Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait


Az  1065,  Азербайджанская  Республика,  г.Баку,  ул.  Нариман



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   2   3   4   5   6   7   8   9   ...   52

Az  1065,  Азербайджанская  Республика,  г.Баку,  ул.  Нариман 
Нариманова, 203.              
Республиканская Юношеская Библиотека им. Дж.Джаббарлы.      
 
                                                                        e-mail: ryl.az@mail.ru                                                                                            
            
 
 
 
 
  
                        
http://www.ryl.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
                                                              6 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Giriş 
 
Neft  Daşları  əfsanəvi  dəniz  şəhəri,  doğma  Azərbaycanımızın  şöhrət  tacı, 
yurdumuzu  dünyaya  tanıdan  unikal  məkanlardan  biridir.  Dünyada  ilk  və  yeganə 
dəniz  şəhəri  olduğuna  görə  “Möcüzələr  adası”  həmişə  diqqəti  cəlb  edib. 
Respublikamıza  gələn  əcnəbi  qonaqlar  ölkə  ilə  tanışlığı  məhz  Neft  Daşlarından 
başlamağı  sevirlər.  Bura  sanki  Azərbaycanın  giriş  qapısına,  tanınma  nişanına 
çevrilmişdir.  
Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatına başlanılmasından artıq 
60 ildən artıq vaxt keçir. 1949-cu ildə Neft Daşları yatağında ilk quyunun istismara 
verilməsi ilə dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyulmuşdur. Ötən dövrdə 
Azərbaycanın geoloq və geofizikləri tərəfindən dənizdə bir-birinin ardınca çoxsaylı 
zəngin neft və qaz yataqları aşkar edilərək istismara verilmişdir. Bu yataqlardan biri 
də  öz  zənginliyi  ilə  seçilən  “Günəşli”  yatağıdır.  Xatırladaq  ki,  Neft  Daşları 
yatağından 10-15 km aralıda yerləşən bu perspektivli struktur ötən əsrin ortalarında 
azərbaycanlı geoloq və geofiziklər tərəfindən aşkar edilmişdir. 
1949-cu ildən indiyə qədər 1940 quyu qazılmışdır. Bu zaman ərzində 160 mln 
ton  neft, 12.3  mlrd  kub  qaz  əldə  edilmişdir.  İndi  hər  gün  Neft  Daşlarında  5-6  yeni 
quyu qazılır və bunların hərəsinin ilk dövrdə sutkada 15-16 ton neft verməyə imkanı 
var. Bu göstərici “Çıraq-1” stasionar platforması ilə müqayisədə (sutkada 2 min ton) 
əlbəttə çox deyil. Lakin unutmaq olmaz ki, Azərbaycanın neft sənayesinin inkişafına 
məhz Neft Daşları təkan vermişdir.  
Neft  Daşlarının  60  illik  yubileyi  təntənə  ilə  2009-cu  ilin  noyabrında  qeyd 
edilmişdir. 
Son  vaxtlar  ARDNŞ-in  Dövlət  Komissiyası  Neft  Daşları  yatağındakı  2415 
nömrəli  platformanın  istismara  qəbul  edilməsi  barədə  Aktı  imzalayıb.  Hündürlüyü 
35 metr olan ikibloklu platforma dənizin 23 metr dərinliyində quraşdırılıb. Onun üst 
sahəsində qazma dəzgahı və texnoloji avadanlıqlar, habelə 36 nəfərin yaşaması üçün 
                                                      7 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
nəzərdə  tutulmuş  2  mərtəbəli  yaşayış  evi  quraşdırılıb.  Bundan  başqa,  platforma 
vertolyot meydançası və 4 yanalma sahəsi ilə təchiz edilib. 2415 nömrəli platforma 
12  quyunun  qazılması  üçün  nəzərdə  tutulub.  Qazma  işlərini  Neft  Daşları  Dəniz 
Qazma İşləri İdarəsi aparır. Yeni platformanın istifadəyə verilməsi  Neft Daşlarının 
yubiley  ilinə  təsadüf  etmişdir.  Geoloqların  hesablamalarına  görə  Neft  Daşları 
yatağında  20  milyon  ton  qalıq  çıxarıla  bilən  neft  ehtiyatı  var.  ARDNŞ  2014-cü 
ilədək  72  yeni  quyunun  qazılması  üçün  burada  yeni  platformalar  inşa  etməyi 
planlaşdırır.  Son  3  il  ərzində  Neft  Daşlarında  3  platforma  istismara  verilmişdir. 
2010-cu  ildə  qazmaçılar  Neft  Daşları  NQÇİ-yə  6  quyunu  istismara  buraxacaqları 
barədə söz  vermişlər.  Və  bununla da  platformadan  sutkalıq neft  hasilatını  570  tona 
çatdırmışlar. Ümumilikdə 2010-cu ildə Neft Daşları NQÇİ-nin yataqlarında 21 yeni 
quyunun qazılacağı proqnozlaşdırılır.  
Hal-hazırda Neft Daşları DQİİ - də 4 yataqda – Neft Daşları, Palçıq Pilpiləsi, 
Gürgan dəniz və Pirallahı şimal qırışığı sahəsində qazma işləri aparır.  
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  müvafiq 
sərəncamı  ilə  təsdiq  olunmuş  “Azərbaycan  Respublikasının  yanacaq-energetika 
kompleksinin inkişafı  üzrə Dövlət Proqramı” (2005-2015-ci illər) çərçivəsində neft 
və  qaz  hasilatının  artırılması,  bu  məqsədlə  işləmədə  olan  yataqların  istismarının 
intensivləşdirilməsi,  yeni-yeni  quyuların  qazılması  məsələləri  ölkə  rəhbərliyi 
tərəfindən  ARDNŞ  qarşısında  qoyulmuş  başlıca  vəzifələrdəndir.  Prezidentimiz 
İlham Əliyev hələ Neft Daşlarinin 55-ci ildönümündə olarkən belə demişdir: 
“Bütün  dövrlərdə  -  Azərbaycan  Sovet  İttifaqının  bir  hissəsi  kimi  yaşayanda 
da, Azərbaycan müstəqil dövlət kimi yaşayanda da Heydər Əliyevin fəaliyyəti xalqa 
xidmət etməkdən, xalqına, öz doğma torpağına xeyir gətirməkdən ibarət idi.  
Bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Əgər 1994-cü ildə, çətin 
dövrdə,  həm də siyasi cəhətdən çox ağır dövrdə bütün təzyiqlərə və  hədə-qorxulara  
 
                                                      8 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
baxmayaraq, Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı,  bu 
gün  Azərbaycanda  nəinki  neft  sektorunda,  ümumiyyətlə,  iqtisadi  sahədə  inkişafdan 
söhbət gedə bilməzdi”. 
   2009-ci  ilin  noyabrında  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev  Neft  Daşlarının  60  illiyi  münasibəti  ilə  yenidən  bu  əfsanəvi  şəhərdə 
olmuşdur. Yubiley münasibəti ilə neftçiləri təbrik edərərək demişdir: 
   Neft  Daşları  Azərbaycan  xalqının,  Azərbaycan  dövlətinin  ayrılmaz  bir 
dəyəridir,  çox  gözəl  inkişaf  nümunəsidir.  Azərbaycanda  neftçilər  bütün  dövrlərdə 
böyük hörmətə malik adamlar olmuşlar, bu dün də belədir. Neftçi peşəsi çox şərəfli 
peşədir  və  neftçilər  həmişə  dövlət  tərəfindən  yüksək  qiymətləndirilir  və  bundan 
sonra da belə olacaqdır. Azərbaycan öz neft-qaz potensialını çox böyük məharətlə və 
müdrikliklə  realizə  edir.  Bu  gün  Azərbaycanın  neft-qaz  potensialının  əksəriyyətini 
təşkil  edən  “Azəri-Çıraq-Günəşli”  yataqlarının  kəşfiyyatı  və  işlənməsi  məhz  60  il 
bundan əvvəl burada qoyulan təməl üzərində realaşır. 
             Zaman  və  hadisələrin  inkişafı  sübut  etmiş  və  sübut  etməkdədir  ki,  “Əsrin 
müqaviləsi”  Azərbaycanda  müstəqilliyin  əsas  dayağıdır.  2010-cu  il  mayın  28-də 
xalqımız  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasının  90  illiyini  qeyd  etdi.  
Xalq  Cümhuriyyəti  müsəlman  şərqində  ilk  müstəqil  demokratik  ölkə  olmuş,  ancaq 
cəmi  23  ay  yaşaya  bilmişdir.  İndi  isə,  Azərbaycanın  üçrəngli  bayrağı  əsl  azadlıq 
zirvəsinə  ucalmışdır  və  məhz  Heydər  Əliyevin  müdrikliyi  sayəsində  enməzlik 
səlahiyyəti  qazanmışdır.  Dağlıq  Qarabağ  adlı  dərdimizin  hələ  sağalmadığı  ağır  bir 
vaxtda  xalqımızın  rifahı  da,  ölkəmizdə  gedən  görünməmiş  abadlıq  da, 
iqtisadiyyatımızın  hərtərəfli  inkişafı  da  “Əsrin  müqaviləsi”ndən  bəhrələnir.  "Əsrin 
müqaviləsi" Azərbaycanın qarşısında yeni inkişaf yolu açmışdır.  
 
 
 
  
 
                                                     9 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə