bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün 




                                                                                

olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-

füqəraya paylanmalıdır. 

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə 

yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı 

var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən 

dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. 

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı 

adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. 

Qurban kəsmək üçün borc pula heyvan almaq 

İslamda 

təqdir olunmur, çünki bu bayramın 

əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı 

sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə 

görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri 

mərhəmətə və qayğıya görə. 

                                                                  

 

Allah kəsilən bütün qurbanları qəbul etsin! 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə